GENERAL ƏLİ AĞA ŞIXLİNSKİNİN
MÜDRİK FİKİRLƏRİNDƏN
– Adi bir insan özünü dahi hesab edərsə, demək, o, ən küt bir
adamdır.
– İnsan nə mələkdir, nə də heyvan; ansaq özünü mələk hesab
edəndə heyvan vəziyyətinə düşür.
* * *
1920-ci ildə iyirmi səkkiz aprel çevrilişinin səhəri həbs olunan
general Əli ağa Şıxlinskiyə bolşevik çekisti belə bir sual vermiş-
dir:
– Hansı siyasi partiyanın və ya inqilabın mənafeyini müdafiə
edirsiniz?
General Əli ağa Şıxlinskinin cavabı:
– Hər bir inqilaba əks-inqilab kimi yanaşıram. Heç vaxt belə
şeylərə qoşulmamışam, qoşulmazdım da… Mən hərbçiyəm...
* * *
1919-cu il fevralın iyirmisində general Əli ağa Şıxlinski Gən-
cədə yeni yaranan Azərbaycan ordusunun əsgərləri qarşısında
çıxış edərək demişdir:
– Azərbaycanlılar həmişəlik yadda saxlamalıdırlar ki, doğma
ordu xeyriyyə evi deyildir və ondan ötrü mövcud deyil ki, hər bir
azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun. Ordu Vətənin
dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır.
Özünün xırda şəxsi maraqlarını doğma diyarın və öz xalqının
maraqlarından üstün tutan adamların qiyməti çox deyil və ordu
təəssüf etmədən onlarla vidalaşır. Özlərini düşünən mənasız
adamlar ordunun işini artırmasınlar. Belə insanların heç bir
dövlət xidmətində faydası olmayacaq.
Şəmistan Nəzirli
169
* * *
İyirminci ilin Aprel çevrilişi günlərində Müsavat hökumətinin
daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyov Əli ağa
Şıxlinskidən soruşmuşdur:
– Hə, cənab general, qaçmırsınızmı?
– Öz vətənimdən niyə qaçım ki?
– Sizi öldürərlər.
Ağırtəbiətli general təmkinini pozmadan cavab vermişdir:
– Gələnlər ağıllı adamlar olsalar, məni öldürməzlər, çünki
mən onların işlərinə yararam. Axmaqlardan isə, heç yerdə canını
qurtara bilməzsən. Buna görə də Vətənimin adama ehtiyacı ol-
duğu bir zamanda, mən onu qoyub heç yerə getmərəm.
Tərəzinizi dibindən çıxardan oğullar
1880-ci ildə Tiflis kadet korpusunda təhsil alan kursant Əli
ağa Şıxlinski bir gün dostları ilə şəhərə gəzməyə çıxır. Kursantlar
güclərini sınamaq üçün güc tərəzisinə yaxınlaşırlar. Hamı bir-bir
öz gücünü göstərir. Əli ağaya da təklif edirlər. O deyir ki, gəlsəniz
mən bunu divardan tamam qopardım (o vaxtlar güc sınanan
tərəzi yumruqla vurulmurdu. Divara bərkidilirdi, güc sınayan-
lar onu özlərinə tərəf dartırdı).
Yoldaşları deyir:
– Əli ağa, zarafat eləmə, altıya, yeddiyə qədər çəkə bilsən,
qalibsən.
Tərəziçi:
– Bala, əvvəl çək, sonra öyün, – deyib ona kinayə ilə baxır.
Əli ağa var qüvvəsi ilə elə çəkir ki, güc sınanan tərəzi divar-
dan yerli-dibli qopur.
Tərəziçi:
– Bala, – deyir, – sən doğrudan da güclü imişsən, bu güclə
öyünməyə haqqın var. Beşə qədər çəkənə altı manat düşür. Sən
isə onu yerli-dibli qopartdın. Al, mükafatın on manatdır.
General Əli ağa Şıxlinski və silahdaşları
170
Əli ağa:
– Mənə on manat lazım deyil. Mən istədim biləsiniz ki,
tərəzinizi dibindən çıxardan oğullar da var, – deyə cavab verir.
* * *
Müdrik general Əli ağa Şıxlinski 1919-cu ildə xarici ölkələrə
təhsil almağa gedən gənclər qarşısında çıxış edərək demişdir:
– Vətənə məhəbbət ailə və məktəbdən başlayır.
* * *
1942-ci ildə general Əli ağa Şıxlinskiyə xatirələrini yazmağı
təklif edən filosof-alim Heydər Hüseynova general demişdir:
– Mənim hərbi xidmətim xoşbəxtliklə keçmişdir. Kursant vax-
tımdan ta ordudan istefaya getdiyim günə qədər heç bir
müvəffəqiyyətsizliyə uğramamışam. Gəhgir at kimi gənclik ehti-
rası ilə həmişə irəliyə atılaraq, həyatda öz yerimi tapa bilmişəm.
Rusların “gözəl doğulma, xoşbəxt doğul” qədim atalar sözünü
dəfələrlə özümdə sınamışam. Həm hərbi xidmətdə, həm də şəxsi
həyatımda xoşbəxtlik məndən heç vaxt uzaq olmamışdır. Mən
heç vaxt mənsəb dalınca düşməmişəm, mənsəb özü mənim ar-
dımca gəlmişdir. Hətta demək olar ki, mənsəb özü mənə doğru
yüyürmüşdür. Ona görə mən öz keçmişimə təmiz bir vicdanla
və müasirlərimin üzünə tam cəsarətlə baxıram.
Heydər Hüseynovun həyat yoldaşı Talə xanım xatırlayırdı:
– 1940-cı ildə Mərkəzi Komitəyə çağırılan Heydərdən soru-
şublar ki, nə üçün çar və müsavat generalı Əli ağa Şıxlinski haq-
qında çox yazırsınız?
Heydər bu suala çox sərt cavab vermişdir:
– Bəs nə üçün rus alimləri Suvorov və Kutuzov haqqında
daha çox yazırlar?..
Bizim ailədə generaldan iki gümüş qaşıq – yemək və çay qaşı-
ğı saxlanılır. Onların tutacağında çalkeçirli (Venzelli) generalın
ad və soyadının baş hərfləri yazılıb: “Ə.Ş.”. Bunları general Əli
ağa Şıxlinski özü Heydərə hədiyyə verib.
Şəmistan Nəzirli
171
DANIŞAN SƏNƏDLƏR
Azərbaycan korpusu komandirinin məlumatı
№ 67, 13 dekabr 1918-ci il, Gəncə şəhəri
Azərbaycanın müstəqil respublika elan edilməsi mənə may
ayının 27-də qəzetlərdən aydın oldu.
Mən mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini
artıq hazırlamışdım; layihə arxasında izahedici qeyd olan
müfəssəl sxem əlavə edilmişdi.
Bu layihədə, ümumi şəkildə aşağıdakılar deyilirdi:
I. Hərb nazirliyinin idarə və müəssisələri ordunun təşkilat,
tədris, tərbiyə və təminatı üçün heç bir şeyi əsirgəməməlidir.
Aşağıdakıların təşkil edilməsi zəruridir:
1) nazirliyin dəftərxanası;
2) Ali Baş Qərargahın idarəsi (elə özü də baş qərargah);
3) intendantlıq;
4) artilleriya idarəsi;
5) qoşunların yerləşdirilməsi təminatı üzrə şöbə ilə hərbi tex-
niki idarə;
6) məhkəmə və sanitar qüvvələri və sairə.
Bundan başqa hərb naziri – əgər o, mülki şəxsdirsə – onda o,
özünün yanında səlahiyyətli şəxslərin çox kiçik sayından hərbi
şura yaratmalı və qoşunların təlim və tərbiyəsinə bilavasitə
nəzarət etmək üçün köməkçi təyin etməlidir.
Artıq məsul vəzifələrə mənə şəxsən tanış olan şəxslər təyin
edilmişlər. Yeri gəlmişkən, dəftərxana rəisi vəzifəsinə Koll dəvət
edilmiş və o da tam razılıq vermişdir. Rus hərb nazirliyinin
dəftərxanasında uzun müddət xidmət etmiş və bu müəssisənin
iş fəaliyyəti ilə əla tanış olan Genşelman müşavir vəzifəsinə təyin
edilmişdir.
II. Şöbə rəislərinin hamısı çox yüksək maaş alan əlahiddə kor-
pusun iri qərargahları və idarələri ləğv edilsin və hərb nazirliyi-
General Əli ağa Şıxlinski və silahdaşları
172
nin idarə və müəssisələrinin qurulmasında həmin rütbəli şəxs-
lərdən istifadə edilsin.
Diviziyalar bilavasitə hərb nazirinə və ya onun köməkçisinə
tabe edilsin. Gözəl təlim və tərbiyə almış, Mancuriyada müvəf-
fəqiyyətlə döyüşən, yüksək döyüş qabiliyyətli yapon ordusunun
korpus təşkilatı haqqında təsəvvürü belə yox idi.
Bundan başqa heç bir hərbi-dairə idarəsi nəzərdə tutulmurdu.
Hərb nazirliyinin idarə və müəssisələri öz növbələrində gənc
və son dərəcə kiçik olan dövlətin vasitələri və onun qoşunlarının
sayına müvafiq olaraq – ziyalı qüvvələrə artıq dərəcədə qənaətlə
yanaşmağı təşkil etməlidirlər.
III. Bu əsas layihə ilə yanaşı olaraq mən başqa ehtimalı da
nəzərdə tuturdum:
1) Hərb naziri (onda bu vəzifəyə mülki şəxs təyin edilmişdi)
onun korpus komandirinə verəcəyi tapşırıqlar müqabilində özü-
nün şəxsi yazışması üçün çox az sayda yavərlər və kargüzarlar
ştatı alır.
2) Əlahiddə korpus idarəsi demək olar ki, qalır, gənclərin
hərbi qulluğa səfərbərliyi və qoşunların yerləşməsinin təminatı
üzrə olan orqanlarla tamamlanır.
3) Korpus komandiri hökumətin müzakirə etdiyi hərbi
məsələlərin hamısında nazir ilə bərabər səs hüququna malikdir.
IV. Birinci layihə (qismən və 2-ci ehtimal şübhəsiz olaraq aşa-
ğıdakı faydaları verə bilərdi):
1) bizdə həddən artıq az olan, zabit və hərbi məmurların,
xüsusilə Ali Baş Qərargahın zabitlərinin və hərbi mühəndislərin
ziyalı qüvvələrin qənaət edilməsi;
2) çoxlu pul qənaəti;
3) idarənin bəsitləşməsi, belə ki, müasir şəraitdə qətiyyən la-
zım olmayan bir instansiya azalacaqdır.
V. Hökumət Gəncə şəhərinə köçən kimi (iyun ayının
əvvəlində) mənim layihəm hərb nazirliyi müəssisələrinin
müfəssəl sxemi şəklində Nazirlər Sovetinin sədrinə təqdim edil-
mişdir.
Şəmistan Nəzirli
173
Ehtimal edilirdi ki, hökumətə tam məlumatı, yəqin ki, Nazirlər
Sovetinin müvafiq iclasına dəvət ediləcək korpus komandiri
şəxsən özü təqdim edəcək. Lakin mən heç bir yerə dəvət edil-
məmişəm və layihə haqqında heç bir xəbərdarlıq almamışam.
Güman edirəm ki, layihə heç müzakirə edilməmişdir, çünki Bakı
quberniyasının bolşeviklərdən təmizlənməsi və bunun üçün la-
zım olan xarici kömək ilə əlaqədar olaraq yaranmış xüsusi şəraitə
görə hökumət hərb naziri təyin etməkdən imtina etmişdir.
Mən bu sadə məsələnin üstündə ona görə çox dayanıram ki,
mən çox zəif olduğuma görə bizim hamımızın həyəcanına səbəb
olan mövzu haqqında qəti danışa bilmirəm və şəxsən məlumat
vermək imkanından məhrumam.
VI. Bizdə hərb nazirliyinin yaradılması və yuxarıda göstər-
diyim prinsiplərin Siz cənab zat-ali …….. bəyənəcəyinə tam
əmin olaraq aşağıdakı vəsatətləri edirəm:
1) Azərbaycanın korpus qərargahı dərhal ləğv edilsin;
2) Onun şəxsi heyətindən qalan və onun təşkili üçün dəvət
olunmuş şəxslərdən hərb nazirliyinin idarə və müəssisələrinin
yaradılmasında istifadə edilsin.
general-leytenant
Əli ağa Şıxlinski
Vahid türk terminologiyası üzrə nəticə
Türk xalqları üçün hərbi terminologiyanın birləşdirilməsi,
aşağıdakı iki əsasa görə əhəmiyyətli sayıla bilər:
1) Hərbi terminologiyada müxtəlif fikir ayrılığı nə qədər az
olarsa, ordu üçün o qədər yaxşıdır.
2) Terminologiyanın birləşdirilməsi türk dilinə daxil olmuş
xarici sözlərin hamısının da olmasa, çoxunun (əsas etibarilə ərəb
və fars sözlərinin) əvəz edilməsi üçün lazım olan miqdarda əsl
türk sözlərini toplamaq imkanını verə bilər. Xarici sözlərin axını,
General Əli ağa Şıxlinski və silahdaşları
174
bu və ya digər dərəcədə unudulmuş, ya da ki, türk mənşəli müx-
təlif xalqların saymadıqları ana sözlərinin ədəbi türk dilindən
“qovub” çıxarmışlar.
Bir çox əsl türk sözləri var ki, onlar Azərbaycanda çox geniş
işləndiyi halda, Tatarıstanda, Özbəkistanda və sair yerlərdə
işlənmir və əksinə, o respublikalarda işlənən sözlər Azərbaycanda
işlənmir.
Vahid türk hərbi terminologiyasının praktik olaraq həyata
keçirilməsi üçün aşağıdakıları etmək olar:
1. Marağı olan respublikaların nümayəndələrindən ibarət ko-
missiya təşkil etmək. Komissiyaya rus və türk dillərinin (öz xalq-
larının ləhcəsini) mükəmməl bilən və hərbi işlə əsaslı surətdə
tanış olan şəxslər daxil olmalıdır.
Komissiyanın yeri Bakı şəhərində müəyyən edilməlidir, çünki
şəhər həm coğrafi mövqeyinə görə uyğun gəlir, həm də orada
komissiyanın kooptasiya edə bilən, türk dilini yaxşı bilən şəxslər
çoxdu. Komissiyanın tərkibinə daxil edilmiş şəxslərin sayı az ol-
malıdır.
2. Terminoloji lüğətin tərtib edilməsi üçün komissiya Orduda
qəbul edilmiş terminlər məcmuəsini vermək lazımdır. Məcmuə
təcili surətdə Moskvada hazırlanmalıdır. Məcmuəyə köhnə hərbi
terminlər (avanqard, aryerqard, zastava və s.) kimi tarixi əhə-
miy yəti olan və bugünkü gündə də öz əhəmiyyətini itirməmiş
köhnə hərbi məcmuələrdə saxlanmış sözləri də daxil etmək la-
zımdır.
3. Komissiya öz işində həddən artıq ehtiyatlı olmalıdır, heç bir
dilə üstünlük verməməlidir ki, heç bir şübhə, narazılıq yaranma-
sın.
Xalqların siyasi həyatında dil çox böyük əhəmiyyətə malikdir.
Bunu Fridrix Engels aşağıdakı sözlərlə çox əla ifadə etmişdir:
“Dövlətlərin təbii sərhədləri dil və simpatiyalar ilə müəyyən edi-
lir”.
Komissiya bütün türk xalqları üçün absolyut vahid terminlərin
yaranmasına çalışmalıdır.
Şəmistan Nəzirli
175
Əgər onlardan hər biri, digərindən xarici sözləri və ya boş söz
yerlərini əvəz etmək üçün əsil türk sözü qəbul edərsə – bu əsas
hal kimi qəbul edilməməlidir – və yaxud öz sözünün əvəzinə
daha münasib əsil türk sözü seçərsə, bu kifayətdir. Bu hallar va-
cib deyildirlər, söz seçmək, səs çoxluğundan asılı olmayaraq kö-
nüllüdür.
Azərbaycan Hərbi Redaksiya Nəşriyyat Komitəsinin və
Azərbaycan SSR-in Maarif Xalq Komissarlığının Elmi-termino-
loji Komissiyasının təqdir etmiş, mənim tərtib etdiyim “Qısa
hərbi lüğət” türk hərbi terminologiyasının birləşdirilməsi komis-
siyasının işi üçün kifayət qədər material verə bilər.
Azərbaycan Redaksiya-Nəşriyyat
Komissiyasının Sədri
Əli ağa Şıxlinski
2 iyun 1925-ci il
* * *
Əlahiddə Azərbaycan Korpusunun komandiri ge-
neral-leytenant Əli ağa Şıxlinski Hərbi nazirin müa-
vini təyin edilməsi haqqında Səməd bəy Sadıq bəy
Mehmandarovun Fətəli xan Xoyskiyə
Təqrir
№799, Gəncə
25 noyabr 1918-ci il
Müsəlman hərbiçiləri arasında ziyalı zümrənin kasadlığını
nəzərə alaraq general-leytenant Əli ağa Şıxlinskinin təqririni
təqdim etməklə, mən, onun Hərbi nazirin müavini təyin edilməsi
barədə vəsatət verirəm. Bu vəsatət bir də o mülahizədən doğur
ki, mənə yaxın zamanlarda müxtəlif hissə, idarə və anbarları
yoxlamaq üçün tez-tez getməli olacağam, buna görə də Yeliza-
vetpolda (Gəncədə – Ş.N.) müavinin olması zəruridir. Bundan
General Əli ağa Şıxlinski və silahdaşları
176
başqa, general Əli ağa Şıxlinskiyə mən bütün texniki və hərbi
tədris müəssisələrinə rəhbərliyi həvalə etmək fikrindəyəm.
Tam artilleriya generalı:
Səməd bəy Mehmandarov
Baş Qərargahın rəisi,
polkovnik:
Həbib bəy Səlimov
* * *
Azərbaycan Redaksiya-Nəşriyyat Komissarlığının
Sədri Əli ağa Şıxlinskiyə
NKP yanında Elmi Türk
Terminologiyasının tərtib
edilməsi komissiyası
20 avqust 1925-ci il
Sizin 2 iyun 1925-ci il sorğunuza cavab olaraq Elmi-Türk Ter-
minologiyasının Komissiyası bildirir ki, SSRİ -də vahid termino-
logiyanın tərtib edilməsi siyasi məsələ olduğu üçün, bu məsələyə
dair Komissiyanın fikir söyləməyə hüququ yoxdur. Yalnız onu
əlavə edə bilərik ki, Komissiyanın razılığı ilə Əli ağa Şıxlinski
ASSR üçün üç min sözdən ibarət olan Hərbi Lüğət tərtib edilmiş-
dir, lakin o hələ çapdan çıxmamışdır.
Komissiyanın sədri – imza
Katib – imza
Əsli ilə düzdür: Az. MİK-in iş icraçısı – imza və tanış olub: Əli
ağa Şıxlinski.
1
* * *
1
General Əli ağa Şıxlinskinin tərtib etdiyi 280 səhifəlik “Rusca-türkcə
qısa hərbi lüğət” əsəri 1926-cı ildə “Azərbaycan hərb redaksiyası”
tərəfindən Bakıda nəşr olundu. Həmin əsərə görə Əli ağa Şıxlinski SSRİ
Hərbi İnqilab Şurasının 1928-ci il 23 fevral tarixli qərarı ilə Fəxri Fərmanla
təltif edilmişdir – Ş.N.
Şəmistan Nəzirli
177
Çox hörmətli və əziz Əli ağa!
Mən bu gün keçmiş rus ordusunda öz xidmət yoldaşım və
dostum kimi tam artilleriya generalı Səməd bəy Mehmandarova
məktub yazmışam. Əli ağa, eyni duyğularla Sizə də məktub ya-
zıram. Habelə mənə Azərbaycan Cümhuriyyəti qoşunlarında
hər hansı bir vəzifə verilməsi xahişi ilə müraciət edirəm. Mən
könüllü ağqvardiya Ordusunda Kazak briqadası komandiri kimi
kiçik bir vəzifə tuturdum. Sonra qısa müddətdə Kuban ordusu
qərargahı yanında tapşırıq generalı oldum.
Ailəmin yaşayışını təmin edə bilməkdən ötrü istənilən vəzi-
fəyə qane olacağam. Siz məni tanıyırsınız. Mən istənilən vəzifədə
Azərbaycan Cümhuriyyətinə faydalı olacağam. Xidməti (hərbi)
sədaqət andı içməyə hazıram. Arvadım və uşaqlarım – qızlarım
Vera və Nadejda Sizə, Əli ağa və Nigar xanıma səmimi salamla-
rını göndərirlər.
Sizə səmimi sədaqət və səmimi hörmətlə
V.İrmanovlar ailəsi.
31 mart 1918-ci il Kutaisi şəhəri
1
* * *
1914-cü il sentyabrın 8-də general-mayor Əli ağa Şıxlinskinin
Baş Artilleriya İdarəsinə ərzindən:
“Uçan aparatlarla mübarizədən ötrü, ordumuzu xüsusi səhra
topları ilə təchizin təxirəsalınmaz zəruriliyi məni əlbəəl, uçan
aparatlara atəş açmaq üçün 3 düymli toplarla silahlanmış 4 top
avtomobil batareyasının yaradılması barədə vəsatət qaldırmağa
sövq edir. Deyilən batareyanın formalaşdırılmasının və ona ko-
1
İrmanov Vladimir Aleksandroviç (18.10.1852-27.04.1931) – tam artil-
İrmanov Vladimir Aleksandroviç (18.10.1852-27.04.1931) – tam artil-
leriya generalı. Port-Artur və Birinci Dünya müharibəsində Əli ağa Şıx-
linski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə döyüşlər aparmışdır.
Oktyabr inqilabından sonra ağqvardiyaçıların könüllü ordusunda birinci
Qafqaz-kazak korpusunun komandanı olmuşdur. Ağqvardiyaçıların məğ-
lu biyyətindən sonra Yuqoslaviyaya mühacirətə getmiş, 1931-ci ildə No-
visad şəhərində vəfat etmişdir. – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
178
mandanlığın qvardiya ştabs-kapitanı Tarnovskiyə həvalə olun-
masını vacib sayıram. Zira, əvvəla, təklif olunan toplar Putilov
zavodunda ştabs-kapitan Tarnovskinin niyyətinə görə və
nəzarəti altında hazırlanır və zabitlərdən heç biri təklif olunan
topla hal-hazırkı vaxtda qvardiya ştabs-kapitanı Tarnovski qədər
tanış ola bilməz. Və sonrası, həmin batareyaya komandanlıq ona,
döyüş təcrübəsi əsasında öz sistemini gələcək təkmilləşdirmə
üçün çoxlu qiymətli məlumat gətirər…
1
* * *
Türk generalı Xəlil Paşanın (1882-1957) yavəri yüzbaşı
Səlahəddinin general Əli ağa Şıxlinski haqqında xatirəsindən
Gümrüdə olduğumuz günlərdə, çarlıq ordusunda topçu ko-
mandanı olmuş general Əli ağa Şıxlinski bizə xidmət etmək üçün
gəlmişdi. Əli ağa Şıxlinski Şıxlı kəndindən idi. Yeni qurulan
Azərbaycan İslam ordusunda və ya məmləkəti olan Şimali Qaf-
qaz Dövləti ordusunda xidmət etmək istəyirdi. Xəlil Paşa bu
adama çox hörmət göstərdi. Əli ağa Şıxlinski bizə gəldiyi zaman
əynində hələ də rus hərbi forması və çarın ordenləri vardı. Xəlil
Paşa ona bir türk ordeni verdi və rus ordusundakı rütbəsinə
bərabər olan tam general (general-leytenant) türk forması geymə
səlahiyyəti verdi. Üstəlik, atlarından birini hədiyyə etdi. General
Əli ağa Şıxlinski təxminən bir həftə Gümrüdə qaldı. Bir vaxtlar
komandanlıq etdiyi şəhəri gəzdi. Bəzən mən də onunla birlikdə
gəzirdim. Bir gün Gümrüdə kazarmaların yanındakı hərbi
kilsəni gəzərkən mənə belə dedi: “Siz bu kilsədə gəzərkən nə
hiss edirsiniz?”. “Heç bir şey”. “Mən həyatımda iki dəfə çar
həzrətlərilə birlikdə bu kilsədə mərasimdə iştirak etdim. Böyük
rus imperiyasının varlığını, dəbdəbəsini o mərasimdə görmək
1
Sənəd 2003-cü ildə (dekabr ayı) Moskvada çıxan “Техника и
вооружение” jurnalından götürülüb. Jurnalda “Rus zenit artilleriyasının
yenilikçisi” adlı məqalə və general Əli ağa Şıxlinskinin fotoşəkli də
verilmişdir – Ş.N.
Şəmistan Nəzirli
179
çox gözəl idi. İndi sanki o günləri yenidən yaşayıram kimi həzz
içindəyəm. Çar həzrətləri çox böyük insandı. Heyf ondan…”.
“Yüzbaşı Səlahəddinin romanı” kitabı, İstanbul,
1984, səh.417-418
* * *
1919-cu il 2 iyun tarixli sayında “Azərbaycan” qəzeti Əhməd
Cavadın “Abbaszadə Mirzə Abbasın yubileyi” məqaləsində yazır:
“Ərəş Türk Müəllimlər İttifaqının və sairənin teleqramı oxu-
nub, alqışlanır. Bundan sonra hərbiyyə nazirinin müavini gene-
ral Əli ağa Şıxlinski, bələdiyyə rəisi qubernator Xudadat bəy
Rəfibəyov, Qazax Müəllimlər İttifaqı nümayəndəsi söz söyləyib,
alqışlanır”.
* * *
General Əli ağa Şıxlinski Avropaya oxumağa gedən
azərbaycanlı tələbələr haqqında deyir:
“Üç ildir tələbələr Darülfünunsuz qalmışdır. Amerikaya
tələbə göndərilir. Qərbə qoşulub müasir həyata hazır qayıtmalı.
Qərbə yüksək idealla getməli. Avropa və Amerikaya gedənlər
bilməlidirlər ki, niyə və nə üçün gedir. Rusiyada təhsil alanlar
milli həyatla yaşamalıdırlar. İlyaslar – İlya, Məhəmmədlər –
Mişa, Vəlilər – Vasya və Vladimir olmamalıdırlar. Onlar Vətənə
yüksək idealla, milli hislərlə, ziyalı kimi qayıtmalıdırlar”.
“Azərbaycan” qəzeti,
1919-cu il, 24 yanvar
Əli ağa Şıxlinskiyə verilmiş vəsiqə
31 iyul 1920-ci il
Bu vəsiqəni təqdim edən Əli ağa Şıxlinski yoldaş Azərbaycan
İnqilabi Komitəsi tərəfindən gələcəkdə döyüş cəbhəsinə yola
düşmək üçün Moskvaya – RSFSR İnqilabi Hərbi Şurasının sərən-
camına göndərilir.
General Əli ağa Şıxlinski və silahdaşları
180
Bütün hərbi və mülki idarələr, ayrı-ayrı şəxslər yolboyu Əli
ağa Şıxlinski yoldaşa mənzilbaşına maneəsiz çatmağa və ona qa-
nuni kömək göstərməyə çağrılır.
Əli ağa Şıxlinski yoldaşda olan əşyalar və ərzaq məhsulları
müsadirə və rekvizisiya oluna bilməz.
Azərbaycan İnqilab Komitəsinin Sədri
N.Nərimanov
İdarə işlər naziri
imza
* * *
Qafqaz cəbhəsi Qoşunlarının Baş Komandanı
vəzifəsini icra edən general Y.V.Lebedinskiyə
R a p o r t
İndiki zamanda geyim formasının dəyişdirilməsi, o cümlədən
mövcud çiyin poqonlarının klapanlarla (petlisa – Ş.N.)
əvəzlənməsi ordumuza yeni zərbə vurar və haradasa azacıq qa-
lan milli ruhun daha da aşağı düşməsinə aparıb çıxarar.
Yenidən formalaşdırılan Müsəlman Korpusu üçün ləğv
fəlakətli rol oynaya bilər. Buna görə də Müsəlman Korpusundan
ötrü geyim formasının təsdiqi haqqında təkidlə xahiş edirəm.
Ümumi cizgilərlə bu forma belə layihələndirilmişdir:
– baş geyimi – papaq; kokarda əvəzinə – beşguşəli ulduz;
– çərkəzi paltar və başlıq;
– ərəb əlifbası ilə “Müsəlman” şifrli və hərbi hissənin nömrəsi
olan çiyin poqonları.
Geyim formasının ətraflı təsviri əlavə təqdim olunacaqdır.
Müsəlman Korpusunun Komandiri
general-leytenant Əli ağa Şıxlinski
1
9 fevral 1918-ci il
1
Bu vaxt Azərbaycan Hərbiyyə Nazirliyi yaranmamışdır. 1918-ci il
noyabrın birində Hərbi Nazirlik, noyabrın 15-də isə Ümumi Qərargah,
1919-cu ilin mart ayında Baş Qərargahın Baş İdarəsi təşkil edildi – Ş.N.
Şəmistan Nəzirli
181
* * *
Tam artilleriya generalı Əli ağa Şıxlinskiyə
Teleqram
Gəncədən
Hərbiyyə naziri Səməd bəy Mehmandarovun və şəxsən öz
adımdan tam artilleriya generalı rütbəsi ilə təltif olunduğunuza
görə Sizi ürəkdən təbrik edirik.
General-mayor
Həbib bəy Səlimov
1
Qazax general-qubernatoru hörmətli cənab Əmirxan
2
№179
12 fevral 1920-ci il
Bakı şəhəri
Qəzetlərdə məzmunu təxminən aşağıdakı mövzuda olan ya-
zılar peyda olub:
“Qazaxdan təxribat xarakterli xəbərlər gəlir ki, guya general
Əli ağa Şıxlinski, Daxili işlər naziri Məmmədhəsən Hacınski,
doktor Qarabəy Qarabəyov və Qarabağ general-qubernatoru
1
Bu tarixsiz teleqram fonda (f.2898, iş 2, 11, səh.221) əlyazması halın-
dadır. Əli ağa Şıxlinski bu ali rütbəyə 28 iyul 1919-cu ildə Azərbaycan De-
mokratik Cümhuriyyətinin 339 saylı əmriylə təltif olunmuşdur – Ş.N.
2
Əmirxan Cahangir xan oğlu Xoyski (1888-1954) 1919-cu il oktyabrın
13-dən 1920-ci il aprelin 27-dək Qazaxda qubernator olub. Xarici işlər na-
ziri Fətəli xan Xoyskinin qardaşı oğlu idi. Bolşevik-daşnak təzyiqindən
iyun ayında bacısı Sarabəyimlə Türkiyəyə qaçdı. 1954-cü ildə İstanbul
şəhərində vəfat etmişdir.
Məktub-teleqram elə bir vaxtda yazılmışdır ki, yerli bolşeviklər və Ru-
siyadan gələn təxribatçılar həm Milli orduda, həm də yüksəkrütbəli ziya-
lılar arasında şayiə yayıb onlarda Azərbaycan hökumətinə qarşı inamsız-
lıq yaradırdılar. Daha doğrusu, hökumət orqanlarının və şəxsiyyətləri bir-
birinə vuruşdurmaq məqsədi güdürdülər. Məktubun surəti Milli
Təhlükəsizlik Nazirliyinin Arxivində (iş №4344, səh.137) saxlanılır – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
182
(Xosrov bəy Sultanov – Ş.N.) hakimiyyəti ələ almaq niyyətilə
hərbi çevriliş eləməyə hazırlaşırlar”.
Aparılan sorğulardan məlum olur ki, siz bu barədə Ömər Faiq
əfəndiyə (Nemanzadə – Ş.N.) və parlamentin üzvü Mustafa bəy
Vəkilova demisiniz.
Siz bilirsiniz ki, yüksək vəzifədə olan hərbçinin sui-qəsddə iş-
tirak etməsi necə böyük bir cinayətdir.
Yalnız bircə dəfə mənə Sizi görmək nəsib olub. Mən inanıram
ki, ciddi səbəb olmadan Siz məni günahlandırasınız: görünür
siz, özünüz inandığınız adamdan bu barədə eşitmisiniz.
Xahiş edirəm, tezliklə mənə bu ağ yalanı Sizə çatdıran adamın
kim olduğunu bildirəsiniz ki, bu bədxah şər kələfini açaraq gü-
nahkarı məsuliyyətə cəlb edə bilim.
Sizə hörmət edən: Əli ağa Şıxlinski.
* * *
Azərbaycan Respublikasının
Hərb naziri
№ 3157, 9 mart 1920-ci il
Bakı şəhəri
Şəxsi təşəbbüslər əsasında yaradılmış Qırmızı Aypara Azər-
baycan Cəmiyyəti, eyni zamanda böyük dövlət əhəmiyyətinə
malikdir. Müharibə şəraitində vətənin hərbi müəssisələrinə,
eləcə də fəlakətə məruz qalmış respublika əhalisinə kömək
etmək vəzifəsini üzərinə götürmüş Qırmızı Aypara Azərbaycan
Cəmiyyəti xalq kütlələrinin geniş köməyinə arxalanmaq üçün
tam əsası olan bir təşkilatdır.
Lakin, respublikanın bütün müəssisə və ictimai təşkilatlarının
işlərinin təşkilatçılıq dövrünə nəzər salsaq, görərik ki, başlanğıc
işlər zamanı bu cəmiyyətin nə dərəcədə dövlət əhəmiyyəti kəsb
etdiyinə kifayət qədər qiymət verilməyə də bilər. Həm də əgər
öz müstəqilliyində hələ gənc olan xalq kütlələrinin siyasi dövlət
Şəmistan Nəzirli
183
kamilliyinin zəif olmasını nəzərə alsaq, aydın olar ki, ancaq
vətəndaşların zamanlar özünü kifayət dərəcədə doğrultmaya-
caqdır.
Bununla yanaşı, gənc respublikanın dövlət formalarının və
müəssisələrinin öz xalqının inamına və hörmətinə nail olmaları-
nı yadda saxlayaraq, yeni təsis edilmiş Qırmızı Aypara
Azərbaycan Cəmiyyətinin işinin ilk çağlarında, təşkilat dövrü
üçün maddi təminatının möhkəm əsasını yaratmaq üçün, onun
dövlət tərəfindən himayə edilməsi məsələsi irəli çıxır; daha son-
ra isə, şübhəsiz ki, yaxın gələcəkdə respublikanın həmin xalqının
maraqlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş
vəzifələrin yerinə yetirilməsi üçün, xalqın rəğbəti çoxlu ianə axı-
nı verəcəkdir.
Bütün bunlar haqqında məlumat verərək və Qırmızı Aypara
Cəmiyyətinin Baş İdarəsinin təchizatı və birinci üç ayda onun
saxlanması üçün smeta təqdim edərək, 483.490 manat məbləğində
hesablanmış pulun buraxılması haqqında Azərbaycan Respubli-
kasının Parlamenti qarşısında vəsatət qaldırıram.
Bu qanun layihəsi mart ayının 10-da Nazirlər Sovetinin qərarı
ilə bəyənilmişdir.
Əlavə: İzahedici yazı ilə birlikdə smeta və Nazirlər Sovetinin
dəftərindən çıxarışın surəti.
İmza: Hərb naziri vəzifəsini müvəqqəti icra edən
tam artilleriya generalı Əli ağa Şıxlinski.
İmza: Ordu Qərargah rəisi vəzifəsini müvəqqəti
icra edən general-mayor Əbdülhəmid bəy Qaytabaşı.
İmza: Hərb Nazirliyinin dəftərxana rəisi vəzifəsini
müvəqqəti icra edən kollegiya məsləhətçisi.
General Əli ağa Şıxlinski və silahdaşları
184
* * *
Azərbaycan Respublikası Hərbi İdarəsinin
(Ordu Qərargahı üzrə)
197 №-li ƏMR
Bakı şəhəri
8 aprel 1920-ci il
Səhhətim pozulduğuna görə aprelin 6-da işdən azad
edilməyim, istefaya çıxmağım haqqında raport vermişəm.
Bu halda Hərbi İdarə üzrə məlumat verərək, qanun əsasında
müvəqqəti olaraq Hərbi Nazir vəzifəsini icra etməyi Hərb Nazi-
rinin müavini, artilleriya generalı Əli ağa Şıxlinskiyə təklif
edirəm.
Yeni hərbi nazir təyin edilənə qədər mən xəstə sayılıram.
Hərb naziri, artilleriya generalı: Səməd bəy Mehmandarov
Ordu Qərargahı rəisi vəzifəsini
icra edən, general-mayor:
Əbdülhəmid bəy Qaytabaşı
P.S. Bundan əvvəl də hərbi nazir Səməd bəy Mehmandarov
1919-cu il dekabrın 30-dan 1920-ci il fevralın 12-dək, ayyarım
səhhəti ilə əlaqədar hərbi xidmətdə olmamışdır – Ş.N.
* * *
Azərbaycan Respublikası Hərbi İdarəsinin
(Ordu Qərargahı üzrə)
222 №-li ƏMR
Bakı şəhəri
24 aprel 1920-ci il
Şəmistan Nəzirli
185
Dostları ilə paylaş: |