SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


AÇIQ VƏ GİZLİ OLAN BÖYÜK GÜNAHLAR



Yüklə 3,12 Mb.
səhifə3/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   2   3   4   5   6   7   8   9   ...   330
«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah - səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu - səllallahu aleyhi və səlləm - də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir»3.

Ən-ənəmizə sadiq olaraq Uca və Böyük olan Allahın izni ilə Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan kitabları toplamağa davam edirik. İnşəallah bu kitabımızda İslam və İmanın ziddi olan, bəndənin Tövhidini dağıdan, naqisləşdirən şirk, bidət, küfr, nifaq, böyük və kiçik günahlar, gündəlik həyatımızda qarşılaşdığımız, lakin biganə yanaşdığımız məkruhlar (bəyənilməyən) əməllər, haramlar, qadağalar haqqında danışacağıq. Kitabın adı barəsində çox düşündüm. Lakin sonda belə qərara gəldim ki, adını NƏHYİ ANİL MUNKƏR QADAĞALARDAN ÇƏKİNMƏK4 deyə adlandırdım. Çünki kitabın özü də bu mövzu üzərində qurulmuşdur. Quran və Sünnə, Allah və Rəsulu tərəfindən qadağan edilmiş, bizlərə çəkinməyi əmr etdikləri məsələlər barəsində danışacağıq. Sözsüz ki, bütün qadağaları bu kitabda toplamaq mümkün deyildir. Lakin mən çalışdım ki, bu kitabda gündəlik həyatımızda qarşılaşdığımız (sözlərdən və əməllərdən) ibarət olan qadağaları qeyd edim. Çünki Allah Rəsulu bizlərə qadağalardan çəkinməyi əmr edərək buyurur: «Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin…»5. Allahın Rəsulu bizlərə əmr etdiyi şeyləri bacardığımız qədər yerinə yetirməyi buyurmuşdur. Lakin qadağalara gəldikdə isə onlardan uzaq durmağımızı (bir-başa çəkinməyimizi) əmr etmişdir. Uca və Böyük olan, ƏL-VƏHHƏB olan Allahdan bu kitabı İslam ümməti, Muhəmməd ümməti üçün xeyirli və faydalı olmasını diləyirəm. Amin! Allah sizin Amin deməyinizi də qəbul etsin!

Bu baxımdan da mən bu kitabı topladım. Bu kitabı yazmaq, toplamaq üçün Quran və Sünnəyə uyaraq və İslamın elm adamlarının əsərlərindən geniş istifadə edərək Allahın izni ilə əlimizdəki bu kitabın yazılmasına nail oldum. İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə yazıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüt-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.

Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram. Həmd və nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).

Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin