«Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin. Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığı-nız halda!». (əl-Həcc 30-31). «O, kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqda üz çevirib gedərlər». (əl-Furqan 72). Əbu Bəkrə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –: «Sizə böyük günahların ən böyüyündən xəbər verimmi? deyib bu sözü üç dəfə təkrar etdi. Səhabələr: «Bəli, ya Rəsulallah!» dedilər. Peyğəmbər: «Allaha şərik qoşmaq və ana-ataya üsyan etmək» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – uzanmış halda durub oturdu və: «Yalan söz, yalan şahidlik! deyə bu sözləri o, qədər təkrar etdi ki, (öz-özümə) kaş ki, susaydı dedim835. Yalançı şahidlik nəticəsində nə qədər insanların haqları tapdalanmış və günahsızlara neçə belə zülmlər edilmişdir. Yalnçı şahidlik məhkəmələrdə, kiminsə malını zorla ələ keçirməkdə edilən yalançı şahidliklərdə bura daxildir. «Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik!».(Yusuf 81).