SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


SƏLƏF İMAMLARININ MUSİQİ HAQDA OLAN SÖZLƏRİ -



Yüklə 3,12 Mb.
səhifə193/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   189   190   191   192   193   194   195   196   ...   330
SƏLƏF İMAMLARININ MUSİQİ HAQDA OLAN SÖZLƏRİ - İmam Əbu Hənifə rahmətullahi aleyhi - musiqinin haram olduğunu sərt bir ifadəylə söyləmiş və onu dinləməyi günah saymışdır»891. İmam Şafii – rahmətullahi aleyhi - deyir ki: «Musiqi batil və məkruh892 əyləncədir. Onunla çox məşğul olanın şahidliyi qəbul olunmayan səfehdir»893. İmam Şafii – rahmətullahi aleyhi - deyir ki: «Mən İraqda TAĞBİR894 – deyilən bir şey gördüm. Onu insanları Qurannan uzaqlaşdırmaq istəyən zındıqlar ortaya çıxarmışlar»895. İbn Qeyyim – rahmətullahi aleyhi - İmam Şafii – rahmətullahi aleyhi - nin bu sözlərini açıqlayaraq deyir ki: «Tağbir – dünyaya qarşı rəğbəti azaldan və bir müğənninin nəğməli olaraq şer söyləməsi və orada olanların əllərindəki çubuqla bir yerə vuraraq ritm tutmalarıdır. Allah belə bir pis şeyləri öyrənən kişidən və cahil abiddən razı olmaz»896. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Şafii – rahmətullahi aleyhi - nin söz etdiyi bu işin zındıqların icadları olduğu şəkilindəki açıqlamaları, İslamın əsaslarını çox yaxşı bilən bir imamın sözüdür. İbnur Ravendi897, Farabi898, İbn Sina və onlara bənzər zındıqlıqla ittiham edilmiş kimsələrdən başqa heç kimsə belə bir musiqi dinləməyə təşviq edib dəvət etməz. Əbu AbdurRahman əs-Sulemi «Məsələtus Səma» İbnur Ravendidən belə dediyini rəvayət edir: Alimlər musiqi dinləmək haqqında fərqli görüşlərə sahibdirlər. Kimiləri bunu mübah qəbul etmiş, kimiləri məkruh görmüşlər. Mən isə bunu vacib qəbul edirəm»899. İmam Məlik – rahmətullahi aleyhi – dən: Mədinəlilərin musiqi xüsusunda rüxsət vermələrinə dair sual soruşdum o da: «Bunu ancaq fasiqlər edər» deyə cavab verdi900. Vəki b. Cərrah – rahmətullahi aleyhi - deyir ki: «(Musiqi alətini) al və sahibinin başında qır. Çünki İbn Ömər - radıyallahu anhu – belə edərdi»901. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: «Musiqi qəlbdə münafiqlik yaradır»902. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: «Tütək, zurna, tabur, ud, kamança və bənzəri şeylər haramdır»903. Əbu Bəkr əl-Mərvəzi deyir ki, Əbu Abdullahdan – İmam Əhməd – soruşdum: «Küçədən keçərkən davul satıldığını gördüm. Onları qırımmı?» dedim. O: «Sənin gücünün çatacağını zənn etmirəm. Gücün çatarsa nə gözəl» deyə cavab verdi. Mən: «Ölü yumağa çağrıldığımda bir davul səsi eşitdim. Buna da belə cavab verdi: «Qırabilərsənsə qır. Gücün çatmazsa çölə çıx»904. Əş-Şabi – rahmətullahi aleyhi - deyir ki: «Allah müğənniyə və musiqi dinləyənə lənət etsin»905. Əd-Dahhaq – rahmətullahi aleyhi - deyir ki: «Musiqi qəlbləri pozar və Rəbbi qəzəbləndirər»906. Fudeyl b. İyad – rahmətullahi aleyhi - deyir ki: «Musiqi zinanı təşviq edəndir». Məkhul deyir ki: «Kim yanında bir müğənni qadın olduğu halda ölərsə ona namaz qılınmaz»907. Əbu Qasım Diməşqi deyir ki, Əbu Ali Ruzebariyə: «Əyləncə və musiqini dinləyən mənə halaldır, çünki mən elə bir dərəcəyə çatdım ki, artıq mənə təsir etmir» deyən kimsədən soruşuldu. Əbu Ali: «Bəli, o dərəcələrə çatdı, lakin Cəhənnəm dərəcələrindən Sakara» dedi. Əbul Həsən deyir ki, bir nəfər başqa birisinin gitarasını qırdı. Gitarası qırılan Qazı Şureyhin yanına gələrək şikayət etdi. Şureyh də gitaranı qırana hər hansı bir təzminat ödətmədi»908.

Qəsidələr dinləmək bəzi kimsələrin qəlblərində Quranı dinləməkdən daha üstün tutuldu. Qəsidə dinləyən zaman incələnən qəlb Quranı dinləməklə əsla yumşalmadı. Bu da onu göstərir ki, gizli bir hava onların qəlblərinə yerləşmiş və onları məğlub etmişdir. Onlar isə tam başqa şey zənn edirlər. Əbu Hüseyn Dərrac deyir ki: Bağdatda Yusuf b. Hüseyn Razini ziyarət etmək istədim. Şəhərə daxil olduqda onun evini soruşdum. Soruşduğum hər kəs: O, zındığı sən neynirsən? Deyə soruşdular. Onların bu sözlərindən köksüm daraldı. O, kecə məsciddə gecələdim. Sonra öz-özümə bu şəhərə onu ziyarət etmək üçün gəldim. Onu ziyarət etmədən də dönməyəcəyəm dedim. Təkrar onu soruşmağa başladım. Ta ki, məscidə çatdım. Əlində Quran oxuyan birinin onun qarşısında mihrabda oturduğunu gördüm. Ona yaxınlaşdım və salam verdim. Salamımı aldı və: Haradan gəlirsən? Deyə soruşdu. Mən: «Filan yerdən» dedim. Şeyxi ziyarət etmək üçün gəldim. O: «Gözəl bir şer oxumağı bilirsənmi?» dedi. Mən: «Bəli» dedim və bir şer söylədim. O, mushafı bağladı və ağlamağa başladı. Çox ağlamaqdan saqqalı və əbası islandı. Mənə: «Ey oğul! Şəhər əhlinin Yusuf b. Hüseynə zındığ demələrini pis qarşıladın. Lakin namaz vaxtından bəri Quran oxuyuram, gözümdən bir damla yaş da gəlmədi. Lakin bu beytlə Qiyamətim az qala qopdu». İsmail b. Əbu Xalid deyir ki, Şabi mahnı oxuyan cariyənin qazancını çirkin görmüş və: «Mən belə bir qazancı yeməyi sevmərəm» demişdir909. İbn Mutahhar, Əhli Sünnətin əyləncəni və musiqini mubah saydığını söylədikdə Şeyxulİslam «Minhəcus Sunnə» 3/439 adlı əsərində onun bu görüşünün doğru olmadığını söyləyərək deyir: «Bu iddia dörd imama iftiradır. Onlar Ud və bənzəri olan əyləncə alətlərindən olan çalğı alətlərinin haramlığı xüsusunda ittifaq etmişlər. Onlara görə bir kimsə bu alətləri qırarsa qırılan alətin təzminatını ödəməz. Əksinə onlara görə bu kimi alətləri (alamaq) və ya saxlamaq haramdır». Digər bir yerdə İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Musiqi və çalğı alətlərini dinləmək şeytanın vəsvəsəsini gücləndirən şeylərin ən böyüküdür. Bu müşriklərin dinləyişidir»910. Möminlərin əmiri Yəzid b. əl-Vəlid b. Abdul Məlik deyir ki: «Ey Umeyyə oğulları! Musiqidən çəkinin. Çünki o, həyanı azaldır, şəhvəti artırır, kişiliyi yox edir. O, içkinin yerinə keçir və sərxoşluğun etdiyini edir. Çünki musiqi zinanın dəhlizidir»911. İbnul Cövzi – rahmətullahi aleyhi - deyir ki: «Bilinməlidir ki, musiqi dinləmək iki şeyi bir yerə cəm edir. Qəlbi Allahın əzəmətini düşünməkdən və ona xidmətdən uzaqlaşdırması və qəlbi ən çox hissi şəhvətləri yerinə yetirməyə, ani ləzzətlərə meyl etdirməsidir… Zina ilə musiqi arasında bir münasibət vardır. Çünki musiqi ruhun zövqü, zina isə nəfsin ən böyük zövqüdür. Buna görə də musiqi zinanın dəvətçisidir… Şeytan abidlərdən haram səsləri eşitməkdən ümüdünü kəsincə ud və bənzəri alətlərə yönəltdi. Onlara bunu xoş göstərdi. Məqsədi isə bir şeydən digər bir şeyə doğru yavaş-yavaş yönəltməkdir»912. Digər bir yerdə: Musiqi haqda insanlar çox danışdılar. Kimisi haram deyərkən, kimisi də bunu mübah saydı. Həm də heç bir pislik görmədi. Kimisi də pisliyi ilə bərabər mübah gördü. İlk öncə bir şeyin mahiyyətinə baxılması lazımdır, sonra da məkruhmu, harammı və ya başqa bir şeymi olduğu bilinir. Musiqi bir çox şeyə deyilir. Hacıların yollarda söylədiyi nəğmələrə də mahnı deyilir. Ərəb olmayan bəzi qövmlər həccə gəldikdə yollarda mahnı oxuyardılar. Kəbəni, Zəm-zəm suyunu, Məqami İbrahimin vəsflərini söyləyərdilər. Bəlkə də bu oxumalarına dəfidə əlavə edərdilər. Bu cür şerlərin dinlənməsi mübahdır. Çünki bu nəğmələr insanı coşdurmaz və cuşa gətirməz. Eyni ilə döyüşə gedənlərin söylədikləri şerlərdə bu qəbildəndir. Həmçinin Məkkə yolunda HUDA (dəvələri hərəkətə gətirmək) üçün şer söyləyərdilər. Belə bir şer söyləmək dəvəni də, insanı da hərəkətə gətirir. Lakin bu hərəkətləndirmə insanı coşdumaz və özündən çıxartmaz. Necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əncəşə adlı şer söyləyən karvan başçısı vardır. O, söylədikcə dəvə bir az tez yürüyərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona: «Ey Əncəşə! Sən şüşə qabları (dəvələr üzərində olan qadınları qəsd edir) sürərkən bir az yavaş ol!» deyə buyurdu913. İbnul Covzi – rahmətullahi aleyhi - deyir ki: «İmam Şafii – rahmətullahi aleyhi - dən rəvayət edildiyinə görə Ərəb şerlərini və hudə (karvan başının söylədiyi naməni) dinləməkdə bir məhzur yoxdur»914. İmam Şatibi – rahmətullahi aleyhi – Əncəşə hədisini rəvayət etdikdən sonra deyir: «Bu gözəl bir şeydir. Lakin Ərəblərin nəğmələri bu gün insanların etdikləri nəğmə növündən deyildir. Onlar özlərindən sonra ortaya çıxan çeşidli nəğmələr öyrənməzdilər, sadəcə şer söyləyərdilər. Onlar musiqi sənədini bilməyən, Ərəblərin ən-ənəsinə uyğun olaraq incə səslə oxuyardılar. Onların bu oxumalarından başqaları zövq almaz, musiqi kimidə qəbul etmədilər. Necə ki, Abdullah b. Rəvaha - radıyallahu anhu – nun Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda Hudə oxuması, Ənsarın xəndəyi qazdıqları zaman söylədikləri şerlər bu növdəndir.

Bizlər Muhəmmədə beyət edənlərik,

Cihad üzərə həyatda qaldıqca,

Peyğəmbər:

Allahım axirət xeyrindən başqa xeyir yoxdur,

Ənsar və Mühacirləri məğfirət et!»915.



Zahid tabiin Muhəmməd b. əl-Munkər – rahmətullahi aleyhi - deyir ki: «Qiyamət günü gəldikdə biri səsləyərək: Özlərini və qulaqlarını LƏHVƏL (əyləncə, oyun, boş şey) uzaq olanlar haradadırlar? Onları misk baxçalarına yerləşdirin. Sonra mələklərə deyilir: Onlara mənim mərhəmətimi duyurun. Orada qorxu olmadığını və üzülməyəcəklərini bildirin»916. Əbu Tayyib ət-Təbəri – rahmətullahi aleyhi - deyir ki: «Musiqi dinləyənin ağlı və həyası əskilər. Müsiqi dinləmədən əvvəl nifrət etdiyi çox danışmaq, yalan, qəh-qəhə ilə gülmək, çırtma çalmaq, ayağı yerə vurmaq kimi əməlləri bəyənməyə başlayar»917. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Çalğılar, nəfslərin içkisidir. Onlar nəfslərə içkidən daha pis təsir edirlər (Başqa rəvayətdə: Musiqi zinanın yolçusudur. O, zinanın meydana gəlməsində ən böyük səbəblərdəndir)»918. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Dinin həqiqətindən, qəlblərin hallarından, zövqlərindən və həyacanlarından xəbərdar olan kimsə fit verib, əl çalmaq (musiqi dinləməyin) zərəri və fəsadı xaric, qəlblərə hər hansı bir fayda və xeyiri olmadığını bilir. İçki bədən üçün nə isə musiqi dinləmək də ruh üçün odur. Buna görə də mahnı oxumağa düşkün olanlar şərabın sərxoşluğundan daha çox sərxoş olurlar. Onlar eyni ilə içki içənin duyduğu ləzzəti duyurlar. Hətta içki içənin duyduğundan daha çox və böyük bir zövq alırlar. Bu onları Allahı anmaqdan və namazdan, içkinin uzaqlaşdırdığından daha çox uzaqlaşdırar. İçkidən daha çox aralarında kin və düşmənçilik salır»919. İmam Tartuşi – rahmətullahi aleyhi - dən: «Bir yerdə bir qrup yığışaraq Quran oxuduqdan sonra bir kimsənin qalxıb onlara şer oxuyub rəks etməsi, cuşa gəlməsi, dəf və qaval çalan kimsələrin durumu və bunlarla birlikdə oturmağın halal olması və olmaması deyə soruşulduqda o: «Sufilərin getdikləri bu yol sapıqlıqdır. İslam sadəcə Allahın Kitabı və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Sünnəsidir. Rəks və cuşa gəlməyə gəlincə isə onu ilk edənlər Samirinin yoldaşlarıdır. Samiri onlara cansız bir cəsəd olaraq bir buzov heykəli etdikdə, onlarda onun ətrafında rəks edib cuşa gəldilər. Rəks isə kafirlərin və buzova tapınanların dinidir… Allaha və Axirət gününə iman edən bir kimsənin onlarla birlikdə olması və onlara kömək etməsi halal olmaz. İmam Məlik, Şəfii, Əbu Hənifə, İmam Əhməd və başqa müsəlmanların imamlarının məzhəbi budur»920. İbn Bazz – rahmətullahi aleyhi - deyir ki: «Əylənmək üçün (musiqi alətləri ilə edilən) bir şeyi əhatə edən musiqiləri dinləmək evdə və ya minikdə, toplantıda, məclislərdə, istər kişi olsun, istər qadın dinləyən hər kəsə haramdır. «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir». (Loğman 6). Çünki o, qəlb üçün bir fitnədir, onu pisliyə həvəsləndirər, yaxşılıqdan çevirər, insanın vaxtını zay edər». Əbu Abdullah b. Batta əl-Ukberi belə deyir: «Bir nəfər mənim yanıma gələrək musiqi dinləməyin hökmünü soruşdu. Mən də onu bundan nəhy etdim və alimlərin bu işi pis gördüklərini, səfehlərin isə xoş gördüklərini söylədim. Bunu ancaq sufilərdən bir qrup edər. Zahid olduqlarını izhar edərlər. Sevgi və məhəbbəti iddia edərlər, qorxu və ümüdü itirərlər. Gənclərdən və qadınlardan dinləyirlər. Coşurlar, bağırırlar və bayılıb özlərindən gedirlər. Zənn edirlər ki, bütün bunlar Rəblərinə olan sevginin şiddətindəndir. Allah onların söylədiklərindən münəzzəhdir». Şeyx Usymin, Şeyx Albani – rahmətullahi aleyhi - deyirlər ki: «Musiqi dinləmək haramdır»921. Şeyx əl-Albani – rahmətullahi aleyhi - öz başına gələn bir hadisəni belə anladır: «Mən Dəməşqdə öz dükanımda saat təmir edirdim. Tələbə olan bir müştəri mənə yaxınlaşdı. Başında Suriyada tanınan abani (ipək parça sarı cizgilərlə) kimi bir sarğı vardı. Qoltuğunun altında olan cihaz diqqətimi çəkdi. (Musiqi) dinləmək üçün cihaz olduğunu zənn etdim. Nə olduğunu soruşduqda təmin etdiyim kimi mənə cavab verdi. Mən də heyrətlə: Sən müğənnisən? deyə soruşdum. O: Xeyr, lakin, dinləyirəm dedi. Mən: Məgər sən dörd imamın haram olduğunu görüş birliyi ilə ifadə etdiklərini bilmirsən? dedim. O: Mən yaxşı bir niyyətlə bu işi edirəm, dedi. Mən: Bu necə olur? Deyə soruşdum. O: Mən əlimdə təsbeh olduğu halda oturur Allahı təsbih və zikr edirəm. Bu arada Ummu Gülsümün mahnılarını da dinləyirəm. Onun şirin səsi ilə Cənnətdə olan Cənnət qadınlarının səslərini xatırladıram. Bu sözlərinə lazımı cavabı verdim. Lakin indi ona nə dediklərimi tam xatırlamıram. Bir həftədən sonra təmir edilmiş saatını almaq üçün gəldi. Yanında da daha güclü elm tələbəsini gətirmişdir. Bu kişi Rabidatul Uləma cəmiyyətinə mənsub tanınmış birisi idi. Yoldaşını dəstəkliyərək mövzu ilə bağlı açıqlamalar etdi. Gözəl niyyətinə görə məzurdur dedi. Mən: İnsanı Allaha yaxınlaşdırması bir qırağa dursun, yaxşı niyyətin haramı halal edə bilməz, dedim. Bir müsəlman Cənnət şərabını xatırlamaq idiasıyla şərab içməyi halal qəbul edərsə bu haqda nə deyirsən? Eyni şeyi zina üçün də söyləyə bilərəm. Allahdan qorx, Allahın haram etdiyini halal etmə! Hətta ən bəsit bir hiylə ilə Allaha yaxınlaşma və Allahın haramlarını halal edən qapını insanlara açma, dedim. Bundan sonra o, kimsə söyləyəcək bir söz tapmadı»922.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin