ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   2   3   4   5   6   7   8   9   ...   33

Düşmən təslim olmayanda

Mehmandarovun gəlişinə yığışanlar çəkilib getdilər. Otaqda 

nazirdən başqa üç nəfər qalmışdı: qubernator Xosrov bəy Sulta-

nov,  general  Həbib  bəy  Səlimov  və  polkovnik  Bəhram  bəy 

Nəbibəyov. Nazir qonaq üçün ayrılmış otağın bürkülü havasın-

dan  darıxdı.  Üzürxahlıq  edib  yan  otağa  keçdi.  Bir  azdan  ev 

qiyafəsində qayıdıb: 

– Qafqazda, hər yer gözəldir! – dedi. – Amma mənim Vətənim, 

dədə-baba torpağım Qarabağın füsunkar təbiətinin tayı-bərabəri 

yoxdur. Əlli ilə yaxın ondan cismən ayrılsam da, ruhən həmişə 

qarabağlı  olmuşam.  Uzaq  Şərqdə,  Port-Arturda  və  Varşavada 

olanda da həmişə onu xatırlayıb, istəmişəm. Dünyada heç nəyi 

– nə var-dövləti, nə cənnəti, nə də onun mələklərini istəməmişəm. 

Ən böyük arzum istefaya çıxıb ömrümün axırına kimi Şuşada 

yaşamaq olub. Atam rəhmətlik bu şəhəri övladı qədər sevərdi. – 

Üzünü qubernator Xosrov bəyə tutub: – Sənə qibtə eləyirəm, – 

dedi, – qardaşım! Bilirəm ki, bu namərd daşnakların öhdəsindən 

Qarabağ general-qubernatoru kimi bircə sən gələ bilirsən. Çünki 

sən, üzünə demək olmasın, hünər, əməl, iş adamısan. Nə isə, bu 

təhlükədən də sovuşduq…



Şəmistan Nəzirli

71

Mehmandarov bu tərifləri Xosrov bəy haqqında nahaq yerə 



demirdi. Ötən ilin yayında Qarabağda hay-küy qaldıran daşnak-

ları yenə Xosrov bəy diz çökdürmüş və onları silah gücünə Azər-

baycan hökumətini tanımağa məcbur etmişdir. Hətta Şuşadakı 

gizli daşnak komitəsinin üzvlərini qovub ərazidən çıxartmışdı. 

Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhvali-ruhiyyəli 

müsəlmanların  köməyilə  səs  yaymışdılar  ki,  hərbiyyə  naziri 

Xosrov bəyi geri çağıracaq. Bu şayiələri kəsmək üçün Üzeyir bəy 

Hacıbəyli “Azərbaycan” qəzetində (24 iyun 1919-cu il) yazırdı:

“Həqiqətən, Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisdir. 

Qarabağ həyatına tamamilə aşna olan bu zat sağlam bir vücuda 

malik  olan  kimi,  sağlam  və  salamat  politika  yeridən  və  təht 

idarəsinə  tapşırılmış  olan  ümum  mənafeyini  xüsusi  surətdə 

nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğti-

şaşlar çıxarmaqla  Qarabağ  general-qubernatorunu  baş koman-

danlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları 

arasında  böyük  və  layiqli  bir  nüfuza  malik  olan  və  erməni 

cəmaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qaraba-

ğın hökuməti başında olmasa idi, burası Azərbaycanın cənnəti 

hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital 

ocağı olmuşdu”.

Dəmir çarpayıda mütəkkəyə dirsəklənən nazir astadan yor-

ğun-yorğun  danışırdı.  Onun  səsindəki  yaşlı  adamlara  məxsus 

kövrəklik həmsöhbətlərinin diqqətindən yayınmamışdı.

– Altmış dörd yaşım var, – deyirdi general, – xoşbəxtəm ki, 

ömrümün sonunda bir əsgər kimi vətənimə gərək oldum. – Son-

ra  birdən  nəyisə  xatırlamış  kimi  oldu.  –  Balam,  elə  təkcə  mən 

danışıram... Bəs siz? Mən Bakıdan sizi eşitməyə gəlmişəm. Ba-

yaq  Əsgərandan  qayıdanda  Həbib  bəydən  soruşdum  ki,  Dəli 

Qazar əməliyyatı necə olub, təfsilatı ilə bir danış görüm. O da 

cavab verdi ki, həmin əməliyyatı polkovnik Bəhram bəy aparıb, 

o da Sizə danışacaq. Hə, Bəhram bəy eşidirik səni.

Ayaq üstə dayanan Bəhram bəy gözləmədiyi sualdan qıpqır-

mızı oldu.


General Əli ağa Şıxlinski və silahdaşları

72

Nazir:



– Danış, – dedi, – burda çəkinməyin yeri deyil. Bu qələbənin, 

əgər belə demək mümkünsə, qəhrəmanı sənin batareyandır.

General Həbib bəy dostunun sıxıldığını görüb onun köməyinə 

gəldi:


– Daşbaşı yüksəkliyi uğrunda döyüşlərdə artilleriyanı susdu-

ran Bəhram bəy əvvəlcə məni hövsələdən çıxarmışdı. Yavərim 

tez-tez xatırladırdı ki, Bəhram bəy deyir tələsməsin. Dəli Qazar-

sa elə hey irəliləyirdi. Onu da deyim ki, Bəhram bəy batareyasını 

çox böyük məharətlə meşənin ətəyində gizlətmişdi. Sanki, düş-

mən  qarşısında  heç  nə  yox  idi.  Dəli  Qazarın  süvari  dəstəsi  də 

inamla irəliləyirdi. Bəhram bəy susur, düşmən irəliləyir, dözmək 

olmur, az qala, ürəyim partlayırdı. Nəhayət, dözməyib bunların 

mövqeyinə gəldim. Mənə işarə verdi ki, narahat olmayın. Kəş-

fiyyat xəbər gətirib ki, ermənilərin toplarının əksəriyyəti sıradan 

çıxıb,  atmır.  Biclik  eləyib  yararsız  topları  da  özlərilə  gətirirlər. 

Necə deyərlər, bizə “xox” gəlirlər. Təxminən səkkiz-on dəqiqə 

keçdi. Bax, indi vaxtdır, – deyib Bəhram bəy var səs ilə komanda 

verdi: “İrəli, mənim tərlanlarım, irəli anamız Azər baycan uğu-

runda!”

Döyüşə bir qasırğa kimi başlayan batareya güllə yağışı altında 



düşmən üstünə şığıdı. Heç yarım saat çəkmədi erməni süvarisi 

yavaş-yavaş  geri  çəkilməyə  məcbur  oldu.  Quba  batalyonunun 

bir rotası və Zaqatala alayının xeyli hissəsi düşmənə yandan və 

arxadan göz açmağa imkan vermədi. Dəli Qazarın süvarilərindən 

otuz-otuz beş adam ancaq qaçıb canını qurtara bildi. Ortada beş-

altı nəfərlə sağ qalmış Dəli Qazar yaralı heyvan kimi bağırırdı. 

Bəhram bəyin səsini eşidib daha da qəzəbləndi.

Nazir maraqlandı:

– Necə, danışırdılar. Yəqin ki, rusca?..

–  Yox,  əksər  sözləri  Bəhram  bəy  o  itin  öz  dilində  deyirdi. 

Düzü, çoxunu başa düşə bilmirdim. Bir onu gördüm ki, insanın 

tələyə düşməsi necə də böyük fəlakət imiş. Eşitmişdim ki, suda 



Şəmistan Nəzirli

73

boğulan saman çöpünə əl atar. Bax, elə bir vəziyyətdə idi erməni 



generalı.

Nazir cəld bir hərəkətlə başını qaldırıb:

– Axı, nə deyirdin, Bəhram bəy, sən ona?..

–  Kutaisi  realni  məktəbində  oxuyanda  onların  dilini  öyrə-

nmişdim. Əvvəla, mən ona təklif elədim ki, təslim olsun, uşaqla-

ra  da  tapşırdım  ki,  hələ  atmayın.  Onu  diri  tutmaq  istə yirəm. 

Gördüm ipə-sapa yatmır. Yalandan dedim ki, zavallı, sənin əs-

gər lərinlə əvvəlcədən danışıb, səni satın almışam. Səni özünün-

külər satıb. Təslim olmalısan…

General Həbib bəy Səlimov:

– Cənab nazir, eynilə bir teatr səhnəsi…

Nazir: 


– Dayan, dayan, – dedi Həbib bəy, – qoy özü danışsın.

Bəhram bəy davam elədi:

–  Dedim,  təslim  olmursansa,  onda  belə  çıxır  ki,  müsəlman 

əsgərinin gülləsilə ölməyə özün özünü məhkum eləmisən.

–  Gözəl  demisən,  əhsən  sənə.  Bax,  görürsünüzmü  peşəkar 

hərbiçi olmaq budur. Bu əclafın döyüş ruhu varmış. Qəsbkarlıq 

iştahı da varmış, amma döyüş qabiliyyəti yoxmuş. Yalançı gene-

ral olduğunu dar macalda büruzə verib. Heç bir xidməti olma-

dan aldığı general rütbəsi onu iştahlandırıb ölümə gətirib. Belə 

adamdan yalnız döyüşçü kimi istifadə etmək olardı. Hə, maraq-

lıdır, sonra nə oldu?

Bəhram bəy:

– Dəli Qazar yalvarırdı ki, icazə verin çıxıb gedim. Dilcana, bir 

də  Qarabağda  görünsəm,  atama  lənət.  Uşaq  aldadır...  Gəldim 

Həbib bəyin yanına. Soruşdum ki, nə etməliyəm, əsgərlərim də 

qanına susayıblar, öldürmək istəyirlər. O da yek kəlmə ilə cavab 

verdi: susdurun!

Biz də tapşırığa əməl elədik.

Səməd bəy Mehmandarov:

–  Düz  eləmisiniz,  –  dedi.  –  Düşmən  təslim  olmadıqda  onu 

məhv edərlər.


General Əli ağa Şıxlinski və silahdaşları

74

General Səməd bəy narahatdır…

Qapı astadan döyüldü. Səməd bəy “buyurun” deyənə kimi, 

qapıya  yaxın  olan  polkovnik  Bəhram  bəy  irəli  yeridi.  Qapıda 

mehriban üzlü, qıvraq geyimli bir gənc zabit “çay hazırdır, icazə 

verin gətirim” – deyib əli podnoslu içəri keçdi. Divara söykədilmiş 

çox da böyük olmayan stolu nazirin çarpayısına yaxınlaşdırdı. 

Səməd  bəy  mütəkkəni  kənara  qoyub,  çarpayıda  oturdu.  Çay 

gətirən  gənc  zabit  dərhal  dabansız  ev  ayaqqabılarını  cütləyib 

onun ayaqlarının yanına qoydu. Səməd bəy mehribanlıqla zirək 

zabitə  baxıb  üzərində  “afərin”  dedi.  Üzü  pörtmüş  gənc  zabit 

stəkanlara çay süzüb, stolun qırağındakı çaynikin üstünə qalın 

dəsmal sərdi. Ayaqlarını cütləyib, yaraşıqlı vücudunu şax tutdu. 

“İcazə  verin,  mürəxxəs  olum”.  Nazir  hələ  də  xoş  təbəssümlə 

onun hərəkətlərini izləyirdi.

General Həbib bəy:

– Azadsan, – dedi, – amma uzaq getmə…

Gənc zabit çıxan kimi Səməd bəy onun davranışını, səliqəli 

geyimini və əsl zabit yaraşığını təriflədi.

– Bəzi rus şovinistləri təkidlə deyirlər ki, siz müsəlmanlardan 

hərbiçi olmaz. Buyursun baxsın, belə yaraşıqlı zabiti rus ordusun-

da çıraqla da axtarsan tapmazsan. İlyarımlıq fəaliyyəti döv ründə 

ordumuzda qabiliyyətli zabit yetişibsə, rus ordusu kimi üç yüz il 

yaşı olsaydı, gör nələrə qadir olardıq. – O, dərindən köks ötürdü. 

– Qoyurlar ki, yağlı tikə olan Azərbaycana hərə bir caynaq atır. 

Denikin rədd olub getdi. İndi də bu bic bolşeviklər cənuba qoşun 

yeritmək  həsrətilə  minbir  oyundan  çıxırlar.  Dağıstanda,  Şimali 

Qafqazda kazaklarla dağlıların arasına təfriqə salıb toqquşdurdu-

lar. Bu bilirsiniz, “ayır-buyur” siyasətinin ən bariz nümunəsidir.

–  Səməd  bəy,  Sizcə,  Denikin  yenidən  Qafqazda  peyda  ola 

bilərmi? – qubernator Xosrov bəy Sultanov çəp gözlərlə

1

 Səməd 



bəyə baxıb soruşdu.

1

  1917-ci ildə Bakıda məşhur bir ağanın qoçusu ilə mübahisədən son-



1917-ci ildə Bakıda məşhur bir ağanın qoçusu ilə mübahisədən son-

ra bir-birinə güllə atıblar. Qoçu Xosrov bəy Sultanova sol gözündən xətər 

yetirib. Bundan sonra gözü çəp qalıb – Ş.N.


Şəmistan Nəzirli

75

– Yox, heç vaxt! Bolşeviklər artıq onun mahnısını oxudular... 



Denikinin  işi  bitdi.  –  Üzündə  təbəssüm  yox  olan  nazir  Səməd 

bəy sonra nifrət hissiylə əlavə elədi: – Bolşeviklər elə toxumdur 

ki, onlar hara yerisələr, yüz il orda ot bitməz. Bu saat Volqa bo-

yunda və Sibirdə vətəndaş müharibəsi aparan Kolçak cənablarını 

da belə bir tale gözləyir.

– Əsir aldığımız ermənilər deyirlər ki, sizə qarşı ağqvardiyaçı 

Denikinlə birləşmək istədik, baş tutmadı, – deyə polkovnik Bəh-

ram  bəy  Nəbibəyov  söhbətə  qoşuldu.  –  Gec-tez  bolşeviklərlə 

əlbir olub, Azərbaycan adlı müstəqil respublikaya divan tutaca-

ğıq. Keşişkənd uğrunda qanlı döyüşlər gedəndə ermənilərin ço-

xusu sərxoş idi. Podpolkovnik Rəfibəyovun və polkovnik Leves-

tamın əsir götürdüyü ermənilər də bu barədə çox sayaqladılar.

Səməd bəy Mehmandarov:

– Bolşeviklər Bakıda yaşayıb işləyən rus fəhlələri və müsəlman 

bolşevikləri  arasında  güclü  təbliğat  aparıb.  Azərbaycan  milli 

hökumətinə və bu hökuməti istəyənlərdə nifrət hissi yaratmağa 

çalışırlar. Bu gün də içimizdən təmizləyə bilmədiyimiz agent və 

şpionların sayəsində. Bir həftə əvvəl Gəncədə agent Smıslovun 

təxribatçı qrupunu həbs etdik. Bu dəstədə kimlər vardı? Bakıda 

Baş Qərargahda çalışan – adını çəkmək istəmirəm – bir nəfərin 

zövcəsi Nelli Çernışova, Stanislav Zuber və başqaları – hamısı 

bizim əleyhimizə işləyib. Görünür, bizim əks-kəşfiyyat və daxili 

orqanlar zəif fəaliyyət göstərir, mürgüləyirlər… Mənim aldığım 

məlumata görə bolşeviklər Ermənistanda başqa cür təbliğat apa-

rır. Onlar ermənilərə canıyananlıqla bildiriblər ki, siz nə Azər-

baycansınız, nə də Gürcüstan. Siz İran, Türkiyə və Azərbaycan 

kimi müsəlman ölkələri arasında boğulursunuz. Biz sizə Türkiyə 

və Azərbaycandan torpaq qopartmaqla ərazinizi böyüdüb tam 

dövlət  müstəqilliyinizə  zəmanət  veririk.  Görürsünüzmü,  bol-

şeviklər  özlərinin  ikiüzlü,  xəbis  siyasətlərilə  Şimali  Qafqazı  və 

Dağıstan  dağlılarını  fəth  edib,  indi  də  murdar  əllərini  bizə  – 

cənuba tərəf uzadırlar.

General Həbib bəy Səlimov ikrah hissi ilə:


General Əli ağa Şıxlinski və silahdaşları

76

– Rusların bu ikiüzlü siyasəti bizi təngə gətirib, – dedi. – Siz 



ötən  həftə  Gəncədə  olanda,  müavininiz  general  Əli  ağa  Şıx-

linskiyə ermənilərin Qarabağdan qovub çıxartmaqla arxayınlaş-

mamaq  barəsində  bir  məlumat  göndərmişdim.  Yəqin  ki,  Sizə 

çatdırıb. Şuşa və Xankəndi Cavanşir alayının, Quba alayının, bir 

də Tatar süvari alayının sayını artırmaq şərtilə, qvardiyanın da 

sayını  çoxaltmalıyıq.  Çünki,  əsir  alınan  ermənilər  desə  də, 

deməsə də daşnaklar Qarabağ iştahı ilə yaşayırlar. Mənim zən-

nimcə, onlar mütləq bolşeviklərlə birləşib, məhz, Qarabağa hü-

cum edəcəklər.

Yorğun və əsəbi Səməd bəy Mehmandarov:

–  Məncə,  –  dedi,  –  hələlik  Şəki  və  Ərəş  alaylarını  da  burda 

saxlamalıyıq.  Polkovnik  Seyfulla  Qacarın  alayını  isə  Qazaxa 

göndərin. Ordan da həyəcanlı xəbərlər gəlir. Əmir xan Xoyski-

nin məlumatına görə sərhəd kəndi Kəmərliyə və Tatlıya ermənilər 

hücuma hazırlaşırlar.

Dostları  gedəndən  sonra  Səməd  bəy  yata  bilmədi.  Yuxusu 

ərşə  çəkilmiş  nazir  oturduğu  yerdə  xeyli  fikrə  getdi.  Gərgin 

düşüncələr onu ağır məngənə kimi sıxırdı. Günorta üstü polkov-

nik Bəhram bəyin batareyasında olan şən əhvali-ruhiyyəsindən 

elə bil onu illər ayırmışdı. Dirsəyini mütəkkəyə söykədi, göz qa-

paqlarını yumdu ki, bəlkə yuxuya gedə, mümkün olmadı. Həyə-

candan boynunun damarları, əlləri titrəyirdi. Durub pəncərənin 

qabağına  gəldi.  Aşağılarda,  Ərimgəldi  təpəsindəki  evlərdə 

təkəm-seyrək  işıqlar  yanırdı.  Uzaqdan  qəfil  güllə  səsi  eşidildi. 

İtlər dərhal ağız-ağıza verib hürüşdülər. Səməd bəy pəncərəyə 

yanaşı  durub  dədə-baba  Mehmandarovlar  mülkünə  baxmaq 

istədi. Heç nə görə bilmədi. Birdən xatırladı ki, o tamam başqa 

səmtlərdir. “Sabah mütləq ora gedəcəm, – fikirləşdi. – Mütləq, 

yoxsa atam Sadıq bəyin, babam Qatırçı Muradın ruhu məndən 

inciyər. Ya qismət, bir də nə vaxt gələcəm, Şuşaya, Allah bilir…” 

Fikir-xəyal ona aman vermirdi. “İllah ki, bolşeviklərin Azərbay-

cana soxulmaq iddiası. Dünyanın işinə bax ki, Bakıda yaşayan 

rus fəhlələri özlərini şəhərin mütləq sahibi kimi aparırlar. Onla-


Şəmistan Nəzirli

77

rın hamısına malçişka Əliheydər dil verir. Cəfər Babayev kimisi-



ni Qusara göndərib alayda bolşevik təbliğatı apartdırır. Kimin 

fitvası ilə? – Mikoyan kimi daşnakın. Niyə bolşeviklər bu millətə 

sərbəst,  müstəqil  yaşamağı  günah  hesab  edir?  Qayıdan  kimi 

belələrini  həbs  elətdirib,  ciddi  rejim  altında  saxlamaq  barədə 

sərəncam verməliyəm. Yoxsa… Əliheydər kimi bolşe viklər rus 

fəhlələrini öyrətməklə, özümüzün bəzi nadanlarımızı da başdan 

çıxarır. Bu da fitilə od vurmaq kimi bir şeydir. Mübarizə aparma-

lıyıq. Kim gəlir gəlsin, qabağına silahla çıxmalıyıq. Döyüşməliyik, 

vəssəlam!”

Orta boylu, ağ saçlı, ağ saqqallı, səsində və sifətində hərbiçi 

zəhmi olan altmış dörd yaşlı general Səməd bəy Mehmandarov 

gecənin  dan  qaranlığında  xalqının  taleyini  fikirləşməkdən  yu-

mağa dönmüşdü. Qəzəb və hiddət hissi onu boğurdu.

İki addımlıqdakı Köçərli məhəlləsində xoruzlar səs-səsə ver-

di. Bikef nazir gözucu stolun üstündəki zəncirli saatına baxdı. 

Gözlərinə inanmadı, pensnesini taxıb təəccüblə dodaqlarını bir-

birinə sıxdı. Saat dördə on dəqiqə qalırdı. Canı ağrıyan, narahat 

Səməd bəy çarpayısına tərəf getdi…



General Əli ağa Şıxlinski və silahdaşları

78

GENERALA ALİM QAYĞISI



Əli ağa Şıxlinski taktika sahəsində dərin nəzəri, 

əməli bilikli sayca çox olmayan artilleristlərdən biri 

olub. O, hərb elmini təcrübədə tətbiq etmək sahəsində 

nadir bir istedada malik idi. Əli ağanın qəhrəmanlığı 

öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir 

şəxs üçün nümunə olmalıdır.

Hərb elmləri doktoru,

professor, general-mayor, 

Dövlət mükafatı laureatı 

Yevgeni Barsukov

Əli ağada general təkəbbüründən əsər-əlamət yox 

idi.  General  Şıxlinski  hərbi  akademiyanı  bitirməsə 

də, fitri zəkası, praktik fəhmi artilleriya elmində ona 

böyük nüfuz qazandırmışdı. General Əli ağa Şıxlins-

ki hünərvərliyi dillərdə dastan olmuşdu.

Aleksandr Stepanovun

“Zvonaryovlar ailəsi” romanından

Şöhrətli sərkərdəmiz Əli ağa Hacı İsmayıl ağa oğlu Şıxlinskidən 

danışanda filosof-alim Heydər Hüseynovun xidmətlərini unut-

maq haqsızlıq olardı. Generalın “Xatirələrim” kitabının yazılma-

sında ən müstəsna rolu olan ilkin şəxs Azərbaycan Elmlər Aka-

demiyasının akademiki Heydər Hüseynovdur.

Bu “Xatirələr” Azərbaycan tarixində yeganə və ilk hərbi me-

muardır. Düzdür, yetmiş-səksəninci illərdə bəzi veteranlar Bö-

yük Vətən müharibəsi haqqında xatirələrini qələmə aldılar. La-

kin heç biri general Əli ağa Şıxlinskinin əsərinin səviyyəsinə çat-



Şəmistan Nəzirli

79

madı. İstər faktların zənginliyi, istər mövzu baxımından, istərsə 



də yazı dilinin şirinliyinə görə əsər özünə geniş oxucu marağı 

qazandırmışdır.  Yalnız  mərhum  polkovnik  Baxış  Mehdiyevin 

223-cü Azərbaycan atıcı diviziyası haqqında yazdığı “Xatirələrim” 

kitabını haradasa general Əli ağa Şıxlinskinin hərbi memuarı ilə 

yanaşı qoymaq olar.

1944-cü ildə akademik Heydər Hüseynov general Əli ağa Şıx-

linskinin  xatirələrini  iki  dildə  –  rus  və  Azərbaycan  dillərində 

7500 nüsxə tirajla nəşr etdirdi. Təəssüf ki, amansız ölüm görkəmli 

generalımıza xatirələrini kitab şəklində görməyə imkan vermədi. 

Kitab generalın ölümündən doqquz ay sonra – 1944-cü ilin may 

ayında nəşr olundu. Bu qiymətli kitaba hərb elminin böyük alimi 

professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz 

yazmışdır. Əlbəttə, bu da akademik Heydər Hüseynovun xid-

mə tidir. Maraqlı burasıdır ki, general Əli ağa Şıxlinskinin şəx-

siyyəti və döyüş qəhrəmanlığı ilə fəxr edən Heydər Hüseynov 

general Barsukovun həmin məqaləsini (l ç.v. həcmində) yenə iki 

dildə ayrıca kitabça şəklində “Əli ağa Şıxlinski” adı ilə nəşr et-

dirmişdir. Bundan başqa alim Heydər Hüseynov həmin illərdə 

Rusiyanın görkəmli sərkərdələrinə, vaxtı ilə Əli ağa Şıxlinski ilə 

birgə çalışıb işləyənlərin xatirələrini istəmişdir.

Məhz  Heydər  Hüseynovun  təşəbbüsü  ilə  1945-ci  ildə  (№3) 

Moskvada çıxan “İstoriçeski jurnal”ın üçüncü nömrəsində pro-

fessor  Arkadi  Lavroviç  Sidorovun  generalın  kitabı  haqqında 

“Ə.Şıxlinski. Mənim xatirələrim” adlı elmi məqaləsi dərc olun-

muşdur.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin profes-



soru A.L.Sidorov bu qiymətli kitabın hərbiçilər və tarixçi alimlər 

üçün ən yaxşı məxəz olmasından bəhs edərək yazır: “General Əli 

ağa  Şıxlinskinin  xatirələri  inqilabdan  sonra  da  öz  əlaqəsini 

Vətəndən  və  ordudan  kəsməyən  şəxslər  tərəfindən  yazılmış 

qiymətli  tarixi  sənədlərdən  biridir.  Buna  görə  də  Şıxlinskinin 

xatirələri,  ordunun  tarixini  öyrənmək  üçün  xüsusi  bir  məxəz 

kimi qiymətlidir.


General Əli ağa Şıxlinski və silahdaşları

80

Rusiya-Yaponiya müharibəsi haqqındakı fəslin tarixçilər üçün 



əhəmiyyəti daha böyükdür. Məşhur artilleriyaçı Əli ağa Şıxlins-

kinin adı artilleriya elmində həmişə hörmətlə çəkilib və gələcək 

illərdə də çəkiləcəkdir”.

Məhz  bundan  sonra  generalın  xatirələri  İttifaq  miqyasında 

daha çox şöhrət qazanmışdır. Baş Artilleriya marşalı Nikolay Ya-

kovlev, general-polkovnik Mixail Parseqov, Birinci Dünya mü-

haribəsi illərində general Şıxlinskinin tabeliyində hərbi xidmətdə 

olan ordu generalı Pavel Lebedev və başqaları bu qiymətli kitab-

dan bir nüsxə onlar üçün göndərməyi Heydər Hüseynovdan xa-

hiş etmişlər.

1945-ci il aprelin 20-də professor general-mayor Yevgeni Bar-

sukov  akademik  Heydər  Hüseynova  göndərdiyi  məktubunda 

yazırdı: “Sizdən artıq dərəcədə xahiş edirəm general Əli ağa Şıx-

linskinin “Xatirələrim”dən heç olmasa iki nüsxə də əlavə gön də-

rəsiniz. Mənim xahişimi rədd etməyin. Baş Qərargahda yoldaş-

lar məndən çox-çox rica edirlər, çünki biz artilleristlərə, ilk növ-

bədə  artilleriyamızın  şanlı  tarixini  öyrənmək  üçün  general  Əli 

ağa Şıxlinskinin kitabı əvəzsiz vəsaitdir”.

1945-ci  il  aprelin  iyirmi  altısında  isə  artilleriya  general  pol-

kovniki Mixail Parseqov SSRİ Elmlər Akademiyasının Azərbay-

can filialının direktoruna yazırdı: “Hörmətli direktor, bu gün SSRİ 

EA Tarix İnstitutunun nəşri olan “İstoriçeskiy jurnal”ın üçüncü 

nömrəsini “Tənqid və biblioqrafiya” bölməsində Moskva Dövlət 

Universitetinin professoru Arkadi Sidorovun “Əli ağa Şıxlinski. 

Mənim  xatirələrim”  resenziyasını  oxudum.  Giriş  sözü  Dövlət 

mükafatı laureatı, hərb elmləri doktoru  Y.Z.Bar su ko vundur.

Məlum  olduğu  kimi,  Əli  ağa  Şıxlinski  qocaman  artilleriya 

(topçu) generalıdır, onun böyük mübariz həyat təcrübəsi var. İlk 

dəfə mən bu general barədə iyirmi il bundan əvvəl eşitmişəm, o 

vaxt mən hələ Qızıl Ordu artilleriyasının təkmilləşmə kursunda 

dinləyici idim.

Artıq dərəcədə Sizdən təvəqqe edirəm, xahişimi rədd etməyib 

mənə general Əli ağa Şıxlinskinin “Mənim xatirələrim” əsərinin 

bir nüsxəsini göndərəsiniz. Çünki biz artilleristlərə ilk növbədə 



Şəmistan Nəzirli

81

artilleriyamızın tarixini bilmək üçün hər bir hərbiçinin stolüstü 



kitabıdır”.

Generalın döyüş yolunu, şəxsiyyətini, ədəbi-bədii yaradıcılı-

ğını, ən başlıcası onu tarixi şəxsiyyət kimi qiymətləndirən alim 

Heydər Hüseynov yazırdı: “General Əli ağa Şıxlinski ilə yaxın-

dan  tanış  olanlar,  onun  maraqlı  söhbətlərinə  qulaq  asanlar 

bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli 

bir şəxs idi”

MİLLİ HƏRBİ LÜĞƏTİMİZİN BANİSİ

“Əli ağa Şıxlinski üçbucağı” təkcə rus artilleriya-

sında deyil, Fransa, İsveçrə, Norveç və Avstriya artil-

leriyasında da böyük şöhrət qazanmışdır.

Prof. V.Bertels, 

1912-ci il, Varşava 

Fitri istedada malik olan tam artilleriya generalı Əli ağa Şıx-

linski  bütün  varlığı  ilə  sevdiyi  Azərbaycan  xalqına  ömrünün 

sonunadək sədaqətlə xidmət etmişdir. Hərbi fəaliyyətində araş-

dırmalar aparıldıqda onun bir çox sahələrdə ilkin şəxs olduğu-

nun şahidi oluruq. Yalnız general kimi vəzifəsini bitmiş hesab 

etməyən bu məşhur sərkərdə həm də hərb elminin görkəmli ali-

mi idi. Hələ ötən əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən 

yüksək qiymətləndirilən “Şıxlinski üçbucağı”ndan təkcə Rusiya-

da deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin ar-

tilleriya məktəblərində də dərslik kimi istifadə olunmuşdur.

Əli ağa Şıxlinski “Üçbucağı”nda artilleriya tarixində ilk dəfə 

topların gözlə görünməyən hədəfə atəş açmaq texnikasını işləyib 

hazırlamış  və  topların  təkmilləşdirilməsi  işinə  bir  sıra  dəyərli 

yeniliklər  gətirmişdir.  Hərb  elminin  mütəxəssisləri  bu  gün  də 

etiraf edirlər ki, general Şıxlinski qeyri-adi fəaliyyəti ilə fərqlənmiş 



General Əli ağa Şıxlinski və silahdaşları

82

nadir hərbi mütəxəssislərdəndir. O, yeganə azərbaycanlıdır ki, 



ilk dəfə Fransanın generallara məxsus fəxri “Legion ordeni” və 

zabitlərə verilən “Legion xaçı” ilə təltif edilmişdir. Əli ağa Şıx-

linski generallar arasında ən yaxşı hərb alimi, alimlər arasında 

ən məşhur artilleriya generalı idi. 

Arxiv sənədlərindən məlum olur ki, general Əli ağa Şıxlinski 

1939-cu  ildən  sonra  alim  Heydər  Hüseynovla  müntəzəm  elmi 

yaradıcılıq əlaqəsi saxlamışdır. Respublika Mərkəzi Dövlət Ədə-

biyyat və İncəsənət Arxivindən aşkar etdiyimiz 1940-cı il 15 iyul 

tarixli məktub da general tərəfindən alimə ünvanlanmışdır. İriöl-

çülü kağızlarda yazılmış iyirmi səhifəlik məktub-müraciətində 

general Əli ağa Şıxlinski alimə 852 sözün izahını və düzəlişlərini 

yazıb göndərmişdir. Məktubdan məlum olur ki, general bu ağır 

zəhməti 1939-cu ildə Heydər Hüseynovun redaktorluğu ilə nəşr 

olunmuş  “Rusca-azərbaycanca  lüğət”i  mütaliə  etdikdən  sonra 

çəkmişdir. General “Qeydlər”inin müqəddiməsində yazır: “Re-

daksiyanın çağırışına əməl edərək, lüğətdə mənim rast gəldiyim 

səhvlər haqqında bəzi mülahizələrimi təqdim edirəm. 

Ümumiyyətlə, lüğət çox gözəldir. Hər bir sözü ayrılıqda de-

yil, bütün cümlənin ümumi mənasını tərcümə etmək üçün tərcü-

məçilərə kömək edəcək frazeologiya xüsusilə yaxşıdır”.

Ümumi müddəalarında isə Əli ağa Şıxlinski belə qərara gəlir 

ki, lüğətin əsas çatışmayan cəhəti onun qısa olmasıdır: “Lüğətdə 

çox yerdə əsas sözlər buraxılmış, ancaq onların törəmə sözləri 

verilmişdir.

Bizim dilimizi ona yad olan söz düzəltmələrindən təmizləmək 

lazımdır. Əgər başqa dillərə məxsus sözlərdən istifadə etmək eh-

tiyacı varsa, onda törəmə sözlər bizim dilimizin qanunlarına uy-

ğun olmalıdır. Bu, hər şeydən əvvəl, isimlərdən sifət əmələ gəlmə 

hallarına aiddir. Məsələn: a v t o m a t  yazmaq olar və yazmaq 

da lazımdır. Ancaq a v t o m a t i k  – olmaz, artıqdır. Hərb sözü 

dilimizə  çoxdan  qəbul  edilmişdir,  onu  saxlamaq,  hərbi  sözünü 

isə atmaq lazımdır. Azərbaycan xalq dilinin xəzinəsindən rus və 

Avropa sözlərinin qarşılığı kimi işlətmək də məqsədəuyğundur. 


Şəmistan Nəzirli

83

Məsələn:  a x ı n t ı   (cərəyan),  s a x l a n c   (ehtiyat),  d ö v r ç a ğ 



d ö n ü m ü   (dövr), d ü z g ü  (quruluş), b i l g i  (nəzəriyyə) və s.”. 

Təvazökar  general  məktubunun  sonunda  yazır:  “Əgər  Siz 

təqdim  olunmuş  materialın  heç  olmasa  kiçik  bir  hissəsindən 

istifadə edə bilərsinizsə, onda mən özümü çox xoşbəxt sanaram. 

Sevinərəm ki, mən də öz balımın kiçik bir damlasını Sizin gözəl 

arı pətəyinizə əlavə etmişəm”.

General Əli ağa Şıxlinskinin bu iradlarını məmnuniyyətlə qə-

bul  edən  alim  Heydər  Hüseynov  cavab  məktubunda  yazır  ki, 

lüğə tin gələcək nəşrində Sizin elmi zəhmətinizdən mütləq isti fa-

də olunacaq. Alim bunun üçün generala sətir haqqı da gön dər-

mişdi.

Akademik Əliheydər Orucov “Əli ağa Şıxlinskinin bir əlyaz-



ması haqqında” adlı məqaləsində haqlı olaraq belə qənaətə gəlir 

ki,  generalın  alim  Heydər  Hüseynova  göndərdiyi  “Qeydlər”i 

lüğətçilik, xüsusən də termin yaradıcılığı baxımından çox fayda-

lıdır. İndiyə qədər hərbi mütəxəssis kimi tanınan Əli ağa Şıxlins-

kinin  dil,  lüğətçilik,  terminologiya  məsələlərilə  maraqlanması 

faktının özü səciyyəvi haldır. (Bax: “Terminologiya məsələləri”, 

Bakı, 1987, səh.12) General Əli ağa Şıxlinski lüğətçiliklə 1940-cı 

ildənmi məşğul olmağa başlamışdır? Xeyr!

Onun şəxsi arxivində mühafizə olunan “Zabitin dəftəri”ndəki 

qeydlərindən məlum olur ki, o, hələ gənc zabit ikən hərb elmi ilə, 

dilçilik  və  hərbi  lüğətlə,  terminologiya  ilə  maraqlanmış  və  bu 

sahədə gərgin axtarışlar aparmışdır. Uzun illər – 1879-cu ildən 

1917-ci ilədək həyatının çox hissəsini Azərbaycandan uzaqlarda, 

yüksək hərbi dairələrdə, özgə məmləkətdə və başqa dil mühitində 

yaşamasına baxmayaraq general milli varlığını, doğma dilini qo-

ruyub  saxlaya  bilmişdir.  Orada Azərbaycan  dilində  mətbuatın 

və  nəşriyyatın  olmaması  üzündən  “Rusca-türkcə  qısa  hərbi 

lüğəti”ni  1926-cı  ildə  Bakıda  üç  əlifbada  –  rus,  ərəb  və  latın 

əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda 

hərbi lüğətin yaradıcısı olmuşdur. Məhz bu əvəzsiz xidmətinə 

görə general Əli ağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 1928-ci 


General Əli ağa Şıxlinski və silahdaşları

84

il  23  fevral  tarixli  qərarı  ilə  Fəxri  Fərmanla  təltif  olunmuşdur. 



Şıxlinskinin lüğəti hərbi nizamnamələrin, hərbi elmi ədəbiyyatın 

Azərbaycan dilinə tərcümə olunmasında böyük əhəmiyyət kəsb 

etmişdir. Eyni zamanda hərbi məktəblərdə, yenicə yaranmış or-

duda  xidmət  edən  azərbaycanlı  əsgər  və  zabitlər  bu  lüğətdən 

qiymətli vəsait kimi istifadə etmişlər.

Həmin kitabın elmi terminoloji əhəmiyyətini maraqlı faktlar-

la araşdıran filologiya elmləri namizədi A.Hacıyeva yazır: “Ge-

neral Əli ağa Şıxlinskinin lüğəti geniş dil materialının dərin təh-

lilinin nəticəsi idi.

Azərbaycan  dilinin  lüğət  tərkibini  geniş  əhatə  etməsi,  xalq 

dilinə məxsus söz və ifadələrdən yerli-yerində səmərəli istifadə 

olunması, bir çox unudulmuş və azişlənən sözlərə yenidən ter-

min  kimi  həyat  vəsiqəsi  verilməsi  baxımından  Ə.Şıxlinskinin 

lüğəti  o  dövrdə  nəşr  edilən  lüğətlərin  hamısından  fərqlənir. 

Azərbaycan  dilində  hərbi  terminologiyanın  olmaması  bu  işdə 

böyük  çətinlik  törədirdi.  Əli  ağa  Şıxlinskinin  zəngin  lüğətinin 

nəşri ilə həmin çətinlik, demək olar ki, aradan qaldırıldı”.

General Şıxlinskinin lüğətinin misilsiz elmi əhəmiyyətindən 

danışan görkəmli filosof-alim Heydər Hüseynov yazır:

“Kitabın əvvəlində general Əli ağa Şıxlinski lüğət tərtib edər-

kən yeddi əsas qəbul etdiyini göstərir: 1) Yad sözlərin yerinə ba-

cardıqca,  türk-Azərbaycan  sözləri  qoyulubdur.  2)  El  arasında 

işlənən türkləşmiş ərəb və fars sözləri buraxılmayıbdır: bu dürlü 

sözlər, onlar elə bir mənalı türk sözlərinin yanında dırnaqlar ara-

sında yazılıbdır; Məsələn: ç a ğ  (vaxt, zaman). 3) Türkcəyə qarış-

mış bəzi ərəb sözləri türkcə deyilişinə uyğun yazılıbdır. Məsələn: 

q a l a  (qələ yerinə), s a h a t  (saət yerinə). 4) Kökləri ərəbcədən 

olan  sözlərin  deyilişləri  türkcəyə  uyğunlaşdırılıbdır;  məsələn: 

v ə q t l ə r, t ə b i b l ə r, v ə z i f ə l i (ovqat, ətibba, müəzzəf yerinə) 

və sairə”.

Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  müxbir 

üzvü Əliheydər Orucovun “Ə.Şıxlinskinin bir əlyazması haqqın-

da” məqaləsindən: “Yaşının ötməsinə, səhhətinin pozulmasına 


Şəmistan Nəzirli

85

baxmayaraq  general  Əli  ağa  Şıxlinski  həyatının  son  günlərinə 



qədər dilimizin vəziyyəti, terminologiya, orfoqrafiya, lüğətçilik 

məsələləri ilə maraqlanırdı. Onu tez-tez Lüğətlər İnstitutunda, 

həmin  institutun  direktoru  Heydər  Hüseynovun  yanında  gör-

mək olardı. Heydər Hüseynov Əli ağa Şıxlinskiyə dərin hörmət 

və  həssas  münasibət  bəslərdi.  Onun  1940-cı  ildə  akademik 

Heydər Hüseynova 49 səhifədən ibarət göndərdiyi “Qeydlər”dən 

göründüyü  kimi,  ana  dili  ilə  bərabər,  klassik  ədəbiyyatımızı, 

xüsusən folklorumuzu çox gözəl bilirmiş. Əli ağa Şıxlinski indi 

ədəbi dildə işlənməyən, buna görə də müasir lüğətlərə düşməmiş, 

amma  bəzi  dialekt  və  şivələrimizdə  işlənməkdə  davam  edən 

sözləri yada salmaqla onların yazılı dilə (lüğətlərə) keçirilməsini 

məqsədəuyğun hesab edir. Bu baxımdan onun özünün yeni söz 

və  formalar  yaratmaq  təşəbbüsü  təqdirəlayiqdir.  Bugünkü 

şəraitdə daha böyük əhəmiyyət qazanmış bu məsələ, görünür, 

hələ o zaman general Əli ağa Şıxlinskini düşündürmüş və fürsət-

dən istifadə edərək, yazdığı “Qeydlər” vasitəsi ilə fikrini lüğət-

çilərin nəzərinə çatdırmışdır”.

O vaxtdan illər keçdi. General Əli ağa Şıxlinskinin ilk vəsait 

olan hərbi lüğəti bir daha işıq üzü görmədi. Totalitar sovet rejimi 

azərbaycanlı generalın elmindən bəhrələnməyi öz millətinə ya-

saq etdi. Az tirajla nəşr olunmuş bu kitabın nadir nüsxələri qalıb. 

Bu gün zaman, dövr dəyişib. Yeni yaranan ordumuz üçün həmin 

lüğətin təkrar nəşri, şübhəsiz ki, çox vacibdir.

Alim Heydər Hüseynov general Şıxlinskinin ölümündən son-

ra da onun xidmətlərinin unutmamış, xatirəsini əziz saxlamış-

dır. O, respublika mərkəzi mətbuatında generalın ömür və dö-

yüş  yolundan  bəhs  edən  rus  və  Azərbaycan  dillərində  silsilə 

məqalələr dərc etdirmişdir: “Bakinski raboçi” (18 avqust 1944-cü il), 

“Kommunist” qəzeti (18 mart 1944-cü il), “Azərbaycan EA Xəbər-

ləri” (№8, 1945-ci il, səh.87-94), “Kommunist” qəzeti (18 avqust 

1945-ci il), “Ədəbiyyat qəzeti” (5 avqust 1945-ci il), “Azərbaycan” 

(Cənubi Azərbaycan Demokrat firqəsinin orqanı, 1946-cı il, №8, 



General Əli ağa Şıxlinski və silahdaşları

86

səh.14-15), “Kommunist” qəzeti (18 avqust 1946-cı il), “İzv. Az. 



FAN” (1944-cü il, №9, səh.78-83).

Görkəmli  ədəbiyyatşünas-alim  Məmməd  Arif  1965-ci  ildə 

“Heydər  Hüseynov”  adlı  məqaləsində  yazır:  “Çap  olunan  şey 

qalacaqdır” – sözlərini təkrar edən Heydər Hüseynov nəşriyyat 

işinə xüsusi əhəmiyyət verirdi. O, yeni çıxan kitabı əlinə götürüb 

iftixarla deyərdi: “Tərcümədə respublikalar arasında biz qabaq-

da gedirik. Bax, bu Üzeyir bəy Hacıbəyovun “Azərbaycan musi-

qisinin əsasları” əsəridir; xalq musiqisi haqqında misilsiz kitab-

dır.  Bəs  general  Əli  ağa  Şıxlinskinin  xatirələrini  oxumusunuz-

mu?.. Oxuyun görün, orda nələr var, şöhrətli bir insanın döyüş 

və ömür yolu başdan-başa tarixdir”.

Bütün bunları tədqiq edən, nəşri üçün ürəkdən sevinən, gene-

ralın elmi fəaliyyəti ilə iftixar edən alim Heydər Hüseynov yazır-

dı: “Əli ağa Şıxlinski dünyada şöhrət qazanmış artilleriya elmi 

sahəsindəki  kəşfləri  və  fəaliyyəti  ilə  yanaşı  olaraq,  dil  və  ədə-

biyyat məsələləri ilə də yaxından məşğul olurdu. O, uzun illər 

Rusiyada  qulluq  etsə  də Azərbaycan  dilini  mükəmməl  bilirdi. 

İslah, ifadə quruluşu, yeni söz yaradıcılığı ilə ciddi məşğul ol-

muşdur”.

Çoxları  indiyədək  bilmir  ki,  general  həm  də  güclü  poeziya 

həvəskarı idi. Onun özünün yazdığı bir sıra şeirləri, bədii tər-

cümələri və məktubları alim Heydər Hüseynovun şəxsi fondun-

da saxlanılır. Generalın 1904-cü ildən qeydlər apardığı “Zabitin 

dəftəri” də alimin fondunda saxlanılır. General iftixarla yazır ki, 

mən klassik şairlərimiz Molla Vəli Vidadinin, Mustafa ağa Arif 

Şıxlinskinin və Mirzə Məhəmməd Qayıbzadənin nəslinə məx su-

sam. Anam Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir.

Alim Heydər Hüseynov 1945-ci il aprelin 20-də general Şıx-

linskinin  qayını  doktor  Bahadır  bəy  Qayıbovun  tibbi-ictimai 

fəaliyyətinin 40 illiyi münasibəti ilə təbrik məktubunda yazırdı: 

“Mən burada Sizin Vətən və elm qarşısındakı daha böyük xid-

mə tinizi  qeyd  etmək  istəyirəm.  Siz  və  Sizin  həyat  yoldaşınız 



Şəmistan Nəzirli

87

məş hur  hərbi  xadim  və  alim,  keçmiş  ordunun  generalı, Azər-



baycan  xalqının  sadiq  oğlu  Əli  ağa  Şıxlinskinin  həyatının  son 

illərini qayğı və diqqətlə əhatə etmiş və bəzəmisiniz”.

Doktor Bahadır bəy Qayıbov isə 1946-cı il 30 sentyabr tarixli 

məktubunda yazırdı:

Hörmətli Heydər Nəcəfoğlu!

Əlbəttə, Sizin unudulmaz Əli ağa və Nigar bacı haqqında ya-

zılarınız həmişə çox uğurlu alınır. Bəli, onları unutmaq olmaz! 

Onların  hər  ikisi  öz  vətəni  Azərbaycanı  və  xalqını  səmimi-

qəlbdən sevirdilər. Onlar yalnız təhsil aldığı rus dilini deyil, öz 

doğma ana dillərini də əla bilirdilər.

 Heç vaxt unutmaram ki, onların hər ikisinə şəxsən ana dilində 

təhsil verən, həmçinin Tiflisdə və Qoridə Müəllimlər Seminari-

yasında  yüzlərcə  azərbaycanlı  uşağını  oxudan  rəhmətlik  atam 

Mirzə Hüseyn əfəndi Qayıbzadə səbəbkardır. Rəhmətlik Nigar 

bacım  atamdan  daha  çox  şey  əxz  etmişdir;  o,  yetkinliyində, 

nəinki İran klassikləri Sədi, Firdovsi, Hafiz, Cami, türk Məhəm-

məd Fizuli, Molla Pənah Vaqif və başqalarını oxumuş, həmçinin 

klassik şairlərimiz Xaqani, Nizami, Əlişir Nəvaini mütaliə etmiş, 

ərəb dilini öyrənmiş və ərəb ədəbiyyatı ilə də yaxından tanış idi.

Heyf ki, Siz onunla tanış deyildiniz. O, həqiqətən rus dili bir 

yana, Azərbaycan və fars ədəbiyyatının bilicisi idi.

Hörmətlə Sizin dostunuz: 

Bahadır bəy Qayıbov” 

* * *


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin