SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə18/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   14   15   16   17   18   19   20   21   ...   330
QƏLB XƏSTƏLİKLƏRİ 1. Nifaq. Bu da xəstəliklərin ən təhlükəlisi və insan üçün axirət və aqibət tərəfdən ən şiddətlisidir. Heç kəs zənn etməsin ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dövrü sonra çatmaqla, münafiqlərin (Abdullah b. Ubeyy b. Səlul və s) ölüb getməsi ilə nifaq yoxa çıxmışdır. Əksinə nifaq indi keçmişdə olandan daha təhlükəlidir. Nifaq söz əməllərini yerinə yetirməklə başlayır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də onun əlamətlərini bəyan edərək: «Danışanda yalan danışar, əmanət veriləndə xəyanət edər, mübahisə etdikdə biabırçı sözlərə yol verər, əhd edəndə xəyanət edər»81. Əgər insan bu sifətlərdə davam edərsə artıq bu günahlar onun qəlbinə yapışar və bunlar da insanı artıq etiqadı nifaqa - Allah qorusun! - gətirib çıxardar. 2. Riya. Riya gizli olduğuna görə təhlükəli xəstəliklərdəndir və həmçinin də onun əməli korlamasına böyük təsiri olduğuna görə və bundan da çox az adamın salamat olduğuna görə təhlükəli əməllərdəndir. İnsan namaz qılır, lakin insanları gördüyü zaman namazını gözəlləşdirir, insanları görmədiyi zaman isə namazında təmbəl olur və ya namazını sürətli qılır. Bəzən də insanlar görsün deyə sədəqə verir və s. Bütün bunlarda da qəlbin xəstəliklərinə dəlalət edir. 3. Həsəd. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Həsəd qəlb xəstəliklərindən biridir və bundan xilas olan az bir qism insanlardır». «Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar?». (ən-Nisa 54). Lakin insanların bəziləri digərlərinə həsəd aparırlar. Allahın ona verdiyi mala, sağlamlığa, övlada, vəzifəyə görə və bunda da çox böyük təhlükə vardır. 4. Təkəbbürlük, insanın öz nəfsi ilə razı qalması və başqalarına xor baxması, istehza etməsi. «Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır». (əl-Əraf 146). «Şübhəsiz ki, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində ancaq bir təkəbbürlük vardır. Onlar heç vaxt ona çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən O, (hər şeyi) eşidən və görəndir». (əl-Mumin 56). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbində zərrə qədər kibr (təkəbbürlük) olan kimsə Cənnətə daxil olmaz»82. 5. Nəfsi-istək və Allahdan qeyrisini sevmək. Bu da şiddətli bəlalardan biridir. Bu da qəlb üçün bir zəhərdir. İnsanın dostluğu, düşmənçiliyi, sevməsi və nifrət etməsi Allahdan qeyrisi üçün olarsa, şəxsi tamahı, istəyi üçün olarsa heç bir şübhə yoxdur ki, bu onu həlaka aparacaqdır. «Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?». (əl-Casiyə 23). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsənin nəfsi-istəyi mənim gətirdiyimə uyğun olmadıqca iman gətirmiş olmaz»83. Sən özünə belə bir sual ilə müraciət edə bilərsən ki, mənim etdiyim hər əməl (sevmək, nifrət etmək və s) Allah üçündür, yoxsa Allahdan qeyrisi üçün? Sən bunu gündəlik həyatında müşahidə edə bilərsən. Buna görə də Sələflər deyirlər ki: «Əgər bir kimsə Allah dərgahında özünün dərəcəsini bilmək istəyirsə, baxsın özünə görə Allahın dərəcəsi necədir». 6. Qəlbin sərtliyi. Artıq bu xəstəlikdə çoxalmışdır. Çünki Allahın zikrindən qeyri kəlam çoxaldığına görə və haram mal, musiqi dinləmək, qeybət, çox gülmək, çox yatmaq, faydasız şeylərə baxmaq və faydasız şeylər danışmaq və başqa əməllər çoxaldığına görə qəlb də sərtləşir. «İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı? Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onlar uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir». (əl-Hədid 16). «Məgər Allahın köksünü İslam dini üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi?). Elə isə vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar». (əz-Zumər 22).


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin