SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


MUSİQİ BARƏSİNDƏ SÜNNƏDƏ KEÇƏN HƏDİSLƏR -



Yüklə 3,12 Mb.
səhifə192/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   188   189   190   191   192   193   194   195   ...   330
MUSİQİ BARƏSİNDƏ SÜNNƏDƏ KEÇƏN HƏDİSLƏR - Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq. Bir qrup kimsələr bir dağın yanında gecələyəcəklər. Qoyun sürüsü və çoban onların yanına gələrək (axşamı gedəcək). Kişi bir ehtiyacdan ötrü onların yanına gələcək onlar da: Get, sabah gələrsən. Buna görə Uca Allah gecə ikən dağı üzərlərinə endirib bir qismini həlak edəcəkdir. Digərlərini isə Qiyamət gününə qədər meymunlara və donuzlara döndərəcəkdir»864. Hədisdə keçən MƏAZİF Cəvamiul kəlim (az kəlimə ilə çox mənanı ifadə edən sözlərdəndir). Yəni hər cür musiqi və əyləncə alətini əhatə etməkdədir. Məazif – dəf, zurna, qaval, gitara və s. çalğı alətlərinin adıdır865. Bu hədis musiqinin haram olmasını göstərən güclü bir dəlildir. Çünki hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Halal sayan kimsələr». Əsl olaraq dörd şeyin haram olduğunu göstərir. Əgər halal olsaydı belə söyləməzdi866. İbn Qeyim rahmətullahi aleyhi - deyir ki: «Məazif bütün çalğı alətləridir. Bu xüsusta dilçilər arasında görüş ayrılığı yoxdur. Əgər bunlar halal olsaydı, heç bir zaman bunları halal qəbul etdikləri üçün onları qınamaz və zinanın halal qəbul edilməsi ilə birlikdə söz etməzdi. Ayrıca bu hədisdə çalğı alətlərini halal qəbul edənləri Uca Allah yerin dibinə keçirməklə, onları meymunlara və donuzlara döndərməklə təhdit etmişdir…»867. Səhl b. Səd - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu868. Ənəs b. Məlik, İmran b. Huseyn - radıyallahu anhum – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu ümmətin içərisində yerə batırılma (yəni zəlzələ), göydən daş yağma və surət dəyişməsi (heyvana çevrilmə) olacaqdır. Səhabələr: «Nə zaman Ey Allahın Rəsulu?» deyə soruşdular. Nə vaxt ki, içki içiləcək, qadın müğənnilər (cariyələr) və musiqi alətləri (Ud)869 zühur edəcəkdir»870. Əbu Məlik əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən bəzi insanlar içki içib ona başqa adlar verəcəklər. Başlarının üzərində çalğı çalınacaq və qadınlar mahnı oxuyacaqlar. Allah onları yerə batıracaq və onlardan meymunlar və donuzlar edəcəkdir»871. Bu çalğı alətlərinin qəlbləri ələ keçirib, vicdanlara sahib olduğu zaman olur. Bu günlər isə onların ən çox yayıldığı vaxtdır. Saatlarda, zənglərdə, uşaq oyuncaqlarında, komputer-lərdə və teləfon cihazlarında və s. əşyalara musiqi qoyulması çoxalmışdır ki, bu da Qiyamətin əlamətlərindəndir. Ənəs b. Məlik – radıyallahu anhu – deyir ki: «Ən pis qazanc mahnı oxuyan qadının qazancıdır»872. Ömər b. Abdul Aziz – radıyallahu anhu – musiqi haqqında deyir ki: «Başlanğıcı şeytandandır, sonu isə Rəhmanın qəzəbidir»873. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən çalğı alətlərini yıxmaqla görəvləndirdim»874. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca Allah mənə içki, qumar, davul və gitaranı haram etdi (Başqa rəvayətdə: Allah mənə içki, qumar və davulu haram etdi. Hər sərxoşluq verən haramdır)»875. Hədisdə keçən ƏL-KUBƏ davul deməkdir. Davul əyləncədə önəmli alətlərdəndir. Musiqinin onsuz olması isə çox nadirdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətim içində, yerə batrılma, heyvana çevrilmə və dənizə qərq olma olacaqdır». Səhabələr: «Ey Allahın Rəsulu! Onlar Allahdan başqa İlah olmadığına şəhadət etdikləri haldamı?» deyə soruşdular. Peyğəmbər: «Bəli, çalğı alətləri, içki və ipək geyinmək yayıldığı zaman» deyə buyurdu876. Ənəs - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətim altı şeyi halal qəbul edərsə artıq həlak olurlar. Aralarında lənətləşmə ortaya çıxarsa, içki içilərsə, ipək geyilərsə, oxuyan cariyələr əldə edilərsə, kişilər kişilərdən, qadınlar da qadınlardan kifayətlənərsə»877. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki səs vardır ki, bunlar dünya və axirətdə lənətlənmişdir. Sevinc anında zurna (musiqi aləti) və müsibət anında şivən səsi (ah-nalə, mərsiyə və s)»878. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Bu hədis musiqinin haram olmasına dair ən gözəl hədislərdən biridir». Cabir b. Abdullah – radıyallahu anhu – dan gələn məşhur ifadələrin birində deyilir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurmuşdu: «Mən iki axmaq və facir (günah) səsdən nəhy (qadağan) edildim. Nemət əsnasında olan səsdən (əyləncədən) və bir də müsibət anında olan səsdən (yanaqları vurmaqdan, yaxa cırmaqdan, şivən qoparmaqdan). Müsibət anındakı səsi qadağan etdiyi kimi, nemət əsnasında çıxarılan səsi də qadağan etmişdir. Nemət əsnasındakı səs mahnı səsidir»879. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən ağlamağı qadağan etmədim. Lakin mən axmaq və günahkar iki səsi qadağan etdim: Oynamaq və əyləncə anında olan səs və şeytanın zurnası, digəri isə müsibət anında olan səs, üzə vurmaq, yaxanı cırmaq və şeytanın fəryadı»880. Əbu Umamə – radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mahnı oxuyan qadınların satılması və alınması, onların ticarətinin edilməsi halal deyildir. Onlar qarşılığında alınan pul da haramdır. «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar». (Loğman 6). Məni haqq ilə göndərənə and olsun ki, bir nəfər yüksək səslə mahnı oxuyarsa Uca Allah mütləq onun çiyinlərinə çıxan iki şeytan göndərər. Onlar da susana qədər onun köksünə ayaqları ilə vurarlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu arada sinəsinə işarə etdi»881. İbn Ömər – radıyallahu anhu – nun mövlası Nəfi deyir ki, İbn Ömər – radıyallahu anhu – bir musiqi (qaval) səsi eşitdikdə (duyduqda) barmaqları ilə qulaqlarını tutdu və dəvəsini yoldan çəkərək: Ey Nəfi eşitmirsənmi? Mən: «Bəli» dedim. O, da yoluna davam edirdi. Nəhayət xeyr, dedikdə əllərini qulağından çəkdi və miniyini yola geri çevirib dedi: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə idim. Eyni şeyi eşitdi və mənim etdiyim kimi etdi»882. Abdullah b. Dinar rəvayət edir ki, mən İbn Ömər – radıyallahu anhu – ilə bazara çıxdım. İbn Ömər – radıyallahu anhu – çalıb-oynayan bir qız uşağının yanından keçdikdə (onu göstərib) dedi: «Əgər şeytan bir kimsədən əl çəkmiş olsaydı, bundan əl çəkərdi»883. Ummu Əlqamə rəvayət edir ki, Aişə - radıyallahu anhə – nin qardaşı qızlarını sünnət etdilər. Aişə - radıyallahu anhə – deyildi ki, bəlkə bunları əyləndirmək üçün bir adam çağıraq?» Aişə: «Olar!» deyib Adiyin yanına adam göndərdilər. Onu evə gətirdilər. Aişə - radıyallahu anhə – evə gəldikdə onun başını əsdirərək nəğmə oxuduğunu gördü. Bu adam şerbaz idi. Aişə: «Uff! (Bu) bir şeytandır. Qovun onu, qovun onu!» dedi884. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mahnı oxuyan cariyənin qazancını yeməyi qadağan etdi»885. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mələklər içində köpək və zınqırov olan heç bir səfərdə olan qəbiləyə yoldaşlıq etməzlər»886. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zınqırov şeytanın mizmarıdır»887. Əgər zınqırov rəhmət mələklərinin nifrət etməsinə səbəb olursa, günümüzdəki olan o, musiqi alətləri necə olacaq? İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, Allah mənə şərabı, qumarı, kubəni (davulu) (Başqa rəvayətdə: Qınnin - Gitaranı) haram etdi. Sərxoşluq edən hər bir şey haramdır»888. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Adəm oğluna zinadan nəsibini yazmışdır. Bu ona mütləq çatacaqdır. Gözlərin zinası baxmaqdır, qulaqların zinası isə dinləməkdir…»889. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahı zikr etmək növündən olmayan hər bir iş boş bir iş və bir aldanmadır. Bundan dörd şey müstəsnadır. Kişinin iki hədəf arasında gedib-gəlməsi (atıcılığı öyrənməsi), atını yəhərləməsi, kişinin qadını ilə oynaması və üzməyi öyrənməsi»890. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «İnsanın etdiyi hər bir əyləncə batildir. Batil isə haqqın ziddidir. Haqq olmayan, ona vəsilə və faydalı olmayan hər şey batildir, vaxtı boşa keçirməkdir, dini və dünyası üçün faydalı olacaq şeyləri itirməsinə səbəbdir. Dinin belə bir şeyi mübah sayması mümkün deyildir».


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin