ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   2   3   4   5   6   7   8   9   ...   41

hissələri - Ş.N./ alaylarında leybqvardiya zabiti kimi rus və İran ordularında şərəflə 
xidmət etmişlər. 
1884-cü ildə “Sın oteçestva” jurnalı /2.III-50/ yazırdı: “Şahzadə Bəhmən 
Mirzənin həddi-buluğa çatmış oğlanlarının bəziləri rus, bəziləri isə İran ordusunda 
hərbi xidmətdədirlər. Demək olar ki, bütün Qafqaz draqun alaylarında şahzadə 
Bəhmən Mirzənin ya oğlanları, ya da zabit qohumları var. Şahzadə Bəhmən 
Mirzənin oğlu Mahmud Mirzə keçmişdə Nijeqorod droqun alayında türk 
kompaniyasında ştabsrotmistr olmuşdur. Kompaniyanı qurtardıqdan sonra əmisi 
Məhəmməd şah onu İrana çağırır. Hazırda o, general rütbəsində İran leyb-
qvardiyasına komandanlıq edir”. 
Bəzən arxivdən heç bir sənəd tapmayanda əl boyda şəklin arxasındakı iki-üç 
sətirlik avtoqraf da adamın köməyinə gəlir. Onda bizdən çox-çox uzaq illərdə 
yaşamış həmin avtoqrafı yazana qəlbinin dərinliklərində minnətdarlığını 
bildirirsən. Gözəl xətlə yazılmış aşağıdakı sətirləri oxuyanda şahzadə Şahruh 
Mirzənin ruhuna rəhmət oxudum: “Kazak polkunun leyb-qvardiya polkovniki 
şahzadə Şahruh Mirzədən Mələksimaya
16
 dostluq hədiyyəsi. 16 may 1899-cu il, 
Tiflis şəhəri”. Bir az aşağıda isə xırda hərflərlə belə yazılmışdı: “Şahzadə 1915-ci 
ildə Cəbrayılda vəfat etdi”. 
 
 
M.F.AXUNDOVUN QOHUMU 
 
“Bir oğlumdan başqa bir də Nisə xanım adlı qızım vardır ki, şahzadə 
Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə vermişəm. Qızımın əri bizim 
imperatorun ordusunda xidmət edir, xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. 
Günah işlərin və bəd əməllərin yanından belə ötməzdi. Mənim kimi o da mütləqa 
şərab içməz, həmişə Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət 
mənzil ayırmışam. Qızımdan və həmin Xanbabaxandan iki nəvəm vardır”. 
Bu sətirlərin müəllifi böyük dramaturqumuz Mirzə Fətəli Axundovdur. 
Araşdırmalardan məlum olur ki, 1851-ci ildə Tiflisdən Şuşaya keçən 
Bəhmən Mirzə, Axundovla dostluq əlaqəsini kəsməmiş, əksinə, onu daha da 
dərinləşdirib qan qohumluğuna kimi davam etdirmişdir. 
M.F.Axundovun böyük qızı Seyrabəyim 1866-cı ildə Bəhmən Mirzənin oğlu 
Xanbaba xanla ailə qurur. Bu saf, ülvi izdivacdan iki övlad - Mələksima adlı qız və 
Mənsur Mirzə adlı oğul dünyaya gəlir. Altı il sonra - 1872-ci ildə Seyrabəyim vəfat 
edir. İki uşağın yetim qalması Mirzə Fətəliyə çox ağır təsir edir. Onların yad qapazı 
altına düşməməsi və sevimli kürəkəni Xanbaba xanın  “xoşəxlaq, savadlı, təmiz 
                                                 
16
 Pоlkоvnik Хаnbаbа хаn Qаcаrın oğlu, М.F.Ахundоvun nəvəsidir. 1905-ci ilin sеntyаbrındа ilk Zаqаfqаziyа 
müsəlmаn qаdınlаrının хеyriyyə cəmiyyəti оnun еvində təsis оlunmuşdur. Мilyоnçu H.Z.Таğıyеvin оğlu Аğаsаdıq 
Таğıyеvin həyаt yоldаşı idi. Мələksimаnın Аğасаdıqdаn bir оğlu (Zеynаl), iki qızı (Zərrintаc вэ Zеynəb) Sоvеt 
dövrünə qədər yаşаmışlаr. Zеynаl bаbаsının fаbrikinin dirеktоru оlmuşdur - müəl. 
 

cavanlardan biri” olması xatirinə Mirzə Fətəli ikinci qızı Nisə xanımı da bir il 
sonra ona ərə verir. 
M.F.Axundovun öz kürəkəni haqqında yazdığı tərif dolu sətirlər təkcə 
Xanbaba xana aid deyil. Bu işdə bir ata kimi Bəhmən Mirzənin da təlim-tərbiyəsi 
təsirli rolunu oynamışdır. Heç şübhəsiz ki, məhz şahzadə Bəhmən Mirzə kimi 
maarifçi, tarixşünas və sözübütöv kişilər belə oğul tərbiyə edə bilərdi. Sevindirici 
haldır ki, Bəhmən Mirzənin altmış üç övladının hamısı Xanbaba xan kimi təmiz 
əxlaqlı gənc olmuşdur. Əksəriyyəti hərbçi olan oğlanların heç biri nə dinlərini 
dəyişmiş, nə də dillərini unutmuşdur. Yuxarıda Şəmsəddin Mirzənin xatirəsindən 
sitat gətirmişdik. Orada müəlif yazır ki, Oryoldan atam Əliqulu Mirzənin cəbhəyə 
getmək söhbəti anamla Azəbaycanca olmuşdur. O vaxtlar zadəgan ailələrində 
fransız və rus dillərində danışmaq dəbdə olsa da, atam ailədə həmişə doğma 
Azərbaycan dilində danışardı. 
Xanbaba xan Mirzə Qacarın hərbi fəaliyyəti haqqında əlimizdə çox az 
məlumat var. O, uzun illər orduda şərəflə xidmət etmiş, süvari polkovniki rütbəsinə 
qədər yüksəlmişdir. 1877-78-ci illər rus-türk müharibəsinin fəal iştirakçısı olan 
şahzadə Xanbaba xan Qacar qırx beşinci Şimal-draqun alayındakı döyüş 
qabiliyyətinə görə “Müqəddəs Stanislav” ordeninin ikinci və üçuncü dərəcəsilə 
/qılınc və bantla birgə/, “Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsilə və 
“Müqəddəs Vladimir” ordeninin üçüncü dərəcəsilə təltif olunmuşdur. 
İmperatorun yüksək dərəcəli əmrinə əsasən Xanbaba xan və böyük qardaşı 
Şahrux Mirzə Qacar ali-həzrət titulunu da daşıyır, əlavə olaraq ildə altı yüz manat 
təminat da alırdılar. 
M.F.Axundovun Rəşid bəyə yazdığı məktublarından hiss olunur ki, o, 
kürəkəni Xanbaba xanın cəbhədə göstərdiyi şücaətlə fəxr edirmiş. Böyük 
dramaturqun şəxsi arxivində onlarla məktubu, əlyazması qorunub saxlanılır. O 
vaxtlar Belçika məmləkətinin paytaxtı Brüssel şəhərində ali təhsil alan oğlu Rəşid 
bəyə yazdığı məktubların demək olar ki, əksəriyyətində Xanbaba xan hörmətlə 
xatırlanır. 
Məktublarından birində Rəşid bəy Rusiya - Türkiyə müharibəsindən söhbət 
açır və Xanbaba xandan nigaran qalaraq “müharibənin gedişi haqqında mənə 
ətraflı yaz, ata. Xanbaba xan yenə sərhəddəmi vuruşur?” - sualına cavab istəyir. 
Başqa bir məktubunda isə oxuyuruq: 
“Siz Allah, Xanbaba xan haqqında məktubunuzda geniş yazın. Mənim 
səmimi salamlarımı Xanbaba xana, anama, bacıma, bizim əzizimiz Ağa Əli Əkbərə 
(haqqında aşağıda bəhs olunacaq - Ş.N.), dostumuz Kərbəlayi Lətif əmiyə 
yetirin. Balaca Mirzə Mənsuru və hələ üzünü görmədiyim Nisə xanımı öpün. 
Xanbaba xan ötən məktubunda yazmışdı ki, artıq Mirzə Mənsura əlifbaları 
öyrətmişəm...  Bu, mənim üçün çox sevindirici bir xəbər oldu. Çalışaq ki, Mirzə 
Mənsur tam Avropa təhsili alsın...” 
Mirzə Fətəlinin oğlu Rəşid bəyə məktubundan: “Keçən məktubda mən 
ananın fotoşəklini sənə göndərmişdim. İndi isə Xanbaba xanın, Nisə xanımın, 
Mansur Mirzənin və Mələksima xanımın şəkillərini göndərirəm. Mənim keçən 
məktubumda verdiyim suallara cavab yaz...” 

Şahzadə Xanbaba xan Qacarın ilk oğlu Mənsur Mirzə də hərbçi olmuşdur. 
1869-cu ildə Tiflisdə anadan olan Mənsur Mirzə ilk təhsilini klassik gimnaziyada 
almışdır. Yelizavetqrad süvari məktəbini kornet rütbəsində bitirən Mənsur Mirzə 
on səkkiz yaşından otuz yeddinci Tver-Draqun alayında xidmətə başlamışdır. 
1905-ci ilə qədər həmin alayda xidmət etmiş və Kamin ili Port-Artur müharibəsinə 
könüllü getmişdir. Müharibədə o, iki ordenlə - ikinci dərəcəli “Müqəddəs Anna” 
/qılıncla birgə/ və “Müqəddəs Vladimir” ordenləri ilə təltif olunmuşdur. Port-Artur 
döyüşlərində yaralanan şahzadə Mənsur Mirzə bir müddət nizami orduda xidmət 
edə bilmir. Ona görə də Qafqaz hərbi Dairəsinin qərargahında çalışır. 
Birinci Dünya müharibəsi başlananda şahzadə - polkovnik Mənsur Mirzə on 
ikinci Starobudov draqun alayının tərkibində döyüşə gedir. 1915-ci il iyunun 10-da 
Rudzviyan yaxınlığındakı döyüşlərdə üç eskadronla düşmənin hücum edən güclü 
qüvvələrinə qarşı əks - həmləyə keçir, özü kontuziya alsa da, döyüşdən çıxmır. 
Polkovnik Mənsur Mirzənin alayı süngü zərbəsilə düşməni Dnestr çayının 
sahillərinə kimi geri oturdur və tutulmuş səngərləri əldə saxlayır. Bu döyüşlərdə 
göstərdiyi igidliyə görə o, qızıl silahla təltif olunur. Müharibənin axırıncı ilində on 
ikinci Tver Qusar alayının komandiri olan Mənsur Mirzə inqilabdan sonra Bakıya 
qayıdır. Az müddət Milli Azərbaycan ordusunda xidmət edir. Aprel çevrilişindən 
sonra Respublika Xalq Komissarlığında mülki vəzifədə çalışır. 
Şahzadə polkovnik Mənsur Mirzə Qacar 1931-ci il sentyabrın 26-da, altmış 
üç yaşında Bakıda vəfat edir. 
 
* * * 
 
Şahzadə polkovnik Xanbaba xan Qacar iki oğul (Mənsur Mirzə, Bəhmən 
Mirzə) və beş qızın (Mülkümə, Mahmənzər, Aliyə, Tubu və Mülkcahan) atası idi. 
O, ailənin ən kiçiyinə - 1894-cü ildə anadan olan oğluna atası Bəhmən Mirzənin 
adını qoymuşdu. Nəvə Bəhmən Mirzə ilk təhsilini ikinci klassik Tiflis 
gimnaziyasında almışdı. 1919-cu il dekabrın 24-də Azərbaycan hökuməti 150 
nəfər gənci Rusiyanın ali təhsil ocaqlarına oxumağa göndərdi. Onların arasında 
Bəhmən Mirzə də vardı. O, Moskva Dağ Mühəndisləri İnstitutunun mexanika 
fakultəsinə qəbul olundu. Az müddət burada oxuyan Bəhmən Mirzə Peterburqdakı 
Texnologiya İnstitutuna dəyişdirilir. O, çoxsaylı Qacarlar nəslindən yeganə şəxsdir 
ki, Peterburqda təhsil alanda bolşeviklərə qoşulub gizli inqilabi iş aparıb. 1920-ci 
ildə aprel çevrilişindən sonra Azgrbaycana gəlib dövlət bankının komissarı və 
maliyyə komissarlığının üzvü olub. İki il Tiflis və Batumda işlədikdən sonra, 
1922-ci ildə Marsel şəhərinə Zaqafqaziyanın ticarət üzrə sədri vəzifəsinə işə 
göndərilib. 1927-ci il sentyabrın 13-də plevrit xəstəliyindən vəfat edən Bəhmən 
Mirzənin cənazəsi Tiflisə gətirilərək ana babası Mirzə Fətəli Axundovun yanında 
dəfn olunur. 
Mülki müşavir A.Q.Şerbinin Mirzə Fətəliyə 14 may 1877-ci il tarixli gizli 
məktubundan: “Bir az bundan əvvəl cənab  Q.Qrimdən öyrəndiyim sevinc dolu 
xəbərlə Sizi təbrik etməyi özümə borc bilirəm. Çox şad oldum ki, şahzadə Rzaqulu 
Mirzə iki süvari alayına briqada 

 Komandiri
17
 təyin olunub”. Şahzadə Rzaqulu Mirzənin peterburqlu Mariya 
Vladimirovna Pollana 28 yanvar 1876-cı il tarixli məktubundan: “Mənim Qafqaz 
ordusuna göndərilməyim yəqin ki, Sizə məlumdur. Mən ayın 15-də Şuşadan 
İrəvana yola düşdüm. Əlahəzrət böyük knyaz Qafqaz canişininin əmrilə mən oraya 
təyin edilmişəm... Mənim Tiflisdə bir nəfər qohumum vardır. O, mənim sevimli 
qardaşım poruçik Xanbaba xanın qaynatası Mirzə Fətəli Axundovdur. Mən onu 
gözəl sifətlərinə görə səmimi qəlbdən sevirəm...” 
Böyük dramaturqun şəxsi arxivində saxlanan məktubların əksəriyyətində 
Xanbaba xan belə səmimiyyətlə yad edilir. 
Tiflisdə dərc olunan “Zarya Vostoka” qəzeti 1926-cı il nömrələrində iki gün 
/11, 12 noyabrda/ dalbadal onun ölümü haqqında nekroloq vermişdir: 
“Uzun sürən ağır xəstəlikdən sonra Şahzadə Bəhmən Mirzənin oğlu, 
mərhum Mirzə Fətəli Axundovun kürəkəni polkovnik şahzadə Xanbaba xan Qacar 
noyabrın 9-da vəfat etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli evdən götürüləcək. 
Dəfn mərasimi bir nömrəli müsəlman qəbiristanlığında olacaq”. 
Polkovnik şahzadə Xanbaba xan Qacar 1849-cu ildə anadan olmuşdur. 
 
* * * 
 
Rəşid bəylə atası Mirzə Fətəlinin beş il davam edan yazışmalarında bir 
nəfərin də adı tez-tez hörmət və ehtiramla çəkilir, uzaq Brüsseldən ona səmimi 
salamlar göndərilir. Məktublarda belə ehtiramla yada düşən Ağəli Əkbər İsmayılov 
kimdir? Nəslin ağbirçəyi İzzət xanım Qayıbovanın saxladığı balaca bir yazı bu 
barədə ətraflı məlumat verir. Onu vaxtilə İzzət xanımın anası Ziba xanım Qayıbova 
ömrünün qürub çağını yaşayan Şəmsi Qacarın dilindən yazıya alıb. Burada Ağəli 
Əkbər İsmayılovun taleyi ilə yanaşı, Bəhmən Mirzə Qacarın övladları haqqında da 
məlumat verilir. 
Aydın olur ki, Ağəli Əkbər İsmayılov əslən Şamaxı şəhərindəndir. Atasının 
ölümündən sonra üç manat pulla Tiflisə gəlir. O vaxtlar Tiflisdə ipəyə böyük 
ehtiyc vardı. Şamaxıya nisbətən ipək burda iki-üç dəfə baha satılırdı. Bunu öyrənən 
Ağəli Əkbər Şamaxıya qayıdır və gücü çatan qədər ipək götürüb payi-piyada 
Tiflisə gəlir. 
Onun ikinci gəlişi daha uğurlu olur. Bu dəfə at alır və yenidən ipək dalınca 
Şamaxıya qayıdır. Beləliklə, o, yavaş-yavaş varlanır və keçmiş Vorontsov, indiki 
Qorqasali küçəsində müflisləmiş bir tacirdən mülk alır. Əlli beş nömrəli bu mülk 
Mirzə Fətəlinin yaşadığı əlli üç nömrəli evin qonşuluğunda yerləşirdi. Qısa vaxta 
onlar elə dostlaşırlar ki, hətta daha tez-tez görüşmək üçün daxili eyvana körpü salıb 
birləşdirirlər. 
Babam bisavad idi və Mirzə Fətəlidən xahiş etmişdi ki, ona savad öyrətsin. 
O vaxtlar ərəb əlifbası işləndiyi üçün bu iş asan deyildi. Babamın dediyin görə, elə 
ikinci günü o, oxumağı öyrənib. Onun ticarət işləri çox yaxşı gedirdi. Evdən əlavə 
o, Qocorda bağ da alır, evlənir. Sonralar öz qızlarını - sənin nənəni, Sittarə xanımı, 
                                                 
17
Çаr оrdusundа pоlkovniklə gеnеrаl аrаsındа оlаn yüksək hərbi rütbə - müəl. 
  

Gövhər xanımı və Fərruxa xalanı Zaqafqaziya Nücabə Qızlar İnstitutunda 
oxumağa qoyur. Böyük qızı - sənin nənən Gövhər xanım Qacar
18
 institutu 
qurtarmır və Bəhmən Mirzənin oğlu general Əmir Kazım Mirzəyə ərə gedir. Qalan 
ikisi institutu qurtararaq Əmir Kazım Mirzənin subay qardaşlarına ərə gedir. 
Onlardan biri mənim atam Əliqulu Mirzə Hərbi xidmətdə idi və əvvəllər anamla 
Vladiqafqazda yaşayırdı. Sonra isə Oryol şəhərindəki Çerniqov alayına hərbi 
xidmətə keçir. Rus-yapon müharibəsinin əvvəllərində isə Niceqorodsk süvari 
alayında qulluq edir. Fərruxa xanım əri Xancahan xan Mirzə ilə yola 
getmədiyindən uşaqları ilə birgə anamın yanına qayıdır. 
1903-cü ildə Ağəli Əkbərov İsmayılov qulluqçunun köməyi sayəsində evə 
yol tapan fanatiklərin əlilə öz evində öldürülür. Öldürülməsinin səbəbi çadranı atan 
qızlarının Zaqafqaziya Nücabə Qızlar İnstitutunda oxuması idi. Bu vaxta qədər 
Ağa Əkbər çox pul xərcləsə də, yenə də böyük məbləğdə vərəsəlik qoymuşdu. Ev 
Fərruxa xalaya qaldı. Bağlardan ən böyük sənin nənən Gövhər xanıma və qalan üç 
bağ da mənim anama çatdı. Sovetləşmədən sonra bağlar, mülklər müsadirə 
olundu... 
İzzətxanım onu da dedi ki, Ağəli Əkbər İsmayılov 1991-ci il noyabrın 20-də 
təyyarə qəzasında həlak olmuş akademik Tofiq İsmayılovun ata babasıdır. 
 
GENERAL ƏMİR KAZIM 
MİRZƏ QACAR 
 
Şahzadə Bəhmən Mirzənin otuz bir oğlunun on beşindən çoxu hərbi 
qulluqda olmuşdur. Bəs Sovet hakimyyəti illərinə qədər sağ qalan bu oğlanların 
sonrakı taleyi necə olub? 
Onların on beş nəfərinin Azərbaycan Demokratik Ordusunda xidmət etməsi 
barədə arxiv sənədlərində az-çox məlumat var: 1918-ci ildə polkovnik Xosrov 
Mirzə Qacar birinci Azərbaycan süvari alayının komandiri olmuşdur. Polkovnik 
Seyfulla Mirzə Qacar isə baş qərargahda intendant şöbəsinin rəisi idi. 
Respublika Dövlət Arxivində saxlanan bu sənəddə deyilir ki, Gəncə 
üsyanında türk zabitləri və denikinçilər iştirak edirdilər. Üsyançıların artilleriya 
hissəsinə denikinçi polkovnik Nikolayev komandirlik edirdi. Üsyançıların 
başçılarından biri də keçmiş müsavat ordusunun zabiti Məhəmməd Mirzə Qacar 
idi. 
Bundan sonra Qacarlar nəslinin faciəsi başlanmışdır. Şahzadə Bəhmən 
Mirzənin oğlu- general-mayor Əmir Kazım Mirzəni Gəncədə bolşeviklər öldürür. 
Nəvəsi, podpolkovnik Sədrəddin Mirzəni isə 1920-ci ilin iyununda iyirmi üç nəfər 
müsavat zabiti ilə birlikdə günahsız həbs edib Arxangelsk adasına sürgün edirlər. 
General-mayor Əmənulla xan Mirzə İrana köçüb, Tehranda yaşayır. Onların Tiflis 
və Şuşadakı mülkləri müsadirə olunur. 
Azərbaycan hərb tarixinə, maarif və mədəniyyətinə görkəmli simalar bəxş 
etmiş bu ziyalı nəslin bir numayəndəsi ilə görüşə bildim. Respublika EA-nın 
                                                 
18
 Gövhər хаnım Аğəli Əkbər qızı Ismаyılоvа - Qаcаr /1862-1927/. 1905-ci ildə yаrаnmış "Zаqаfqаziyа müsəlmаn 
qаdınlаrı хеyriyyə cəmiyyəti "nin sədri оlmuşdur - müəl 
 

müxbir üzvü Çingiz Qacar da babalarından qalma nadir əlyazmaları, qiymətli 
fotoşəkillər və müxtəlif yadigarlar saxlanılır. Onlardan biri general-mayor Əmir 
Kazım Mirzə Qacara məxsusdur. Əmir Kazım Mirzə iyirmi beş il orduda qüsursuz 
xidmət etdiyinə görə üstündə tuncdan tökülmüş atlı fiquru olan stolustu saatla 
mukafatlandırılıb. Saatın üstündə “Əmir Kazım Mirzəyə əla xidmətinə görə” 
sözləri yazılıb. 44-cü Nijeqorod alayının marşını çalan saat indi də işləyir. Bu 
qiymətli hədiyyə general Əmir Kazım Mirzəyə 1898-ci il dekabrın 16-da verilib. 
General Əmir Kazım Mirzə 1853-cü ildə Şuşada anadan olub. İlk təhsilini 
Tiflis klassik gimnaziyasında alıb, iyirmi yaşında isə Peterburqdakı Nikolayev 
süvari məktəbini bitirib. 1873-cü ildə kornet-zabiti Əmir Kazım hərbi xidmət üçün 
Qafqaz Əlahiddə ordusunun 44-cü Niyeqorod alayına göndərilib. İyirmi beş il bu 
alayda qüsursuz xidmət edən Əmir Kazım imperiyanın yüksək orden və medalları 
ilə təltif olunub. 
1877-78-ci illərdə rus-türk müharibəsində onun xidməti dördüncü dərəcəli 
“Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə 
mükafatlandırılmışdır. Ən yaxşı süvari zabitləri sırasında mayor Əmir Kazım 
Mirzə 1881-ci ildə imperator üçüncü Aleksandrın tacqoyma mərasimində iştirak 
etmişdir. Süvari polkovniki Əmir Kazım Mirzə 1895-ci ildə eskadron komandiri 
təyin olunur. Həmin ili o, Buxara əmirliyinin üçüncü dərəcəli “Parlayan ulduz” 
ordeni ilə mükafatlandırılır. 
Ötən əsrin yetmişinci illərindən hərbi xidmətdə sürətlə irəliləyən igid zabit 
Əmir Kazım Mirzəni hökumət səxavətlə təltif etmişdir. O, 1879-cu ildə üçüncü 
dərəcəli “Müqəddəs Anna”, ikinci dərəcəli “Müqəddəs Stanislav” /qılıncla birgə/, 
1881-ci ildə ikinci dərəcəli “Müqəddəs Anna”, altı il sonra üçüncü və dördüncü 
dərəcəli “Müqəddəs Vladimir”, 1890-cı ildə isə İranın dördüncü dərəcəli məşhur 
“Şire-Xorşid” ordenləri ilə mükafatlandırılmışdır. Port-Artur döyüşlərində Amur-
kazak süvari polkunun komandiri kimi vuruşmuşdur. Bu müharibədə ona döyüş 
şücaətlərinə görə polkovnik rütbəsi verilir və bir neçə orden, medalla təltif olunur. 
Əsrimizin ikinci ilində diviziya komandirinin birinci müavini kimi yüksək vəzifəyə 
təyin edilən polkovnik Əmir Kazım Mirzə 1910-cu ildə general-mayor rütbəsinə 
layiq görülmüşdür. 
General şahzadə Əmir Kazım Mirzə təkcə  hərbçi  deyildi.   O,   xalqımızın 
maariflənməsində də yaxından iştirak etmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai 
məktəblərin açılmasına maddi cəhətdən kömək göstərmiş və kasıb balalarını öz 
xərcinə oxutdurmuşdur. Onun ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə 
Azərbaycan dram cəmiyyətinin təsisi və tamaşa binasının açılmasında yaxından 
iştirakı olmuşdur. 1911-ci ildə M.F.Axundovun yüz illik yubileyi də general-mayor 
Əmir Kazım Mirzə Qacarın sədrliyi ilə keçmişdir. 
1920-ci ilin iyun ayında daşnak-bolşevik ordusuna qarşı vuruşan general 
Əmir Kazım xan Qacar əsir düşmüş və Gəncə “ÇK”-sı Tuxareli tərəfindən qılıncla 
doğranmışdır. 
  
GENERAL ƏMƏNULLA  
XAN QACAR 
 

Qacarlar nəslinin daha bir general oğlu şahzadə Əmənulla xan Mirzə Qacar 
olmuşdur. O, qardaşı Əmir Kazımxandan doqquz yaş kiçik idi. Təəssüf ki, onun 
haqqında əlimizdə olan faktlar çox azdır. İnqilabdan əvvəl dərc olunan qəzetlər: 
“Kavkaz”, “İrşad”, “Əxtər” Əmənulla xanın hərb fəaliyyətindən qısa yazılar verib. 
1862-ci il yanvarın 8-də Şuşada anadan olan şahzadə Əmənulla xan Mirzə 
Peterburqdakı hərbi kadet korpusunu bitirmişdir. On yeddi yaşında poruçik rütbəsi 
alan Əmənulla xan 1879-cu il iyulun 19-da xidmətə başlamış, doqquzuncu Kuban 
piyada-kazak batalyonunda komandir olmuşdur. 1900-cu il mayın 6-da nizami 
kazak batalyonundakı nümunəvi xidmətinə görə Əmənulla xan Bəhmən Mirzə 
oğluna yesaul /mayor/ rütbəsi verilmişdir. 
Birinci Dünya müharibəsi illərində Avstriya cəbhəsində vuruşan igid süvari 
komandirin döyüş fəaliyyəti üçüncü dərəcəli “Müqəddəs Vladimir”, ikinci dərəcəli 
“Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordenlərinə layiq 
görülür. 
1915-ci ildə üçüncü Kuban-kazak piyada divizionuna komandirlik edən 
Əmənulla xan Mirzəyə həmin il aprelin 25-də polkovnik rütbəsi verilir. Güclü 
döyüşlər zamanı ayağından ağır yaralanan Əmənulla xan arxa cəbhəyə göndərilsə 
də, hərbi fəaliyyətini dayandırmır. 
Kuban kazak nizami hissələrindəki nümunəvi xidmətlərinə görə şahzadə 
Əmənulla xan Qacar 1917-ci ildə general-mayor kimi ali rütbə ilə təltif olunur. 
  
Fevral-burjua inqilabından sonra Qafqaza qayıdan Əmənulla xan bir müddət 
Tiflisdə və Şuşada yaşamışdır. 
1918-ci ildə Milli Ordumuz yaradılanda Azərbaycan Respublikası hərbi 
Nazirinin adına dekabrın birində belə bir raportla müraciət etmişdir: 
“Respublika ordusuna böyük xeyir gətirmək arzumu nəzərə alaraq məni 
müvafiq bir işlə təmin etmənizi xahiş edirəm. Bununla yanaşı, Sizə məlum edirəm 
ki, mənim zabit kimi otuz beş illik fasiləsiz hərbi xidmətim və döyüş 
mövqelərində, bir də iştirakçısı olduğum rus-yapon və Birinci Dünya 
müharibələrində qazandığım döyüş təcrübəm var. 
Azərbaycan Əlahiddə korpusunun siyahısında mənim təyin olunmam 
haqqında sənədlərim və şəxsi işim vardır. Xidmət kitabçam da adı çəkilən 
korpusun qərargahında saxlanılır. 
 
HÖRMƏTLƏ, 
GENERAL-MAYOR, ŞAHZADƏ 
ƏMƏNULLA XAN MİRZƏ QACAR, 
GƏNCƏ ŞƏHƏRİ” 
 
General Əmənulla xan Qacar Xankəndində yerləşən Birinci süvari 
diviziyasının rəis müavini və qarnizon rəisi olmuşdur. O, 1920-ci il martın 21-də 
gecə qəfil basqın edən daşnak ordusuna qarşı döyüşlərdə mərdliklə vuruşmuşdur. 
Aprel çevrilişində bolşevik təzyiqinə dözməyən və bolşevik təhlükəsini əvvəlcədən 
hiss edən Əmənulla xan 1920-ci ildə İrana mühacirətə getmişdir. Tehranda yaşayan 
general-mayor Əmənulla xan Mirzə Qacar hərbi məktəbdə işləmiş, İran nizami 
ordusunun yaradılmasında yaxından iştirak etmişdir. İran Milli Məclisinin üzvü,  

İran-Sovet dostluğu cəmiyyətinin sədri, general-mayor Əmənulla xan Mirzə Qacar 
1937-ci ildə Tehranda vəfat etmişdir. 
 
* * * 
 
Qacarlar nəslinin on beşdən çox oğlu 1918-20-ci illərdə zabit kimi Milli 
Ordumuzda xidmət edib. Onların dörd nəfəri general idi: ŞAHZADƏ ƏMİR 
KAZIM MİRZƏ QACAR, ƏMƏNULLA  MİRZƏ QACAR, FEYZULLA MİRZƏ 
QACAR və MƏhƏMMƏD MİRZƏ QACAR. Qardaşların hərbi nazir Səməd bəy 
Mehmandarovun adına yazdığı ərizələr Respublika Yeni Tarix Mərkəzi Dövlət 
Arxivində saxlanılır. General Əmir Kazım Mirzə Qacarın 1918-ci il dekabrın 1-də 
vətənpərvər ruhda yazdığı ərizədə onun ömür yolunun indiyədək açılmayan 
səhifələri də var: 
 
 
“ƏLAHƏZRƏT YOLDAŞ 
HƏRBİ NAZİRƏ 
 
Hörmətli cənab Səməd bəy, təəssüflər olsun ki, Bakıya gəlib Siz 
Əlahəzrətlərinə xahişimi çatdıra bilmədim. Bunun da səbəbi hərbi Nazirliyin 
Gəncəyə köçürülməsi oldu. 
Sizinlə görüşə bilmədiyimə çox təəssüf etdim. Bakıyə gəlib Sizi tapa 
bilmədim, çünki Siz xidməti işlərinizlə əlaqədar şəhərdən müvəqqəti getmişdiniz. 
Oğlumun və qızımın xəstəliyi haqqında evdən teleqrama almışam, Tiflis şəhərinə 
qayıdıram. İcazənizlə Sizə yazılı surətdə müraciət edirəm və bundan əlavə raport 
da yazmışam. 
Mən otuz dörd il hərbi xidmətdə olmuşam. Və iki hərbi kompaniyada iştirak 
etmişəm: 1877-78-ci illərdə rus-türk müharibəsində və rus-yapon müharibəsində. 
Öz xahişimlə cəbhəyə göndərilmişəm və döyüşlərdə podpolkovnik rütbəsində 
iştirak etmişəm. Bir neçə döyüş təltifatı alandan sonra polkovnik rütbəsinə layiq 
görülmüşəm. 
Xidmət etdiyim müddətdə qoşun hissələrinin iki tədris kursunu bitirmişəm: 
Qafqaz süvari tədris rotasının və ikinci süvari zabit məktəbinin kurslarını. Hər iki 
kursu da birincilər sırasında, mükafatla. 
Az müddət istefada olsam da, hərbi ruhda tərbiyə almış, həmişə də hərbi işlə 
maraqlanmış və hərbi ədəbiyyatı izləmişəm. Məhz buna görə də hərbi qulluğun 
müasir tələblərinə uyğun olaraq xidmət borclarını icra etmək bacarığına və lazımi 
qədər fiziki qüvvəyə malik olduğumu hiss edirəm. 
Qərargahın Azərbaycan korpusuna təqdim etdiyim xidmət dəftərçəmdə 
keçdiyim hərbi xidmət haqqında tam məlumat almaq olar. 
Zati-aliləri, Vətənin keçdiyi bu ağır vaxtda öz xalqıma xeyir vermək 
məqsədilə, bu, həm də mənim ailəmin zəifləmiş iqtisadi vəziyyətinin 
yaxşılaşmasına səbəb olardı. 

Xahiş edirəm, Azərbaycanın hər hansı hərbi idarəsində mənə general 
vəzifəsindən birini /nəzarət generalı və ya məiyyət generalı/ və yaxud Sizin 
məsləhət gördüyünüz vəzifəni həvalə edəsiniz, 
Sizin mənim haqqımda xeyirxah qərarınızı gözləyən bəndəniz GENERAL-
MAYOR ŞAHZADƏ ƏMİR KAZIM MİRZƏ QACAR”. 
1919-cu il uylun 9-da Azərbaycan ordusunda əla xidmətlərinə görə birinci 
artilleriya briqadasının komandanı, polkovnik şahzadə Məhəmməd Mirzə Qacara 
general-mayor rütbəsi verilmişdir. O, Baş Artilleriya İdarəsinin rəisi vəzifəsinə 
təyin olunmuşdur. 
Həmin illərin arxiv sənədləri ilə tanış olanda görürsən ki, polkovnik 
Sədrəddin Mirzə Qacar, rotmistr Rzaqulu Mirzə Qacar, Şuşada ikinci sahə pristavı 
Ərdəşir Qacar, kornet İdris ağa Qacar, Firudin bəy Mirzə Qacar, kornet Darab 
Mirzə Qacar və başqaları həmişə ön cəbhələrdə erməni daşnaklarına qarşı igidliklə 
vuruşmuşlar. 
Qarabağ uğrunda gedən döyüşlərdə danılmaz xidmətləri olan şahzadə-
general Məhəmməd Mirzə Qacar 1920-ci il yanvarın 24-də Baş Qərargah rəisi, 
general-leytenant Məmməd bəy Supkeviçə həyəcanla bildirirdi: 
“Xəbər verirəm ki, Qarabağ qubernatorluğunda ermənilər tərəfindən çox 
ciddi, demək olar ki, faciəli vəziyyət yaradılmışdır. Çox böyük və ciddi qüvvə 
lazımdır. Xankəndi qarnizonunun dəstə rəisini dəyişmək olmaz, əks halda yerli 
ermənilər Əskəran va Şuşanı tuta bilərlər. Ermənilər haqqında qəti tədbirlər 
görmək lazımdır”. 
Çox təəssüf ki, milli ordumuzda qulluq edən Qacarlar nəslinin çoxsaylı 
oğullarının həyatı faciə ilə bitmişdir. İyirminci ildə Azərbaycana soxulan daşnak-
bolşevik ordusunun rəhbərləri onların əksəriyyətini ölkədən didərgin salmış və 
güllələmişlər. General-mayor Əmənulla xan İrana, polkovnik Xosrov Mirzə 
Türkiyəyə, kornet Darab Mirzə Amerikaya, Tofiq və Ənuşirəvan Mirzə qardaşları 
isə Fransaya pənah apardılar. Üç yüksək rütbəli Qacar oğullarını - general Əmir 
Kazım xanı, polkovnik Sədrəddin Mirzəni və Məmməd Mirzəni bolşeviklər 
iyirminci ilin iyun ayında güllələdilər. 
 
* * * 
 
Sənətşünas Ziyadxan Əliyevin incəsənət tariximizdən bəs edən yazılarını 
maraqla oxuyuram. Hər dəfə görüşəndə özümüzdən asılı olmayaraq xeyli 
“dərdləşirik”, tapıntılarımız haqqında bir-birimizə məlumat veririk. Özümüzdən 
asılı olmayaraq, elə küçədə görüşdüyümüz yerdə yeni mövzularımız haqqında fikir 
mübadiləsi aparmaq həmişə ümumi işimizin xeyrinə olub. Bu dəfə də belə oldu. 
Ziyadxan söhbətarası dedi: 
 - Sən gərək ki, Qacarlarla maraqlanırsan? Eşitdiyimə görə onlardan nəsə 
yazmaq istəyirsən? 
- Hə, - dedim, - yazıram, amma oktyabr inqilabı, otuz yeddinci il Qacarları 
elə pərən-pərən salıb ki, bu nəslin ən yaxın adamını tapa bilmirəm. 

Dostum məni diqqətlə dinləyib bir an fikrə getdi. Mən gözlərimi ondan 
çəkmirdim ki, tanımadığım məlumatlı bir adamı nişan verəcək. Çünki dostumun bu 
məsələlərdə son dərəcə əliaçıq olmasına bələdəm. 
O, əlini cibinə salıb dəftərçəsini çıxartdı. İstədiyi səyifəni tapıb: 
 - Bu günlərdə - dedi, - bizim İncəsənət Muzeyinə bir ana gəlmişdi. Sözün 
düzü, Qacar familiyasını eşidəndə səni xatırladım. Telefonunu da yazıb 
götürmüşəm. Görüşsən yaxşı olar, bəlkə Mahrux xanım Qacarın sənə köməyi 
dəydi. 
Həmin gün Mahrux xanıma zəng elədim. Polkovnik Şahrux Mirzə Qacarın 
nəvəsi olduğunu söylədi. Qacarların bu gün bizim müasirimiz olan bəzi məşhur 
nəsillərlə qohumluq əlaqələri barədə dəyərli məlumatları ilk dəfə Mahrux 
xanımdan eşitdim. Görüşmək istəyimə məmnuniyyətlə razılıq verdi. 
Astanadan içəri keçəndə Mahrux xanım məni iki yaraşıqlı gənclə tanış etdi. 
Bir nənə kimi Kamran Qacarla və Darab Mirzə ilə fəxr etdiyini iftixarla söylədi. 
Davranışından, danışığından da duydum ki, bu nəvələr tərifəlayiqdirlər. Müxtəlif 
arxivlərdən Qacarlara aid topladığım fotoşəkillərə birgə baxırıq. Bizimlə birgə 
əyləşən sakit təbiətli iki gənclə fotoşəkildəki Qacarların oxşarlığına söz ola bilməz. 
Bu mehriban, iltifatlı ana isə dönə-dönə mənə təşəkkür edir ki, unudulmuş 
nəslimizin oğulları haqqında bu qədər şəkil və sənəd toplaya bilmişəm. 
Mahrux xanım doğrudan da öz nəsli haqqında çox şey bilir. Hətta babaları 
barədə hələ qurtarmadığım yazıdan bir səhv də tapdı. 
 Babam 
Şahrux Mirzə, -  dedi, - 1909-cu ildə Şuşada yox, 1915-ci ildə 
Cəbrayıl qəzasında vəfat edib, qəbri indi də ordadır. Şahzadə olduğuna və uzun 
müddət ordudakı nümunəvi xidmətinə görə istefaya çıxan babama Cəbrayıl qəzası 
Qafqaz canişini tərəfindən hədiyyə olub. Babamın dörd oğlu, üç qızı olub. Kamran 
Mirzə, Camal Mirzə, Darab Mirzə və Qəhrəman Mirzə. Qızları isə Fəxrisoltan, 
Tacülmülk və Nimtac xanım idi. 
Mən Kamran Mirzənin qızıyam. Atam doqquz il Uçkilsənin /Eçmiadzin/ 
bələdiyyə  rəisi  olub.  Əmim Darab Mirzə hərbçi idi: Peterburqda zadəgan 
balalarına   məxsus   hərbi   kadet   korpusunu bitirmişdir. Tiflisdə işləyirdi. 
- Mahrux xanım, aradan uzun bir zaman keçib.  Siz  çox  illərin,   hadisələrin 
şahidi olmusunuz. Xatirə dəftərinizə baxıram, maşallah, yadınızda çox şey qalıb.   
Şəxsiyyətlər, illər, bir də qeydləriniz maraqlıdır. 
 
- Düz deyirsiniz, yaddaşımdan şikayətim yoxdur. Uşaqlığımdan yaddaşıma 
həkk    olunan    1918-ci    ilin    yayıdır. Cəbrayılda yaşayırdıq. Atam Kamran 
Mirzə xidməti işi ilə əlaqədar Şuşaya getmişdi. O, Cəbrayıl qəzasının pristavı idi. 
Evdə anam, nənəm, Fərruxa bəyim və nökər-naiblər qalmışdı. Günortaya az qalmış 
şəhərin iki ağsaqqalı - Məşədi Sadıq və Məşədi İsmayıl əli Quranlı bizə gəldilər. 
Dedilər ki, Nuru paşa bir azdan  şəhərimizə  təşrif  gətirəcək. Şəhər camaatı belə 
qərara gəlib ki, Cəbrayılda ən varlı, abırlı ev sizinki olduğu üçün general Nuru 
paşanı qəbul edəsiniz. Baxmayaraqki, ağa evdə yoxdur... 
Şəhərin alaqapısı bəzənmişdi. Xalq Nuru paşanı tantənə ilə qarşıladı. O, otuz 
iki nəfərlik peçati ilə üç gün bizdə qonaq qaldı. Gedən günü anamın, nənəmin 
hüzuruna gəlib təşəkkür etdi. Nuru paşa məni qucağına alıb alnımdan öpdü, 

boynuma qızıl Quran keçirdi. Yavəri stolun üstünə bir dəst pul qoyanda anam 
etiraz etdi. Götürmədi: 
- Paşa həzrətləri, - dedi, - Siz bizim xalqın xilaskarısınız, inciməyin, paraya 
ehtiyacımız yoxdur. Təəssüf ki, evin ağası burada olmadı. Yəqin ki, o, Sizə 
Qarabağ kəhəri bağışlardı. Amma bir bacı kimi mənim kiçik töhfəmdən imtina 
etməyin, faytonunuza bir xalça qoydurmuşam... 
1920-ci ildə olan bir hadisəni də yaxşı xatırlayıram. Bolşeviklərin gələn 
vaxtı idi. Anam, nənəm və nökər-naiblərlə səkkiz araba yüklə Cəbrayıldan 
Horadizə qaçdıq. Atamgil bolşeviklərlə vuruşurdu. Əmim Darab Mirzə İranda idi, 
ordan atama xəbər göndərmişdi ki, kitabxanamı bolşeviklərdən xilas edin. Bolşevik 
əsgərləri bizi Horadizdə yaxaladılar. Arabaları boşaltdırdılar. Babamın qızıl 
şaşkasını, atamın üstü daş-qaşla bəzənmiş xəncərini və əmlakını aldılar. Əmim 
Darab Mirzə anadan olmağım münasibətilə Peterburqdan mənə üstü naxışlı, 
qotazlı, cilalanmış iki boz atla fayton göndərmişdi. Onu da bolşeviklər aldılar. Mən 
ağlamadım. Amma ayrıca bir faytona yüklənmiş ailə foto albomunu, babam 
Bəhmən Mirzənin əlyazmalarını, əmimin kitablarını ortalığa töküb yandıranda 
hönkür-hönkür ağladım. Mənim orda faytonçumuzla, dayəmlə, anam və atamla, ən 
başlıcası bir daha qayıtmayacaq faytonumda çəkilmiş şəkillərim yanırdı. Daşnak 
dığalarının və şişpapaq bolşeviklərin bağıra-bağıra odun dörd tərəfində 
oynamaqları indidə gözümün qabağındadır. 
- Mahrux xanım, aprel çevrilişindən sonra çoxsaylı Qacarların başı bəlalar 
çəkib. Tutulanı, sürgün olunanı, terrorla öldürüləni, bolşevik təzyiqinə dözməyib 
xaricə qaçanları çox olub. Bəs otuz yeddinin   bəd  illərində   necə, Sizin ailəyə 
təzyiq olubmu? 
- 1935-ci ilin payızında mənim adıma NKV-dən xüsusi çağırış vərəqəsi 
gəldi. Anamla quruyub qaldıq, çox ağır çağırış idi. Bunun arxasında gedər-gəlməz 
faciəsi dururdu. Səbrli, dəyanətli anam mənə hazırlıq gördü: isti paltar, yüngülvari 
yemək şeyləri hazırladı. Evimizdə başıpapaqlı bir kişi belə qalmamışdı. 
Səhər saat səkkizdə xüsusi şöbəyə qəbula getdim. Məni axşam saat səkkizə 
kimi komendaturada gözlətdilər. Saat səkkizdə silahlı bir nəfər gəlib “yığış gedək”, 
- dedi. Məni yarıqaranlıq bir dəhlizlə zəif işıqlı bir otağa gətirdi. Rəis saqqallı bir 
erməni idi. Qarşıma dörd fotoşəkil qoydu: atamın, əmim Darabın, Camalın və 
Qəhrəman Mirzə Qacarın şəkilləri idi. 
- Bunları tanıyırsanmı? - dedi. Bilmədim  nə deyim.  Necə deyim  ki, 
atamı, əmilərimi tanımıram. Nifrət və qeyrət hissi mənə güc gəldi. Niyə də danım, 
deyə fikirləşdim. Bir-bir adlarını dedim. Sonra qarşıma dörd-beş vərəqdə yazılmış 
bir siyahı qoydu. 
- Bunları, - dedi, əmin Darab Mirzə sənə vəsiyyt eləyib: İrandakı duz dağını, 
əmlakını və külli miqdarda pul və qızılını... 
Əmimin övladı yox idi, ona görə də varidatını mənə vəsiyyət eləmişdi. 
Saqqallı rəis: 
- Get, - dedi, - evdə məsləhət elə, götürün... 
 - 
Məsləhət yerim yoxdur, - dedim, bu qədər var-dövlət nəyimə lazımdı, 
bağışlayıram Sovet hökumətinə... 
Cavabımdan xoşu gələn rəis: 

- Yox yerdən, - dedi, - şahzadə nəvəsi deyilsən, ağıllısan, buna söz yox... 
İndi gedə bilərsən. 
Gedər-gəlməz sürgünündən məni “səxavətim” xilas elədi. 
  
- Mahrux xanım, Azərbaycanda bir çox məşhur nəsillər olub. Qacarlar 
onların hansı ilə qohum idi? 
- Elə bir ziyalı nəsil yoxdu ki, bizim Qacarlar onlarla qohum olmasın. 
Nəslimizin nümayəndəsi neftçi Süleyman bəy Vəzirov zarafatla deyərdi ki, qarpızı 
da kəsirsən,   içindən  tum   əvəzinə   Qacar çıxır. Mənim bildiyimə görə, məşhur 
şairə Xurşud banu Natəvanın nəvəsi Ənbər xanım Bəhmən Mirzənin oğlu Fətəli 
Mirzənin arvadı olub. Yenə Natəvanın nəvəsi Ağbikə /general-mayor 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin