SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə5/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   2   3   4   5   6   7   8   9   ...   330
BİRİNCİ Təkəbbürlük (Hökmüdarların) günahı. İnsanın özünə yaraşmayan Rububiyyət sifətlərinə əl atması. Məs: Böyüklük, yüksəklik, təkəbbürlük, zorbalıq, azğınlıq, insanları özünə qul etmək kimi günahlardır ki, bunlar da Rububiyyətdə şirk, Rəbbə şərik olmaqdır. Şirk iki qismdir: BİRİNCİ Allahın İsim və Sifətlərində şərik qoşmaq və Onunla birlikdə başqa İlahlar qəbul etmək. İKİNCİ Allah ilə müamələdə şirk qoşmaq. Bu bəzən insanı Cəhənnəmə salmaya da bilər. Lakin etmiş olduğu əməli puç edir.

Bu qism günahlar ən böyük günahlardır ki, bura həmçinin daxildir elmsiz (bilmədən) Allahın yaratması və əmri barəsində danışmaq. Hər kim bu günahları edənlərdəndirsə o, kimsə Rəblik və hökmüranlıq tərəfdən özünü Allaha oxşatmışdır. Bu isə Allah qatında günahların ən böyüyüdür. Belə bir günahla birlikdə heç bir əməl də ona fayda verməz.



İKİNCİ - Şeytani günahlar. Şeytana oxşamaq həsəddə, azğınlıqda, kin-kudurət, hiylə, Allahın qadağalarını əmr etmək, onları gözəlləş-dirmək, itaətdən çəkindirmək, Allahın dininə yeniliklər gətirmək, bidətə çağırmaq, aldatmaq.

ÜÇÜNCÜ Yırtıcı heyvan günahları. Düşmənçilik, qəsb etmək (zorla ələ keçirmək), qan tökmək, zəiflərin və acizlərin üstünə cummaq, zülmə və düşmənçiliyə qarşı cürətli olmaq.

DÖRDÜNCÜ - Heyvani günahlar. Acgözlük, tamahkarlıq, qarın və şəhvətini ödəməyə həris olmaq. Buradan da zina, oğurluq, yetim malını yemək, xəsislik, qorxaqlıq və özündən çıxmaq törənir. İnsanların işlədikləri günahların çoxu da bura aiddir. Heyvani günahlar insanları yüyənlərindən tutaraq digər günahlara da yönəldirlər. Beləcə heyvani günahlardan yırtıcı heyvani günahlara, oradan şeytani günahlara sonda isə Allaha Rububiyyətdə və təkliyində şərik qoşmaq günahlarına qədər gedərlər. Kim bu haqda düşünərsə ona aid olar ki, günahlar şirkin, küfrün və Allah ilə Rəblik döyüşünə aparan dəhlizidir.

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin