SƏmayə MƏMMƏD qızı mustafayeva şƏhla müZƏFFƏR qızı qurbanova z əRİFƏ ŞAMİL qızı cavadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15645
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

F
ələstin haqqında qısa məlumat 
F
ələstin, bu gün İsrail, İordaniya, Livan və hətta Misir tərə-
find
ən işğal edilmiş ərazinin adıdır.  O, Yaxın Şərqdə yerləşir. Pey-
ğəmbərlər  diyarı  olan  bu  ərazilər  şərqdə  Ağ  dəniz sahillərindən 
q
ərbdə  Ərəbistan çölünə, cənubda Qəzzə  vadisinə  qədər  uzanır.  
F
ələstin sözünü yunanlar işlətmişlər. Mənası Fələstinlilərin ölkəsi 
dem
əkdir. Bu əraziyə  sahib olmaq üçün tarix  boyunca bir çox 
müharib
ələr olmuşdur. Onun ərazisi – 26 min kv. km-də yerləşir.  
Alt poleolit dövründ
ən burada insanlar yaşamışlar.  Sami tayfaları 
buraya e. 
ə.  V-IV minilliklərdə gəlmiş, e. ə.  III-II minillikdə bura-
da  yaşamışlar.  XVI-XIII  əsrlərdə  Fələstin Misirin hakimiyyəti 
altında olmuşdur.  Filistinyanların sahil ətrafında XIII əsrdə ağalığı 
t
əmin  edilmişdir.  E.  ə. XI əsrdə  bu  ərazidə  İsrail-Yəhudi  çarlığı 
yaranmış, Davud və Solomonun dövründə o, yüksəliş keçirmişdir.  
E. 
ə 935-ci ildə, o, İsrail və Yəhudi çarlığına parçalanmış, e.ə. VIII 
əsrin  sonlarında  İsrail  Assuriya  tərəfindən  tutulmuşdur.    E.  ə.  VI 
əsrdə Yəhudi çarlığını da Babil işğal etmişdir.  E. ə.  IV əsrə qədər 
F
ələstin Əhmənilərin, e. ə.  IV əsrdə isə Makedoniyalı İskəndərin 
hakimiyy
əti  altında  olmuşdur.E.  ə.  63-cü ildə  onu  Roma  işğal 
etmişdir.  395-ci ildən bu ərazi  Bizansa  tabe  olmuşdur.    1099-cu 
ild
ə  sələbçilər  Qüdsü  tutmuş  və  krallıq  yaratmışlar.    1187-ci ildə 
S
əlahəddin  onları  Qüdsdən  qovmuş,  Fələstin  əyyubilərə  tabe 
olmuşdur.  1516-cı ildə isə türklər Fələstini işğal etmişdilər.  1832-
ci ild
ə Fələstini Misir paşası Məhəmməd Əli zəbt etsə, 1834-cü il 
üsyanından sonra yenidən türklərin tabeliyinə keçmişdir.  
 F
ələstin 1517-ci-ildə Yavuz sultan Səlim tərəfindən Osmanlı 
torpaqlarına  qatılmış,  birinci  Dünya  müharibəsinə  qədər də  Os-
m
anlı dövlətinin tərkibində qalmışdır.  Bu ərazidə yaşayan 3 böyük 

 
113 
s
əmavi dinə mənsub olan insanlar həmişə dinc şəraitdə yaşamışlar. 
1916-
cı ildə Fələstin Osmanlı idarəçiliyindən çıxmışdır. Fələstin və 
İsrail  düşmən  iki  qardaşdır.  Bu  millətlər köklərini  İbrahim Pey-
ğəmbərə bağlayırlar. Ona görə də qardaş hesab edə bilərik.  Fələs-
tin-
İsrail müharibəsi XX əsrin 40-50-ci illərində başlasa da, kökləri 
çox daha keçmişə gedir. 1916-cı il  iyulda başlayan ərəblərin üsya-
nında Ərəb qoşunları Şamı ələ keçirib Hələbə irəliləmişlər.  1920-
ci ild
ə San Remo konfransında müharibəyə yekun vurulmuş, Orta 
Şərq ingilislərlə fransızlar arasında bölünmüşdür.  İngilislərin payı-
na İraq, Fələstin, Misir və İordaniya, Fransızların payına isə Suriya 
, Livan , Əlcəzair və Tunis düşmüşdür. Əvvəl Ərəb-İsrail məsələsi, 
bu günümüzd
ə isə Fələstin-İsrail problemi, bir çox ölkənin sıra ilə 
qarışdığı,  kömək etməkdən çox öz mənafeləri üçün məsələni bö-
yütdükl
əri bir problemə çevrildi.  Tarixçilər bu məsələni kağız üzə-
rind
ə həll edə bilərlər, lakin həll edilməyən, hər gün ölən insanların 
sayı artır, sadəcə işğal üzündən deyil, həm də yaşayış mühütü də 
insanları  hədələyir. Fələstin probleminin kökləri XIX əsrə  gedib 
çıxır.  XIX  əsrin 40-cı  illərindən  başlayaraq  Fələstinin  geosiyasi 
c
əhətdən mühüm nöqtədə yerləşdiyini nəzərə alaraq Qərbin buraya 
marağı  artdı.  1869-cu ildə  Süveyş    kanalının  açılışından  sonra 
buraya diqq
ət daha da çoxaldı. İki min ilə yaxın bir müddətdir ki, 
dünyanın  hər yerinə  dağılmış  yəhudilər XIX əsrin  ortalarında 
özl
ərinin yaşayacaqları bir dövlət yaratmaq fikrinə düşdülər.  Onlar 
dövl
əti  əvvəl  ayrılmaq  məcburiyyətində  olduqları  Fələstində  qur-
maq ist
əyirdilər.  Rusiyada çox sayda  yəhudu ailəsi 1881-ci ildən 
sonra ölk
əni tərk etmək məcburiyətində qaldılar.  Yəhudilərin çoxu 
F
ələstində yerləşdi.  1882-ci-ildə Leo Pinksler ilk dəfə Fələstində 
Y
əhudi dövləti qurmaq fikrində  idi,  lakin  bu  alınmadı.  Nəhayət, 
XIX 
əsrin sonu -  XX  əsrin  əvvəllərində  yəhudilərin Fələstinə 
köçüb g
əlməsinin başlaması ilə Fələstin yenidən diqqət mərkəzinə 
çevrildi. H
əm də bu indiyə qədər davam edən Yaxın Şərqdəki böh-
ranın  başlanğıcını  qoydu.  1937-ildə  Peel  komissiyası  Fələstini 
ikiy
ə  bölüb  Ərəblər və  Yəhudilər  arasında  paylaşdırmaq  istədi, 
lakin bu iki t
ərəf üçün də qəbul edilməz oldu.  Bu istək 1948-ci ldə 
h
əyata  keçirildi.    İkinci  dünya  müharibəsindən  sonra  Yaxın  Şərq 

 
114 
ölk
ələrində müstəmləkə əleyhinə genişlənən milli-azadlıq hərəkatı 
başladı.  
1947-
ci il noyabrın 29-da BMT Baş Məclisinin İkinci növbəti 
sessiya
sında  33  dövlətin lehinə  (ABŞ-da daxil olmaqla), 13 
dövl
ətin  əleyhinə  və  10 dövlətin bitərəf  qaldığı  181  saylı 
b
əyannaməsi qəbul edildi. Komitənin 2-ci təklifi olan Fələstinin 2 
dövl
ətə-ərəb və  yəhudi dövlətinə  və  Yerusəlimin (Qüds) inzibati 
dair
əyə  (xristian, müsəlman və  iudey dinlərinin müqəddəs 
yerl
ərinin qorunması məqsədi ilə xüsusi beynəlxalq rejim altında) 
parçalanması planını təqdir etdi.  
  1948-
ci ilin  mayın 14-də ingilis qoşunu Fələstini tərk etdi. 
El
ə  həmin gün sionizm hərəkatını  görkəmli liderlərindən olan 
David Ben-
Qurion İsrail dövlətini yarandığını elan etdi və özünün 
r
əhbərliyi ilə hökumət təşkil etdi.  
Bel
əliklə,  ABŞ  İsrail  vasitəsi ilə  özünə  çox  əlverişli  mövqe 
qazanaraq bu regionu da “soyuq müharib
ə” çərçivəsinə daxil etdi 
v
ə tam bir şəkildə İsraili həm beynəlxalq arenada, həm də regional 
siyasi m
əsələlərdə müdafiə etdi. Lakin ABŞ hakim dairələri İsrailin 
SSRİ  ilə  yaxınlaşmasından  qorxurdular  və  ona etibar etmirdilər. 
Lakin Koreya müharib
əsi  zamanı  İsrailin  ABŞ-ı  müdafiə  etməsi 
ABŞ-da belə şübhələri qismən də olsa, aradan qaldırdı.   
1948-
ci ilin mayın 14-də İsrail dövlətinin elanı ilə ilk Ərəb – 
İsrail  müharibəsi  başladı.    İsrail  ilə  müxtəlif  Ərəb dövlətləri 
arasında  müharibələrin  ən mühümləri 1948-1949, 1956, 1967, 
1973, 1982-ci il müharib
ələridir.    İsrail  dövlətinin  yaradılmasına 
cavab olaraq 24 saat sonra F
ələstin ərəbləri bir sıra ərəb ölkələrinin 
(Misir,  İraq,  Suriya,  Livan,  Yəmən)  yardımı  ilə  İsrailə  müharibə 
elan etdil
ər. Kiçik fasilərlə 8 ay davam edən müharibə 1949-cu il 
yanvar ayının 7-də Rodos adasında imzalanan atəşkəs razılaşması 
il
ə başa çatmışdı.  Müharibədə Ərəb dövlətləri məğlub oldu.  Bu 
anlaşma  ilə  Cəlilə  və  Nəcəf  İsrailə, Qəzzə  Misirə  verildi.    İsrail 
F
ələstinin  Ərəb dövləti  üçün  ayrılmış  ərazinin bir hissəsini zəbt 
etdi.  900 min
ə yaxın fələstinli öz doğma yurdlarını tərk etməyə, 
qonşu ölkələrə qaçmağa məcbur oldular. Beləliklə, həmin vaxtdan 
h
ələ  indiyədək həll  olunmamış  ərəb  –  İsrail  münaqişəsinin  əsası 
qoyuldu.  

 
115 
İkinci dünya müharibəsindən sonra ABŞ-ın Yaxın Şərqə 
marağının artması 
İkinci  dünya müharibəsindən  sonra  ABŞ-ın  Yaxın  Şərq 
siyas
əti “Trumen doktrinası” və Sovet İttifaqı ilə həmsərhəd olan 
ölk
ələrdə  anti-sovet  plasdarmların  (əməliyyat  meydanı)  təşkil 
edilm
əsi ilə  müşaiyət olunurdu ki, bu ölkələr  əsasən Türkiyə  və 
İran  idi.  Məlum  olduğu  kimi  ABŞ  Yaxın  Şərqdə  siyasətinin bu 
formada qurulmasının əsas səbəblərindən biri “soyuq müharibə” və 
Trumenin dövründ
ə müharibənin  ideologiyasına çevrilən “qarşısı-
nı  alma”  nəzəriyyəsi ilə  sıx  tellərlə  bir-birinə  bağlı  olması  idi. 
Dig
ər tərəfdən  ABŞ-ın  buradakı  siyasəti sözsüz ki, XIX əsrin 
ortalarından  ta  bu  günümüzə  qədər həm iqtisadi, həm də  siyasi 
c
əhətdən  böyük  əhəmiyyətli bir təbii ehtiyat olan, neft amili ilə 
s
əsləşirdi.  
1950–ci ild
ə  ABŞ–ın  dövlət katibi Con Foster Dalles elan 
etdi ki, artıq siyasətdə bitərəflikdən tamamilə əl çəkmək lazımdır.  
Hökum
ətin  qarşısında  belə  bir  seçim  qoyuldu  ki,  ABŞ  –  ın 
başçılığı altında olan azad dünyanın tərəfində olmalı, ya da kom-
munistl
ərə birləşmək.   
N
ə zaman ki, “soyuq müharibə” ciddi alovlandı, Con Foster 
Dalles müst
əmləkə  zülmündən azad olan gənc dövlətlərin rəhbə-
rl
ərinə elan etdi ki, “Kim bizimlə deyil, deməli bizə qarşıdır”.  Bu 
prinsipc
ə  ultimatum    xarakteri  daşıyırdı.  Bu zaman Tomas Mann 
öz günd
əliyinə yazırdı ki, “Dalles ya ABŞ siyasətinin məsuliyyət-
sizliyini müdafi
ədə tərəfdarları bağlayaraq dünya boyu sürür”.   
1950  –  ci ilin aprelind
ə  Trumen Consona elan etdi ki, 
“iqtisadiyyatla müdafi
ə siyasəti qurtarmışdır”.  Hərbi sənayeni bər-
pa etm
ək  haqqında  qanun  qəbul edildikdən sonra federal hərbi 
x
ərclər 1950 –  ci ildəki 80 mlrd dollardan 1952 –  ci ildə  241 
milyard dollara qalxdı.  Nəticədə hər il 190 – 200 mlrd dollardan 
az olmadı.  
ABŞ  hələ  İkinci  dünya  müharibəsi illərindən bəri  Yaxın 
Şərqə  xüsusi maraq göstərməyə  başlamışdı.  Maraqların  iqtisadi 
t
ərəfini qeyd edərkən ilk öncə onu qeyd edək ki, ABŞ burada öz 
iqtisadi v
ə  siyasi təsirini yaymaq və  möhkəmləndirmək üçün ilk 
önc
ə özünün müttəfiqi hesab etdiyi Böyük Britaniya ilə 1944-cü il 

 
116 
avqustun 8-d
ə  Yaxın  Şərq məsələsi üzrə  neft müqaviləsi  bağla-
mışdı. Müqaviləni imzalamaqla  ABŞ onsuz da öz əvvəlki qüdrə-
tini itirmiş İngiltərənin ona öz siyasətini yürütməsində (yaxın şərq 
siyas
əti) maneə  olmayacağını  bilirdi  və  müqaviləni imzalamaqla 
ABŞ artıq gələcəkdə bu regiona effektiv surətdə təsir etmək imkanı 
qazanırdı.  Bununla  da  o neftin qiymətinə,  onun  çıxarılması  və 
istehlakına bu regionda və ona qonşu olan regionlarda nəzarət et-
m
ək  imkanlarına  yiyələnmişdi.  Hələ  müqavilə  imzalanmazdan 
əvvəl ABŞ prezidenti İngiltərənin ABŞ-dakı səfiri ilə danışıqlar za-
manı belə bir fikir irəli sürmüşdü: 
“Fars (İran)  nefti sizin olsun. . . , İraq və Kuveytin neftini isə 
böl
əcəyik. Səudiyyə Ərəbistanın neftinə gəlincə isə o bizimdir”.  
 
Artıq danışıqlar masası arxasında Yaxın Şərq nefti iki ölkə 
arasında bölündü və bundan sonra ABŞ-ın inhisarçı korporasiyaları 
f
əal surətdə  bu ölkələrdə  neftin  hasilatı  ilə  məşğul  olmağa 
başladılar.  Bütün  bunların  nəticəsi  kimi  ABŞ  korporasiyaları    bu 
ölk
ələrdən 1945-ci ildə 2,5 milyon ton neft istehsal etdilər . İngilis 
v
ə hollandlar isə bundan 7 dəfə çox neft əldə etdilər. 1949-cu ildə 
is
ə  mənzərə  bir qədər dəyişdi:  amerikalılar  ingilisləri geridə 
qoyaraq t
əxminən 40 milyon ton neft çıxarırdılar.  
 
İkinci  dünya  müharibəsi  qurtardıqdan  sonra  ABŞ  –ın  Tür-
kiy
ə, Səudiyyə  Ərəbistanı,  İran,  Misir,  Suriya,  Livan,  Transior-
daniya v
ə  s. ölkələrlə  iqtisadi  əməkdaşlığı  çoxlu  sayda  missiya, 
m
əsləhətçi və  təlimatçıların  gəlişi  ilə  müşayiət  olunurdu.  ABŞ-ın 
iqtisadi üstünlüyü s
ənaye cəhətdən zəif  inkişaf  etmiş  ölkələrə 
iqtisadi v
ə  texniki köməklik göstərməsi və  borc verilməsi  məsə-
l
ələrinə dair müqavilələr bağlaması idi ki, bu həm həmin ölkələrin 
iqtisadiyyatının  inkişafına,  həm də  amerikan  inhisarçılarına  bu 
ölk
ələr üzərində nəzarəti əlinə almağı asanlaşdırırdı.  
 
Artıq,  bu  proseslərin məntiqi nəticəsi kimi, 50-ci illərin 
əvvəllərində  ABŞ  ərəb dövlətlərinin idxal mövqelərindən  İngiltə-
r
əni sıxışdırıb çıxardı. Onu da qeyd edək ki, hələ 40-ci illərin sonu 
da  onun  Yaxın  Şərq ölkələrinə  idxalatı  müharibə  dövründən 
əvvəlki dövr ilə müqayisədə 2,5 dəfə çox olmuşdu.  
  
ABŞ-ın  bu    regiona siyasi  baxımdan  maraq  göstərməsi isə 
bu 
ərazilərin strateji baxımdan həm əlverişli mövqedə olması, həm 

 
117 
d
ə sovetlərə qarşı olacaq müharibə zamanı bu ərazilərdən bir vasitə 
olaraq istifad
ə etmək istəyi ilə bağlı idi.  
   
İkinci  dünya  müharibəsindən sonra  ABŞ-ın  bu  regionlara 
ilk müt
əşəkkil siyasi təzyiqi İrana qarşı oldu. Məlum olduğu kimi 
h
ələ İkinci dünya müharibəsi dövründə ABŞ İngiltərə və SSRİ ilə 
birg
ə  faşist  təhlükəsinin  qarşısını  almaq  və  lend-liz qanunu 
əsasında  bu  ərazilərə  maddi  yardımın  daşınması  üçün  “cənub 
d
əhlizi”ni yaratmaqdan ötrü üçün İrana öz qoşunlarını yeritmişdi. 
Müharib
ə qurtardıqdan sonra isə ABŞ-ı artıq İranda faşist təhlükəsi 
deyil, sovet t
əhlükəsi narahat etməyə  başlamışdı.  Trumen  artıq 
İranda  yaradılmış  kommunist  partiyası  olan  “Tudə”  (Xezbe 
Tubeye  İran)  partiyasının  ölkənin sovetlər tərəfindən  işğal 
olunmuş  şimal  hissəsində  fəal  şəkildə  fəaliyyət göstərməsindən 
x
əbərsiz deyildi. Narahatçılığı daha da artıran əsas amillərdən biri 
partiya  sıralarının  günü-gündən  genişlənməsi idi.  Bundan əlavə 
müharib
ə qurtardıqdan sonra “soyuq müharibə” ilə əlaqədar olaraq 
SSRİ  İranda  həm qeyd etdiyimiz partiya vasitəsi ilə  və  həm də 
özünün siyasi manevrl
əri ilə ölkənin daxili və xarici siyasətinə fəal 
sur
ətdə müdaxilə etməyə başlamışdı.   
Trumen is
ə  bununla heç bir vəchlə  razı  ola  bilmirdi.  Ona 
gör
ədə  soyuq müharibə  dövründə  ABŞ  İngiltərənin köməkliyi ilə 
ölk
ənin ilk növbədə  iqtisadi həyatına  müdaxilə  etməklə  əsas neft 
rayonları  üzərində  İngiltərə  ilə  birgə  nəzarəti təmin etməyə 
başlamışdı  ki,  bu nəzarət  əsasən  İngilis-İran  neft  kompaniyası 
vasit
əsilə edilirdi.  
1951-ci ild
ə İranda baş nazir postuna Məhəmməd Müsəddiq 
g
əldi. Onun nazir olmasından sonra ölkədə xarici müdaxiləyə qarşı 
dura bil
əcək bir sıra islahatlar layihəsi hazırladı. İslahatların əsasını 
is
ə neft sektorunun milliləşdirilməsi təşkil edirdi. Neft sektorunun 
da çox böyük bir hiss
əsi ingilis-iran kompaniyasını əlində idi. Bu 
kompaniya vasit
əsi ilə  ingilis  koorparasiyaları  çıxarılan  neftdən 
böyük h
əcimdə gəlir əldə edirdilər. Baş nazirin milliləşdirmə siya-
s
əti  İran-İngiltərə  münasibətlərinə  əsaslı  surətdə  təsir  etmişdi. 
Bundan 
əlavə, Müsəddiqin Tudə  partiyasına  qarşı  bəzi güzəştlər 
etm
əsi və onun siyasi proqramlarını dəstəkləməsi də ABŞ-ı narahat 
edirdi. 1952-
ci ilin sonlarında İngiltərə hökuməti İranda baş nazirin 

 
118 
devrilm
əsi üçün ABŞ-dan ona köməklik etməsini xahiş etdi. ABŞ 
bu  ölk
ədə  öz siyasi və  iqtisadi mövqelərini  qorumaq  üçün  MKİ 
(M
ərkəzi Kəşfiyyat  İdarəsi) vasitəsilə  əməliyyat  planı  hazırladı. 
Bunun üçün idar
ənin rəhbəri Allen  Dalles  İranda  baş  nazirin 
siyas
ətindən  narazı  qüvvələrə  başçılıq  edən general Fəzlullah 
Zahidi il
ə əlaqə yaratdı və plan əsasında baş tutacaq əməliyyata 1 
milyon dollar pul ayırdı.  MKİ-nin zabitlərindən olan Kermit Ruz-
vel
tin  başçılığı  ilə  xüsusi bir  dəstə  İrana  göndərildi. 1953-cü ilin 
avqustun 21-  d
ə  ABŞ  zabitinin  (Kermit  Ruzvelt)  başçılığı  ilə 
“Ayaks” 
əməliyyatı əsasında  Müsəddiq baş nazir postundan kənar 
edildi.  Baş  nazir  postuna  isə  ingilis-amerikan siyasətinin fəal 
t
ərəfdarlarından olan general Fəzlullah Zahidi əyləşdi. Məhz bun-
dan sonra neft s
ənayesinin milliləşdirilməsi prosessi dayandırıldı.  
ABŞ    və  İngiltərə  ilə  diplomatik  əlaqələr bərpa olundu və 
onların  əvvəlki  konsessiyaları  geri  qaytarıldı.  Beləliklə,  ABŞ 
Yaxın  Şərq siyasətinə  əsaslı  surətdə  İranda  mövqelərini 
möhk
əmləndirməklə başladı. ABŞ burada mövqelərini ilk növbədə 
iqtisadi 
əsaslar üzərində  əsasən  neft  hasilatı  əsasında  möhkəm-
l
əndirmişdi.  
 
ABŞ-ın xarici siyasətində İkinci Dünya müharibəsi nəticəsində 
baş verən dəyişikliklər 
İkinci dünya müharibəsindən  sonra  ABŞ  dünyanın  birinci 
super dövl
ətinə çevrildi.  
1948-ci ild
ə  ABŞ-ın  dünya  sənaye məhsulunun 55%-ni 
verirdi.  O, d
ünyanın iqtisadi cəhətdən ən güclü dövləti oldu. Bu 
dövrd
ə  ABŞ  dünya  hegemonluğu  uğrunda  mübarizəni  genişlən-
dir
di.    ABŞ-SSRİ  ziddiyyətləri kəskinləşdi.    Qütbləşmə  yarandı.  
SSRİ-yə  qarşı  planlar  tərtib  edildi.    Çörçilin  Fultondakı  çıxışı  ilə 
soyuq müharib
ənin  əsası  qoyuldu.    Corc  Kennan  “Çəkindirmə” 
doktrinasını irəli sürdü ki, bu doktrina SSRİ-yə qarşı çevrilmişdi.  
1947-ci ild
ə  ABŞ  xarici  siyasətinin strateji xətti  işlənib 
hazırlandı.    Trumen  doktrinası  beynəlxalq münasibətlər tarixində 
yeni m
ərhələnin  başlanğıcını  qoymuş  oldu.  Bu  doktrinanın  əsas 
m
əzmunu aşatıdakı kimi idi.  
 

 
119 
Trumen doktrinası   
Bu  doktrina  ABŞ  prezidenti Harri Trumen tərəfindən  İkinci 
Dünya müharib
əsindən sonra 1947 –  ci  ilin  martın  12  –  də  açıq 
s
əslənmişdir.  Onun əsasını ABŞ – ın SSRİ – yə qarşı yönəldilmiş 
“ç
əkindirmə siyasəti” təşkil edirdi.  Bu doktrina ABŞ – ın dünyada 
siyasi  –  iqtisadi heg
emonluğunun zəruriliyi uğrunda mübarizəsini 
əks etdirirdi.    
Doktrinanın hazırlanmasında Corc Kennan, Allen Dalles, Poy 
Henderson, D.Aceson v
ə başqaları iştirak etmişlər.   
1947  – 
ci  ilin  martın  12  –  də  Harri Trumenin Konqresin 
iclasında  nitqinin mətni belə  idi:  “Situasiyanın  ciddiliyi,  dünyada 
bu günkü v
əziyyət Konqresin birləşmiş sessiyası qarşısında mənim 
çıxışımı  tələb edir.  Bizim ölkəmizin xarici siyasəti və  milli 
t
əhlükəsizliyi təhlükə altındadır.  Mövcud situasiyanın bir aspektini 
indi siz
ə  təqdim  edəyəcik. Bu Türkiyə  və  Yunanıstanla  bağlıdır.  
Yunan hökum
əti ABŞ – dan maliyyə və iqtisadi yardım edilməsini 
xahiş  etmişdir.    Bu  ölkədə  fəaliyyət göstərən  ABŞ  səfirliyi və 
hazırda orada olan Amerika iqtisadi missiyasının verdiyi xəbərlər 
bunun  doğru  olduğunu  təsdiq  edir.    Yunanıstanın  azad  ölkə  kimi 
qalması üçün ona kömək göstərilməsi son dərəcə vacibdir.   
İdeal  hökumətlər  yoxdur.  Demokratiyanın  başlıca  nailiyyət-
l
ərindən biri onun üzdə  yerləşməsi, demokratik proseslər  zamanı 
yetişməsidir.  Yunanıstan hökumət ideal deyil.  0,85% yunan parla-
mentinin üzvl
ərini təmsil edirlər.  Bu parlamentin üzvləri keçən il-
ki seçkid
ə seçilmişlər.  692 ABŞ vətəndaşının daxil olduğu xarici 
müşahidəçilər belə bir rəyə gəlmişdilər ki, bu seçkilər Yunanıstan 
xalqının iradəsini ifadə edərək ədalətli olmuşdur.   
Yunanıstan  hökuməti xaos və  ekstremizm mühitində 
işləyirdi.  O, səhvlər etdi.  Bu ölkəyə kömək göstərmək heç də o, 
dem
ək deyildir ki, ABŞ bu ölkə üçün hər şeyi dəyişdirir.  Hansı ki, 
bu vaxta q
ədər  Yunanıstan  hökuməti  etmişdir  və  ya edir.  Biz 
keçmişi mühakimə etdik, indini də mühakimə edirik ki, hər hansı 
ekstremist t
ədbirlər böyük dözümsüzlüyə  çağırış  ola  bilər.  
Yunanıstanın qonşusu Türkiyənin də bizim qayğımıza ehtiyacı var.  
Müst
əqil və iqtisadi cəhətdən əhəmiyyətli ölkə olan gələcək Türki-
y
ənin demokratik dünya üçün vacibliyi gələcək Yunanıstandan az 

 
120 
deyil, b
əlkə  də  çoxdur.  Türkiyədəki  hazırkı  şərait  tam  Yunanıs-
tandan f
ərqlənir. Türkiyə  qonşu  ölkədə  olduğu  kimi  yoxsulluq 
keçirm
əmişdir.  Bütün müharibə ərzində Böyük Britaniya və ABŞ 
Türkiy
əyə  maddi kömək göstərmişdilər. Bununla bərabər, Türki-
y
ənin bizim köməyimizə  ehtiyacı  var.  Bu  kömək Türkiyəyə  öz 
ərazi bütövlüyünü saxlamaqdan ötrü, modernləşmək üçün lazımdır. 
Britaniya hökum
əti bizə  bildirmişdir  ki,  öz  ölkəsinin xüsusi 
ç
ətinlikləri ilə  əlaqədar olaraq o, daha bundan sonra Türkiyəyə 
iqtisadi v
ə  maliyyə  yardımı  edə  bilməyəcəkdir.  Bu həmçinin 
Yunanıstana da aiddir.  Biz yeganə ölkəyik ki, bu köməyi etməyi 
bacarırıq.    ABŞ  –  ın  xarici  siyasətinin  əsas məqsədlərindən biri 
budur ki, z
əruri  şərait  yaradılsın  ki,  biz  də  dünyanın  digər 
xalqlarının,  insanların  həyat tərzinin  qorunması  imkanı  qazanaq. 
Çünki azad
lığa  hamının  ehtiyacı  vardır.    Bu  Almaniya  və 
Yaponiya  il
ə  müharibənin həlledici səbəbi idi.  Biz o ölkələr 
üz
ərində qələbə çaldıq ki, o ölkələr öz iradələri və həyat tərzlərini 
başqa xalqlara da qəbul etdirmək istəyirdilər.   
Xalqların  dinc  inkişafına  təminat vermək üçün ilk növbədə 
onlara  azadlıq  lazımdır.    ABŞ  BMT  –  nin təşkilində  iştirak  etdi.  
BMT bütün onun üzvl
ərinin  azadlığını  və  müstəqilliyini təmin 
etm
ək üçün yaradılmışdır.  Biz azad millətləri, onların demokratik 
t
əsisatlarını  totalitar  rejimlər tərəfindən edilən təcavüzə  qarşı 
onların milli tamlığını müdafiə etməliyik.  Birbaşa və dolayı yolla 
t
əcavüz bütün dünya üçün o cümlədən ABŞ üçün təhlükəli olduğu 
üçün  onun qarşısı mütləq alınmalıdır.   
Əksər ölkələrin xalqları bu yaxınlarda onların arzusuna zidd 
olaraq totalitar rejiml
ərə bağlandılar. ABŞ hökuməti dəfələrlə onla-
rı qorxudaraq məcbur etmək siyasəti əleyhinə etirazını bildirmişdir. 
Polşa,  Ruminya  və  Bolqarıstanda  Yalta  sazişi  kobudcasına 
pozulmuşdur.    Mən çoxlu digər ölkələrdə  buna  oxşar  hadisələrin 
olduğunu aşkar etmək istəyirəm .   
Hazırda  demək  olar  ki,  dünyadakı  millətlər alternativ həyat 
t
ərzləri arasında seçim etməlidirlər.  Bir həyat tərzi çoxluğun idarə-
sin
ə  əsaslanır  və  azad demokratik müəssisələrdən, azad seçkilər-
d
ən, şəxsiyyətin azadlığına təminatdan, söz, din azadlığı və siyasi 
yığıncaq azadlığından fərqlənir.   

 
121 
İkinci  həyat tərzi  azlığın  arzusuna  əsaslanır,  çoxluq  üzərinə 
zorakılıqla qoyulur.  O, terror və yığıncaq, mətbuatın idarə edilmə-
si, şəxsi azadlıq üzərində təzyiqlə fərqlənir.   
M
ən belə hesab edirəm ki, Birləşmiş Ştatlar xarici təzyiqlərə 
v
ə ya, silahlı azlıqların təcavüzünə qarşı müqavimət göstərən azad 
xalqları  müdafiə  edir.  Mən belə  hesab edirəm  ki,  biz  xalqların 
azad  olunmasına  kömək etməliyik ki, onlar talelərini özləri həll 
etsinl
ər.  Bizim köməyimiz ilk növbədə iqtisadi və maliyyə köməyi 
olmalıdır.Bu kömək həmin ölkələrdə  iqtisadi sabitliyə  gətirib 
çıxaracaq.Bu qayda ilə  öz təsirini siyasi proseslərə  də  göstə-
r
əcəkdir.  Dünya yerində  dayanmır  və  status  –  kvonu saxlamaq 
mümkün deyildir.  Biz qüvv
ələr nisbətində  dəyişikliyə  və  BMT–
nin Nizamnam
əsinin  pozulmasına  yol verə  bilmərik.    Xalqları 
t
əcavüz və məcburetmə metodu ilə idarə etmək yol verilməzdir.   
Yunan mill
ətinin tamlığı və yaşaması daha geniş perspektivə 
ciddi 
əhəmiyyət kəsb etdiyini anlamaq üçün xəritəyə  baxmaq 
kifay
ətdir.  Əgər Yunanıstan silahlı azlığın nəzarəti altına düşərsə, 
bu effekt ona 
qonşu olan Türkiyəyə də yayıla bilər.  İntizamsızlıq 
v
ə  anarxiya  bütün  Yaxın  Şərqə  də  yayıla  bilər.  Bundan  başqa 
müst
əqil dövlət  Yunanıstanın  yoxa  çıxması  daha  çox  Avropanın 
müharib
ələrdən sonra bərpa olunan azad ölkələrinə  də  təsir edə 
bil
ər.    Uzun  zaman  öz  azadlığı  uğrunda  mübarizə  aparan ölkələr 
onu itirs
ələr, bu uzun bir faciə olacaq.  Sərbəst təsisatların iflası və 
müst
əqilliyin itirilməsi ancaq onlar üçün deyil, bütün dünya üçün 
f
əlakət  olardı.    Biz  bu  çətin anda Türkiyə  və  Yunanıstandakı 
v
əziyyətə  təsir göstərməsək, bunun nəticələri həm Qərb, həm də 
Şərq  üçün çox uzaqlara gedə bilər.   
Biz fasil
əsiz və  qətiyyətli hərəkət etməliyik.  Buna görə  də 
m
ən  xahiş  edirəm ki, konqres Türkiyəyə  və  Yunanıstana  kömək 
etm
ək  üçün 400 milyon dollar 1948 –  ci ilin iyunun 30-  nadək 
yardım ayırsın.  Bu pula əlavə olaraq Türkiyə və Yunanıstana bu 
ölk
ələrin xahişi ilə ABŞ – ın hərbi və mülki personalı göndərilsin.  
Bu personal h
əm bu dövlətlərin modernləşdirilməsi vəzifəsinə 
köm
ək etmək və həm də iqtisadi və maliyyə köməyindən istifadəni 
müşahidə etmək məqsədini güdməli idi.   

 
122 
ABŞ  İkinci  Dünya  müharibəsində  qələbəyə  341 milyard 
dollar qoymuşdur.  Bu vəsait dünya azadlığı və bütün dünyada sülh 
namin
ə  qoyulmuşdur.    Türkiyə  və  Yunanıstana edilən bu kömək 
h
əmin vəsaitin 1/10 – ni təşkil edir.  Ancaq bu sağlam fikirdir.  Biz 
göst
ərəcəyik  ki,  bizim  qoyduğumuz  investisiya  hədər yerə  get-
m
əmişdir. Totalitar rejimlər əsasında bədxassəli yoxsulluq da artır.  
İnsanlarda yaxşı həyata ümid öldükdə totalitar rejimlər tam artıma 
nail ola bilirl
ər.  Biz insanların ümidini müdafiə etməliyik.   
Dünyanın  azad  xalqları  onların  azadlığını  müdafiə  etmək 
üçün onlara köm
ək etməyi bizdən  xahiş  edirlər.Əgər biz lider-
liyimizd
ə  tərəddüd ediriksə, onda biz bütün  dünyada sülh üçün 
t
əhlükə yaratmış olarıq. Əlbəttə, bizim millətin yüksək rifahını təh-
lük
ə altında qoya bilmərik.  Son hadisələr bizim qarşımızda böyük 
m
əsuliyyət qoyur.  Mən  əminəm ki, konqres bu məsuliyyətdən 
ç
əkinməyəcəkdir”.  
Bu  doktrina  ABŞ-ın  xarici siyasətində  dönüş  mərhələsinin 
başlanması demək idi. 
Yunanıstandakı  vətəndaş  müharibəsi,  boğazlarda  SSRİ-nin 
h
ərbi baza yaratmaq istəyi,  Yaxın  Şərqdə  neft  amili  ABŞ  xarici 
siyas
ətində dönüşün yaranmasına səbəb oldu.  Bunların içərisində 
Yaxın Şərqə münasibət xüsusi rol oynayırdı.  ABŞ-ın İkinci Dünya 
müharib
əsindən sonra Yaxın Şərq neftinə tələbatı artdı. Əgər 1938-
ci ild
ə  ABŞ  inhisarlarının  payına  Yaxın  Şərq neftinin 14% (3,2 
mln.  ton)g
əliri düşürdüsə, 1951-ci ildə bu rəqəm 57,8% (56,6 mln. 
ton) t
əşkil edirdi.  
İkinci  dünya  müharibəsindən  sonra  ABŞ  “azad  dünyanın” 
demokratik  institutlarının  əsaslarını    hər cür qəsdlərdən hərtərəfli 
müdafi
ə  etməyi öz xarici siyasətinin  əsas vəzifəsi elan etdi.  
Marşall planı ortaya çıxdı.  Bu planın müəllifi ABŞ-ın dövlət katibi 
Marşall oldu.  1947-ci ilin iyunun 27-dən iyulun 2-dək Parisdə bu 
m
əsələ  ilə  əlaqədar  olaraq  İngiltərə, Fransa və  SSRİ  Xarici  işlər 
nazirl
ər müşavirəsi keçirildi.  “Xarici dövlətlərə yardım haqqında 
1948-ci il qanunun” 1948-ci il aprelin 3-d
ə  ABŞ  konqresi 
t
ərəfindən qəbul edildi.  Avropanın 16 ölkəsinə  12 milyard dollar 
d
əyərində yardım edildi. Bu ABŞ-ın Avropa işlərinə müdaxiləsinin 
gücl
ənməsinə səbəb oldu.   

 
123 
1950-ci ild
ə  “hər  şeydən öncə  Asiyadır!”  şüarının  irəli 
sürüldü, dövl
ət katibi Açelson 1950-ci  il  yanvarın  12-də  Koreya 
işlərinə  qarışmaq  haqqında  bəyanat verdi.  1950-ci  il  iyun ayının 
25-d
ə  Şimali  Koreyanın  Cənubi Koreyaya hücumu ilə  Koreya 
müharib
əsi  başladı.    Bu  müharibə  1953-cü ilə  qədər  davam  etdi.   
ABŞ-ın  Cənubi  Koreyanı,  SSRİ-nin isə  Şimalı Koreyanı  müdafiə 
etm
əsi Koreyanın iki dövlətə parçalanmasına səbəb oldu.   
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin