NƏ ÜÇÜN MUSİQİ DİGƏR GÜNAHLAR ARASINDA MÜNAFİQLİYİ YETİŞDİRİR? – İbn Qeyyim – rahmətullahi aleyhi - daha öncə keçən İbn Məsud – radıyallahu anhu – nun: «Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»936 hədisini açıqlayarkən deyir: «Əgər səndən digər günahlar arasında musiqinin münafiqliyi yetişdirməsi necə açıqlanır? deyə soruşularsa onda: Bu səhabələrin qəlblərin hallarını və əməlləri ən yaxşı şəkildə qavradıqlarına, qəlbin xəstəliklərini və müalicə yollarını ən yaxşı bildiklərinə, Səhabələrin qəlblərin təbibləri olduqlarına ən açıq dəlillərdən biridir… Lakin vaxt keçdikcə təbiblərin azlığı və xəstələrin çoxluğu keçmişdə görülməyən yeni xəstəliklərin çıxmasına səbəb oldu. Bunu da bil ki, musiqinin qəlbi münafiqliklə boyaması, əkinin su ilə yetişməsi kimi münafiqliyin qəlbdə yetişməsinin bir çox özəllikləri vardır:
Bu özəlliklərdən bəziləri: Musiqi qəlbi əyləndirir və Quranı qavramaqdan, onun üzərində düşünməkdən, Quranda olan hökmlərə lazımınca əməl etməkdən yayındırır. Şünhəsiz ki, Quran və musiqi əbədiyyən qəlbdə bir arada ola bilməzlər. Çünki Quran havaya (faydasız şeylərə) uymağı qadağan edir. Quran iffəti, nəfslərin şəhvət və arzularından uzaq olmağı, azğınlıq yollarından uzaqlaşmağı əmr edər, şeytanın addımlarının ardıyca getməyi qadağan edərkən, musiqi bütün bunların əksini əmr edər və bunları gözəl göstərir. Nəfslərdə azğın arzuları hərəkətə gətirir. Gizli olanlarını hərəkətə gətirir. Sakit duranlarını coşdurur, nəfsi çirkin olan hər bir şeyə doğru təhrik edər. Hər gözəl qadına və ya kişiyə yaxınlaşmağa meyl etdirər. Musiqi və şərab eyni südü əmmişlər. Hər ikisi də çirkinliklərə, arzuları oyandırmaqda birbirilə yarışırlar. Şübhəsiz musiqi içkinin əksi, süd qardaşı, onun vəkili, onun müttəfiqi, onun sirdaşı, onun yoldaşıdır. Şeytan bu ikisi arasında pozulmayan bir qardaşlıq bağı qurmuşdur. Musiqi qəlbin cəsusu, ondakı mərdliyi oğurlayan, ağlın qurdudur. Qəlblərin dərinliklərinə nüfuz edər, qəlbdəki gizlilikləri kəşf edər. Qəlbdə olan hava, şəhvət, həyasızlıq, məntiqsizlik, axmaqlıq kimi halları hərəkətə gətirir. Bir kimsəni ağır təbiətli, gözəl əxlaqlı, imanlı olduğunu, üzərində İslamın cizgiləri və Quranın şirinliyinin əlamətlərini daşıdığını görürsən. Eyni adam musiqi dinləyib, ona meyl etdiyi təqdirdə ağlının azalması, həyasının getməsi, mərdliyinin yox olması, gözəl sifətlərin ondan getməsi, şeytanın onun halına sevindiyini, imanının isə Allaha şikayət etməsi, Quran oxumağın ona ağır gəlməsi, artıq o, kimsə musiqi dinləməkdən əvvəl çirkin gördüyü şeyləri gözəl görməyə başlayıb, ağır təbiətlikdən və əxlaqdan, çox danışmağa, yalan söyləməyə, təkəbbürlənməyə, barmaqlarını çırtlamağa, başını sağa-sola əyməyə, çiyinlərini sallamağa, ayaqlarını yerə, əllərini qadınlar kimi çırpar, cuşa gəldikdə isə öküzdən daha betər olar. Kimi zaman kədərli kimi ah çəkər, kimi zaman da dəlilər kimi fəryad edər. Ariflər deyirlər ki: «Musiqi dinləmək kimisində münafiqliyi, kimisində inadkarlığı, kimisində yalançılığı, kimisində həyasızlığı, kimilərində də axmaqlığı yetişdirir»937. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: «Arif insan səbəbləri götürən, nəticələri fikirləşən, məqsədləri və sonunda yetişəcəyi nöqtə üzərində düşünən kimsədir. Haramlara götürən yolları bağlamaqda şəriətin məqsədlərini bilən bir kimsə bu şəkildə musiqi dinləməyin haram olduğunu qəti qəbul edər. Çünki yad bir qadına baxmaq və səsini dinləmək, harama gedən yolu bağlamaq üçün haramdır.
Şəriətin haram etdikləri iki qimdir: 1 – Bir qismi içində olan pisliklərə görə haramdır. 2 – Bir qismi də pislik olan bir şeyə aparan yol olduğundan haram edilmişdir.
Haram olan bu xüsusa baxar və nəyə səbəb olduğuna baxmayan bir kimsə bunun nə üçün haram edildiyini başa düşməkdə çətinlik çəkər və belə deyər: Gözəl bir surətə baxmaqda nə kimi bir pislik, günah vardır? Cuşa gətirən və bir alət ilə icra edilən bir səsdə, gözəl bir səslə söylənən vəzinli bir sözü dinləməkdə nə kimi bir pislik vardır?
Belə deyənə bu şəkildə cavab verilir: «Surətlərə bu şəkildə baxmağın və cuşa gətirən bu çalğıları dinləməyin haram edilməsi şəriətin əksiksiz və mükəmməl olduğunu, onu ümmətin xeyirini səmimi olaraq istədiyini göstərməkdədir. Əgər pislikləri haram etməklə bərabər onlara aparan yolları mubah etsəydi bu ağla sığmaz olardı. (Necə ola bilər ki, bir şey haram olsun lakin ona aparan yollar isə mubah)… Harama götürən bir yol olduğu üçün bu yolu bağlamaq məqsədilə qadağan edilmişdir. Bu da onun hikməti, rəhməti və qullarını qoruması, onları pisliklərdən və pisliklərə aparan yol və vasitələrdən himayə etməsinin bir göstəricisidir. Ağlı başında və həqiqəti bilən bir kimsə musiqi və musiqi alətlərinin Allahın və Rəsulunun haram etdiyi şeylərə götürəcəyini bilir. Əgər onun səbəb olduğu pisliklər baxmanın səbəb olduğu pisliklərdən çox olmasa da, aşağı da deyildir. Musiqi çox vaxt içkinin səbəb olduğu pisliklərdən də artığına səbəb olur. Çünki içkinin sərxoşluğundan kişi tez ayılır. Lakin musiqi dinləməkdən sərxoş olan kimsə yalnız həlak olanlar arasında ayılır»938.
Dostları ilə paylaş: |