SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə19/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   15   16   17   18   19   20   21   22   ...   330
QƏLB XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ 1. Qəlbin xəstəliyini etiraf etmək. Bu nəzəri bir müalicədir. Çünki bir insan ki, xəstəliyi etiraf etmirsə və ya onu qəbul etmirsə necə bu xəstəliyi müalicə edə bilər. 2. Şəri elmi öyrənmək. Quran Sünnəni bilmək. Sələflərin yazdıqları kitabları oxuyaraq qəlbi xəstəliklərdən təmizləmək. 3. Nəfsi hesaba çəkmək və tövbə etmək və daima özünü Allahın nəzarəti altında olduğunu hiss etmək. Elə bir insan yoxdur ki, böyük və ya kiçik günaha düşməsin. Lakin ağıllı insan o, kimsədir ki, günahı üzərində davam etməz. Dərhal tövbəyə tələsər. O, insan ki, öz sözlərini, əməllərini hesaba çəkir, sözlərini və əməllərini Quran və sünnəyə ərz edir. Əgər uyğun gələrsə Allaha həmd edir, əgər uyğun gəlməzsə tövbə edərək Allaha qayıdır. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Hər bir insan yatmamışdan bir saat qabaq Allah xatirinə oturub gün ərzində etdiyi yaxşı və pis əməllərinə görə özünə hesabat verməli, sonra tövbə edib yatmalıdır»84. 4. Allaha sadiq olmaq. İnsanın əməllərində ixlaslı olması. Sadəcə səbəbləri tutmaq qəlbin müalicəsi üçün kifayət deyildir. İnsan Rəbbi ilə sadiq olmalıdır. Qəlblərin açarı əlində olana əməlini ixlaslı etməli və bununla da ona yardım olunar. 5. Allahdan qorxmaq. İnsanın Allah qorxusunu hiss etməsi və Allahın onun üzərində qadir olduğunu, günah etdiyi zaman onu yaxalamaq qorxusu olmasını daima bilməlidir. Qorxmalıdır ki, baxanlar içərisində Allahın ən aşağı olmasından. Bu nə deməkdir? Görürsən ki, insan özü kimi bir məxluq baxdıqda günahdan çəkinir, lakin Allahın baxışı isə daima onun üzərindədir. İnsanların baxışı onun qəlbində Allahın baxışından daha böyük yer tutur. 6. Çoxlu saleh əməllər etmək. İnsan saleh əməlləri etməkdə həris olmalıdır. 7. Daima Allahı zikr etmək. Buna görə də müsəlmana əmr edilmişdir ki, daima dili Allahı zikr etməklə islah olsun. 8. Dua etmək. Bu da möminin silahı və sığınacaq yeridir. Xüsusən də duanın qəbul olunmasının umulan vaxtlarında duaları çoxaltmaqdır. 9. Axirətə bağlanmaq və dünyanın fani olduğuna iman gətirmək. Bu da müalicə üçün olan böyük səbəblərdən biridir. 10. Nəfsi-istəklərə və şeytana uymaqdan çəkinmək. Çünki bunların heç biri müsəlmana xeyir istəmirlər.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin