SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə181/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   177   178   179   180   181   182   183   184   ...   330
İÇKİ İÇMƏK

«Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız». (əl-Maidə 90). XAMR Xumr, örtən deməkdir. Allah bu ayədə içkini öz adı ilə adlandırmadı. Onu xamr «Örtən» deyə adlandırdı. «Mömin qadınlara da de ki: Gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar, öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər». (ən-Nur 31). Buna görə də bəzi kimsələrə deyiləndə ki, narkotik maddələr haramdır deyirlər ki: «Necə ola bilər ki. haram olsun hansı ki, o dövürdə narkotik yox idi». Onlara dəlil məsh bu ayədir. Ağlı örtən hər bir şey haramdır. Bu dünyada şərab içən kimsə Cənnət şərabından məhrum olacaqdır. «Onlar üçün şərab dolu piyalələr dolandırılacaqdır. Ağappaq, özü də içənlərə ləzzət verən şərab. Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran, baş ağrısı, süstlük verən heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar». (əs-Saffət 46-47). «Onlara gözəl ətirli, təmiz, möhürlü şərab içirdiləcəkdir». (əl-Mutaffifin 25-26). İbn Ömər və Hureyrə - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim dünyada ikən şərab içər və bu günahdan tövbə etməzsə axirətdə Cənnət şərabından məhrum olar və ondan içməz (Başqa rəvayətdə: Hər hamr haramdır)»815.

Bəzi kimsələr Allah içkinin haram olduğunu deməyib, sadəcə olaraq «Ondan çəkinin» deyən şəxslərin heç birinin buna gətirə biləcəyi dəlili yoxdur. Hətta bəziləri: «İçkinin haram edilməsini içib özünü apara bilməyənlər üçündür, biz ki, özümüzü (yaxşı) apara bilirik». Bir başqalar: «Həkimlər məsləhət edir ki, gündə 100 qr içmək lazımdır. Bədəni təmizləmək üçün, dizenfeksiya etmək üçün». Bir başqaları da hələ sənə dəlil də gtirirlər ki: Peyğəmbər – sallallahu aleyhi və səlləm – yeyib-içən bir məclisin yanından keçərkən onlara nuş olsun deyir. Geri qayıtdıqda görür ki, onların arasında mübahisə düşüb. Peyğəmbər: «Haram olsun» deyə onlara buyurur. Subhənəllah! Bu qədər də yalan və böhtan olar. Allahdan qorxun! Həkimlərin dediyini qəbul edir, şeytanların uydurduqları əfsanələri qəbul edir, lakin onu yaradnın və onun üçün nəyin daha xeyirli olduğunu bilən Allahın ayəsinə şəkk-şübhə edir. Cabir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca və Böyük olan Allah içki içən şəxsə Tinətul Xabəldən içirəcəyinə söz vermişdir». Səhabələr: «Ey Allahın Rəsulu! Tinətul xabəl nədir?» deyə soruşdular. Peyğəmbər: «Cəhənnəm sakinlərinin təri və ya (yanmaları nəticəsində) bədənlərindən axan sudur»816. İbn Abbas - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «İçki düşkünü olaraq ölən şəxsə bütə sitayiş edənlər kimi Allahın hüzuruna gətriləcəkdir»817. Zəmanəmizdə şeytana qulluq edənlər içkinin çeşidlərini artıraraq onları bəzəyir və insanları cəlb edən adlarla adlandırırlar. Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən olan adamların bir hissəsi içki içib onu başqa adla adlandıracaqlar»818. «Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar». (əl-Bəqərə 9). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bütün sərxoş edici şeylər içkidir və sərxoş edici nə varsa haramdır»819. Az və ya çox olmasından aslı olmayaraq ağılı dumanlandıran və sərxoş edən hər bir şey haramdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sərxoş edici şeylərin azı da, çoxu da haramdır»820. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim içki içərək sərxoş olarsa qırx gün namazı qəul olunmaz. Belə ölərsə Cəhənnəmə düşər, tövbə edərsə Allah tövbəsini qəbul edər. Sonra təkrarən yenə də içib sərxoş olarsa qırx gün namazı qəbul olunmaz. Belə ölərsə Cəhənnəmə düşər, tövbə edərsə Allah tövbəsini qəbul edər. Sonra bu əməli təkrar edərək yenə də içib sərxoş olarsa qırx gün namazı qəbul olunmaz. Belə ölərsə Cəhənnəmə düşər, tövbə edərsə Allah tövbəsini qəbul edər. Lakin bundan sonra yenidən tövbəsindən dönərsə Allahın Qiyamət günü ona Radğatul Xabəl içirməsi haqqınadır». Səhabələr: «Ey Allahın Rəsulu! Radğatul Xabəl nədir?» deyə soruşdular. Peyğəmbər: «Cəhənnəm əhlinin (yanması nəticəsində) bədənlərindən axan sudur»821. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın zinakarlığın, içkilərin artması (çoxalması) olacaqdır»822. Cabir - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allaha və axirət gününə iman edən bir kimsə xanımını ümumi hamama salmasın. Allaha və axirət gününə iman edən kimsə örtündükdən sonra hamama girsin823 və Allaha axirət gününə iman edən kimsə içki olan süfrəyə oturmasın»824. Ömər - radıyallahu anhu – rəvayət edir ki: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» deyə dua etdikdə Allah: «(Ey Muhəmməd!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür». (əl-Bəqərə 219). Ömər - radıyallahu anhu – yenə də: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» deyə dua etdikdə Allah: «Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər, cünub olduğunuz halda qüsul edənədək namaza yaxınlaşmayın». (ən-Nisa 43). Ömər - radıyallahu anhu – yenə də: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» deyə dua etdikdə Allah: «Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?». (əl-Maidə 90). Ömər: «Son qoyduq, son qoyduq» deyə təkrar etdi825. Tarik b. Suveyd əl-Cufi - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən şərab haqqında soruışdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də onu şərabdan nəhy etdi. Tariq: «Mən şərabı ancaq dərman üçün istifadə edirəm» deyə soruşdu. Peyğəmbər: «O, dərman deyildir, lakin o bir dərddir (Başqa rəvayətdə: Allah ümmətimin şəfasını haram olan şeydə qoymayıb)» deyə buyurdu826. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «XAMR - bu iki ağacdandır. Xurma və üzüm»827. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – quru üzümlə xurmanı və (köhnə) xurma ilə təzə xurmanı qarışdıraraq (şərab) düzəltməkdən nəhy etdi»828. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, AbdulQeys829 heyəti Rəsulullah – sallallahu aleyhi və səlləm – in hüzuruna gələrək dedilər: «Ya Rəsulullah! Bizlər Rabia qəbiləsindənik. Səninlə bizim aramızda Mudar kafirlərindən ibarət bir qəbilə maneə olmuşdur. Buna görə də sənin yanına yalnız Haram aylarda830 gələ bilirik. Buna görə də bizə qəti bir əmr ver ki, onu yerinə yetirək və həm də geridə qalanlara onu dəvət edək Cənnətə girək. Rəsulullah – sallallahu aleyhi və səlləm – onlara dörd şeyi əmr etdi və dörd şeydən də çəkindirdi. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir və tək olaraq Allaha iman etməyinizi əmr edirəm. Bir və tək olaraq Allaha iman etməyin nə olduğunu bilirsinizmi?» Onlar Allah və Rəsulu daha gözəl bilir!». O, buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin onun Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək və qənimətin 1/5-ni verməkdir. Sizləri Dubbadan, Hantemdən, Nakirdən və Muzzafərdən çəkindirirəm»831.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin