SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə198/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   194   195   196   197   198   199   200   201   ...   330
DİNİ MARŞLAR Şeyx əl-Albani – rahmətullahi aleyhi - «İslam Fiqhində Çalğı Alətləri» adlı əsərində deyir ki: «Yeddinci bölümdə söylənilməsi caiz olan və olmayan şer haqqında danışdıq. Eyni şəkildə ondan öncəki bölümlərdə də bayram və toy məclislərində qadınların dəf çalmalarından başqa bütün çalğı alətlərinin haram olduğunu da açıqladıq. Bu son bölümdə Uca Allaha ancaq Allahın şəriət etdiyi yollarla yaxınlaşmağın caiz olmasıdır. Allahın haram etdiyi bir yolla Allaha necə yaxınlaşmaq caiz ola bilər? Buna görə də elm adamları sufilərin musiqilərini haram görmüş və bunu halal qəbul edənlərə qarşı da mübarizə aparmışlar. Oxuyucu bu qaydaları bildikdən sonra çox açıq bir şəkildə sufilərin musiqiqsi ilə dini marşlar arasında hökm tərəfdən heç bir fərq olmadığını görür. Hətta bunda başqa bir müsibət də ola bilər ki, o da: Həyasız musiqilər bəstələnə bilər, dinləyənləri coşduran, onları oynadan, qərb sayağı bəstələnə bilər. Bu da kafirlərə və həyasızlara bənzəməyə çalışmaqdır. Bundan sonra isə bir hərəkət də ortaya çıxa bilər: O, da Qurandan üz döndərmək və ondan uzaq düşmək. O, vaxtı bu marşları dinləyənlər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Uca Allahı buyurduğunda olduğu kimi Allahın ərz etdiyi şikayətinə daxil olmuş alurlar: «Allah Rəsulu: Ya Rəbbim! Həqiqətən mənim qövmüm bu Quranı büstbütün tərk etdilər, dedi». (əl-Furqan 30)955. Mən yaxşı xatırlayıram: Bura Əmmana hicrətimdən iki il öncə Dəməşqdə müsəlman gənclərdən birisi mənası etibarı ilə pislik olmayan bir neçə marşlar söyləməyə başladılar. Bunu etməkdə məqsədləri isə Busırı və başqa sufi musiqilərinə uyğun olanı qoymaq idi. Bunu bir kassetə yazmışdılar. Aradan qısa bir müddət keçmişdi ki, onunla bərabər dəf də çalınmağa başlandı. Sonra bunu dəf halaldı deyə toy mərasimlərində qulaq asıldı. Daha sonra kassetlərə köçrülərək yayıldı. Bir çox nüsxələri çıxdı. Bir çox evlərdə dinlənilməyə başlandı. Bunun tək səbəbi nəfsin qalib gəlməsi və şeytanın hiylələrini bilməməkdir. Şeytan onları Quranı öyrənmək bir tərəfə, onu dinləməkdən, hörmət etməkdən də qoydu. Ayədə buyrulduğu kimi Quran onlar tərəfindən tərk edildi. «Kafir olanlar dedilər ki: Bu Quranı dinləməyin və oxunduğu zaman mənasız səslər çıxardın» (əl-Fussilət 26). Quran onlara oxunduğu vaxt çox danışar və mənasız sözlər deyərdilər ki, Quranı dinləməsinlər. Bu da Quranı dinləməyi tərk etməyin və ona iman etməyi tərk etməyin bir şəkilidir. Onu təsdiq etməyi tərk etməkdə onu tərk etməyin bir şəkilidir. Onun üzərində düşünməyi, onu anlamağı tərk etməkdə onu tərk etmək şəkillərindəndir. Lazımınca əməl etməyi, əmirlərinə uyub qadağalarından çəkinməyi tərk etmək də onu tərk etməyin bir şəkilidir. Quranı buraxıb şerə, hər hansı bir sözə, musiqiyə, əyləncəyə yönəlmək də onu tərk etməyin şəkillərindəndir».


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin