GÜNAHLARIN ƏSLİ VƏ TƏMƏLİ
Günahların ən böyük cəzalarından insanın dünya və axirətdə düz yoldan çıxmasıdır. Çünki insanın həm bu dünyada, həm də axirətdə də düz yolda olmasına ehtiyacı vardır. İnsanın düz yola müvəffəq olması üçün Tövhid əhli (Muvahhid) olması lazımdır. «İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır». (əl-Ənam 82). Günahlar dərəcələrinə və zərərlərinə görə fərqləndiyi üçün dünya və axirətdə ki, cəzaları da bu fərqə görə olacaqdır.
Günahlar iki şeydən yaranır: BİRİNCİ - Əmr olunanın tərk olunması. İKİNCİ - Qadağanların edilməsi. Bundan başqa günah yoxdur. İnsan ya qadağanı (haramı) edir, ya da vacibi tərk edir. Bu iki günahdır ki, Allah – subhənəhu və təalə – bunların ikisi ilə insanların və cinlərin Atasını imtahana çəkmişdir. Bu haqda da Sələflər arasında ixtilaf vardır ki, hansının günahı daha şiddətlidir. Əmr olunanı tərk etmək, yoxsa haramları etmək. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Əmr olunanı tərk etmək, günahı etməkdən daha şiddətlidir». Əmr olunanı tərk etmək Allahın qatında qadağan olunanı etməkdən daha şiddətlidir. Nə üçün? İblis səcdə etmək üçün əmr olunmuşdur, lakin əmri tərk etdiyi üçün əbədi olaraq Cəhənnəmi qazandı. Adəm – əleyhissəllam – qadağan olunanı yedi və tövbə etdi. Tövbəsi qəbul olundu.
Bu ikisi də əzalarla edildiyinə görə ZAHİRİ – qəlblərlə edildiyinə görə BATİNİ – olaraq iki qismə ayrılır. Yenə də bu ikisi - Allahın haqqı – və - qulların haqqı - olmaqla iki qismə ayrılır. Nəyə görə ona bəndənin haqqı deyilir? Çünki bəndə (haqsızlıq, zülm edənə) güzəştə getməsə hesaba çəkiləcəkdir. Bəndənin haqqı ilə bağlı olan günahlar da Allahın haqqına daxildir. Bu günahlar özləri də dörd yerə bölünürlər.
Dostları ilə paylaş: |