SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə176/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   172   173   174   175   176   177   178   179   ...   330
İŞÇİYƏ HAQQINI VERMƏMƏK

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əmək haqqı alan işçiyə haqqını təri qurumamışdan əvvəl verin»795. İşləyənlərə, fəhlə və məmurlara əmək haqlarının verilməməsi insanlar arasında mövcud olan haqsızlıqlardandır. Əmək haqqını tam ödəməmək, haqsızcasına çətinlik yaratmaq. Müəyyən bir əmək haqqının ödənilməsi haqda müqavilə bağlayır və işçi də onun bu müqaviləsinə inanaraq işə başlayan kimi iş müqaviləsi daha az əmək haqqı göstərməklə dəyişdirilir. Buna baxmayaraq fəhlələr onun yanında qalıb işləməyə məcbur olurlar. Çünki onların öz haqlarını sübut etməyə gücləri çatmır. Yaşlı insanların başqa bir iş tapa bilməyəcəklərindən istifadə edərək onları incitmək. Maaşlarını kəsmək və s. İşçiyə əlavə işlər verib, iş vaxtını uzadaraq əvəzində ancaq müqavilə maaşını vermək və əlavə haqqını verməmək. İşçini haqqını tələb etməkdən yayındıraraq uzun-uzadı mübahisələrdən, ora-bura qaçmaqdan, şikayətlərdən və məhkəmələrə müraciyətdən sonra onun haqqını ödəmək. İş sahibinin əmək haqqının ödənməsini gecikdirməkdə məqsədi onu bezikdirib haqqını almaqdan çəkindirmək və ya onların pullarını müəyyən müddət ərzində istifadə edərək əlavə xeyir götürməkdir. Vay zalımların halına! Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Mən Qiyamət günü üç nəfərlə düşmənçilik edəcəyəm. Mənim adımla söz verib sonra isə sözünə sadiq olmayan kimsəylə, azad bir insanı qul kimi sataraq pulunu yeyənlə və fəhlə tutub işini gördürdükdən sonra haqqını verməyən kimsəylə»796. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – öz Rəbbindən buyurdu: «Qiyamət günü Allah üç kimsəyə düşmən (rəqib) olacaqdır. Mənim adımla söz verim sonra da sözündə durmayan kimsə, azad bir insanı qul kimi sataraq pulunu da yeyən kimsəyə işçini öz işi üçün işlədərək pulunu verməyən kimsəyə»797.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin