SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə111/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   107   108   109   110   111   112   113   114   ...   330
NAMAZI TƏRK EDƏN

Namazı tərk edib, şəhvətlərə uyanların aqibəti Qiyamət günü çox pis olacaqdır. «Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Biz onları Ğəyy dərəsinə atacağıq». (Məryəm 59). «Sizi Cəhənnəmə salan nədir? Biz namaz qılanlardan deyildik». (əl-Mudəssir 42-43). Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi (bir rəvayətdə: qul) ilə şirk və küfr arasında namazı tərk etməkdən başqa bir şey yoxdur. Qul onu buraxdığı zaman heç şübhəsiz ki, şirkə (bir rəvayətdə: küfrə) düşmüş olur»433. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Küfr ilə iman arasında namazı buraxmaq vardır»434. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizim ilə onların arasında əhd namazdır. Kim onu tərk edərsə küfrə (şirkə) düşmüş olar»435. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim namazı bilə-bilə tərk edərsə Allahın himayəsi (rəhməti) onun üzərindən uzaq olar»436. İbn Ömər -radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahdan başqa ibadətə layiq ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət edincəyə, namaz qılıncaya, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Bunu etdilərmi, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və mallarını məndən qorumuş olurlar. Haqq-hesablarını çəkmək isə Allaha aiddir»437. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü insanların əməllərindən ilk hesaba çəkiləcək əməlləri namazlarıdır. Rəbbimiz olan Allah hər bir şeyi gözəl bildiyi halda mələklərə: «Qulumun namazına baxın onu tammı yoxsa əskikmi qılmışdır?» deyə buyurar. Əgər namazı tam isə ona tam olaraq yazılır. Yos əgər ondan bir şey əskiksə: «Qulumun hər hansı bir nafilə namazının olub olmadığına baxın» deyə buyurar. Əgər nafilə namazları varsa: «Qulumun fərz namazlarını nafilələrlə tamamlayınız» deyə buyurar. Daha sonra digər əməlləri də bu şəkildə hesaba alınır»438. Bureydə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əsr namazını tərk edərsə (buraxarsa) əməlləri boşa gedər»439. İbn Ömər -radiyallahu anhu– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əsr namazını qılmayan kimsə ailəsini və malını itirmiş kimidir»440. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim namazı qəsdən (istəyərək) tərk edərsə ondan Allahın zimməti qalxar»441. İbn Ömər - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim namazını qoruyarsa Qiyamət günü (namaz) onun üçün bir nur, bir dəlil və bir qurtuluş olar. Hər kim də namazını qorumazsa onun üçün nə bir nur, nə bir dəlil, nə də bir qurtuluş olur. Qiyamət günü isə Qarun, Firon, Haman və Ubey b. Xələf ilə bərabər həşr olunar»442. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bilə-bilə namazını tərk edərsə Allahdan bir şey istəməyə haqqı yoxdur»443. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Kim namazı tərk edibsə onun dinlə heç bir əlaqəsi yoxdur»444. Əli -radiyallahu anhu– deyir ki: «Namaz qılmayan (tərk edən) – kafirdir»445. İbn Abbas - radiyallahu anhu – deyir ki: «Kim bilə-bilə bir namazı belə tərk edərsə (qılmazsa) Allahı qəzəbli halda qarşılayacaqdır»446. İbn Ömər -radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Namazı olmayanın dini yoxdur»447. Əbu Darda - radiyallahu anhu – deyir ki: «Namazı olmayanın imanı yoxdur»448. Ömər - radiyallahu anhu – deyir ki: «Namazı tərk edənin İslamdan nəsibi yoxdur (İslamı yoxdur)»449. Ubadə b. Samit - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha şərik qoşmayın, namazı da bilərəkdən tərk etməyin. Hər kim bilərək, qəsdən namazı tərk edərsə İslam millətindən çıxmışdır»450. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir fərz namazını qəsdən tərk edərsə Allahın zimməti ondan uzaq olmuşdur. Kimdən də Allahın zimməti uzaq olarsa o, kimsə kafirdir»451. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ya bir qrup insanlar cümə namazını tərk etməkdən əl çəkəcəklər, ya da Allah onların qəlblərinə elə bir möhür vuracaqdır ki, qafillərdən olarlar»452. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim əhəmiyyət verməyərək (səbəbsiz) üç Cümə namazını tərk edərsə Allah o, kimsənin qəlbini möhürləyər»453.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin