Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


II. F. Köçərlinin 150 illiyi münasibətilə kitabxanalarda keçirilən yubley tədbirləri



Yüklə 244,04 Kb.
səhifə54/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   50   51   52   53   54   55   56   57   ...   66
II. F. Köçərlinin 150 illiyi münasibətilə kitabxanalarda keçirilən yubley tədbirləri.

F.Köçərlinin ədəbi –irsinin oxucu kütləsinə çatdırılması üçün bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar qarşısında mühüm vəzifələr durur.Kitabxanalarda çoxsaylı oxucu kütləsinin sorğularını ödəmək məqsədilə kitabxanaçılar F.Köçərlinin həyat və yaradıcılığına dair ədəbiyyatdan geniş istifadə etməlidirlər.

Qeyd etdiyimiz kimi, F.Köçərli ədəbi irsinin kitabxanalarda təbliği üçün keçirilən tədbirlər planı geniş olmalıdır. Kitabxanalar əyani və şifahi təbliğatın-kitab sərgiləri, mühazirə, söhbət, biblioqrafik icmal, oxucu konfransları və sair kimi forma və üsullardan geniş şəkildə istifadə etməlidirlər.

Yazıçının yaradıcılığını təbliğ etmək məqsədilə kitabxanaçılar ilk növbədə kitab sərgisi təşkil etməlidirlər. Bir sərginin təxmini sxemini veririk.

1.Başlıq. “F. Köçərli-150”

2.Ədəbiyyatşünasın şəkli.

3.F. Köçərlinin 140 illik yubleyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı.

4.Əsərləri

5.Görkəmli şəxsiyyətlərin F. Köçərli haqqında yazdığı məqalələr.

____1____

________ ____2____ ________

________ 3 ________

____4____

Yazıçının yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaq üçün onun həyat və yaradıcılığı haqqında oxuculara biblioqrafik məlumat vermək olar. F. Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabının icmalını, “Vətən dili” kitabının müzakirəsini keçirmək olar. Həmçinin F. Köçərlinin 150 illiyi münasibətilə “Azərbaycan ədəbiyyatı və milli bədii söz sənətimiz” mövzusunda elmi-nəzəri konfrans keçirmək olar. “F.Köçərli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir”, “Azərbaycan ədəbiyyatşünaslığında və tənqidi fikir tarixində F. Köçərlinin mövqeyi”, “F.Köçərli Azərbaycan ədəbiyyatı tarixinin elmi əsasının banisidir” və sair mövzularda mühazirələr, söhbətlər təşkil etmək olar.

Kitabxanada keçirilən bütün tədbirlər geniş oxucu kütləsində F. Köçərli yaradıcılığına qarşı dərin maraq oyatmaqdan ibarətdir.

Tövsiyə edilmiş ədəbiyyat:

1.Azərbaycan ədəbiyyatı [Mətn]: 2 cilddə /F. Köçərli; tərt.ed.,müqəd.,izah və qeyd. Müəl. R. Qənbərqızı; red.Ə.Mirəhmədov, B. Nəbiyev.-Bakı: Avrasiya Press, 2005.-c1.-560.;c2-464s.

2.Əlamətdar və tarixi günlər təqvimi -2013/baş red. K.Tahirov;red.G. Səfərəliyeva; məsul katib N. Alışova ; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.-B.,2012.-440s.

İstifadə edilmiş ədəbiyyat:

1.Müqəddəs tarix [Mətn]:19.021899/ tərt. ed. M.Əfəndizadə, F. Köçərli;Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti; tərt. ed.: F.Şirinov: türk dilində yazılan H.Ə.Qayıbov və Ə.Axundzadə təsis və təchiz ediblər .-Bakı: Təhsil, 2007.-72s.

2.Rzalı R. İşıq sevdalısı F.Köçərli [Mətn]:R.Rzalı //Azərbaycan.-2010.-13iyul.-s.3.

3.Şamxəlil M.Qüdrətli.-ədəbiyyatşünas, folklor tədqiqatçısı [Mətn]:M. Şamxəlil //Azərbaycan müəllimi.-2011.-9sentyabr.-s.7.




Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin