SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


MÜXALİFLƏRİN GƏTİRDİKLƏRİ ŞÜBHƏLƏR VƏ ONLARA CAVAB



Yüklə 3,12 Mb.
səhifə197/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   193   194   195   196   197   198   199   200   ...   330
MÜXALİFLƏRİN GƏTİRDİKLƏRİ ŞÜBHƏLƏR VƏ ONLARA CAVAB İbn Ömər – radıyallahu anhu – nun mövlası Nəfi deyir ki, İbn Ömər – radıyallahu anhu – bir musiqi (qaval) səsi eşitdikdə (duyduqda) barmaqları ilə qulaqlarını tutdu və dəvəsini yoldan çəkərək: Ey Nəfi eşitmirsənmi? Mən: «Bəli» dedim. O, da yoluna davam edirdi. Nəhayət xeyr, dedikdə əllərini qulağından çəkdi və miniyini yola geri çevirib dedi: «Mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə idim. Eyni şeyi eşitdi və mənim etdiyim kimi etdi»947. Müxalif olanlar deyirlər ki: «Əgər musiqi dinləmək haram olsaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu dinləməyi İbn Ömər – radıyallahu anhu – ya mubah etməzdi. İbn Ömər – radıyallahu anhu – də onu dinləməyi Nəfiyə mubah etməzdi. Əgər bu iş haram olsaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – tərk edilməsini, onu dinləməyi qadağan etməkdən öncə ona qarşı qulaqlarını tutmaqla yetinməzdi». əl-Albani – rahmətullahi aleyhi – «İslam Fiqhində Çalğı Alətləri» adlı əsərində deyir ki: «İlk öncə əs-Səma – duymaq, eşitmək ilə əl-İstima – dinləmək arasında fərq vardır. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – iki cariyə ilə bağlı hədisdə onları dinləmirdi. Əmir və Nəhy dinləməklə əlaqəlidir. Haramı görməkdə olduğu kimi yalnız duymaq ilə əlaqəli deyildir. Haramı görmək də hökm görmək qəsdi ilə əlaqəlidir. İstəməyərək meydana gələn görmək ilə əlaqəli deyildir. Xoş şeylərlə ətirlənmək də belədir. Ehramlı olan kimsəyə istəyərək ətirlənmək qadağandır. Qəsdi olmayaraq aldığı qoxulardan ötrü onun üçün günah yoxdur. Duymaq, görmək, ətirlənmək, dad almaq və toxunmaqdan ibarət olan beş duyğu üzvü ilə haramların işlənməsində də durum belədir. Bunlarda əmr və nəhy, qulun qəsdi olaraq və əməlnən etdikləri ilə əlaqədərdir. İstəməyərək ortaya çıxan xüsuslar haqqında isə nə əmr, nə də qadağa vardır… İbn Ömər – radıyallahu anhu – bunu dinləmirdi, o sadəcə eşidirdi. Bunda isə bir günah yoxdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yoldan ayrılması isə daha yaxşı və fəzilətli olanı etmək üçündür. Bu yolunda gedən bir kimsənin bir topluluğun haram sözlər danışdıqlarını eşidib, onu eşitməmək üçün qulaqlarını tutmasına bənzər. Bu daha gözəldir…».

Aişə – radiyallahu anhə – rəvayət edir ki, bir dəfə Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənim otağıma daxil oldu. Bu zaman yanımda «BUƏS» mahnısını oxuyan iki kölə qadın var idi (Başqa rəvayətdə: Dəf çalan. Onlar müğənni deyildilər). O, döşəkçəyə dirsəklənərək üzünü çevirdi. Bir az sonra içəri daxil olan Əbu Bəkr – radiyallahu anhu – onların səslərini eşitcək üstümə qışqırdı (Başqa rəvayətdə: İki cariyənin üstünə qışqırdı) və belə dedi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda şeytan zınqırovları!». Peyğəmbər: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» deyə buyurdu. Onun başı qarışan kimi kölələrə çıxmalarını gözqaş etdim Onlar da otaqdan çıxdılar»948. İmam Bəğavi – rahmətullahi aleyhi - deyir ki: «Buəs ərəblərin təntənəli surətdə qeyd etdiyi günlərdən biridir. Həmin gün baş vermiş əzəmətli bir döyüşdə Aus qəbiləsi Xəzrəc qəbiləsi üzərində qələbə çalmışdı. Kölələrin avazla oxuduqları şerin sözləri isə həmin döyüşə və oradakı qəhrəmanlıq səhnələrinə həsr olunmuşdur. Onun deyilməsində dini cəhətdən də fayda var idi. Əxlaqsız işlərin deyilməsinə, haramlarla qürrələnməsinə və pis sözlərin ucadan ifa edilməsinə gəlincə bu növ mahnılar qadağan olunmuşdur»949.



Bəzi müxalif olanlar bu hədisdən belə bir fikir irəli sürürlər ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əbu Bəkr – radiyallahu anhu – nun söylədiyi: «Peyğəmbər sallallahu aleyhi və səlləm in hüzurunda şeytan zınqırovları!» sözünə etiraz etməsindədir. Beləliklə bunun mütləq olaraq mubah olduğu və heç bir pis olmayan bir iş olduğudur, buna qaşı çıxanın da heç şübhəsiz ki, xəta etdiyi ortaya çıxmaqdadır». əl-Albani – rahmətullahi aleyhi - deyir ki: «Hədisdə söz edilən belə bir etiraza işarə ilə olsa da belə yer yoxdur. Hədisdə olan etiraz Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əbu Bəkr – radiyallahu anhu – nun cariyələrin üstünə qışqırmasına (acılamasına) görədir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də bunu: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» sözü ilə iadə etməsidir. Sanki: Ey Əbu Bəkr! Əsl olaraq sənin buna etiraz etməyin doğrudur, lakin bu iki cariyəyə qarşı çıxmaqda xətalısan. Çünki bu gün bir bayram günüdür»950. Şeyx Numan əl-Alusi – rahmətullahi aleyhi - deyir ki: «Əbu Bəkr – radiyallahu anhu – musiqi və çalğı alətlərinin haram olduğunu bilirdi. Əgər Əbu Bəkr – radiyallahu anhu – bunları bilməmiş və açıq bir dəlili olmasaydı Peyğəmbər – sallallahu aleyhi və səlləm – in önünə keçərək onun evində belə bir iş etməsi mümkün olmazdı. Lakin etiraz etdiyi bu işin bayram günündə caiz olduğu nöqtəsi ona qapalı qalmışdır. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» sözü ilə açıqlamışdır. Əbu Bəkr – radiyallahu anhu – nun göstərdiyi bu etiraz Peyğəmbər – sallallahu aleyhi və səlləm – tərəfindən qəbul edilmişdir. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu təqrir etmişdir. Lakin bundan bayramda mahnı oxumağı istisna etmişdir. O, halda mahnı oxumaq bu hədisdə göstərildiyi kimi bəzi çərçivələr daxilində mubahdır (mubahlıqda bütün çalğı alətləri üçün deyil, yalnız dəf üçündür)»951. Əbu Tayyib ət-Təbəri – rahmətullahi aleyhi - deyir ki: «Bu hədis bizim dəlilimizdir. Çünki Əbu Bəkr – radiyallahu anhu – bu işə şeytanın çalğısı adını vermiş, Peyğəmbər – sallallahu aleyhi və səlləm – də Əbu Bəkr – radiyallahu anhu – nun bu sözlərinə qarşı çıxmamış, onun tələsərək sərt mövqe tutmasını əngəlləmişdir…»952. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Bu hədis Peyğəmbər – sallallahu aleyhi və səlləm – in və səhabələrinin belə bir iş səbəbilə toplanmaq adətlərinin olmadığını da açıqlamışdır. Buna görə də Əbu Bəkr – radiyallahu anhu – buna: «Şeytanın zurnası» adını vermişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də cariyələrin bunu söyləmələrini bayram günü olduğunu səbəb gətirərək təqrir etmişdir. Hədisdə də keçdiyi kimi kiçik yaşda olan uşaqların oyun oynamalarına rüxsət verilmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Beləliklə müşriklər bizim dinimizdə istirahət olduğunu bilsinlər»953. İbnul Covzi – rahmətullahi aleyhi - deyir ki: «Bilinən budur ki, cariyəni yaşı kiçik idi. Çünki Aişə – radiyallahu anhə – nin də yaşı az idi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun yanına cariyələri buraxır və onunla oynayırdılar. Cəfər b. Muhəmməd deyir ki: Mən İmam Əhməd – rahmətullahi aleyhi - dən mahnı oxuyan bu iki cariyənin söylədiyi hansı növ mahnı idi, deyə soruşdum. O: süvari mahnısı idi. Sizə gəldik, sizə gəldik sözləriylə başlayan mahnı idi»954.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin