NAMAZDA OLAN QADAĞALAR - Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Dəstəmazsız namaz qılmayın, Bismilləh – demədən dəstəmaz almayın»454. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Kim dəstəmaz vaxtı üç dəfədən çox bir (əzanı) yuyarsa o, kimsə artıq günah, düşmənçilik və zülm etmişdir!»455. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – subaşına çıxmışdı. Bir nəfər gəlib ona salam verdi və o bu salama cavab vermədi»456. Əbu Əyyub əl-Ənsari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Ayaqyolunda üzünüzü və arxanızı qibləyə yönəltməyin, yalnız şərqə və ya qərbə tərəf yönəldin». Əbu Əyyub rəvayət edir ki: «Biz Şama gəldikdə orada təharətxanaların üzü qibləyə bina edildiyini gördük və Allahdan bağışlanmağımızı diləyərək bacardığımız qədər o, təharətxanalardan uzaqlaşdıq»457. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Kitabın Fatihəsini oxumayanın namazı yoxdur»458. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Qul namazda sağa-sola baxmadığı müddətdə Allah da ona baxmağa davam edər. Qul namaz qılarkən sağa-sola üzünü çevirərsə Allah da ondan üz çevirər»459. Peyğəmbər - səllallahu aleyhi və səlləm – namaz əsnasında üç şeydən çəkindirdi: «Xoruzun yem topladığı kimi namaz qılmağı, köpək oturuşu kimi oturmağı və tülkünün baxdığı kimi sağa-sola baxmağı»460. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Ruku və Səcdə də qamətini düzəltməyənin namazı yoxdur (namazı səhih deyildir)»461. Əbu Abdullah əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – məsciddə bir qrup səhabələrlə oturmuşdu. Bir nəfər içəri girib namaza durdu. Ruku etdi və başını əyib qaldıraraq (tez-tez) səcdə etməyə başladı. Peyğəmbər: «Bunu görürsünüzmü? Kim bu cür ölərsə Muhəmmədin dinindən başqa bir din üzərə ölmüş olar. Qarğanın leş diddiyi kimi namazda başını əyib qaldırar, səcdəsini toyuğun yem yediyi kimi bir və ya iki dənə xurma yeyən ac insana bənzər. Bu onun aclığını doydurarmı?» deyə buyurdu462. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Mən ruku və səcdədə Quran oxumağı sizlərə qadağan etdim. Rukuda Allahı təzim edin, səcdədə isə çox dua edin. Siz cavab almağa layiqsiniz»463. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Əgər namaz qılanın qarşısından keçən bilsəydi ii, nə qədər böyük günah edir onda dayanardı və qırx gün (il) yerindən tərpənməzdi»464. Zeyd b. Ərqam – radıyallahu anhu – rəvayət edir ki: «Biz İslamın əvvəlində namaz əsnasında danışırdıq. Bu hal: «Namazlara, xüsusilə orta namaza(əsr namazına) riayət edin və Allah itaət etmək üçün ayağa qalxın və sükutla namaz qılın». (əl-Bəqərə 238)-ci ayəsi nazil olana qədər davam etdi»465. Peyğəmbər - səllallahu aleyhi və səlləm – arxadan saçlarını hörmüş bir kimsə haqqında buyurdu: «Bu adamın halı əlləri arxadan bağlanmış olaraq namaz qılan bir kimsə kimidir. Saçlarının hörülmüş yerləri şeytanın oturduğu yerdir»466. Cabir b. Səmura – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Namaz əsnasında göyə (yuxarı) nəzər salanlar (etdikləri əməldən) çəkinsinlər. Bu işə son qoymalıdırlar, yoxsa onlar görmə qabiliyyətini itirərlər»467. Aişə – radıyallahu anhə – rəvayət edir ki: «Mən Peyğəmbər - səllallahu aleyhi və səlləm – dən namazda (insanın ora-bura) baxması haqda soruşdum?». O: «Bu namazda olan ixtiləsdir. Şeytan bəndənin namazından oğurlayır» deyə buyurdu468. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – əllər beldə namaz qılmağı qadağan etdi»469. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Səcdədə bədəninizi şax tutun və itin dirsəkləndiyi kimi dirsəklənməyin»470. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – (Təşəhhüdü oxuduğu zaman) şeytan oturuşundan (ayaqları yana çəkib arxanı yerə vurmaq) kimi oturmaqdan çəkindirər və həmçinin heyvan oturuşundan da çəkindirərdi (Səcdə etdikdə dirsəkləri yerə qoymaq)»471. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz çiynini örtməyən bir paltarda namaz qılmasın»472. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Yeddi əza üzərinə səcdə etmək mənə əmr olundu, saçı və paltarı çırmalamaq isə mənə qadağan edildi»473. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Yemək (süfrəyə) gətrildiyi zaman, həmçinin ön və arxadan çıxanı saxlayaraq namaz qılınmamalıdır»474. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «İmamdan əvvəl başını qaldıran qorxmur ki, Allah onun başını və ya bədənini uzunqulağın surətinə çevirər»475. Peyğəmbər - səllallahu aleyhi və səlləm – qarğa kimi dimdikləməyi (səcdələri tez-tez etmək), heyvan kimi yerə yayılmağı, dəvənin özünə daimi yer seçdiyi kimi məsciddə yer seçməyi qadağan etmişdir»476. Peyğəmbər - səllallahu aleyhi və səlləm – dəvə saxlanılan yerlərdə namaz qılmağı, qəbristanlıqda, hamam və murdar yerlərdə namaz qılmağı qadağan etmişdir»477. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Allah hicabsız478 namaz qılan həddi-buluğa çatmış qadının namazını qəbul etməz»479. Peyğəmbər - səllallahu aleyhi və səlləm – namaz əsnasında yeri daş və torpaqdan təmizləməyi də qadağan edərək buyurur: «Əgər bunu etsən bir dəfə et»480. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin namaz qıldıqda yuxusu gələrsə yuxu ondan gedənə qədər uzansın. Həqiqətən sizlərdən kimsə yuxulu namaz qılarsa bilməz Allahdan istiğfar diləyib, yoxsa özünü söyüb (lənətləyib)»481. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Günəş doğacağı və batacağı vaxt namaz qılmayın. Çünki günəş şeytanın buynuzları arasında doğar»482. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Nə yatanın, nə də danışanların yanında namaz qılma»483. Peyğəmbər - səllallahu aleyhi və səlləm – Cümə günü imam xütbə verdiyi vaxt dizləri yığaraq iki əllə tutmağı qadağan edib»484. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Əgər üç nəfər kənd və ya səhrada bir yerdə cəmaat namazı qılmazsa şeytan onların üzərində hökmüranlıq edər. Buna görə cəmaat namazı tərəfdarı ol. Çünki canavar sürüdən uzaq düşmüş qoyunu yeyər»485. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, içimdən elə şeylər keçir ki, odun toplansın, namaz üçün azan verilsin, sonra bir nəfər xalqa imam olaraq namaz qıldırsın və cəmaat (namazını) buraxaraq cəmaata gəlməyənlərin evlərini yandırım»486. Peyğəmbər - səllallahu aleyhi və səlləm – işa namazından öncə yatmağı və işa namazından sonra söhbətə dalmağı xoşlamazdı»487. Peyğəmbər - səllallahu aleyhi və səlləm – cümə və ya (fərz namazlarından hər hansını) qıldıqdan sonra dərhal qalxaraq nafilə namazını qılmağı qadağan edərək buyurdu: «Cüməni qıldıqdan sonra danışmadıqca və yerini dəyişmədikcə bir namazı digər namaza yapışdırmamağı əmr etdi»488. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər bir kimsə azanı eşitdikdən sonra səbəb olmadan namaza gəlməzsə onun namazı qəbul olunmaz»489. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – görür ki, səhabələr arxada oturmaq üçün çalışırlar. Onlara: «İrəli gəlin və mənim kimi edin. Sizin arxanızdakılarda sizdən nümunə götürərək (irəli) gəlsinlər. Həqiqətən insanlar arxada oturmağa üstünlük verəcəklər o, vaxta qədər ki, Allah da onları geri atacaqdır»490. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Kişilər üçün ən gözəl səff birinci, ən pis səff isə axırıncı səfdir. Qadınlar üçün ən yaxşı səff axırıncı, ən pis səff isə birinci səfdir»491. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Ey Allahın qulları! Ya səflərinizi düzəldirsiniz, ya da Allah üzlərinizi fərqli istiqamətə çevirir (Başqa rəvayətdə: Yoxsa qəlbləriniz ayrılar)»492.