QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB
ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU
İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU
Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!
Müharibə başlayıb, döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən!
Əmim Amir - radıyallahu anhu – onunla təkbətək döyüşmək üçün irəli çıxdı və:
QAD ALİMƏT XEYBƏRU ƏNNİ AMİRU
ŞƏKİSSİLƏHİ BƏTALUN MUĞAMİRU
Artıq Xeybər tanıdı, bildi ki, Amirəm mən,
Mahir silah ustası, çevik qəhrəmanam mən!
Təkbətək döyüş başladı və hər ikisi bir-birinə qılınc ilə zərbələr endirməyə başladılar. Mərhəbin qılıncı Amirin qalxanına dəydi. Amir də onu alt nahiyədən vurduqda qılıncı özünə qayıdaraq qolunun damarını kəsdi. Amirin ölümü də bu yaradan oldu… Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni Əli - radıyallahu anhu – nu çağırmağa göndərdi. Əli - radıyallahu anhu – gözlərinin ağrısından əziyyət çəkirdi. Peyğəmbər: «Bu bayrağı (sabah) elə bir kimsəyə verəcəyəm ki, o Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir!» deyə buyurdu. Mən Əli - radıyallahu anhu – nun yanına gəldim. Gözləri ağrıdığı üçün onun əlindən tutub Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətirdim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nun gözlərinə tüpürərək dua etdi və onun gözləri dərhal sağaldı. Bayrağı ona verdi. Yəhudi Mərhəb irəli çıxaraq:
Dostları ilə paylaş: |