KAFİRLƏRƏ BƏNZƏMƏK -Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şirk əhli bığlarını uzadır və saqqallarını qırxırlar. Onlara müxalif olun. Saqqalınızı uzadın və bığlarınızı qısaldın»971. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Saqqalınızı uzadın və bığlarınızı qısaldın. Yəhudi və Nəsranilərə oxşamayın»972. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müşriklərə müxalif olun. Saqqalı uzadın və bığları qısaldın»973. Peyğəmbər – sallallahu aleyhi və səlləm – saqqal qırxmağın müşriklərin adəti olduğunu və müsəlmanları onlara müxalif olmalarını əmr etmələrini və onlara bənzəməməklərini bildirmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır»974. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Başqasının sünnəti (adət ən-ənələri) ilə əməl edən bizdən deyildir»975. Bir Məcusi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəlir. Onun saqqalı qırxılmış və bığları uzadılmış vəziyyətdə idi. Peyğəmbər: «Bu nədir?» deyə buyurdu. O: «Bu bizim dinimizdir» dedi. Peyğəmbər: «Lakin bizim dinimizdə bığlarımız qısaldılır və saqqalımız uzadılır»976. Kisranın Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına göndərdiyi iki elçisinin ikisi də saqqallarını kəsmiş və bığlarını uzatmışdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu insanlar üzünə də baxmaq istəmədi və onlara: «Vay sizin halınıza! Sizə bunu kim əmr etmişdir» deyə buyurdu. Onlar: «Bizə bunu Rəbbimiz (yəni Kisra) əmr etmişdir» dedilər. Peyğəmbər: «Lakin Rəbbim mənə saqqalımı uzatmağımı və bığlarımı qısaltmağı əmr etmişdir» deyə buyurdu977. Vay! Saqqalını qırxan müsəlmanın halına. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun üzünə baxmaqdan çəkinirsə o, nə cavab verəcəkdir? Hətta üzünü ona belə deyərək çevirərsə nə cavab verəcəkdir? «Vay sənin halına! Sənə bunu kim əmr etmişdir».
Saqqal saxlamaq Peyğəmbər – sallallahu aleyhi və səlləm – in əmridir. Əmrə uyan savab, uymayan isə cəza görür. «Allaha və Onun Peyğəmbərinə asi olanları Cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar».(əl-Cinn 23). Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə uzun və gur saqqalı idi.