QƏLBİN SAĞLAMLIĞININ ƏLAMƏTLƏRİ – Əgər qəlbin sağlam olduğunu bilmək istəyirsənsə onda sən bu əlamətlərə bax. Hansı ki, bu əlamətləri böyük həkim, mütəxəssis və qəlb həkimi sayılan İbn Qeyyim – rahmətullahi aleyhi – bunu zikr edir. Bu xəstəlikləri çox məharətlə və dəqiqliklə təyin etmişdir. Bizlər də qəlbimizi, özümüzü o, əməllərə ərz edək. Əgər bu əlamətlər bizdə varsa Allaha həmd edək, əgər yoxdursa o, xəstəlik qəlbi bürüməzdən əvvəl onun müalicəsinə tələsək. Əgər çoxalaraq qəlbi bürüyərsə artıq ondan sonra müalicə də xeyir verməz. 1. O, qəlb ki, sahibini daima Allaha itaətə, tövbəyə yönəldir. 2. O, insan Rəbbini zikr etməkdən yorulmur və həmçinin də Rəbbinə ibadətdən bezmir. 3. Onun gündəlik bir payı (ibadət, zikr, nafilə) ötdükdə o, kimsə bundan ağrı çəkir. Ağrı çəkir ki, bu gün filan ibadəti yerinə yetirmədim. Hətta malının, ailəsinin itməsindən də şiddətli ağrı keçirir. Görəsən gündəlik bir payı olmayan insan haqqında İbn Qeyyim – rahmətullahi aleyhi – nə deyərdi? O, kimsə ki, fərz namazını ötürür və bundan heç bir ağrı da çəkmir. Görəsən onun barəsində nə deyərdi? 4. İnsan ibadətdə ləzzət duyur. Elə bir ləzzətki, heç bir yemək, içmək onun yerini verə bilməz. Görəsən bizdən hər hansı birimiz ibadətdə bu ləzzəti duyuruqmu? Yoxsa ləzzəti ibadətdən çıxandan sonra duyuruq? 5. Namaza daxil olduğu zaman onun dünyəvi dərdləri yoxa çıxar. Biz isə namaza girdikdə bütün fikir və dərdlərimiz namazda toplanır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurduğu o, ləzzət, rahatlıq haradadır? Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Bilal! Sən bizi namazla rahatlandır»80. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur ki: «Mən göz yaşlarımı, sevincimi namazda qoydum». Bir çoxlarının halı isə: «Ey imam! Bizi namazdan rahatlandır» deyərək səslənir. 6. İnsanın əsas dərdi Allah üçün olmalıdır. 7. İnsanın öz vaxtına xəsis olması, boş yerə sərf etdiyinə xəsis olmasıdır. Necə ki, xəsis insan öz malına xəsislik etdiyi kimi, sağlam insan da vaxtına bu kimi xəsis olmalıdır. 8. Onun əməlin özünə olan marağındansa, əməlin düzgün olmasına olan marağı daha güclü olmalıdır.