QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB
ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU
İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU
Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!
Müharibə başlayıb döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən.
Onun sözlərinə cavab olaraq Əli:
ƏNNƏLLƏZİ SƏMMƏTNİ UMMİ HƏYDƏRAH
KƏLƏYSİ ĞABƏTİN KƏRİHİL MƏNZARAH
UFHİMU BİSSAİ KƏYLƏSSƏNDƏRAH
Anamın Heydər (aslan) adlandırdığı mənəm,
Meşələr aslanı tək zəhimli görkəmliyəm,
Düşmənləri pərən-pərən edib tez öldürərəm!
Şeri oxuyaraq döyüşə atıldı və Mərhəbin başından qılınc ilə vuraraq onu öldürdü. Bundan sonra Xeybər məhz Əli - radıyallahu anhu – nun iki əli ilə alındı958. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gəldikdə Əbu Bəkr ilə Bilal - radıyallahu anhum – xəstə idilər. Əbu Bəkr - radıyallahu anhu – nun qızdırması yüksəldikdə deyərdi: Hər kişi öz ailəsi arasında səhəri açmaqdadır, Ölüm isə hər kəsə ayaqqabı bağından daha yaxındır…»959. «Şairlərə gəlincə onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzirlər. Və onlar etmədikləri şeyləri deyirlər». (əş-Şuəra 224-226) ayəsi nazil olduqda İslam şairləri Abdullah b. Rəvaha, Kəb. b. Məlik, Həsən b. Sabit - radıyallahu anhum – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Ya Rəsulullah! Uca Allah bu ayəni nazil edib. Allah bilir ki, biz şairik?» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – son ayəni oxuyaraq: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər hara düşəcəklərini mütləq biləcəklər». (əş-Şuəra 227)960.
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən birinizin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir»961. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə Arc deyilən sahədə yeridiyimiz zaman şer yazan bir şairlə rastlaşdıq. Peyğəmbər: «Şeytanı tutun. Bir kimsənin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir» deyə buyurdu962. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şairlərin söylədikləri ən doğru beyt Ləbidin: «ƏLƏ KULLU ŞEYİN MƏ XALƏL-LAHƏ BATİLU – Xəbəriniz olsun ki, Allahdan başqa hər şey batildir» sözüdür963. Əsvəd b. Səri deyir ki, mən şair idim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlib dedim: «Rəbbimə təriflər dediyim mədhiyələri sənə oxuyummu?». Peyğəmbər: «Rəbbim həmd olunmağı sevir» deyə buyurdu və buna heç nə əlavə etmədi964. Aişə - radıyallahu anhə – rəvayət edir ki, şerdən bir qismi yaxşı olur, bir qismi isə pis. Sən yaxşısını götür, pisini isə tərk et. Mən Kəb b. Məlik - radıyallahu anhu – nun şerlərindən bəzisini rəvayət etdim. O, şerlərdən bir qəsidəsində 40 və bundan daha az beyt vardır»965. Miqdam b. Şureyh atasından rəvayət edir ki, mən Aişə - radıyallahu anhə – yə dedim: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – şer deyərdimi?». Aişə: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – Abdullah b. Rəvaha - radıyallahu anhu – nun şerlərindən oxuyub deyərdi: Sənə xəbər gətirər, təmin etmədiyin kəs»966. Şərid rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – məndən Umeyyə b. Səltin şerindən oxumağımı istədi. Mən də oxudum. Peyğəmbər: «Davam et, davam et» deyə buyurdu. Mən yüz beyt oxudum. Peyğəmbər: «Umeyyə az qala müsəlman olacaqdı» deyə buyurdu967. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanların ən böyük günah qazananı o, şairdir ki, bir qəbiləni (öz şerilə) pisləyir…»968.
Həmçinin Qəlbləri axirəti xatırlatmağa yönəldən «Zuhdiyyət» adını verdikləri şerlər də bu qəbildəndir. Məs:
Ey qəflət içində batan,
Nə vaxta qədər gözəl görəcəksən çirkinliləri,
Nə vaxta qədər, nə vaxta qədər qorxmayacaqsan,
Allahın əzaları danışdırdığı vaxt…
İmam Əhməd – rahmətullahi aleyhi - dən soruşdular: Ey Abdullahın atası! Cənnət və Cəhənnəmi xatırladan, qəlbləri yumşaldan qəsidələr barədə nədeyirsən? O: «Nə kimi?» dedi. Məs:
Rəbbim mənə dediyi zaman,
Mənə üsyan etməkdən utanmadınmı?
Günahı insanlardan gizlədirsən,
Mənə üsyan etməkdən isə heç sıxılmadın.
Sonra: Mənə bir daha təkrar et! dedi. Mən də ona bir daha təkrar etdim. Qalxdı, evinə girdi, qapını bağladı. Evin içində bu iki beyti oxuyaraq ağladığını hiss etdim».
Dostları ilə paylaş: |