SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


MUSİQİNİN HARAM OLMASI BARƏDƏ İCMA



Yüklə 3,12 Mb.
səhifə194/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   190   191   192   193   194   195   196   197   ...   330
MUSİQİNİN HARAM OLMASI BARƏDƏ İCMA923 VARDIR - Bilinməlidir ki, hər zamanda və hər yerdə din imamları, musiqi, çalğı və musiqi alətlərinin haram edildiyi barəsində icma etmişlər. Allamə Qurtubi – rahmətullahi aleyhi - deyir ki: «Onun haram edildiyində ixtilaf yoxdur»924. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Ud və bənzəri musiqi alətləri və çalğıların haram olunduğunda onlar müttəfiqdirlər»925. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – ümmətinin salehlərinə, abidlərinə və zahidlərinə əl çalmaq, dəf çalmaq ilə bərabər beytləri dinləmək üçün bir yerə yığışıb toplanmalarını din etməmişdir»926. İbnus Salahda, dəf və qaval ilə birlikdə mahnı oxumağı, bununla bərabər rəks edib, fit çalmağı halal qəbul edən, belə bir işin halal və Allaha yaxınlaşdıran bir əməl və ibadətlərin ən fəzilətlilərindən olduğuna inananların hökmü haqqında verilən bir suala bu fətvanı vermişdir: Bu kimsələr Uca Allaha iftira etmişlər. Onlar bu sözləriylə inkarçı, batinilərin yolu ilə getmiş, müsəlmanların icmasına müxalif olmuşlar. Müsəlmanların icmasına müxalif olan bir kimsə haqqında isə Uca Allah: «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115)927. İmam Şatibi, bir yerə toplanaraq cəmaat şəkilində yüksək səslə Allahı zikr edən, sonra da mahnı oxuyub, rəks edən bir topluluğa dair verilən suala belə cavab vermişdir: «Bütün bunlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yoluna, səhabələrini və onlara gözəl bir şəkildə tabe olanların getdikləri yola müxalif, sonradan uydurulmuş bidətlərdir». İmam Şafii – rahmətullahi aleyhi - deyir ki: «Musiqi məkruh olan bir əyləncədir. Kim onu çox dinləyərsə o, səfehlərdən sayılar və şəhadəti qəbul edilməz». İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: «Bu musiqi haramdır və çirkindir. Müsəlmanlardan heç kimsə onu mübah görməz. Üzündən həya pərdəsini və din örtüyünü sıyırıb atmış, Allaha, Rəsuluna, dininə və qullarına qarşı açıqca çirkinlikləri söyləyənlərdən başqası onu gözəl görməz. Bu kimi pisliklərə sahib olan musiqinin çirkinliyi insanların fitrətində də yer tutmuşdur. Belə ki, kafirlər də bundan ötrü müsəlmanları və dinlərini ayıblayırlar. Bəli, müsəlman alimləri və İslam dini ağıl və din xüsusunda, məhrəm qadınlar və uşaqlar haqqında bir çox pisliklərə səbəb olan bu musiqi dinləməkdən uzaqdırlar. Belə bir musiqi dinləmək dini nə qədər ifsad etmiş, neçə sünnətin ölməsinə səbəb olmuş, nə qədər həyasızlıq və bidətin canlanmasına səbəb olmuşdur?928

Kitab (Quran) oxunur, başlarını əydilər, xuşudan deyil!

Bu bir şəkildir, səmimiyyət yoxdur bunda yaxşı bil!

Bax, musiqi və çalğıda necə coşdurur!



Bil ki, buna Allah üçün deyil şeytan üçün coşdular!

Musiqinin qəlblərdə, ruhlarda və dinlərdə səbəb olduğu pisliklər sayılmayacaq qədər çoxdur. Mahmud əl-Alusi – rahmətullahi aleyhi - deyir ki: «Digər İslam ölkələrində və bəzi bölgələrdə musiqi bəlası hər tərəfi bürümüşdür. Məscidlər və başqa yerlər də bu şeydən qorunmamış-dır. Hətta bəzi vaxtlarda minarələrdə mahnı oxuyan müğənnilər təyin edilmişdir. Bunlar da içkini, meyxanaları və haram sayılan daha bir çox şerləri oxuyurlar. Bununla bərabər belələrinə vəkfdən bəlli bir pay da ayrılmışdır… Bundan daha çirkin sufilərin iblislərinin və azğınlarının etdikləridir. Digər tərəfdən onlar söylədikləri mahnıların və oxuduqları şerlərin ihtiva etdiyi batil dolayısıyla onlara etiraz edildikdə belə deyərlər: Bizlər (şərab) ilə İlahi sevgini, ən böyük sevgili olan Allahı qəsd edirik. Lakin belə bir fəhm hörmətsizlikdir. Çünki Allah: «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar». (əl-Əraf 180). Onların oxuduqları şerlərin çoxu oxuna biləcək şerlərin ən pisidir. Buna baxmayaraq onlar bu işin Allaha yaxınlaşdıran bir əməl olduğuna inanır və bu işi ən çox istəyən və arzu edənlərin Allahın nemətini ən çox istəyən, əzabından ən çox qorxan kimsələr olduğunu iddia edirlər. Allah onları öldürsün! Necə də iftira atırlar?»929. «Bu gün sizin dininizi tamamladım» (əl-Maidə 3) deyə buyurmaqdadır. Əgər əyləndirici musiqi alətlərini çalmaq yaxud da dinləmək dinin bir parçasını təşkil etsə və aləmlərin Rəbbinə yaxınlaşdırıcı olsaydı, əlbəttə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu açıqlayar və ümmətinə ən mükəmməl şəkildə izah edərdi. Lakin heç bir Peyğəmbər belə bir şeyi əmr etməmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olana and olsun ki, sizi Cənnətə yaxınlaşdıracaq və Cəhənnəmdən uzaqlaşdıracaq hər nə varsa mütləq onu sizə əmr etdim və sizi Cəhənnəmə yaxınlaşdıracaq, Cənnətdən uzaqlaşdıracaq hər nə varsa mütləq onu sizə qadağan etdim»930931. Alləmə İbn Həcər Heysəmi – rahmətullahi aleyhi - deyir ki: «Tabur, ud, telli saz, kamança, santur (kanona bənzər alət) əylənməyi sevən və günahkar kimsələr tərəfindən bilinən başqa alətlərin hamısı ixtilafsız haramdır. Bunlarda ixtilaf olduğunu söyləyən xəta etmiş və nəfsi-istəyinə uymuşdur. Belə ki, bu halı onu kor və kar hala gətirmiş və onu təqvadan ayırmışdır…»932. İbn Bazz – rahmətullahi aleyhi - deyir ki: «Musiqi alimlərin böyük əksəriyyətinə görə haramdır»933. «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115). Bu ayədə Allah möminlərin yolundan çıxaraq başqa yola sapan kimsənin gedəcəyi yerin Cəhənnəm olduğunu – Allah qorusun – bildirməkdədir. Müsəlmanların icması haqdır. O, möminlərin yoludur. Onların icmasına qarşı çıxana ayədə təhdid vardır. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah mənim ümmətimi sapıqlıqla bir araya gətirməz. Allahın əli cəmaat üzərindədir. Allahın əli cəmaat üzərindədir. Kim (söz, əməl və etiqad) olaraq cəmaatdan ayrılarsa Cəhənnəmə doğru ayrılmış olar»934.

Yuxarıda söylənilən səhabə, tabiin, ətbəu tabiin və sələfdən və onlardan sonra gələn alimlərin böyük bir qisminin sözlərindən aydın oldu ki, onlar çalğı və musiqinin haram olunduğunu icma etmişlər. Heç biri rüxsət verdiyini söyləmədi, istifadə etmələrini şiddətlə qadağan etdilər və musiqi alətlərinin qırılmasını əmr etdilər və: Onları qırdığına görə heç bir təzminat da ödənilməz935.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin