GÜNAHLARA VERİLƏN CƏZALARDAN BƏZİLƏRİ
Allah – subhənəhu və təalə – günahlara görə cəzalar tərtib etmişdir. Sən bu cəzaları xatırla və bu cəzaların sənə də toxuna biləcəyini xatırla. Bu cəzaları nəfsin üçün günahları tərk etməyə yetərli et. Mən bu cəzalardan bəzilərini sənə xatırlayım. Ağıllı insana inandıqdan sonra bir qismi də kifayət edər.
1. Günahların cəzaları qulaqların və qəlblərin möhürlənməsi, gözlərin pərdələnməsi və qəlblərin kilitlənməsi, qıfıllanması və paslanması, qəlblərin və gözlərin çevrilməsi, insan ilə qəlbi arasında maneənin yaran-ması, Rəbbinin zikrindən qafil olması, insana öz nəfsini unutdurması, Allahın qəlbini təmizləməməsi, köksünü sıxıntılı etməsi sanki göyə çıxmış kimi, qəlblərin haqdan çevrilməsi, xəstəliklərin üstünə xəstəliklərin gəlməsi, qəlblərin başı aşağı çevrilməsi kimi səbəblərin olması insan kifayət edər ki, bu günahlardan çəkinsin. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlblər dördür: 1. Xalis, təmiz qəlbdir ki, orada parlayan çıraq vardır ki, bu da möminin qəlbidir. 2. Qapalı qəlbdir ki, bu da kafirin qəlbidir. 3. Çevrilmiş qəlbdir ki, bu da münafiqin qəlbidir. 4. Bir qəlb də vardır ki, onu iki maddə bir tərəfə çəkir. İman və Nifaq maddəsi. Üstünlük qalib gələn tərəfədir»397.
2. Günahların cəzalarından itaətdən geri qalması və uzaqlaşdırılması.
3. Günahların cəzalarından qəlbi eşitməyəcək şəkildə kar, danış-mayacaq şəkildə lal və haqqı görməyəcək şəkildə kor edir. Beləcə qəlb haqqı karın səsləri, korun rəngləri və lalın dili ilə söz arasındakı halında olar. «Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun? Həqiqətən gözlər kor olmaz, lakin sinədəki qəlblər kor olar». (əl-Həcc 46). Tam korluq həqiqətdə sadəcə qəlb korluğudur. Qəlb göz kimi kor olur. «Kora, çolağa, xəstəyə günah yoxdur…». (ən-Nur 61).
4. Günahların cəzalarından biri də bir yerin üzərində olanlarla bərabər yerə batırılması kimi qəlb də yerə batırılır. Beləcə sahibi fərqinə varmadan qəlb ƏSFƏLƏ SƏFİLİNƏ – endirilir. Qəlb ən aşağı təbəqəyə, dərəcəyə batrılır. O, insanın qəlbi o, qədər aşağıya enir ki, zibilliyin yanında fırlanır (dolaşır). Həqiqətən də Allahın qaldırdığı, özünə yaxınlaşdırdığı qəlb isə ərşin ətrafında dolaşır. Sələflər deyirlər ki: «Həqiqətən də bu qəlblər dolaşırlar. Qəlblərdən bəzisi pisliyin ətrafında, bəzilərinin qəlbləri isə zibillikdə, ayaq yollarında dolaşır».
5. Günahlar qəlbin surətini dəyişdirir. Qəlbin məsh edilməsi, həqiqi olan surətdən başqa bir şəkil alması. Qəlb əxlaqında, əməlində və təbiətində bənzədiyi heyvanın qəlbinə dönər. Kimisinin qəlbi donuza çox oxşadığı üçün bənzərlik səbəbi ilə donuza çevrilir. Kimiləri itə, eşşəyə, ilana, əqrəbə və digər bənzədiyi heyvanların qəlblərinə dönür. Sufyan b. Uyeynə – rahmətullahi aleyhi – nin bu ayəyə verdiyi təfsirdə: «Yerdə gəzən elə bir heyvan, göydə iki qanadı ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın». (əl-Ənam 38). İnsanlardan kimiləri yırtıcı heyvan əxlaqında, kimiləri itin, donuzun, eşşəyin əxlaqı üzərindədirlər. Kimiləri tovuz quşu öz lələyinə büründüyü kimi insan da öz paltarına bürünərək lovğalıq edir, kimiləri də sevir və sevilir göyərçin kimi, kimiləri də dəvə kimi kinlidir, kimiləri də tülkü kimi hiyləgər, kimiləri də qoyun kimi hər bir şeyi xeyirlidir. Allah cahilləri və bacarıqsızları zaman-zaman eşşəklərə, bəzən də itə bənzətmişdir. Bəzən bu (bənzərlik) batində olan oxşarlıq o, qədər güclənir ki, zahirdə də ortaya çıxır. Lakin bunu yalnız fərasət sahibləri görürlər. Bu bənzəmənin əməllərdə zahir olmasını isə hamı görür. Hətta onun hərəkətləri, əxlaqı o, qədər güclənir ki, surəti çox çirkin hala gəlir. Allahın izni ilə onun surəti dəyişir. Allah onun surətini oxşadığı heyvanın surətinə çevirir. Necə ki, Allah Yəhudi və Nəsraniləri donuzlara və meymunlara çevirmişdir».
Dostları ilə paylaş: |