§ 1
Bugünkü gündən mən öz vəzifəmin icrasına başlayıram. Hərb
nazirinin müavini, artilleriya generalı Əli ağa Şıxlinskiyə öz
vəzifəsini icra etməyə başlamağı təklif edirəm.
Hərb naziri, artilleriya generalı Səməd bəy Mehmandarov
Ordu Qərargahı rəisi
vəzifəsini icra edən,
general-mayor
Əbdülhəmid bəy Qaytabaşı
* * *
90 №-li əmrindən
20 fevral 1919-cu il
Vəzifələrdən uzaqlaşdırılmış həkim Hacıqasımov və müşavir
Əliyev öz xahişləri əsasında bu yaxınlarda yenidən xidmətə
qəbul edilmişdilər. Vəzifələrinin icrasına başlamağa imkan tap-
mamış onlar yenidən onu icra etməkdən imtina etmişlər. Güman
edirəm ki, öz Vətəninin həqiqi övladları qurulmaqda olan
dövlətin belə ağır vaxtında, xüsusən də eyni məzhəb və eyni
qandan olan yurddaşlarımızdan ibarət ziyalı işçilər bizim üçün
belə qiymətli olduğu bir vaxtda bu cür hərəkət etməməlidirlər.
Azərbaycanlılar həmişəlik yadda saxlamalıdırlar ki, doğma
ordu xeyriyyə evi deyildir və ondan ötrü mövcud deyil ki, hər bir
azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun. Ordu Vətənin
dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır.
Özünün xırda şəxsi maraqlarını doğma diyarın və öz xalqının
maraqlarından üstün tutan adamların qiyməti çox deyil və ordu
təəssüf etmədən onlarla vidalaşır. Ancaq qoy belələri heç olmasa
özləri haqqında mənasız yazışmaları ilə ordunun işini artırma-
sınlar. Belə insanların heç bir dövlət xidmətində faydası olmaya-
General Əli ağa Şıxlinski və silahdaşları
186
cağını güman edərək, bu əmrin surətini Nazirlər Şurasına təqdim
edəcəyəm.
Hərbi nazir vəzifəsini müvəqqəti
icra edən general
Əli ağa Şıxlinski
Vaxtilə general Əli ağa Şıxlinskinin kursantı olmuş,
mərhum general-mayor Akim Abbasovun
(1911-1992) xatirə çıxışı:
– Ömrümün qırx ildən çoxu ordu sıralarında keçib. Bir zabit
kimi yetişməyimdə 30-cu illərin hərbiçi gəncləri – məşhur gene-
rallarımız Əli ağa Şıxlinskiyə, Səməd bəy Mehmandarova borc-
luyam. Bakıda yerləşən Serqo Orconikidze adına Zaqafqaziya
hərbi hazırlıq məktəbində general Əli ağa Şıxlinski bizə artilleri-
ya taktikasından dərs deyirdi. O, dərslərdə ciddi və tələbkar idi.
Biz gənclərə atalıq qayğısı ilə təlim-tərbiyə verir, yaxşı bilik al-
mağımıza səy edirdi.
Bu gün fəxrlə deyə bilərəm ki, Əli ağa Şıxlinskinin vaxtilə dərs
dediyi kursantlar sonralar Böyük Vətən müharibəsi illərində
mərdliklə vuruşaraq xalqın sevimli qəhrəmanları olublar. Bu
qəbildən mən iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları
general-mayoru Həzi Aslanovun, iki dəfə Sovet İttifaqı Qəh-
rəmanı polkovnik Həbibulla Hüseynovun, polkovnik Aslan
Vəzirovun və başqa şöhrətli oğullarımızın adını çəkə bilərəm.
General Əli ağa Şıxlinski 50 ildən çox ordudakı xidməti və
hərbi-elmi pedaqoji fəaliyyəti ilə xalqımızın adını ucaltmışdır.
Bu gün biz xalqımızın sevimli oğlu ilə fəxr edirik. Şəxsən mənim
üçün ikiqat sevincdir. Əziz generalımızın, sevimli müəllimimizin
xatirəsini əbədiləşdirdiyi üçün qədirbilən Azərbaycan xalqına
minnətdaram.
Şəmistan Nəzirli
187
1984-cü il iyulun 17-də Əməkdar müəllim Mirqasım Omar
oğlu Əfəndiyevin (1902-1992) general Əli ağa Şıxlinski
haqqında söylədiyi xatirə:
– 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riya-
ziyyat fakültəsində oxuyurdum. O vaxt bizə hərbi dərs keçirdilər.
General Səməd bəy Mehmandarov alçaq boylu, çox gümrah, ağ-
saqqallı nurani kişi idi. O, bizə hərbi taktikadan, Əli ağa Şıxlin-
ski artilleriyadan, topoqraf-general İbrahim ağa Vəkilov isə
hərbi topoqrafiyadan dərs deyirdi. Dərslərin rusca keçirilməsinə
baxmayaraq generallar bizə hərb sənətini Azərbaycan dilində
başa salırdılar. Mehmandarov dilimizi zəif bilsə də onun danışı-
ğını çox yaxşı başa düşürdük. Yüksək səviyyəli mədəni insan
olan Səməd bəy dilimizi pis bildiyinə görə tez-tez üzrxahlıq edir-
di. Əli ağa isə azərbaycanca o qədər təmiz və səlis danışırdı ki,
adam onun uzun illər Rusiyada yaşamasına az qala inanmırdı.
Yayda biz tələbləri ikiaylıq Hacıkəndə lagerə təlim-məşqə
apardılar. Bir istirahət günü Mehdixan Vəkilovla mən Əli ağanın
evinə getdik. Həyat yoldaşı Nigar xanım onda sağ idi. Bizi xoş
üzlə qarşılayan Nigar xanım aynabənddə oturan ərini çağırdı:
– Əli ağa, – dedi, – eloğluların gəlib, gəl gör bunlara nə qonaq-
lıq verirsən.
– A Nigar, – dedi, – uşaqlar yəqin xeyli vaxtdı bozartma yemə-
yiblər. Bu dağların qoynunda bir Şıxlı bozartması bişirsən, pis
olmazdı.
O vaxt Azərbaycan diviziyası manevr keçirdi. Bizim diviziya
Çaykənddən başlayıb, Təkgöz dağlı istiqamətində irəliləyib Go-
ranboy stansiyasına çıxdı. Gəncənin yaxınlığında gürcülərə “hü-
cuma” keçdik. Komandirimiz Şahbazov familiyalı mayor idi.
Qozlu deyilən yerdə diviziya komandiri Cəmşid xan Naxçıvan-
ski və Əli ağa Şıxlinski aşağı enib, əsgər və zabitlərlə görüşüb
hal-əhval tutdular.
Əli ağa dedi:
General Əli ağa Şıxlinski və silahdaşları
188
– Ay yoldaş Şahbazov, sən öz rotanı gətirib düşmənin ağzına
verdin. Əsgərin qalmadı, qırıldı. Axı, belə yaramaz, yaxşı ki, bu
təlim məşqdi. Sabah müharibə başlasa, onda sənin kimi koman-
dirin vay halına.
Bizim də, gürcülərin də on iki topu vardı. Gürcülər Təkgöz
dağını top atəşinə tutmuşdular. Bizim topçuların atəşi sərrast
deyildi. Bunu komanda məntəqəsindən müşahidə edən Əli ağa
Şıxlinski enib topçuların yanına gəldi. Sərrast olmayan top
atəşləri Əli ağanı əsəbiləşdirmişdi. O çox cəldliklə on iki topun
on ikisini də yoxladı. Zəhmli komandir səsilə topçulara əmr ver-
di. On iki topun hamısı hədəfi dəqiq vurdu. Bizimkilər üstünlük
qazandılar. Cəmşid xan qucaqlayıb Əli ağa Şıxlinskini öpdü.
Fəxrlə dedi:
– Anan ölsün, top allahı Əli ağa, üstünlüyü tarix boyu əldən
verməz…
Sonuncu dəfə general Əli ağa Şıxlinskini müalicə xəstəxana-
sında gördüm. 1941-ci ilin payızında. Səməd Vurğun bizə gəldi.
Bərk dilxor idi, bıçaq vursan qanı çıxmazdı. Müharibə hamı kimi
onu da əsəbi eləmişdi. Elə bil “müsəlləh əsgərəm, mən də bu
gündən” şeirini yazan nikbin ruhlu Səməd deyildi. O vaxtlar səs
yayılmışdı ki, çeçenləri, balkarları və Krım tatarlarını köçürürlər.
Hələ üstəlik, pıçıltı ilə də olsa, Bakının və bütöv Azərbaycanın da
qeyri-rəsmi Orta Asiyaya köçürülməsi haqqında şəhərdə söz-
söhbət gəzirdi.
Qanıqara Səməd Vurğun köçürülməkdən çox narahat idi.
– Elə şey olsa, – dedi, – bu millət bədbəxt olacaq. Çoxusu yolda-
izdə itib-batacaq. Sağ qalanı da Qazaxıstanın susuz çöl lərində
məhv olacaq. A Mirqasım, general xəstədi, gedək ona baş çəkək.
O vaxt Məhəmməd ağa Qayıbov həmin xəstəxananın baş
həkimi idi. Əli ağanın palatasına o da bizimlə getdi. Görüşdük.
O vaxtlar söhbətin mövzusu ancaq müharibədən olardı.
Əli ağa Şıxlinski dedi ki, ruslarda yaxşı sərkərdələr var, niyə
geri çəkilirlər, başa düşmürəm. Almanları qarşı-qarşıya çıxıb
əzmək mümkün deyil. Ona görə ki, tarix boyu almanların hərbi
Şəmistan Nəzirli
189
taktikasında ən çox qüvvəni birinci eşelona, ön cəbhəyə çıxardır-
lar. Ruslarda isə əksinədir. Qabağa nisbətən zəif qüvvəni çıxar-
dıb düşmənin gücünü zəiflədə-zəiflədə geri çəkilirlər. Ən çox
qüvvəni arxada saxlayırlar, – general kağız götürüb titrək əlləri
ilə çertyoj çəkib, bizə izah elədi:
– Faşistlərə yalnız yan xətdən və arxadan zərbə endirib məğlub
etmək olar. Müasir texnika ilə indi yaxşı imkan var. Faşistlərin
arxasında desant endirmək, partizan hərəkatına başlamaq, yan-
dan və arxadan vurmaq lazımdır. Çünki tarix boyu almanların
əsgər və zabitinin sürünüb fənd işlətməkdən, ya da tindən atəş
açmaqdan xoşu gəlmir. Onlar ədabazlıqdan döyüşə əlisilahlı
ayaq üstə gedirlər. Arxaları və yanları boş qalır. Xalq qisasçıları-
nı arxaya atmaqla faşistləri məhv etmək olar.
Yadımdadır, bu görüşdə general ürəkağrısı ilə dedi ki, mən
heç zaman müasirlərimin ayağına baxmamışam. Həmişə onların
gözünün içinə dik baxmışam, özümün yaxşı əməlimlə, işimlə…
İndi bu müharibədə iştirak edə bilmədiyimə görə çox sıxılıram,
çox, lap çox darıxıram. Ürəyim sağlam, hafizəm də yerindədir.
Yalnız gözümlə qulağım mənə vəfasızlıq edir. Səməd Vurğun
1942-ci ildə Tiflisdə antifaşist mitinqdə çıxış edib qayıdanda bizə
gəldi. Sevinclə dedi:
– A Mirqasım, yadındamı general keçən ilin payızında xəstə-
xanada yatanda çertyoj çəkib bizə izah elədiyi taktika? İndi rus-
lar faşistləri Əli ağa Şıxlinskinin dediyi taktika ilə məğlub edirlər.
Moskvaaltı döyüşlər, Stalinqrad artıq faşistlərdən təmizlənir.
* * *
“Qüdrətli filosof, gözəl insan” məqaləsindən:
…O vaxtkı qaydaya görə Akademiyanın bütün institutlarının
kadr məsələlərinin tam həlli axırıncı olaraq prezidentin birinci
müavini kimi Heydər Hüseynovdan keçirdi. Onun köməkçisi
məqsədimi bildikdən sonra səhərki gün qəbuldan bir saat qabaq
gəlməyimi məsləhət gördü və söz verdi ki, onun yanına burax-
mağa çalışacaq. Köməkçi qadın öz sözünə əməl edərək səhərisi
General Əli ağa Şıxlinski və silahdaşları
190
gün Heydər Hüseynovdan icazə alıb, məni qəbul vaxtından bir
saat qabaq içəri buraxdı. Heydər Hüseynovdan başqa kabinetdə
mərhum yazıçımız Mehdi Hüseyn də əyləşmişdi. Onlar çox
səmimi söhbət edirdilər. Salam verdikdən sonra heç bir söz
demədən ərizəni təqdim etdim. Ərizəni makinada yazdırmış-
dım. Heydər müəllim ərizəni diqqətlə oxudu və mənə əyləşməyi
təklif etdi. Stul çəkib əyləşdim. O, birdən gülümsəyərək mənə
müraciətlə dedi: “Əgər əsl tarixçi olmaq istəyirsənsə, söhbətə qu-
laq as, sonra sənin xahişinə baxarıq”.
Onlar Azərbaycanın məşhur generalı Əli ağa Şıxlinski haqda
söhbət edirdilər. Birdən Heydər Hüseynov qəflətən məndən so-
ruşdu ki, Əli ağa Şıxlinskini tanıyırsanmı? O, kim olub? Xatirə-
lərini oxuyubsanmı? Mən cavab verməkdə çox tələsdim və de-
dim ki, xatirələrini oxumamışam, ancaq eşitmişəm ki, çox yaxşı
topatan olub. Onlar hər ikisi, xüsusən, H.Hüseynov qəhqəhə ilə
gülərək: “Onun yaxşı topatan olduğunu kimdən eşitmisən?” –
soruşdu. Mən qulaqlarımın ucuna kimi qızardım. Hiss elədim
ki, yersiz danışmışam.
Heydər Hüseynov general-leytenant Əli ağa Şıxlinski ilə
görüşlərindən çox fərəhlə danışırdı. O dedi ki, general Şıxlinski-
nin yaşının 80-ə yaxınlaşmasına baxmayaraq, 1942-ci ildən onun
yanına gedib, hərbi vətənpərvərlik işini gənclər arasında yaxşı
təbliğ etmək üçün xatirələrini yazmasını xahiş etdim. General
gözünün çox zəif görməsinə və qulağının ağır eşitməsinə bax-
mayaraq, mənim xahişimi yerə salmadı. Həqiqətdə onun yazdığı
xatirələri biz müharibə illərində həm Azərbaycan, həm də rus
dillərində çap etdirdik və bu, çox yaxşı səmərə verirdi.
Heydər Hüseynov general Şıxlinskinin həyat yoldaşı Nigar
xanım haqqında danışaraq göstərirdi ki, yaxşı savadlı və Şıxlins-
kinin dediyinə görə çox mehriban bir qadın olub. Birinci Dünya
müharibəsi illərində şəfqət bacısı kimi yaralı döyüşçülərin
müalicə edilməsində yorulmaz fəaliyyət göstərib. Bu zaman
Mehdi Hüseyn dilləndi: “Professor, mən təəccüb edirəm, necə
olub ki, yaxşı ziyalı ailəsində böyüyən və şəxsiyyətcə gözəl olan
Şəmistan Nəzirli
191
belə cavan qız 50 yaşlı generala ərə getməyə razı olub”. Heydər
Hüseynov bir az duruxub cavab verdi: “Məsələ elə deyil, əvvəla,
Şıxlinski evlənən zaman 50 yox, 44 yaşında olub, ikincisi isə ge-
neral Şıxlinski Nigar xanımın ikinci əri olub, onun birinci əri
1
vəfat etdikdən sonra dul qadın kimi Şıxlinskiyə ərə gedib”. Meh-
di Hüseyn onunla razılaşdı, daha bir söz demədi.
H.Hüseynov sözünə davam edərək dedi ki, Şıxlinskidən baş-
qa köhnə rus ordusunda general-leytenantlar Səməd bəy Meh-
mandarov, Hüseyn xan Naxçıvanskinin də xidməti böyükdür.
Lakin xalqımız onları yaxşı tanımır. Müharibə illərində onun Əli
ağa Şıxlinski haqqında qəzet və jurnallarda xeyli yazıları çap
olunmuşdur, ancaq bu, çox azdır. Onlar haqqında Siz yazıçılar
də gərək öz sözünüzü deyəsiniz, bədii ədəbiyyatda onları işıq-
landırasınız, bu çox vacib və əhəmiyyətlidir. Mərhum Mehdi
Hüseyn gülümsəyərək cavab verdi ki, işıqlandırmağa işıqlandı-
rarıq, ancaq qorxuram sonra keçmişi idealizə etdiyimiz üçün bizi
partiya məsuliyyətinə cəlb edəsiniz.
Heydər Hüseynov xeyli duruxdu, sonra dedi ki, sən müəyyən
dərəcədə haqlısan, təəssüf ki, bizimlə qonşu xalqlara nisbətən bu
sahədə biz çox məhdud hərəkət edirik. Ancaq əminəm ki, vaxt
gələcək, bu məhdudiyyət aradan götürüləcəkdir.
Bununla da onların söhbəti qurtardı. Mehdi Hüseyn durub
getmək istəyirdi ki, Hüseynov gülə-gülə dedi: “Mehdi müəllim,
tələsmə, qoy bu yaxşı topatan yoldaşın ərizəsinə də baxaq, sonra
gedərsən”. Sonra məndən zaçot kitabçamı istədi və tələsmədən
onu vərəqləyib qiymətlərimi nəzərdən keçirərək üzümə baxıb:
“Sən lap yaxşı oxuyansan ki”, – dedi. Mehdi Hüseyn söhbətə qa-
rışdı: “Professor, yəqin yaxşı oxuyur ki, Sizin yanınıza gəlib, pis
oxusa, çətin ki, cürət edə bilərdi”.
Talıb ƏLİYEV,
Mərkəzi Müəllimləri Təkmilləşdirmə
İnstitutunun baş müəllimi
1
Nigar xanımın birinci əri milliyyətcə acar olan Dərviş bəy Məmməd
bəy oğlu Palavandov idi. Dini müsəlman idi – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
192
“Dilin sahibi xalqdır” məqaləsindən
…Bu yaxınlarda Azərbaycan Elmlər Akademiyasının Əlyaz-
ma ları İnstitutunda xalqımızın fəxri, böyük hərbi sərkərdə Əli
ağa Şıxlinskinin 1940-cı ildə çapdan çıxmış “Azərbaycan-rusca
lüğət” (Heydər Hüseynovun redaktəsi ilə) haqqında yazdığı
rəyin əlyazmasına rast gəldim. Həmin materialdan faydalan-
maqla bərabər, müəllifin Azərbaycan xalq dilinin sirlərinə nə
qədər dərindən bələd olduğuna heyran qaldım. Dilimizin necə
də gözəl, necə də mənalı sözləri varmış. General Azərbaycan dili
barədə, onun lüğət tərkibinin zənginliyi barədə çox maraqlı
fikirlər söyləməklə yanaşı, lüğətin tərtibçilərinin bir sıra sözlərin
məna çalarlarını nəzərə almaqda, nəticədə onların ruscaya da
düzgün tərcümə etməməkdə təqsirləndirmişdir.
Bizim indiki hərbi mütəxəssislərimizə, hərbi sərkərdələrimizə,
hərbi jurnalistlərimizə tövsiyə etmək istərdim ki, ana dilinə mü-
nasibəti, ana dilini sevməyi general Əli ağa Şıxlinskidən öy rən-
sinlər; heç olmazsa, “dislokasiya” (“qoşun dislokasiyaları, dislo-
kasiya etmək”) kimi qəliz terminlərin azərbaycanlaşdırıl masına
çalışsınlar. Təxminən yetmiş il bundan əvvəl Əli ağa Şıxlinskinin
Azərbaycan dilində yaratdığı hərbi terminlərə də onların
münasibətini bilmək istərdik. Mənə belə gəlir ki, vaxtilə genera-
lın yaratdığı hərbi terminlərdən bu gün də istifadə etmək olar.
Məmməd Qasımov,
filologiya elmləri doktoru, professor
“Ədəbiyyat qəzeti”, 2 sentyabr 1998-ci il
* * *
“Rus ordusu generallarından azərbaycanlı Əli ağa Şıxlinski
çar Rusiyasının Avropa cəbhəsində xidmət etmək üçün Qafqaz
müsəlmanlarından təşkil etmiş olduğu “Vəhşi diviziya”ya
mənsub əsgər və zabitlərdən “Tatar alayı” adı ilə altı yüzə yaxın
Şəmistan Nəzirli
193
süvari toplayaraq, erməni qırğınlarının qarşısını almağa cəhd
göstərdi. Bu qoşunda bir neçə rus zabiti də vardı”.
“Birinci dünya hərbində türk hərbi, Qafqaz cəbhəsi, üçüncü
ordu hərəkatı” tarixi əsərindən. Əsər 1993-cü il Türkiyə Silahlı
Qüvvələri Baş Qərargahının nəşriyyatında çap olunmuşdur”.
* * *
Заместителю председателя Президиума
Азербайджанского филиала
Академии Наук СССР, Г.Н.ГУСЕЙНОВУ
Глубокоуважаемый Товарищ,
Приношу Вам сердечную благодарность за присланные
мне два экземпляра брошюры “Али Ага Шихлинский” и
переведенный мне по телеграфу гонорар две тысячи рублей,
как указано Вами любезно в письме от 11 апреля.
Гонорар получен мною месяц тому назад и я тогда же, за-
казным письмом 10 апреля искренно поблагодарил Мир
Джафар Багирова за этот неожидаемый мною подарок, как
и за другие два щедрые подарка из даров богатой природы
Вашей прекрасной страны.
Очень рад, если по долгу дружбы с Али Ага я мог оказать
посильную помощь в деле издания его интересных и ценных
для истории “Воспоминаний” и если составленное мною
предисловие настолько понравилось Вам, что оно издано от-
дельной брошюрой на его родном языке.
Надеюсь получить от Вас в скором времени вышедшие из
печати “Воспоминания Али Ага Шихлинского” – в знак до-
брой незабвенной памяти о дорогом моем друге, с которым
мы отдали лучшие годы нашей жизни беззаветному служе-
нию родной русской артиллерии. С “Воспоминаниями” Али
Ага необходимо основательно познакомиться широкому
кругу командования нашей молодой доблестной артилле-
рии Красной армии. Позволю себе просить Вас прислать
General Əli ağa Şıxlinski və silahdaşları
194
“Воспоминания Али Ага” главному маршалу нашей артил-
лерии Воронову Николаю Николаевичу и генерал-лейтенан-
там артиллерии И.С.Прочко, В.И.Хохлову и Ф.А.Самсонову,
а также начальнику ГАУ маршалу артиллерии Н.Д.Яковлеву.
От всей души желаю Вам доброго здоровья и успеха во
всем. Искренно Вас уважающий
профессор, генерал-майор
Евгений Барсуков
10.05.1944
Москва
* * *
“…Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi
Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivində general-mayor
Yevgeni Barsukovun M.C.Bağırova göndərdiyi məktubları ilə ta-
nış olmaq mümkündür. General Barsukov Ə.Şıxlinskinin “Xati-
rələri”nin əlyazması ilə tanış olduqdan sonra yazdığı “Müqəd-
dimə”də azərbaycanlı generalın barəsində ürək sözlərini ifadə
etmişdi.
1944-cü il aprel ayının 10-da Moskvadan hərbi elmlər dokto-
ru, professor Y.Z.Barsukov Bakıya göndərdiyi məktubunda ya-
zırdı:
“Çox hörmətli Mir Cəfər! Mən özümə şərəfli bir borc bildim ki, Si-
zin xahişinizi yerinə yetirim. Rus artilleriyasında köhnə dostum və sir-
daşım Əli ağa Şıxlinskinin “Xatirələrim” kitabına müqəddimə yazdım.
Mən bu əməyimə görə cüzi də olsa belə, qonorar almaq fikrində deyil-
dim. Bu gün gözlərimə inanmadım:
Siz mənə füsunkar Azərbaycan torpağının təbii zənginliyinin rəmzi
olan bir ərməğan göndərmisiniz. Sizdən nə gizlədim, müharibənin
törətdiyi fəlakətlər nəticəsində yaranmış ərzaq qıtlığı şəraitində ailəmiz
üçün bu misilsiz yardımdır. Mənə sonsuz sevinc bəxş etdiyiniz həmin
gün Sizdən ikinci hədiyyəni aldım ünvanıma iki min manat məbləğində
pul göndərmisiniz. Sizdən, çox hörmətli Mir Cəfər, nə gizlədim, bu
sürpriz mənim üçün bir möcüzədir, qəlbimin dərinliyindən qopan
Şəmistan Nəzirli
195
minnətdarlığımı qəbul edin. İndiki bahalıq şəraitində fərdi təqaüdümün
məbləği azlıq edir. Stalin mükafatından qəpik-quruş qalıb. Hərbi
nəşriyyatla müqaviləyə əsasən qonorarımı ala bilmirəm. Hələ 1941-ci
ilin mayında Baş artilleriya marşalı N.N.Voronovun razılığı ilə kita-
bım nəşr olunmalı idi.
Bir daha Sizə minnətdarlığımı bildirirəm.
Səmimi hörmətlə:
Yevgeni Barsukov
10.IV.1944, Moskva”.
Arxivdə saxlanılan bir teleqramdan aydın olur ki, Mir Cəfər
Bağırov moskvalı hərbi təqaüdçünü 1 May bayramı ərəfəsində
də yaddan çıxarmamışdır. Azərbaycan K(b)P MK-ya Moskva-
dan göndərilmiş bir teleqramda deyilir:
“Bakı. Azərbaycan KP MK katibi Mir Cəfər Bağırova
May bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Zəngin bay-
ram hədiyyəsi üçün təşəkkürümü bildirirəm. Vətənimizin çiçəklənməsi
naminə Sizə uğurlu fəaliyyət arzulayıram.
professor Barsukov
30.IV.44”
SSRİ EA Azərbaycan filialı tərəfindən bilavasitə Heydər Hü-
seynovun iştirakı ilə ana dilimizdə və rusca 1944-cü il may ayın-
da bu yeddi min beş yüz nüsxə tirajla buraxılmış “Xatirələrim”
kitabının yayılmasına da alimin özü rəhbərlik etmişdi. Bundan
əlavə, M.C.Bağırovun təklifi ilə Heydər Hüseynov general
Y.Z.Barsukovun Əli ağa Şıxlinski haqqında məqaləsini azərbay-
canca və rusca ayrıca kitabça halında nəşr etdirmiş, qonorarını
müəllifə poçta ilə göndərmişdi. Beləliklə, Azərbaycan alimi ilə
rus generalı arasında canlı Bakı-Moskva körpüsü yaranmışdır.
Alim, generalın “Xatirələrim” kitabının Moskvada da yayılması-
nı təşkil etmişdi. Arxiv sənədlərimdən aydın olur ki, Ə.Şıxlinski-
nin “Xatirələrim” kitabı nəşr edildikdən dərhal sonra Heydər
Hüseynov Moskvaya, general Y.Barsukova altı nüsxə göndər-
General Əli ağa Şıxlinski və silahdaşları
196
mişdir. Bir neçə gündən sonra “Müqəddimə” müəllifindən Bakı-
ya aşağıdakı məktub gəlmişdir:
“Hörmətli yoldaş Heydər Hüseynov! Əli ağa Şıxlinskinin kitabın-
dan 6 nüsxə göndərdiyiniz üçün səmimi-qəlbdən təşəkkür edirəm.
Həmin kitablardan beş nüsxəsini Voronov, Yakovlev, Proçko, Xoxlov və
Samsonov yoldaşlara vermişəm... Əgər mümkünsə, SSRİ EA Tarix
İnstitutunun direktoru akademİk Qrekova, bizim şanlı Qızıl Ordunun
komandanlığının Əli ağa Şıxlinskinin “Xatirələrim”i ilə maraqlanan
bəzi üzvlərinə verməkdən ötrü daha 6 nüsxə göndərməyinizi xahiş
edirəm.
Sizə səmimi qəlbən hörmət edən professor Yevgeni Barsukov”.
1944-cü il avqustun 18-də alim Heydər Hüseynov general Əli
ağa Şıxlinskinin vəfatının bir illiyinə həsr edilmiş xatirə gecəsi
keçirmişdir.
“Kommunist” qəzetinin 1944-cü il 20 avqust tarixli sayında
dərc edilmiş “Əli ağa Şıxlinskinin xatirə gecəsi” sərlövhəli xəbər-
də oxuyuruq: “Avqustun 18-də rus ordusunun general-leytenantı Əli
ağa Şıxlinskinin vəfatı gününün birilliyi tamam olmuşdur. Həmin gün
SSRİ Elmlər Akademiyası Azərbaycan filialının böyük salonunda, rus
ordusunun görkəmli generallarından biri olan Əli ağa Şıxlinskinin
xatirə gecəsi keçirilmişdir. Gecədə Qızıl Ordunun zabitləri, alimlər və
ziyalıların nümayəndələri toplanmışlar. Xatirə gecəsini SSRİ Elmlər
Akademiyası Azərbaycan filialı Rəyasət Heyətinin sədri professor Hey-
dər Hüseynov başlanğıc nitqi ilə açmışdır. Sonra mayor Hacıağa İbra-
him bəyli çıxış edərək Əli ağa Şıxlinskinin həyat və fəaliyyəti haqqında
məruzə etmiş və Şıxlinski haqqında öz xatirələrini danışmışdır. Gene-
ral-mayor Tərlan Əliyarbəyov topçuluq sahəsində görkəmli mütəxəssis
olan Əli ağa Şıxlinski haqqında öz xatirələrini söyləmişdir. Rus topçu-
luğunun inkişafında Əli ağa Şıxlinskinin fəaliyyəti haqqında general-
mayor Beskrovnov danışmışdır. Xatirə gecəsi münasibətilə Əli ağa
Şıxlinskiyə həsr edilən ədəbiyyat, fotoşəkilləri və əlyazmaları sərgisi çox
maraqlı idi” (T.Qurban. “Mir Cəfərin məhkəməsi necə hazırlan-
mışdır” məqaləsi, “Ekspress” qəzeti, 5-7 sentyabr 2009-cu il).
Şəmistan Nəzirli
197
* * *
Dostları ilə paylaş: |