İMANI DAĞIDAN BAXIŞLAR - Allahın təkliyini, Onun olmasını inkar etmək və ya bu məsələdə şübhədə olmaq. Peyğəmbər –sallallahu aleyhi və səlləm– in peyğəmbərliyini inkar etmək və ya bu məsələdə şübhə etmək. Həmçinin Peyğəmbər –sallallahu aleyhi və səlləm– dən sonra peyğəmbərliyin davam etməsinə inanmaq və kiminsə Peyğəmbər olduğunu qəbul etmək. Qiyamət gününün, Cənnət və Cəhənnəmin, Mələklərin və Cinlərin və s. olmasını inkar etmək. «Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və mömnlər də iman gətirmişlər.(Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və büün Peyğəmbərlərinə iman gətirərək dedilər: Biz Onun Peyğəmbərləri arasında fərq qoymuruq». (əl-Bəqərə 285). Həmçinin inanmaq ki, insanlar azaddırlar və istədikləri dini seçə bilərlər. Məcbur deyil ki, Muhəmmədin şəriətini qəbul etsinlər. «Kim İslamdan başqa bir din axtarasa ondan bu qəbul edilməyəcəkdir».(Ali İmran 85). İnanmaq ki, müşriklər, ateistlər, Xristian və Yəhudilər düzgün yoldadırlar və onların yolları bizim yolumuzdan daha üstündür, yaxşıdır və ya onların küfründə şübhə etmək. «(Ya Muhəmməd!) Kitabdan özlərinə bir az şey verilənləri (Yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: Bunlar möminlərdən daha doğru yoldadırlar – deyirlər». (ən-Nisa 51).Zəkat verməyi, namaz qılmağı, oruc tutmağı inkar etmək. Allahın haram etdiyi şeyləri halal görmək. Məs: Zina, içki, faiz və s. Dünyəvi qanunları İslam qanunlarından üstün tutmaq və ya İslam qanunlarının vaxtı keçib, bu zəmanə üçün deyildir demək. «(Ya Muhəmməd!) Sənə nazil edilən və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar şeytanın (Tağutun) hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara şeytana inanmamaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq bir zəlalətə sürükləmək istər». (ən-Nisa 60). Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gətirdiyi hər hansı bir şəri məsələyə qarşı nifrət etməsi hətta onu etsə də belə. «Bu ona görədir ki, kafirlər Allahın nazil etdiyini bəyənmədilər. Allah da onların əməllərini puç etdi».(Muhəmməd 9). Həmçinin də Allahın və Rəsulunun qoyduğu qayda-qanunlarla narazı olan kimsə də buna aiddir. İslamı öyrənməkdən imtina etmək. Allahın İsim və Sifətlərindən hər hansı birini inkar etmək, təhrif etmək. Əl, ayaq, göz, İstiva və s. Həmçinin Allaha xas olan sifətlərdən bəzisini məxluqa da vəsf etmək. Məs: Qeybi bilmək və s.