SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15645
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

 
ABŞ – AZƏRBAYCAN  MÜNASİBƏTLƏRİ 
Az
ərbaycan  müstəqillik  qazandıqdan  sonra  düçar  olduğu 
çoxsaylı problemlərin müvəffəqiyyətli həlli  planetin güc mərkəzi 
olan dövl
ətləri ilə qura biləcəyi əlaqələrin keyfiyyət göstəricisindən 
xeyli asılı idi.  Bu baxımdan, ABŞ öz potensialı ilə Azərbaycanın 
milli dövl
ətçilik maraqları dairəsinə daxil idi.   
  H
ər  şeydən  əvvəl,  ABŞ  dünyanın  yeganə  fövqəl dövləti 
olub, planetin n
əhəng siyasi güc mərkəzidir.  Birləşmiş Ştatlar dün-
yada mövcud olan t
əqribən 4 mindən  çox beynəlxalq və məhəlli 
t
əşkilatın  ya  yaradıcısı,  ya da ən  əsas  maliyyələşdiricisidir.  Şüb-
h
əsiz,  belə  geniş  təmsilçilik  imkanları  olan  ABŞ-ın  dünyanın  hər 
hansı bir nöqtəsində baş verəcək hadisə və ya münaqişəyə dərhal  
v
ə  qədərincə  təsir etmək,  prosesləri  planlaşdırıcı  məcraya salmaq 
q
ətiyyəti kifayət qədərdir.    
 
ABŞ dünyanın  ən böyük iqtisadi güc mərkəzi olması, sta-
tistik r
əqəmlərin aşağıdakı siyahısı təsdiqləyir: Onun bütün müəs-
sis
ələri 100% gücü ilə  işləyir.  1991-ci ildə  ABŞ  iqtisadiyyatına 
kapital qoyuluşu 407,6 mlrd dollar olmuşdur.  1995-ci ildə ölkənin 
ixracı 685 mlrd dollar, idxalı isə 746 mlrd dollar olmuşdur. Bu gün 
inki
şafda  olan  dünya  dövlətləri  ABŞ  ixracının təqribən  40%-ni 
alır.  
ABŞ,  həmçinin,  dünyanın  hərbi güc mərkəzidir.  
Dövrümüzün 
ən böyük hərbi təşkilatı  olan  NATO-nun  yaradıl-
masının  və  genişləndirilməsinin  ilhamçısı  məhz  ABŞ 
olmuşdur.Yeni dövrün  siyasi  reallıqlarına  uyğun  olaraq 
Pentaqonun müdafi
ə  büdcəsi 35 % və  hərbi qüvvələrin strukturu 
33 
%  ixtisar  edilsə  də,  əvəzində  silahlı  qüvvələrin 
modernləşdirilməsinə xeyli vəsait ayrılmışdır.   
 
Azərbaycan  isə  zəngin  təbii  ehtiyatları,  bölgənin  ən  iri, 
varlı  və  perspektiv  inkişaf  imkanları  olan  dövləti  kimi  ABŞ-ın 
diqqət mərkəzində saxladığı ölkələrdəndir.  Xüsusilə ABŞ-ın milli 
təhlükəsizlik  sistemində  enerji  təhlükəsizliyi  amili  aparıcı  rol 

 
102 
oynadığından  Azərbaycanın  zəngin  neft  ehtiyatlarına  bu  dövlətin 
olduqca böyük marağının olması təsadüfi deyildir.   
 
Azərbaycanın  əlverişli  geosiyasi  mövqeyi  ABŞ-ın  maraq-
larına tamamilə uyğundur.  Dövlətimiz şimaldan Rusiya, cənubdan 
isə İranla həmsərhəddir və regionda üstünlük uğrunda bu dövlətlər 
də mübarizə aparırlar.   
 
ABŞ-ın  respublikamıza  marağının  artmasında  ölkəmizdə 
demokratik  inkişaf  yolunun  seçilməsi,  iqtisadi  islahatların  aparıl-
ması və bazar iqtisadiyyatına keçilməsinin də danılmaz əhəmiyyəti 
vardır.   
  1991-
ci  il  dekabrın  25-də  ABŞ  Azərbaycan  Respub-
likasının müstəqilliyini tanımış və 1992-ci il martın 18-dən etiba-
rən bu dövlətlər arasında diplomatik münasibətlər qurulmuşdur.   
 
İkitərəfli əlaqələrin başlanğıc mərhələsi kəşfiyyat xarakterli 
yönümü  və istiqaməti  ilə seçilir, ziddiyyətlər və anlaşılmazlıqlarla 
xarakterizə olunurdu.   
 
Azərbaycan – ABŞ münasibətlərinin ən ziddiyətli məsələsi 
1992-
ci  il  oktyabrın  24-də  Konqresin  102-ci  çağırışının  2-ci 
sessiyasının  keçmiş    SSRİ-nin  Azərbaycandan  savayı  digər  11 
respublikasına    demokratiyanın  inkişafı  və  bazar  iqtisadiyyatına 
keçid məqsədilə 460 milyon dollar həcmində yardımı nəzərdə tutan 
“907-
ci əlavə”nin qəbulu oldu.   
 
Azərbaycana  qarşı  iqtisadi  yardıma  qadağa  aksiyasının 
məzmunu  belədir:  “Bu  və  ya  digər  qanunvericilik  aktları  çərçi-
vəsində  Birləşmiş  Ştatların  Azərbaycana  iqtisadi  yardımı  Azər-
baycanda 
o zamanlar hakimiyyəti təmsil edən iqtidarın xarici siya-
sət  sahəsində  buraxdıqları  səhvlər  düzəldilməyincə  mümkün 
olmayacaq”.    
1993-
cü  ilin  aprelində  Vaşinqtonda  Azərbaycan  səfirliyinin 
açılması ilə ikitərəfli  əlaqələr intensivləşməyə başladı.   
 
Azərbaycan  –  ABŞ  əməkdaşlığı  BMT  çərçivəsində  də 
davam etdirilmişdir. BMT təhlükəsizlik şurasının beş daimi üzvün-
dən  biri  olan  ABŞ  Azərbaycan  torpaqlarının  erməni  silahlı  qüv-
vələri tərəfindən işğal olunması ilə bağlı sözügedən təşkilatın qəbul 
etdiyi  7  bəyannamə  və  4  qətnamənin  (822  saylı  –  1993-cü il 30 
aprel, 
853  saylı  –  1993-cü il 29 iyul,  874  saylı  –  1993-cü il 14 

 
103 
oktyabr və 884 saylı – 1993-cü il 11 noyabr)lehinə səs vermişdir.  
Adı çəkilən sənədlərdə Azərbaycanın beynəlxalq  miqyasda tanın-
mış sərhədlərinin pozulmazlığı və ərazilər ələ keçirmək üçün qüv-
və  tətbiq  olunmasının  yolverilməzliyi  prinsipi  təsdiqlənmiş, 
ölkəmizin  bütün  zəbt  olunmuş  ərazilərindən  işğalçı  erməni  hərbi 
birləşmələrinin dərhal,  tamamilə və qeyd-şərtsiz çıxarılması tələb 
olunmuşdur.   
 
Azərbaycan Respublikasının ABŞ prezidenti B.  Klintonun 
xarici siyasət təşəbbüsü olan “sülh naminə tərəfdaşlıq” proqramına 
qoşulması da (1994-cü il mayın  4-də)ölkəmizin rəsmi Vaşinqtonla 
hərbi – siyasi əməkdaşlığına təkan verən amillərdəndir.   
 
Azərbaycan  –  ABŞ  münasibətlərində  baş  vermiş  müsbət 
dəyişikliklər  1994-cü  ilin  dekabrında  ATƏM-in  Budapeşt  zirvə 
görüşü zamanı öz konkret nəticələrini verdi.   
Budapeşt  sammitində  ilk  dəfə  olaraq  Dağlıq  Qarabağ 
problemi  xüsusi  bir  məsələ  kimi  gündəliyə  salındı  və  müzakirə 
olundu.  
ABŞ-ın yaxından köməkliyi nəticəsində Budapeşt sammi-
tinin qəbul etdiyi qətnamədə Avropanın müxtəlif bölgələrində baş 
verən münaqişələrin, o cümlədən Ermənistan – Azərbaycan müna-
qişəsinin  həll  edilməsi ayrı-ayrı  dövlətlərin  inhisarından  çıxarılıb, 
birbaşa  ATƏT-in  ixtiyarına  verildi.    Eyni  zamanda  münaqişə 
zonalarında, o cümlədən Dağlıq Qarabağ ətrafında baş verən  prob-
lemin  həllində  hansısa  bir  ölkənin  deyil,  ATƏT  sülhməramlı 
qüvvələrindən istifadə edilməsi qərara alındı.   
  Az
ərbaycan  –  ABŞ  münasibətlərində  dönüş  1996-cı  ildən 
etibar
ən özünü göstərməyə başladı. 1996-cı il yanvarın 26-da ABŞ 
Konqresinin Nümay
əndələr Palatası,  sonra isə Senatı Azərbaycana 
birbaşa humanitar yardım  haqda Konqresə xəbər çatdırdı ki, Azər-
baycan  hökuməti  bütün  blokadaları,  Ermənistan  və  Dağlıq  Qara-
bağa  qarşı  zor  gücünün  istifadəsini  dayandırmaq  üçün  əməli  iş 
görür”.  
Keçmiş  sovetlər  birliyinin  yenicə  müstəqillik  qazanmış 
respub
likaları  içərisində  niyə  məhz  Azərbaycanın  iqtisadi  qadağa 
aksiyasına  məruz  qalmasının  səbəbləri  ilk  növbədə  aşağıdakı 
amillərlə  bağlı  idi.  ABŞ-da  güclü  erməni  lobbisi  və  diasporunun 
mövcudluğu, ABŞ-da məskunlaşmış Azərbaycan icmasının zəifliyi. 

 
104 
   
Konqresmen Çarlz Vilsonun t
əşəbbüsünün hədəfi  “Azadlığı 
Müdafi
ə Aktı”na “907-ci əlavə”yə düzəlişdir.   “Vilson düzəlişi”nə 
q
ədər Azərbaycana  yalnız  qeyri-hökumət təşkilatlarının  xətti ilə 
yardım  göstərilməsi mümkün idi.    Qəbul  edilmiş    yeni  düzəlişdə 
is
ə  deyilirdi: “Azərbaycan hökumətinə  humanitar  yardım  o  halda 
göst
ərilə  bilər ki,  prezident müəyyən etsin ki,  qeyri-hökumət  
t
əşkilatları  tərəfindən Azərbaycana göndərilən  yardım  qaçqınların  
v
ə  məcburi köçkünlərin  ehtiyaclarını  lazımi  səviyyədə  ödəmir”.  
Bu s
ənəd Azərbaycanı hər cür dövlət yardımından məhrum edən və 
bütünlükd
ə erməni maraqlarına xidmət göstərən “907-ci əlavə”nin 
l
əğvi  istiqamətində  ABŞ  konqresinin  ilk  uğurlu  addımı  kimi 
qiym
ətləndirilir. 1996-cı il iyulun 11-də ermənipərəst konqresmen-
l
ərin Azərbaycan əleyhinə yönəlmiş növbəti addımı  “Porter düzə-
lişi” meydana gəldi.  “Porter düzəlişi”nə görə ayrı-ayrılıqda  həm 
Az
ərbaycanın, həm də  Dağlıq Qarabağın qaçqın və köçkün düş-
müş əhalisinə uyğun olaraq 7:1 nisbətində humanitar yardım gös-
t
ərilməsi  nəzərdə  tutulurdu.  Azərbaycan və  ABŞ  ali  icra  haki-
miyy
əti  orqanlarının  qarşılıqlı  səmərəli fəaliyyəti son nəticədə 
“Porter düz
əlişi”  adlı  bədnam sənədin  Nümayəndələr  Palatası  və 
Senatın  uzlaşdırıcı  komissiyasının  sentyabrın  17-də  keçirilmiş 
iclasında tamamilə rədd edilməsini təmin etdi.   
Respublikamızın  ən  ağrılı    Dağlıq  Qarabağ  probleminin də 
geniş müzakirələr obyektinə çevrildiyi ATƏT-in Lissabon sammiti 
(1996 dekabr)Az
ərbaycan  –  ABŞ  münasibətlərinin strateji  tərəf-
daşlığa  doğru  istiqamətləndiyini növbəti dəfə  təsdiqlədi.    Sam-
mitd
ə  Ermənistan  –  Azərbaycan  münaqişəsinin həllini 3  prinsip 
əsasında    tənzimləməyi nəzərdə  tutan    formul    ATƏT-in  sədri 
F.Kottinin  b
əyanatında irəli sürüldü.  ATƏT-in əsas prinsiplərini  
n
əzərdə tutan  bu formul, Ermənistan istisna olmaqla qalan bütün 
iştirakçı  dövlətlər, o cümlədən ABŞ tərəfindən qəbul edildi.  Belə-
likl
ə, başlamaqda olan 1997-ci ildə Azərbaycan – ABŞ münasibət-
l
ərinin vəziyyəti  yuxarıda  bəhs etdiyimiz real mənzərə  ilə  şərt-
l
ənirdi.  
  H
əmin ildə təhlükəsizlik sahəsində də Azərbaycan – ABŞ 
münasib
ətləri inkişaf etdirilmişdir. Belə ki, martın 12-13-də Bakıda 

 
105 
Az
ərbaycan və  ABŞ  arasında  təhlükəsizlik və  silahlara nəzarət 
m
əsələlərinə  dair ikitərəfli məsləhətləşmələr  aparılırdı.  Məsləhət-
l
əşmələr gedişində geniş spektrli təhlükəsizlik məsələləri araşdırıl-
mış,  o cümlədən,  regional məsələlər,  sərhədə  nəzarət;  Avropada 
Ali Silahlı Qüvvələr məsələsi və onunla bağlı narahatlıq doğuran 
suallar; “Sülh namin
ə tərəfdaşlıq” proqramının yaratdığı imkanlar; 
NATO-
nun genişlənməsi və Avropa təhlükəsizliyin  arxitekturası, 
habel
ə  enerji və  nəqliyyat dəhlizinin təhlükəsizliyi problemlərinə 
dair 
ətraflı fikir mübadiləsi aparılmışdır.   
1997-ci il iyulun 27-d
ən avqustun 7-dək Azərbaycan 
prezidenti H.  
Əliyevin ABŞ-a ilk rəsmi səfəri oldu.  Bu səfərlə iki 
dövl
ət  arasında  münasibətlərin  inkişafında  keyfiyyətcə  yeni 
m
ərhələnin əsası qoyuldu.  
S
əfər zamanı 5 mühüm sənəd: 
-
 
ABŞ – Azərbaycan münasibətləri haqqında birgə bəyanat; 
-
 
 S
ərmayə  qoyuluşunun  qarşılıqlı  qorunması  və  təşviq 
edilm
əsi  haqqında  Azərbaycan  Respublikası  ilə  ABŞ    hökuməti 
arasında müqavilə; 
-
 
ABŞ ilə Azərbaycan arasında müdafiə və hərbi sahələrdəki 
g
ələcək münasibətlər barəsində birgə bəyanat; 
-
 
Az
ərbaycan  Respublikası  və  Amerika Birləşmiş  Ştatları 
arasında  energetikanın  inkişafı  üzrə  ikitərəfli  dialoq  yaradılması 
niyy
ətləri haqqında bəyanat; - Layihələrin təşviqinə dair baş saziş – 
imzalandı.   
Bununla yanaşı, dəyəri 8 mlrd.  ABŞ dolları məbləğində qiy-
m
ətləndirilən yeni 4 neft müqaviləsi bağlandı.  Partnyorluq müna-
sib
ətlərinin genişləndirilməsi  tədbirləri  haqqında” sərəncam imza-
lan
dı.   
Az
ərbaycan  –  ABŞ  iqtisadi  münasibətlərinin  yaranması  və 
bütün  sonrakı  inkişafında  neft amili  həlledici rol  oynamışdır.   
T
əsadüfi deyildir ki, Azərbaycan  Respublikası  Dövlət Neft 
Şirkətinin    (ARDNŞ)  xarici  enerji  kompaniyaları  ilə  1994-cü il 
sentyabrın    20-də  imzaladığı  ilk  neft  müqaviləsində  ABŞ-ın  4  iri 
neft şirkəti  aşağıdakı  mühüm pay faizləri ilə təmsil olunmuşdur.   
1.Amoko – 17. 01 % 
2.Yunokal – 10. 0489 % 

 
106 
3.Ekson – 8. 0006 % 
4.Penzoyl – 4. 8175 % 
Az
ərbaycanın zəngin enerji ehtiyatlarına  malik olması  ABŞ-
ı  respublikamızla  sıx  iqtisadi  və  siyasi  münasibətlər  qurmağa 
vadar ed
ən  olduqca əhəmiyyətli amil olsa da, hər halda yeganə 
c
əhət deyildir.  Azərbaycan  –  ABŞ  əlaqələri  iqtisadiyyatın  digər 
sah
ələrində də qurulmuşdur.   
Ölk
ə prezidenti Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfərindən 
sonra 
ABŞ-la Azərbaycan Respublikası arasındakı əlaqələr daha da 
genişlənmişdi. 
 

 
107 
II. 
ABŞ-ın Yaxın Şərq siyasəti 
Yaxın və Orta Şərq ölkələri haqqında ümumi məlumat 
   
 
Yaxın və Orta Şərq ölkələri Afrikadan Misir və Sudan daxil 
olmaqla 18  ölk
ədən ibarətdir.  Orta  Şərqə  İran  və  Əfqanıstan  aid 
edilir.    Regionun  simasını  ilk  növbədə  onun  əlverişli  coğrafi 
mövqeyi v
ə zəngin neft yataqları müəyyən edir.   
  Bu ölk
ələrin  başlıca  əlaməti üç qitənin  yol  ayrıcında, 
mühüm hava v
ə dəniz yollarının (Bosfor, Dardanel, Bab-ü-Məndəb 
boğazları,  Süveyş  kanalı)  kəsişdiyi  yerdə  yerləşməsidir.  Belə 
coğrafi  mövqe  Yaxın  və  Orta  Şərq  xalqlarının  siyasi  və  iqtisadi 
h
əyatına  əsaslı  təsir göstərmiş  və  onun tərkibində  Mesopotamiya 
(D
əclə və Fərat çayları arasında), Levant (Aralıq dənizi sahilində) 
kimi tarixi vilay
ətlərin yaranmasına səbəb olmuşdur.  Siyasi cəhət-
d
ən  Yaxın  Şərq həmişə  dünyanın  narahat  regionlarından  biri,  
“barıt  çəlləyi”  olmuşdur.    XX  əsrin  II  yarısında  regionda  siyasi 
v
əziyyət qeyri-sabitliyi ilə  fərqlənirdi.    Yaxın  Şərq,  İraq-Qərb, 
Kürd, Kipr probleml
ərinin uzun müddət həll olunmaması regionda 
siyasi g
ərginlik  yaradır.    Regionun  əhalisinin 80%-nı  türklər, 
ərəblər və  farslar təşkil  edir.    Başqa  xalqlar  arasında  kürdlər, 
y
əhudilər, bəluçlar üstünlük təşkil  edir.    İran  körfəzi, Qara və 
Aralıq  dənizi sahillərində, çay vadilərində  və  vahələrdə  əhali  sıx 
m
əskunlaşmışdır.  
  C
ənub və Cənub-Şərqi Asiya ölkələrinə nisbətən bu region-
da urbanizasiya s
əviyyəsi yüksəkdir.  Əfqanıstan, Yəmən və Oman 
istisna olmaqla, regionun bütün ölk
ələrinin əhalisinin yarıdan çoxu 
şəhərlərdə  yaşayır.    Ən  iri  şəhərləri  Tehran,  İstanbul,  Ankara, 
Bağdad, İzmir, İsfahan, Dəməşq, Ər-Riyad, Təbriz və başqalarıdır. 
Müasir dövrd
ə  regionun dünya təsərrüfatında  neft  və  təbii qaz 
m
əhsullarının  iri  istehsalçısı  və  NİEÖB-nin sənaye məhsullarının 
geniş satış bazarı kimi çıxış etməsi, dünya sənayesində və iqtisa-
diyyatında onun rolunu gücləndirmişdir.  Buradan NİEÖB qrupuna 
daxil olan ölk
ələr,    İsrail,  Türkiyə, zəngin  neft və  qaz  resursları 
hesa
bına sürətlə inkişaf edən, dünyada ən varlı İran körfəzi sahili 
ərəb dövlətləri  və dünyanın ən kasıb ölkələrindən olan Əfqanıstan 
v
ə İordaniya yerləşir.  Yaxın və Orta Şərq ölkələri müxtəlif islam 

 
108 
t
əşkilatlarında (İKT, ƏÖC, İslam İnkişaf Bankı, İslam İqtisadi və 
M
ədəni Məsələlər Komissiyası və s. ) birləşmişlər.   
  S
ənayenin  inkişafı  üçün  təbiət  Yaxın  və  Orta  Şərq 
regionuna qiym
ətli sərvətlər bəxş  etmişdir.    Zəngin neft və  təbii 
qaz  resurslarından  başqa,  region  ölkələri filiz, qeyri-filiz  və 
qiym
ətli metal sərvətlərinə malikdir.  Xrom (Türkiyə), xörək duzu 
(İordaniya) , təbii kükürd və fosforit (İraq)ehtiyatı dünya əhəmiy-
y
ətlidir.  İran dəmir filizi, Türkiyə mis filizi ilə zəngindir.   
Regionda s
əhra və  yarımsəhra  landşaftının  üstünlük  təşkil 
etm
əsi suvarma  əkinçiliyinin, köçəri və  yarımköçəri  heyvandar-
lığın  tarixən  inkişafına  səbəb  olmuşdur.    Yaxın  və  Orta  Şərqin 
k
ənd təsərrüfatında əkinçilik üstünlük təşkil edir.   
Regionun xarici 
əlaqələrində dəniz nəqliyyatı əsas rol oyna-
yır.  Regionun  ən iri limanları  İran  körfəzində  (Küveyt, Dubay, 
Əbu-Dabi)  , Qara dənizdə  (İstanbul,  İzmir,  İzmit,  İsgəndurun)və 
Aralıq  dənizdə  (Hayfa)yerləşir.    Dəmiryol nəqliyyatı  zəif  inkişaf 
etmişdir.   
İxracatında  neft  və  neft məhsulları,  mayeləşdirilmiş  qaz, 
əlvan metallar, yüngül sənaye və  ənənəvi kənd təsərrüfatı  məh-
sulları, idxalında isə sənaye məhsulları üstünlük təşkil edir.  
İran Yaxın və Orta Şərqdə  sahəsinə görə Səudiyyə Ərəbis-
tanından sonra ikinci böyük dövlətdir.  İranın mühüm xüsusiyyəti 
onun Avropa, Asiya, v
ə  Afrika  arasında  yerləşməsi, dənizlərə  çı-
xışı  olmasıdır.  İran,  əhalisi sürətlə  artan dünya ölkələrindəndir.  
Son 50 ild
ə əhalisi 4 dəfə artmışdır. İran mürəkkəb milli-etnik xü-
susiyy
ətlərə malik ölkədir. Ölkədə 40-dan artıq xalq yaşayır.  Bun-
lardan 
ən böyüyü farslardır.  Fars dil qrupuna aid sayca ikinci xalq 
kürdl
ərdir.  Azərbaycanlılar (təqribən 30 mln.  nəfər), türkmənlər, 
qaşqaylar, əfşarlar, şahsevənlər türk dili qrupuna aid edilir.  
  1979-
cu il fevralın 11-də (“İnqilab günü” kimi ölkənin milli 
bayramı)İranda  şah  rejimi  devrilmiş  və  ölkə  İran  İslam  Respub-
likası  adlandırılmışdır.    Həmin ildə  qəbul edilən konstitusiyaya 
gör
ə  (1989-cu ildə  bəzi  əlavələr  edilmişdir)ölkə  həyatında  ruha-
nil
ərin rəhbər rolu təsdiq  olunmuşdur.    Ölkənin ictimai həyatının 
bütün sah
ələri (siyasət, iqtisadiyyat, mədəniyyət, tədris) islamlaşdı-
rılmışdır.  Dövlətdə ali vəzifələr bir-birindən aslı olmayan qanun-

 
109 
verici, icraedici v
ə məhkəmə sistemindən ibarətdir.  Bu sistemlər 
is
ə  ölkənin siyasi və  dini rəhbərinin nəzarəti  altındadır.  Hakim 
partiya 1979-cu ild
ə Ruhulla Xomeyni tərəfindən yaradılan İslam 
Res
publikası partiyadır.  
 
İnzibati  cəhətdən ölkədə  25 ostan (vilayət)və  bir paytaxt 
mahalı  var.    Tarixi  Azərbaycan  torpaqları  –  Qərbi  Azərbaycan
Şərqi Azərbaycan, Zəncan, Savalan inzibati əyalətləridir.  Müasir 
İran neft və təbii qaz sənayesi inkişaf etmiş aqrar-sənaye ölkəsidir.  
Öt
ən  əsrin 70-ci illərində  dünyada  yaranmış  enerji  böhranı 
n
əticəsində İran külli miqdarda valyuta əldə etmişdir.   
  Ölk
ə faydalı qazıntılarla (dəmir, mis filizi və s.) zəngindir.  
Neft v
ə  təbii  qaz  ehtiyatları  isə  dünya  əhəmiyyətinə  malikdir.
 
Neft v
ə qaz sənayesi İran iqtisadiyyatının başlıca sahəsidir 
v
ə dövlətin valyuta gəlirinin 90%-nı verir.   Ən böyük neft emalı 
zavodları Adaban və Tehran sənaye rayonlarındadır.   
  Metallurgiya yerli xammala 
əsaslanır.Maşınqayırma  səna-
ye
sinin inkişafında AFR və Böyük Britaniyaya məxsus şirkətlərin 
f
əaliyyəti  böyükdür.  Ənənəvi sahələrdən  xalçaçılıq  və  sənətkarlıq 
xüsusil
ə seçilir.  
 
İran dağlıq ölkədir.  Dağ və yaylalar onun ərazisinin təxmi-
n
ən 4/5 hissəsini tutur.  Kənd təsərrüfatı məhsullarının böyük his-
s
əsini bitkiçilik verir.  Dənli bitkilərin əkinləri üstünlük təşkil edir. 
Heyvandarlıq davar saxlanması üzrə ixtisaslaşmışdır.   
  Ölk
ənin xarici ticarət  əlaqələrində  dəniz nəqliyyatından 
geniş istifadə olunur. Ən mühüm limanları Ənzəli, Bəndər-Xomey-
ni, B
əndər-Abbas, Buşəhrdir.  Xark və Abadan neft daşınan liman-
lardır.  Boru-kəmər nəqliyyatının inkişafı neft və  qaz sənayesi ilə 
bağlıdır.  
Ərəb dünyasının ümumi ərazisinin (14 mln. km
2
) 27%-i Asi-
ya
nın ərəb ölkələrinin payına düşür (ərəb ölkələrinin 10-u Afrika-
dadır).  Asiyanın ərəb ölkələrindən Livan və Suriya Aralıq dənizi 
sahilind
ə (Levant tarixi vilayətində), əksəriyyəti Ərəbistan yarıma-
dasında, İordaniya və İraqın bir hissəsi isə Kiçik Asiyada yerləşir.  
İran  körfəzindəki Bəhreyn ada dövləti isə  1986-cı  ildə  torpaq 
b
əndlər üzərində  salınmış,  Asiyada  ən uzun (25 km)körpü 
vasit
əsilə Ərəbistan yarımadası ilə birləşdirilmişdir.  

 
110 
Ərəbistan yarımadası Nil vadisi ilə yanaşı, ilk məskunlaşmış 
ərazi və  dünya mədəniyyətinin  beşiklərindən biri hesab edilir.  
Ərəbistan dünya siyasətində  və iqtisadiyyatında tarixən görkəmli 
rol oynamış və oynamaqda davam edir.  Sirli Ərəbistanı zəbt etmək 
q
ədim vaxtlarda Makedoniyalı  İsgəndərin,  Roma  imperatorlarının 
arzusu  olmuşdur.    Bu  ərazi  uğrunda  İran  şahları  və  Osmanlı 
sultanları,  Avropa  müstəmləkəçiləri uzun müddət mübarizə  apar-
mışlar.  İran körfəzindən keçməklə Hindistanı fəth etmək xəyalında 
olan Napoleon da 
ərəblər adasını ələ keçirmək arzusunda olmuşdu.   
 
İran  körfəzi siyasi-hərbi çəkişmələr  baxımından  həmişə 
dünyanın ən gərgin regionlarından biri olmuşdur.  Qədim dövrlərdə 
İran imperiyası İran körfəzindən daxili dəniz kimi istifadə etmişdir.  
Güman edilir ki, el
ə buna görə də onu İran körfəzi adlandırmışlar.  
Ərəb ölkələrində  onu  Ərəb körfəzi, Qərbdə  isə  sadəcə  olaraq 
Körf
əz adlandırırlar.  XVI əsrdə bura gələn avropalılar onu “Mir-
vari körf
əzi” adlandırmışlar.  Çünki körfəzin sahillərində yerləşən 
dövl
ətlər onun dibindən  mirvari  çıxarırdılar.    Sonradan  körfəz 
sahili dövl
ətləri zəbt etməyə  təşəbbüs göstərən Böyük Britaniya 
yerli tayfaların ciddi müqaviməti ilə qarşılaşmış  və bununla əlaqə-
dar körf
əzi Dəniz Qulduru sahili adlandırmışdır.  Bu regionda iri 
neft  ehtiyatları  aşkar  edildikdən sonra onu Neft körfəzi adlan-
dırmağa başlamışlar.  Yəqin ki, dünyada elə bir körfəz tapılmaz ki, 
bu q
ədər ad qazanmış olsun.   
 
Asiyanın ərəb ölkələri əhalisinin 4/5-dən çoxu dörd ölkədə 
-  
İraq,  Səudiyyə  Ərəbistanı,  Yəmən və  Suriyada cəmləşmişdir.  
Milli  azlıqlar  arasında  kürdlər üstünlük təşkil  edir.    Kürdlər , 
əsasən, İraq və Suriyada yaşayırlar.  Son illər kütləvi mühacir axını 
hesa
bına  (işçi  qüvvəsinin  çatışmaması  ilə  əlaqədar)  İran  körfəzi 
sahilind
əki dövlətlərin əhalisinin etnik tərkibi mürəkkəbləşmişdir. 
Xarici mühacirl
ər  arasında  hindlilər,  pakistanlılar,  iranlılar  üstün-
lük t
əşkil  edir.    Küveyt,  Bəhreyn, Qatar kimi ölkələrdə  xarici 
mühacirl
ər (əsasən, digər ərəb ölkələrindən gələnlər)ölkə əhalisinin 
70-80%-
nı təşkil edir.  bu isə ölkədə yerlilər və gəlmələr proble-
mini yaradır.  
Ərəblərin böyük əksəriyyəti islam dininə etiqad edir.  Livan-
da (qism
ən də Suriyada)yaşayan ərəblərin yarıya qədəri xristiandır. 

 
111 
Aralıq  dənizi və  İran  körfəzi sahilləri, həm də  İraqın  şimal-
q
ərbindəki Mesopotamiya  ovalığında  əhali  sıx  məskunlaşmışdır.  
İri  şəhərlərin  əksəriyyəti (Beyrut, Dəməşq,  Amman,  Bağdad, 
Küveyt,  Əbu-Dabi, Dubay, Bəsrə)də  məhz bu bölgələrdədir.  
Urbanizasiya s
əviyyəsinə  görə  Asiyanın  bir  sıra  ərəb ölkələri 
NİEÖ-dən geri qalmırlar.  Küveyt, Bəhreyn, Qatar və BƏƏ-də şə-
h
ər  əhalisinin xüsusi çəkisi 90%-ə  çatmışdır.  Bu ölkələrin səhra-
larında  son  20-25 il ərzində  yeni,  müasir  şəhərlər  salınmışdır 
(BƏƏ-də  Əl-Ayn və  b).  Şəhərlərin zövqlə,  ərəb  memarlıq  üslu-
bunda tikilm
əsi, onların istirahət guşələri, təmizlik və yaşıllığı bura 
g
ələnləri, hətta  “yaşıllar”  partiyasının  üzvlərini də  heyrətləndirir.  
H
əqiqətən möcüzədir.  Möcüzənin  sirri isə neftdir, “qara qızıldır”.  
 
Bu  gün  “Ərəblər  adası”  dünyamiqyaslı  nəhəng neft və 
maliyy
ə dövlətlərinin “adasıdır”.  
 
İran  körfəzi sahili ərəb dövlətləri (Səudiyyə  Ərəbistanı, 
Oman,  Küveyt,  BƏƏ,  Bəhreyn,  Qatar)dünya  iqtisadiyyatında  baş 
ver
ə  biləcək dəyişiklikləri düzgün qiymətləndirmiş  və  qısa  tarixi 
müdd
ətdə  neft hay-küyünün bəhrəsindən məharətlə  istifadə 
et
mişlər.  Məhz  bu dövrdə (1970-ci illərin enerji böhranını yadı-
nıza salın)XXI əsrə sıçrayış üçün start meydançasına çevrilə bilən 
iri infrastruktur sah
ələrini – sənaye müəssisələrinin çoxunu yarada 
bilmişlər.  Cəmi 20 mln.  nəfər əhalisi olan (bunun da 1/3-ə qədəri 
xarici mühacirl
ərdir) bu ölkələr qısa müddətdə nəinki ərəb və mü-
s
əlman aləmində, həm də  dünyada nüfuzlu qüvvəyə  çevrilmiş  və 
bir çox m
əsələlərin həllində fəal rol oynamağa başlamışlar.  Güclü 
maliyy
ə-iqtisadi potensiala malik olan bu ölkələr dünya 
t
əsərrüfatının  inkişafına  və  onun strukturunun dəyişilməsinə  təsir 
ed
ə bilən bir qüvvə kimi formalaşırlar.  
 
Ərəbistan yarımadasında yerləşən ərəb ölkələrinin əksəriy-
y
ətinin  aqroiqlim  şəraiti kənd təsərrüfatı  üçün  əlverişli  deyildir. 
Yalnız Aralıq dənizi sahilində (Livan, Suriya), Ərəbistan yarıma-
dasının  cənubunda (Yəmənin cənubunda)və  Mesopotamiya  ovalı-
ğında müxtəlif bitkilərin (dənli, sitrus, tərəvəz və s.) yetişdirilməsi 
üçün 
əlverişli şərait vardır.  
Neft, t
əbii  qaz,  xurma  ağacları  Asiyanın  ərəb  ölkələrinin 
iqtisadi r
əmzidir.  Dünya əhəmiyyətli neft və təbii qaz ehtiyatları 

 
112 
S
əudiyyə  Ərəbistanında,  İraqda,  Küveytdə,  BƏƏ-də, həm də 
B
əhreyndə mərkəzləşmişdir. Qatar təbii qaz resursları ilə zəngindir 
(ehtiyatına  görə  Rusiya,  ABŞ  və  İraqdan  sonra  dördüncü yeri 
tutur).  M
əhz bu resurslarla əlaqədar regionun bütün ölkələrində 
neft emalı, neft-kimya sənayesi inkişaf etmişdir. Son illər, xüsusilə 
Qatarda t
əbii  qazın  mayeləşdirilməsi üzrə  iri müəssisələr tikil-
mişdir.  Alüminium  istehsalı  regionun  sənaye sahələri  arasında 
əhəmiyyətinə görə ikinci yerdədir.   
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin