SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə196/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   192   193   194   195   196   197   198   199   ...   330
    Bu səhifədəki naviqasiya:
  • Buəs
2. MÜBAH OLAN MUSİQİ Bu səsi yüksəldərək, əyləncə və musiqi alətləri olmadan mahnı söyləməkdir. Lakin bu şərtlərin yerinə yetrilməsi mühümdür. Sözlərdə Allaha şərik qoşmaq, küfr sözlər olmamalı, əxlaqsızlıq, müsəlmanları pisləmək, yad qadınları tərif etmək, içkilərdən bəhs etmək və s. boş və faydasız sözlər olmamalıdır. Həmçinin qadınların yad kişilərin yanında mahnı söyləmələri, Allahı zikr etməkdən və fərz ibadətlərdən yayındırmamalı və etdiyi ilə məşhur olmamaq üçün onunla çox məşğul olmamalıdır. Mübah olan mahnı növlərindən: Döyüşdə söylənilən marşlar. Bu da əskər və mücahidləri savaşa təşviq üçün söylənilir. Həmçinin Ana öz körpəsinə laylay deyə bilər. Həmçinin qadınların toy mərasimlərində, bayramlarda dəfdən başqa çalğı alətləri olmadan söylədikləri mahnılar. Bu dəfin zilləri olmamalıdır. Dəfdən sadəcə qadınlar istifadə edə bilərlər. Kişilərin heç bir zaman, heç bir yerdə dəfdən istifadə etməsi isə caiz deyildir. Aişə – radiyallahu anhə – rəvayət edir ki, bir dəfə Peyğəmbər – sallallahu aleyhi və səlləm – mənim otağıma daxil oldu. Bu zaman yanımda «BUƏS» mahnısını oxuyan iki kölə qadın var idi (Başqa rəvayətdə: Dəf çalan. Onlar müğənni deyildilər). O, döşəkçəyə dirsəklənərək üzünü çevirdi. Bir az sonra içəri daxil olan Əbu Bəkr – radiyallahu anhu – onların səslərini eşitcək üstümə qışqırdı (Başqa rəvayətdə: İki cariyənin üstünə qışqırdı) və belə dedi: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda şeytan zınqırovları!». Peyğəmbər: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» deyə buyurdu. Onun başı qarışan kimi kölələrə çıxmalarını gözqaş etdim Onlar da otaqdan çıxdılar»939. İmam Bəğavi – rahmətullahi aleyhi - deyir ki: «Buəs ərəblərin təntənəli surətdə qeyd etdiyi günlərdən biridir. Həmin gün baş vermiş əzəmətli bir döyüşdə Aus qəbiləsi Xəzrəc qəbiləsi üzərində qələbə çalmışdı. Kölələrin avazla oxuduqları şerin sözləri isə həmin döyüşə və oradakı qəhrəmanlıq səhnələrinə həsr olunmuşdur. Onun deyilməsində dini cəhətdən də fayda var idi. Əxlaqsız işlərin deyilməsinə, haramlarla qürrələnməsinə və pis sözlərin ucadan ifa edilməsinə gəlincə bu növ mahnılar qadağan olunmuşdur»940. Həlimi – rahmətullahi aleyhi - deyir ki: «Dəf çalmaq yalnız qadınlara halal olur. Çünki əsas olaraq bu onların işidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – də kişilərdən qadınlara bənzəyənləri lənətləmişdir»941.

Nigahı elan etmək məqsədilə qadınların toy məclislərində sadəcə dəf çalmaları, içində günaha səbəb olan sözlər olmadan mahnılar oxuması caizdir. Muavviz qızı Rubeyyi deyir ki, evləndiyimdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – toyuma gəldi və yatağımın üzərinə oturdu. Cariyələrimiz həm dəf çalır, həm də bədr savaşında öldürülən əcdadlarımızın vəsflərini söyləyirdilər. Bu vaxt onlardan biri: «İçimizdə sabah nə olacağını bilən Peyğəmbər də var (Başqa rəvayətdə: Sabah nə olacağını sadəcə Allah bilir942)» dedikdə Peyğəmbər: «Belə sözlərdən çəkin, əvvəl söylədiklərinə isə davam et» deyə buyurdu943. Aişə – radiyallahu anhə – rəvayət edir ki, mən Ənsardan birinə gəlin götürdüm. Peyğəmbər: «Ey Aişə! Dəfiniz yoxdurmu? Ənsar dəfi sevir» deyə buyurdu944. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Halal və haram nigahların arasını ayıran dəf çalınmasıdır (yəni haram nigah gizli edilir, dəf çalınmaz. Halal nigah isə dəf çalınaraq elan edilir)»945. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nigahı elan edin»946.




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin