BÖYÜK VƏ KİÇİK KÜFRÜN FƏRQİ - 1. Böyük küfr insanı İslamdan çıxarır və bütün əməlləri batil edir. Kiçik küfr isə insanı İslamdan çıxarmır və əməlləri batil etmir. Yalnız etdiyi bu əmələ görə cavab verəcək. 2. Böyük küfrə görə insan əbədi Cəhənnəmi qazanır. Kiçik küfrə görə isə insan Cəhənnəmə düşsə də əbədi deyildir. 3. Kiçik küfrdən fərqli olaraq böyük küfr edənin malı və canı halal olur. 4. Böyük küfrə görə o, insanı sevmək, onunla dostluq etmək olmaz, hətta yaxın qohum da olsa belə. Kiçik küfrə görə isə belə deyildir.
Böyük şirk və küfrü Allah yalnız tövbə ilə bağışlayır. Əgər insan İman ağacını küfr ağacı ilə dəyişərsə və bu şəkildə də ölərsə Allah onu bağışlamayacaqdır. «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar…» (ən-Nisa 48). «Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar». (ən-Nisa 116). Bu ayədə böyük şirkdən söhbət gedir. Bəs Allah bütün günahları bağışlayır deyənlərin dəlili nədir? (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de ki: «Ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O bağışlayan və rəhm edəndir». (əz-Zumər 53). İnsan tövbə etmədən böyük şirk və küfr üzərində ölərsə Allah onu bağışlamayacaq və o, kimsə əbədi Cəhənnəmlikdir. Lakin tövbə edərək ölərsə Allah onu bağışlayacaqdır. Lakin kiçik şirk belə deyildir. Əgər kiçik şirk edib və tövbə etməzsə mütləq Allah onu cəzalandıracaqdır. Lakin bu cəza əbədi deyildir.
İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Artıq bir qulda nifaq və iman, küfür və iman cəm ola bilər»264. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Əməli münafiqlik isə Peyğəmbər - səllallahu aleyhi və səlləm – in səhih hədisində söylədiyi kimi: Münafiqin əlaməti üçdür: «Danışanda yalan danışar, söz verdiyi zaman sözünü yerinə yetirməz (sözündə durmaz), ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər»265. Yenə səhih bir hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə xalis münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: 1) Ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər, 2) Söz söylədiyi zaman yalan söyləyər, 3) Söz verdiyi zaman yerinə yetirməz, 4) Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»266. Bu əməli nifaqdır. Bu hədis ona dəlalət edir ki, artıq bir insanda nifaq və İslam cəm oluna bilər. Həmçinin əgər bir insan bir əməlini Allah üçün yox, riya ilə edirsə, o insanda artıq şirk və İslam cəm olunar. Həmçinin əgər Allahın hökmü ilə hökm vermirsə, Peyğəmbər - səllallahu aleyhi və səlləm – in küfür adlandırdığı bir əməli edirsə, artıq burda küfür və İslam cəm olunar. Lakin bunlar kamil şəkildə qəlbdə yerləşdiyi zaman sahibi namaz da qılsa, oruc da tutsa və müsəlman olduğunu söyləsə də dindən sıyrılıb çıxa bilər. Çünki iman mömini bu pisliklərdən qoruyar. Bir qulda bunlar kamil şəkildə olarsa və onu bu şeylərdən qoruyan heç bir şey olmazsa o, artıq xalis bir münafiq olmaqdan başqa bir şey deyildir»267.
İbn Qeyyim – rahmətullahi aleyhi – sözünə davam edərək deyir: «Burada bir başqa qayda da vardır. Bir kimsədə həm iman, həm küfr, həm tövhid, həm də şirk, həm təqva, həm də fucur (günah) və həm də münafiqlik, həm də iman ola bilər. Bu Əhli Sünnətin önəmli və təməl görüşlərindən biridir. Xəvariclər, Mötəzilə və Qədəriyə kimi bidət firqələri buna qarşıdılar. Böyük günah edənlərin Cəhənnəmdən çıxmaları və orada əbədi qalmamaları məsələsi buna dayanır. Quran, Sünnət, fitrət və səhabələrin icması bunun dəlilidir. Allah buyurur: «Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman edirlər» (Yusif 106). Ayə onların şirklə birlikdə mömin olduqlarını ifadə etməkdədir. Allah buyurur: «Bədəvi ərəblər: «Biz iman gətirdik!» dedilər. (Ya Peyğəmbər! Onlara) de ki: «Siz (qəlbən) iman gətirmədiniz. Yalnız: «Biz İslamı qəbul etdik!» deyin. Hələ iman sizin qəlblərnizə daxil olmamışdır. Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərnizdən heç bir şey əskiltməz. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (əl-Hucurat 14). Bu ayədə Allah onlardan imanı nəfy etdiyi zaman, İslamı Allah və Rəsuluna itaəti onlar üçün isbat etdi/mömin deyil müsəlman olduqlarını söylədi. Allahın onlardan nəfy etdiyi (onlarda olmadığını söyləyən) iman bu ismi kəsinliklə almağa müstəhaq olan mütləq imandır. O, da bu ayədə vəsiflərini daşıyan kimsələrin imanıdır: «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!» (əl-Hucurat 15). Bu mövzuda iki səhih görüşdən doğru olan görüşə görə bunlar münafiq deyirlər, Allah və Rəsuluna olan itaətləri ilə müsəlmndılar. Lakin hər nə qədər onları kafirlərdən ayıran bir parça imana sahib olsalar da mömin deyildirlər. İmam Əhməd – rahmətullahi aleyhi – dedi ki: «Bu dörd böyük günahla gələn və ya buna bənzərini ya da daha böyügünü edən – yəni zina, oğurluq, içki və soyğunçuluq edən – kimsə müsəlmandır, lakin mən onu mömin deyə isimləndirmərəm. Lakin bundan daha aşağı səviyyədə olan günahlarla gələn kimsələri imanı əskik mömin deyə isimləndirərəm. Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurur: «Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır»268. Bu hədis bir kimsədə münafiqliklə İslamın bir yerdə olmasına dəlildir. Riya da bir şirkdir. Bir kimsə hər hansı bir əməlində/ibadətində göstəriş edərsə onda şirk və İslam bir yerədə olmuş olar. İslama və onun şəriətinə/hökümlərinə bağlı olduğu halda Allahın nazil etdiyi şeylərdən başqası ilə hökm etdiyində və ya Peyğəmbər - səllallahu aleyhi və səlləm – in küfr deyə isimləndirdiyi bir şeyi etdiyində bu halı ilə o, kimsə həm küfr etmiş olur, həm də müsəlmanlığı davam edər. Bütün itaətlər və xeyir işlər imanın şöbələrindən bir şöbə olduğu kimi, bütün asiliklər və günahlar da küfrün şöbələrindən bir şöbə olduğunu da bəyan etmişdik. Bir qul imanın şöbələrindən bir şöbəni və ya daha artığını edərsə bu şöbəni etməsi ilə bəzən mömin deyə isimləndirilər, bəzən də isimləndirilməz. Eyni şəkildə bir kimsə küfrün şöbələrindən hər hansı bir şöbə ilə bəzən kafir deyə isimləndirilə bilər, bəzən də bu isimlə isimləndirilməz. Burada iki məsələ vardır. Birincisi: İsim və Ləfzlə olan tərəfi. İkincisi: Məna və Hökm ilə olan tərəfi. Məna tərəfdən bu bir küfrmüdür yoxsa küfr deyilmidir? Ləfzi tətəfdən bunu edən bir kimsə kafirmidir, kafir deyilmidir? Birincisi tamamən şəri bir mövzudur, ikincisi həm lüğəti, həm də şəri bir mövzudur»269.
İbn Qeyyim – rahmətullahi aleyhi – nin son cümlələrinə diqqət edin: «Bir qulda iman qollarından bir qolun olması onun mömin adlandırılması üçün bəs etmir. Küfr də belədir. Bir qulda küfrün qollarından birinin olması onun kafir adlandırılmasının zəruri etmir. O, qolun nə dərəcədə küfr olmasından aslı olmayaraq sahibi kafir adlandırılmaz. Kimsədə bir az elmin olması onun alim adlandırılmasına, fiqhin və tibbin bəzi məsələlərini bilənə də həkim və ya fəqih deyilməz. Bu cahil Təkfirçilərin problemi ondadır ki, onlar iman və küfr məsələrini düzgün bilmirlər, bilənlər də düzgün başa düşməyiblər. Çünki asililər küfrün şöbələrindəndir»270.
Dostları ilə paylaş: |