SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


EHTİYACI OLMADIĞI HALDA İNSANLARDAN İSTƏMƏK (DİLƏNMƏK)



Yüklə 3,12 Mb.
səhifə178/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   174   175   176   177   178   179   180   181   ...   330
EHTİYACI OLMADIĞI HALDA İNSANLARDAN İSTƏMƏK (DİLƏNMƏK)

Səhl b. Hənzələ - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ehtiyacını ödəyəcək qədər imkanı olduğu halda başqasından istəyən kimsə ancaq Cəhənnəm atəşini artırmaq istəyir». Soruşdular ki: «Bəs onda ehtiyacını ödəməmək nədir?». Peyğəmbər: «Səhər və axşam yeyəcəyi miqdarı qədər» deyə buyurdu800. İbn Məsud - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünə çata biləcək qədər malı olmasına baxmayaraq dilənən insan Qiyamət günü üzündə yara və (üzü) sıyrılmış halda gələcəkdir»801. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlardan öz malını çoxaltmaq üçün onların mallarını istəyən şübhəsiz ki, bir od parçası istəmişdir»802. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yüksək əl alçaq əldən xeyirlidir. Çünki yüksək əl verən, alçaq əl isə istəyən əldir»803. Əbu Hutreyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Miskin qapı-qapı dolaşmağı sənət edən, sədəqə üçün xalqı dolaşıb birinin iki loxma, birinin iki xurma verdiyi diləmçi kimsə deyildir». Səhabələr: «Elə isə miskin kimdir? Ya Rəsulullah!» dedilər. Peyğəmbər: «Miskin zərurətlər içərisində iffətli qalmağa çalışan, (xalq tərəfindən) zərurəti bilinməyən, özü də xalqdan bir şey istəməyən kimsədir. İstəsəniz bu ayəni oxuyun: «(Sədəqə) Allah yolunda canından keçərək yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Muhəmməd!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan nə verdiyinizi şübhəsiz ki, Allah bilir. (əl-Bəqərə 273)» deyə byurdu804. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim çox mal toplamaq üçün insanlardan onların mallarını dilənirsə heç şübhəsiz ki, bir atəş parçasını istəmişdir. Artıq bu atəşin az olmasını, ya da çox olmasını istəsin»805. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «And olsun ki, sizdən birinizin səhər tezdən (meşəyə) gedərək belinə odun toplayaraq (onu satması) və insanlara əl açmaması onun üçün bir kimsənin yanına gələrək ondan sədəqə istəməsindən xeyirlidir. Kim bilir ki, o istədiyi kimsə ona verər, yoxsa verməz»806. Avfu b. Məlik əl-Əşcai - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda doqquz, yaxud səkiz, yaxud yeddi kişi idik. Peyğəmbər: «Allahın Rəsuluna beyət etməzsinizmi?» deyə buyurdu. Halbuki bizlər bir az öncə ona beyət etmişdik və Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu sualını üç dəfə təkrar etdi və bizlər də əllərimizi beyət üçün uzadıb: «Ya Rəsulullah! Biz bir az öncə sənə beyət etdik. İndi nə üçün beyət edirik» dedik. Peyğəmbər: «Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın, beş vaxt namaz qılın və insanlardan heç bir şey istəməyin» deyə buyurdu. Sonra mən bu cəmaatdan bəzilərini gördüm ki, hər hansı birisinin qamçısı yerə düşdüyü zaman (yaxın olan) birisindən istəməzdi (özü düşər) və götürərdi»807. Sovban - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim mənə insanlardan bir şey dilənməyəcəyinə söz verirsə mən də onun Cənnətə girməsinə zamin olaram». Sovban: «Mən söz verirəm» dedim. Ravi deyir ki: «Həqiqətən də Sovban heç kimsədən bir şey istəməzdi»808. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç kimsə əlinin zəhmətindən daha xeyirli bir loxma yeməmişdir. Davud – əleyhissəlam – öz əlinin zəhmətiylə (qazan-dığından) yeyirdi (Başqa rəvayətdə: Zəkəriyyə – əleyhissəlam – dülgər idi)»809. Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlman olan, ehtiyacını ödəyəcək qədər ruzisi olan və Allahın verdiyi ilə qənaətkar olan kimsə heç şübhəsiz ki, qurtulmuşdur»810.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin