SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə305/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   301   302   303   304   305   306   307   308   ...   330
6. QULUN HAQQINI VERMƏK Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Kim öz qardaşının haqlarını tapdalayıbsa qoy onun haqqını Qiyamət günü gəlməmişdən qabaq ödəsin. O, gün ki, nə dinar, nə də dirhəm kömək edə biləcəkdir. Qiyamət günü haqları tapdalayanın savablarından alınaraq zülm etdiyi insanlara verilir. Əgər zülm etdiyi qulların haqlarını ödəmədən əvvəl savabları qurtararsa zülm etdiyi qulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə atılar»1582. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Bilirsinizmi Müflis kimdir?». Səhabələr: «Bizim nəznimizdə müflis kimsə heç bir pulu və ruzisi olmayan bir kimsədir» dedilər. Peyğəmbər: «Mənim ümmətimdə Müflis kimsə Qiyamət günü namazı, orucu, zəkatı ilə gələcəkdir. Lakin onu söymüş, bunua iftira atmış, birinin malını yemiş, qanını tökmüş və döymüşdür. Savablarından alınaraq zülm etdiyi insanlara verilir. Əgər zülm etdiyi qulların haqlarını ödəmədən əvvəl savabları qurtararsa zülm etdiyi ulların günahlarından alınraq ona yüklənər və sonra da Cəhənnəmə atılar»1583. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ətrafında oturmuşduq. Birdən o, gülməyə başladı. Ömər – radıyallahu anhu –: «Atam, anam sənə fəda olsun! Nə üçün güldün?» deyə soruşdu. Peyğəmbər: «Ümmətimdən iki insan Allahın hüzurunda diz çökmüşdülər. Onlardan biri: «Ya Rəbbim! Bu qardaşım mənə haqsızlıq etmişdir. Ondan haqqımı al!» deyər. Allah: «Qardaşının haqqını ödə» deyə buyurar. O: «Ya Rəbbim! Ona verəcək həsənətlərim artıq qalmadı» deyər. Allah: «Onun həsənətləri artıq qalmayıb» deyə buyurar. Adam: «Ya Rəbbim! Günahlarımı ona yüklə!» deyər. Bu sözlərdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – ağladı. Qiyamət günü çox böyük bir gündür. O, gün insanlar günahlarının bir qismini başqalarına yükləmək ehtiyacını duyacaqlar. Sonra sözünə davam edərək Allah: «Başını qaldır Cənnətə bax!» deyə buyurar. Adam başını qaldırıb Cənnətə baxdıqda: «Ya Rəbbim! İnci ilə taclanmış, gümüşdən şəhərlər, qızıldan köşklər görürəm. Bunlar hansı Peyğəmbəri, siddiqin, şəhidindir» deyər. Allah: «Bunlar haqları ödəyənlərindir» deyə buyurar. Adam: «Ya Rəbbim! Buna kim sahib ola bilər» deyər. Allah: «Sən, sahib ola bilərsən» deyə buyurar. Adam: «Nə ilə?» deyər. Allah: «Qardaşını bağışlamaqla» deyə buyurar. Adam: «Ya Rəbbim! Mən onu bağışladım» deyər. Allah Qiyamət günü möminlərin arasını düzəltməklə onları barışdıracaqdır»1584. AbdurRahman b. Cubeyr, o da Əbu Tufeyldən rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına ixtiyar yaşına çatmış bir kişi gəlir (Başqa rəvayətdə: Qaşları gözünün üstünü örtmüş, əsasına söykənərək Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında dayanaraq) deyir: «Sən yer üzündə belə bir insan görmüsənmi ki, böyüklü, kiçikli heç bir günahdan yan keçməyərək onları edib (Başqa rəvayətdə: Əgər onun günahlarını yer əhli arasında paylasaydılar hamını həlak edərdi). Mənim üçün tövbə varmı?». Peyğəmbər: «Sən İslamı qəbul etmisənmi?» deyə buyurdu. O: «O, ki qaldı mənə – Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur və sən Allahın Rəsulusan» dedi. Peyğəmbər: «Yaxşı işlər gör və pis işləri də tərk et, Allah da sənin bütün əməllərini xeyirli edər» deyə buyurdu. O: «Oldu! Allahu Əkbər! – deyərək gözdən itənə qədər getdi»1585.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin