QƏLB NƏ İLƏ SALAMAT OLUR? - Onun salamtçılığı tamamlanmaz bu beş şeydən salamat olmadıqca. 1) Tövhidə zidd olan şirkdən. 2) Sünnəyə müxalif olan bidətdən. 3) Allahın əmrinə zidd olan şəhvətdən. 4) Zikrə zidd olan qəflətdən. 5) İxlasa zidd olan nəfsi-istəkdən. Bu beş şey insan ilə Allah arasında bir pərdədir. Bunların da hər birinin öz növləri vardır. Buna görə də qul Rəbbindən davamlı və israrlı olaraq onu doğru yola yönəltməsini şiddətlə istəməyə ehtiyacı vardır. Qul bu dua qədər başqa heç bir şeyə bu qədər möhtac deyildir və qula bu duadan da faydalı heç bir şey yoxdur. Bəndə öz Rəbbindən sıratal Mustəqimi istəməlidir. Hidayəti istəməlidir. Bəndənin ən çox ehtiyacı olduğu dua da elə budur. Çünki düzgün yol özündə elmlər, əməllər, qadağalar əhatə edir.
Hər bir müsəlman Sıratal Mustəqimdədir. Əgər hər bir müsəlman düz yoldadırsa nəyə görə gündə 17 dəfə düzgün yola bizi yönəltməyi Allahdan istəyirik. Ümumi olaraq insan Sıratal Mustəqimdədir və bizdə Allahdan bunun təfsilatını istəyirik. Bu yolu xırdalığına kimi bilmək istəyirik. Bəzən insan doğru yolun bütün xırdalıqlarını bilədə bilər, bilməyədə. Lakin bilsə də belə bilmədikləri bildiklərindən daha çoxdur. Bildiklərinə bəzən gücü çata da bilər, bəzən çatmaya da. Onları etməkdən aciz qalsa da belə onlar doğru yoldan olan işlərdəndir. Gücünün çatdıqlarını nəfsi istəyə də bilər, təmbəllik, səhlənkarlıq və s. mane ola da bilər. İstədiyi bir şeyi edə də bilər, etməyə də, etdiklərində ixlaslı ola da bilər, olmaya da, ixlaslı olub sünnətə tam şəkildə sarıla da bilər, sarılmaya da, sünnətə sarılaraq sabit ola da bilər, olmaya da. Bütün bunlar insanlar arasında baş verir. Bəzilərində az, bəzilərində isə çoxdur.
Buna görə də insan möhtacdır ki, Allah onu hidayətə yönəltsin. İnsanların öz təbiətində hidayətə yönəlmək yoxdur. Əksinə əgər nə zaman öz təbiəti ilə başlı-başına buraxılarsa nəfsi onu bu şeylərdən uzaqlaşdırar. Allahın günahlarına görə münafiqləri başı aşağı etməsi də budur. Allah – subhənəhu və təalə – düz yol üzərindədir. Əməllərində də, qadağalarında da, qəza və qədərində də. Bəndələrindən də istədiyini bu düz yola yönəldir. Əgər insan hidayətə yarıyarsa ona hidayət verər. Ədaləti və hikməti ilə bəzilərini də bundan uzaqlaşdırır hidayətə yaramadıqlarına görə.
Allah əmrindən qullarına, doğru bir yol qoymuş və onların hamısını Özündən bir hüccət və ədalət olsun deyə o, doğru yola dəvət etmiş və onlardan dilədiyini Özündən bir lütf və mərhəmət olaraq doğru yolda yeriməyə hidayət etmişdir. Bu ədalət və fəzilətlə onları bu doğru yoldan çıxarmamışdır. Qiyamət günü də Allah özünə çatmaq üçün, Cənnətə çatmaq üçün düz yolu Sıratı qoyacaqdır. Bu dünyada da bəndələri üçün düz yol qoyduğu kimi. Kim bu dünyada ikən düz yoldan çıxıbsa Qiyamət günü də o, Sıratdan kənara çıxacaqdır. Allah kimi bu dünyada ikən sabit edibsə onu Sıratda da sabit edəcəkdir. Allah özünə və Rəsuluna iman gətirən möminlərin dünyada ikən qəlblərində olan nur həşrin qaranlıqları içərisində onların önlərindən və sağ tərəflərindən gedən gözlə belə görünən aşkar bir nur edəcəkdir. Allah onların nurlarını qoruycaq hətta bu yolu qətt edənə qədər. Necə ki, Allah dünyada ikən onların imanlarını qorumuşdur özünə çatana qədər.
Münafiqlərin nurlarını isə ən çox ehtiyacları olduqları vaxt söndürəcəkdir. «Allah bir kəsə nur verməsə, onun nuru olmaz». (ən-Nur 40). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Kafir beş qaranlıq içərisində olar: Onun sözü qaranlıqdır, əməli qaranlıqdır, girəcəyi yer qaranlıqdır, çıxacağı yer qaranlıqdır, Qiyamət günü gedəcəyi yer də qaranlıqdır». Necə ki, Allah o, nuru onların qəlblərində bu dünyada ikən söndürmüşdür. Allah asilərin, günahkarların əməllərini o, yolda bir qarmaqlar edəcəkdir. Qarmaqlar isə onları qapacaqlar. Necə ki, dünyadakı günahları onları düz yoldan çıxartdığı kimi qarmaqlar da onları düz yoldan Sıratdan yayındıracaqdır. Allah onların Sıratdakı sürətini bu dünyadakı sürətinə görə edəcəkdir. Bu dünyada nə cür sürətlə gedibsə o, cür də Sıratı keçəcəkdir. Allah möminlər üçün Hovuz quracaqdır. Onlar bu dünyada ikən şəriət hovuzundan nə qədər içmişlərsə Qiyamət günü də o, hovuzdan içəcəklər. Bu dünyada ikən şəriətdən içməyən isə Qiyamət günü hovuzun suyundan məhrum olacaqdır.
Ey Adəm övladı! Sən bu axirətə gözünün qarşısında gördüyün kimi bax! Allahın hikmətini fikirləş və ibrət al. Onda sən yəqin olaraq biləcəksən ki, bu dünya axirətin tarlasıdır. Qiyamət günü insanların xoşbəxtliyinin və bədbəxçiliyinin dərəcələri dünyadakı iman, saleh əməldən aslıdır. Dünyada ikən imanı nə qədər güclü olubsa xoşbəxtçiliyi də bir o, qədər güclü olacaqdır və ya əksinə. Günahların cəzalarının ən böyüklərindən biri dünya və axirətdə doğru yoldan çıxmaqdır. Müvəffəqiyyət ancaq Allahdandır!
Dostları ilə paylaş: |