YALAN AND
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir müsəlmanın malı əleyhinə haqsız yalan yerə and içərsə Allahın qəzəbinə düşmüş olaraq onun hüzuruna gələcəkdir. Sonra bizə bu ayəni oxudu: «Allah ilə əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah Qiyamət günü onları dindirməz, onlara nəzər salmaz, onları təmizə çıxarmaz və onları dəhşətli bir əzab gözləyir». (Ali İmran 77)836. Əbu Umamaə İyas b. Saləbə əl-Harisi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim (yalan bir andla) bir müsəlmanın haqqını (ona məxsus olan bir şeyi) əlindən alırsa Allah ona Cəhənnəmi vacib, Cənnəti haram edər». Səhabələrdən: «Ya Rəsulullah! Dəyərsiz bir şey olarsa necə?» dedi. Peyğəmbər: «Misvaq ağacından kəsilmiş bir parça olsada belə (Başqa rəvayətdə: Əşşaş b. Qeys deyir ki, ayə mənim haqqımda nazil olmuşdur. Mənimlə bir kimsə arasında Yəməndə münaqişəli bir ərazi var idi. Rəsulullah – sallallahu aleyhi və səlləm – in yanına gəldik və o: «Bir dəlilin varmı ki, bu ərazi sənindir?» deya buyurdu. Mən: «Xeyr» dedim. Onda and içməsini istə. Mən: «Ya Rəsulullah! Yalan yerə and içəcək» dedim. Rəsulullah – sallallahu aleyhi və səlləm – yuxarıdakı hədisi zikr etdi və bu ayə nazil oldu: «Allah ilə əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah Qiyamət günü onları dindirməz, onlara nəzər salmaz, onları təmizə çıxarmaz və onları dəhşətli bir əzab gözləyir». (Ali İmran 77)837. deyə buyurdu838. Bir Bədəvi: «Ya Rəsulullah! Böyük günahlar hansılardır?» deyə buyurdu. Peyğəmbər: «Allaha şərik qoşmaq» deyə buyurdu. Bədəvi: «Sonra hansıdır?» dedi. Peyğəmbər: «Öldürücü and» deyə buyurdu. Bədəvi: «Öldürücü and nədir?» dedi. Peyğəmbər: «Müsəlman bir kimsənin malını haqsız yerə ələ keçirməyə yol açan yalan and» deyə buyurdu839. Cundub b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə: «Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq» dedi. Bunun üzərinə Allah: «Filankəsi bağışlamayacağam deyərək Mənim adımla and içən kimdir? Həqiqətən də Mən onu bağışladım, lakin sənin əməllərini isə puç etdim»840.
YALAN ZARAFAT
Əbu Umamə əl-Bahili - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən haqlı da olsa mübahisədən çəkilən kimsə üçün Cənnətin aşağı hissəsində, zarafatla da olasa yalan söyləməyi tərk edən kimsə üçün Cənnətin ortasında, əxlaqı gözəl olan kimsə üçün də Cənnətin ən üst qatında bir ev veriləcəyinə zaminəm»841. Bəhz b. Həkim - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vay olsun o, kimsələrin halına ki, insanları güldürmək üçün ylan danışırlar. Vay olsun! Vay olsun!»842.
Dostları ilə paylaş: |