4. GÜNAHA BİR DAHA QAYITMAMAQ –Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Bütün Adəm övladı xəta edəndir. Xəta edənlərin ən xeyirlisi Allaha tövbə edənlərdir»1580. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Ey insanlar! Allaha tövbə edin. Mən gündə 70 (bir rəvayətdə: 100) dəfə Allahdan bağışlanma diləyirəm» Buxari, Müslim. Əli – radıyallahu anhu – deyir ki: «Bəla ancaq günahla nazil olur və töbvə ilə silinir».
5. TÖVBƏNİ ƏCƏL GƏLMƏMİŞDƏN ƏVVƏL ETMƏK - Günah işləri görməyi davam etdirib yalnız ölüm yatağında mən indi tövbə etdim deyəndən və kafir kimi ölənin tövbəsi qəbul olunmaz». (ən-Nisa 17,18). Əbu Hureyrə – radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Allah qulunun tövbəsini gün batdığı yerdən çıxanadək qəbul edir» Müslim. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Allah qulunun tövbəsini ruh boğazdan çıxanadək qəbul edir»1581. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim əlində olan Allaha and olsun ki, əgər siz günah etməsəniz Allah sizi məhv edər və sizin yerinizə elə bir tayfa gətirər ki, onlar günah edər sonra da Allahdan bağışlanma diləyərlər. Allah da onları bağıışlayar» «Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür onu istədiyinə verər». (əl-Maidə 54).