MUSİQİ DİNLƏMƏK
MAHNI – Bir şer, nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək, ucaltmaq, davam etdirmək, yerli və ya yersiz olaraq dəfələrlə təkrar edərək əyləndirmək və coşdurmaq deməkdir. Bu da musiqi ilə birlikdə və ya musiqi olmadan da ola bilər848. İbnul Əsir – rahmətullahi aleyhi - deyir ki: «Səsini yüksəldən və onu davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər»849.
MUSİQİ – Yunan sözü olub Ud, Kaman, Tabur, Klarnet və s. kimi çalğı alətlərilə çalınan sənət növlərinə ümumilikdə verilən addır.
MUSİQİNİN DİNDƏKİ İSİMLƏRİ – ƏL-LƏHV (əyləncə, vaxtı boşa keçirmək), ƏL-LƏĞV (boş söz), ƏL-BATİL (boş, dəyərsiz), ƏZ-ZUR (yalan), ƏS-SUMUD (boş şeylə əylənmək), ƏL-MUKA (fit çalmaq), ƏT-TASDİYƏ (əl çalmaq), RUQYƏTUZ ZİNA (zinanın dəvətçisi), SAVTUŞ ŞEYTAN (şeytanın səsi), MƏZMURUŞ ŞEYTAN (şeytanın qavalı), QURANUŞ ŞEYTAN (şeytanın Quranı), MUƏZZİNUŞ ŞEYTAN (şeytanın müəzzini), MUNBİTUN NİFAQ (nifaq çıxaran, yetişdirən), SƏVTUL AHMAQ (axmaq səs), SAVTUL FACİR (yalançı, rəzil səs)850.
Dostları ilə paylaş: |