ZAMAN VƏ MƏKAN
ZAMAN – Günah bəzi zamanlarda digər zamanlardan daha ağırdır. Məs: Haram aylarda, Ramazanda, Zilhiccənin ilk on günündə və s. «Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü haram aylardır (Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm). Bu doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir». (ət-Tövbə 36). Allah – subhənəhu və təalə – bu günlərdə zülm etməyi qadağan etmişdir. Bu günlərdə zülm etmək haram olduğu kimi başqa günlərdə də haramdır. Lakin bu günlərdə daha da ağırdır. Allah: «Bu aylarda özünüzə zülm etməyin» buyurdu: Zülmün nə olduğu isə öldürməyi halal saymaqdır kimi, günah etməkdir də deyilmişdir9. Qatadə – rahmətullahi aleyhi – deyir ki: «Haram aylarda zülm digər aylardakı zülmdən daha ağır, daha günahlıdır. Amma zülm hər bir zaman pisdir. Allah isə dilədiyi kimsə haqqında dilədiyi şeyi böyüdür». Qatadə – rahmətullahi aleyhi – deyir ki: «Allah yaratdıqları arasından dilədiyini seçdi. Mələklərdən də elçilər, insanlardan da elçilər seçdi. Sözlər içindən zikrini seçdi. Yer üzündən məscidləri, aylardan Ramazanı və Haram ayları, günlərdən Cüməni, gecələrdən Qədir gecəsini seçdi. Allah böyük görməsiylə bunların dəyəri artdı. Çünki işlər Allahın böyütməsiylə böyüyür. Elm əhli də, ağıl sahibi olanlar bunu belə bilirlər»10.
Ramazan ayı da ayların ən xeyirlisi və sultanıdır. O, ayda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlərlə bağlanırlar. O, ayın orucu və namazı, qədr gecələri Allah qatında ən məqbul ibadətlərdir. Allah – subhənəhu və təalə – ondan əcir və savab istəyərək Ramazanı orucla və namazla keçirən kimsəni məğfirət edər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Ramazan orucunu ixlasla və əcrini umaraq ibadət edərsə keçmiş günahları bağışlanar»11.
MƏKAN - Bəzi yerlər digər yerlərdən daha fəzilətli və daha bərəkətlidir. Yer üzünün ən fəzilətli hissəsi Məkkə, Mədinə və sonra da Beytul Məqdisdir. Bu yerlərdə qazanılan savab digər yerlərdən daha savablıdır və bu yerlərdə edilən günah qat-qat digər yerlərdə edilən günahlardan böyükdür. «Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq». (əl-Həcc 25). İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Yəni kim orada böyük günahlardan iyrənc bir iş etmək istəyərsə deməkdir». İbn Cureyc, İbn Abbas - radıyallahu anhu – dan bunun bilə-bilə edənlər üçün olduğunu söyləmişdir. Əli - radıyallahu anhu – isə İbn Abbas - radıyallahu anhu – dan nəql etdiyi rəvayətdə «Zülmün», «Şirk» mənasına gəldiyini söyləmişdir. Mücahid – rahmətullahi aleyhi – deyir ki: «Məscidul Haramda Allahdan başqasına tapınmaq olduğunu» söyləmişdir12. Buna görə də Fil sahibi Əbrəhə və ordusu Məscidul Haramı Kəbəni yıxmaq istədikdə Allah Əbabil quşlarını göndərərək hamısını həlak etdi. İmam Qurtubi – rahmətullahi aleyhi – deyir ki: «İbn Məsud və İbn Ömər - radıyallahu anhum – isə dedilər ki: «Kim bu Kəbədə bir kimsəni öldürməyi qəsd edərsə Allah da ona əzab edər»13.
Allah – subhənəhu və təalə – bu yeri Peyğəmbər – sallallahu aleyhi və səlləm – üçün seçmiş, qullarına ibadət yeri etmiş və uzaqdan, yaxından ora gəlmələrini əmr etmişdir. İnsanlar ora yalnız başları açıq, könülləri Allaha yönəlmiş olaraq girə bilirlər. Orada qan tökülməz, yaş ağac kəsilməz, ov edilməz və s. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bu evə gəlir və qadına yaxınlaşmaz, günaha düşməzsə anadan doğulmuş kimi geri dönər»14. Allah onu ziyarətə gələnlərə savab olaraq Cənnətdən başqasını uyğun görməz. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gözəl həcc edənin mükafatı isə Cənnətdən başqa bir şey deyildir»15. əl-Bələd əl-Əmin – şəhərlərin ən xeyirlisi və əmin-aman olanı. Allah iki dəfə bu şəhərə and içmişdir. «And içirəm bu şəhərə». (əl-Bələd 1). «And olsun bu təhlükəsiz, qorxusuz-xətərsiz şəhərə». (ət-Tin 3). Bu üç yerdən başqa heç bir yerə ziyarət məqsədi ilə çıxmaq olmaz. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu üç məsciddən başqa (digər yerlərə) səfər etmək üçün yüklər bağlanmaz. Mənim bu məscidim, Məscidul Həram və Məscidul Aksa»16. Həmçinin də orada olan Mina, Ərafət, Zülhiccə ayının son on günü: Abdullah b. Amr b. əl-As - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ən yaxşı dua Ərafat günü edilən duadır. Mən və məndən əvvəlki Peyğəmbərlərin dediyi isə: «Şəriki olmayan tək Allahdan başqa ilah yoxdur, səltənət və həmd ona aiddir və O, hər şeyə qadirdir»17. Aişə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ərafə günündə olduğu qədər Allahın atəşdən çox qul azad edəcəyi başqa bir gün yoxdur»18. Həcərul Əsvəd və s. Allah seçmişdir.
Belə bir yerlərdə edilən günahlar daha böyükdür və cəzası da daha şiddətlidir. Məlumdur ki, Məscidul Haramda qılınan bir namaz başqa yerlərdə qılınan namazlardan yüz min dəfə savablıdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in məscidində qılınan namaz isə min namaza, Məscidul Aksada qılınan namaz isə beş yüz namaza bərabərdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim bu məscidimdə qılınan bir namaz başqa məscidlərdə qılınan min namazdan daha xeyirlidir. Lakin Məscidl Haramda qılınan namaz daha fəzilətlidir»19. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məscidul Haramdakı bir namaz başqa məscidlərdə qılınan namazdan yüz min dəfə fəzilətlidir»20.
Həmçinin də Allah – subhənəhu və təalə – Peyğəmbərlərini, Nəbilərini də dilədiyi kimsələrdən seçir. «Allah Peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir». (əl-Ənam 124). «Rəbbin istədiyini yaradar və seçər. Onların heç bir ixtiyarı yoxdur». (əl-Qəsəs 68). «Allah mələklərdən də Peyğəmbərlərdən seçər, insanlardan da. Həqiqətən Allah (hər şeyi) eşidən və görəndir». (əl-Həcc 75). Çünki O, bu seçmənin seçilən üçün daha uyğun olduğunu, başqası üçün olmadığını bilir. Əbu Zərr - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Peyğəmbərlər yüz iyirmi dörd min kişidir. Allah onlardan Rəsullar seçdi. Bunlar da üç yüz on üç kişidir»21. Onlardan da Ulul Azimi seçdi. «Xatırla ki, bir zaman Peyğəmbərlərdən əhd almışdıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da!». (əl-Əhzab 7). Bunlar arasından da ikisini dost seçdi. İbrahim və Muhəmməd – sallallahu aleyhi və səlləm – i. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah İsmail oğullarını seçmişdir. İsmail oğullarından da Kinanəni, Kinanədən də Qureyşi, Qureyşdən də Haşim oğullarını, Haşim oğullarından da Məni seçdi»22. Həmçinin də Allah səhabələri bütün dünya insanlarından ayıraraq seçməsi, onlar içərisindən bədr əhlini, Ridvan beyətində iştirak edənləri də seçməsi buna aiddir. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Allah qullarının qəlblərinə baxdı. Muhəmməd – sallallahu aleyhi və səlləm – in qəlbini qullarının qəlbləri arasında ən xeyirli qəlb olduğunu gördü. Buna görə də onu özü üçün (bir Peyğəmbər) olaraq seçdi və onu risalətlə göndərdi. Muhəmməd – sallallahu aleyhi və səlləm – in qəlbindən sonra yenə də qullarının qəlblərinə baxdı, onun səhabələrinin qəlblərini qullarının qəlbləri arasında ən xeyirli qəlblər olduğunu gördü. Buna görə də onları Peyğəmbərinə dini uğrunda vuruşacaq yardımçılar etdi. Buna görə də müsəlmanların gözəl gördükləri bir şey Allah dərgahında da gözəldir, pis gördükləri bir şey də Allah dərgahında da pisdir»23. Allah tək yaratdığı kimi tövbə edənləri, inananları və yaxşı əməl edənləri də seçdi. Onlar Onun qullarından, yaratdıqlarından seçdikləridir. Bu seçmə Allahın hikmətinə, kimin seçilməyə daha uyğun əhil olduğunu bilməsinə dayanır. Allah göyləri yeddi qat yaratdı. Onlardan ucalarını seçdi. Mələklərdən «Mukarrəbin» (Ona yaxın olanları) oraya yerləşdirdi. Mələklərdən Cəbrail, Mikail, İsrafil kimi mələkləri də seçməsi: Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə namazına qalxdıqda qiyamda təkbirdən sonra bu duanı oxuyardı: «Cəbrailin, Mikailin və İsrafilin Rəbbi…»24. Mələklərdən yalnız bu üçündən söz edilməsi seçilmələri və Allaha yaxınlıqlarının kamilliyindəndir. Halbuki göylərdə neçə-neçə mələklər vardır. Cəbrail vəhyin əminidir. Allah vəhy ilə onu Rəsullara və Peyğəmbərlərə göndərir. Mikail yağış, bitkilər və heyvanlarla, İsrafil Qiyamətin qopacağı və insanların diriləcəyi gün sura üfürəcəkdir. Allah Firdovs Cənnətini digər Cənnətlərdən üstün tutdu. Onu ərşin tavanı etdi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsu diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır»25.
Dostları ilə paylaş: |