ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar


Ştabs-kapitan Qiyas bəy Şıxlinski və…



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix03.02.2017
ölçüsü2,52 Mb.
#7389
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

Ştabs-kapitan Qiyas bəy Şıxlinski və…

Vətənə  vurulmuş  yaranı  bizim  hər  birimiz  öz 

ürəyimizin dərinliklərində hiss etməliyik. 

Viktor Hüqo (1802-1885)

fransız yazıçısı

Otuz beş yaşında qürbətə düşən Qiyas bəy son nəfəsinə qədər 

Azərbaycan sevgisi ilə yaşadı, ona qayıtmağa can atdı. Ölkəsində 

meydan  sulayan  bolşevik-daşnak  düşmənlərinə  nifrətini  də 

unutmadı. Gecə-gündüz at belində süvari dəstəsi ilə sovet sər-

hədlərinə gah Qars və Sarqamış tərəfdən, gah da Başkeçid, May-

maq dağlarından basqınlar etdi. Qiyas bəyin ən ümdə vəzifəsi 

sovet totalitar rejimində kolxoz və sovxozlarda qul kimi işlədilən 

həmyerlilərini xilas etmək idi. 

1918-1920-ci  illərdə  Ərəş  qəzasının  pristavlığında  ikinci 

sahənin  rəisi,  ştabs-kapitan  Qiyas  bəy  Cahandar  ağa  oğlu  Şıx-

linski 1895-ci ildə Qazaxda anadan olub. Aprel çevrilişindən son-

ra  1930-cu  ilə  qədər  Qazax  qəzasında  milis  rəisi  işləyən  Qiyas 

bəy həmin ili bolşeviklərin ədalətsizliyi ilə barışmayıb Türkiyəyə 

mühacirətə getmişdir. M.C.Bağırovun məhkəməsi sənədlərindən: 

“Bağırovun  antisovet  ünsürləri  qorumağına  və  onlara  hima-

yədarlıq etməsinə daha bir nümunə keçmiş müsavat pristavı və 

siyasi bandit, çar zamanı xidmət etmiş Qiyas bəy Cahandar bəy 

oğlu Şıxlinskinin üzə çıxarılmasıdır. Bağırov onu nəinki üzə çı-

xartdı, hətta Qazax qəzasında milis rəisi vəzifəsinə də təyin etdi. 

O illərdə Azərbaycan Baş Siyasi İdarənin işçiləri arasında Şıx-

linski daima Bağırovla yaxınlığını qeyd edirdi. 

1930-cu ildə Şıxlinski öz qohumları ilə birgə Türkiyəyə qaçdı. 

Orada türk kəşfiyyatı ilə əlaqə yaradıb, SSRİ ərazisinə silahlı bas-

qınlar etdi.

İstintaq zamanı M.C.Bağırov təsdiq etdi ki, Qiyas bəy Şıxlins-

kini o, üzə çıxarıb. Ancaq ona himayədarlıq etmək və müdafiə 


General Əli ağa Şıxlinski və silahdaşları

284


etmək faktını dandı. Bağırovun bu ifadələrini 1954-cü ilin 28 av-

qustunda  dindirilmiş  şahidlərdən  Əliyev  Zeynal  Mehrəli  oğlu 

təkzib  etdi:  “Bağırov  çox  vaxt  keçmiş  müsavat  fəallarını  öz 

tərəfinə çəkir və məsul vəzifələrə təyin edirdi. Belə ki, Bağırovun 

Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş müsavat pristavı 

Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır. Mi-

lis  rəisi  işləyərkən  Şıxlinski  sovet  hökumətinə  heç  bir  yardım 

göstərməyib və heç bir xeyirli iş görməyib.

Bağırov Şıxlinskiyə hər cür himayədarlıq göstərirdi. Bundan 

istifadə edən Şıxlinski yerli sovet hakimiyyəti orqanları ilə he-

sablaşmır, yalnız Bağırova tabe olduğunu bildirirdi. 

Təqribən  1930-cu  ildə  yerli  hökumət  cinayətkar  fəaliyyətini 

ifşa etməyə başlayanda Şıxlinski silahlı dəstə ilə Türkiyəyə qaçdı”.

Bu ifadələri istintaq zamanı müttəhim T.M.Borşev də təsdiq 

etdi: “Şıxlinskinin sözlərindən mənə aydın oldu ki, Bağırov onu 

yaxşı tanıyır. O vaxtlar Qiyas bəy Şıxlinski bununla fəxr edirdi.

İndi yadıma düşür ki, o illərdə Şıxlinski Azərbaycan Baş Siya-

si  İdarəsinin  rəhbər  işçiləri  arasında  dəfələrlə  Bağırovla  yaxın 

münasibətindən danışırdı”.

Bağırovun Şıxlinskiyə himayədarlıq etməsi sənədlərlə də sü-

but olunur.

Gəncə vilayət şöbəsi rəisi Qiyas bəy Şıxlinskinin ağır cina yət-

lərdə iştirakı ilə bağlı məlumat versə də o, məsuliyyətə cəlb olun-

mamışdır. Bundan  əlavə,  Qiyas  bəy  Şıxlinski  1930-cu  il  mayın 

12-də müttəhim Bağırova şəxsi məktub yazıb, onu sıxışdırdıqla-

rından  və  antisovet  fəaliyyətdə  şübhələndiklərindən  şikayətlə-

nən də, Bağırov həmin məktuba aşağıdakı dərkənarı qoyur:

“Yoldaş Neverova. Bir daha vilayət şöbəsi vasitəsilə bu bia-

bırçılıqlara  son  qoyun.  Nəticəsi  barədə  mənə  mayın  21-dək 

məlumat verin”.

Bu məktubdan sonra 1930-cu ilin 29 iyulunda həmin Şıx lin-

skiyə  o  vaxtlar  Azərbaycan  Baş  Siyasi  İdarəsi  Gəncə  vilayət 

şöbəsinin keçmiş rəisi Quliyevin imzası ilə 1345 saylı arayış ve-

rildi. Həmin arayışda Qiyas bəy Şıxlinskinin yeddi nəfər silahlı 



Şəmistan Nəzirli

285


yoldaşı ilə birlikdə Gəncəyə tərəf hərəkət etməsi göstərilir və ona 

heç bir maneçilik göstərilməməsi tövsiyə olunurdu.

Çox keçmədi ki, qohumları və həmin silahlı dəstə ilə birlikdə 

Qiyas bəy Şıxlinski Türkiyəyə qaçdı”. 

Qiyas  bəy  Şıxlinski  1909-1914-cü  illərdə  Qori  şəhərindəki 

Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirmişdi. 

* * *

Sovet  çekistləri  tərəfindən  daima  təqib  olunan  Qiyas  bəy 



dəstəsilə  Gəncəbasar  və  Dilican  dağlarında  gəzib-dolanır. 

Nəhayət, 1931-ci ilin yanvar ayında Qazax, Dilican və Allahverdi 

rayonlarından olan səksən beş nəfərlik dəstəsilə Türkiyəyə keçir. 

Dəstədə onun yaxın qohumu Əmiraslan bəy Tomtiyev, qardaşı 

Həsən ağa, əmisi oğlu Alay bəy Şıxlinskilər, həmkəndliləri İsrafil 

bəy, Mustafa ağa, Süleyman ağa və Həmzə bəy Borçalı kimi So-

vet hökumətinə nifrət edən oğullar vardı. 

Qiyas bəyin Türkiyəyə keçməyindən xəbər tutan Qazax rayo-

nunun  xüsusi  idarəsinin  rəisi  Xoren  Qriqoryan  Şıxlinskilər 

nəslinə qənim kəsilir. O, bu nəslin yaxın və uzaq qohumlarının 

əksəriyyətini  həbs  edib  sürgünə  göndərir.  Qiyas  bəyin  anası 

Dürlü xanım, oğlu Kamil həbsxanada vəfat etdilər. Qiyas bəyin 

iki  qardaşını  isə  güllələdilər.  1935-ci  ildə  Qiyas  bəyin  arvadı 

Badisəba  xanım  Sadəddin  əfəndi  qızı,  onun  yeddi  yaşlı  qızı 

Əzizə  xanım  və  1915-ci  il  təvəllüdlü  oğlu  Qiyasla  birgə  sosial 

təh lükəli ünsür kimi noyabrın 11-də üç il müddətinə Qazaxısta-

na sürgün edildilər.

Sürgünlər və həbslər Qiyas bəyin əmisi oğlu Alay bəy Şıxlins-

kinin ailəsindən də yan keçmədi. Qazax enkevedesi Xoren Qri-

qoryan Alay bəyin oğlu İsfəndiyarı, qızı Əminəni və Alay bəyin 

əmisi qızı Şəkər xanım Adil bəy qızını (xalq yazıçısı Mehdi Hü-

seynin analığı) sürgünə göndərdi. 

İkinci Şıxlı kəndində 1883-cü il aprelin 20-də ağalıq ailəsində 

anadan olan Alay bəy İsfəndiyar bəy oğlu Şıxlinski ibtidai təh si-

lini  kənd  məktəbində  almışdı.  1897-ci  il  sentyabrın  1-də  Qori 


General Əli ağa Şıxlinski və silahdaşları

286


Müəllimlər Seminariyasına daxil olan Alay bəy 1902-ci ildə oranı 

əla qiymətlərlə bitirmişdi. Müsavat dövründə Zaqatala Quberni-

ya İdarəsinin katibi vəzifəsində işləyən Alay bəy iyirminci illərdə 

Qazax  seminariyasında  riyaziyyat  müəllimi  olmuşdur.  1926-cı 

ildə sovet hökuməti Alay bəyi, Məhəb bəy Vəkilovu və Məcid 

ağa  Şıxlinskini  “keçmişin  qalığı”  kimi  səsvermədən  məhrum 

etdi. 

“Yuxarılara” şikayətlər yazan Alay bəy və dostlarına Azər-



baycan Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi (1892-

1937)  zəmanət  vermişdir  ki,  hər  üç  nəfər  uzun  illərdir  xalq 

müəllimi kimi xidmət edirlər. Keçmişdə onları polis orqanların-

da işləməyə qəza seçki komissiyası təyin etmişdir. Sovetləşmədən 

sonra onların əməllərində hökumət əleyhinə əsaslı heç nə yox-

dur. 


1926-cı il iyunun 28-də Tağı Şahbazinin Mərkəzi Komitənin 

katibliyinə “məxfidir” dərkənarı ilə yazılan bu məktubdan sonra 

onların səsvermə hüququ özlərinə qaytarılmışdır. 

Lakin 1929-cu ildə yerlərdən yazılan danoslara əsasən Alay 

bəyi yenidən get-gələ saldılar. Yerli-yersiz dindirilmələrdən be-

zib cana doyan Alay bəy Şıxlinski başına dəstə toplayıb Altıntaxt 

yaylağına gedib qaçaqlara qoşuldu. Bir il sonra əmisi oğlu Qiyas 

bəylə birgə Türkiyəyə mühacirətə getdi. Ömrünün axırına kimi 

İqdırda yaşadı. 

Qazax seminariyasında riyaziyyat müəllimi işləyən Alay bəy 

xalq  şairi  Səməd  Vurğunun,  Osman  Sarıvəllinin,  xalq  yazıçısı 

Mehdi Hüseynin, professor Mehdixan Vəkilovun, görkəmli ma-

arifçi  Mirqasım  Əfəndiyevin  və  onlarca  seminaristin  müəllimi 

olmuşdur. 1924-cü il buraxılışında müəllim və tələbələrlə birgə 

çəkilmiş fotoşəkildə Alay bəy də var. 

Müəllim Alay bəy Şıxlinskinin dərslərini dərhal mənimsəyən, 

çətin  məsələ  və  misalları  alıcı  quş  kimi  göydə  tutan  Səməd 

Vəkilovun haqqında Alay bəy demişdir:

– Bu uşaq ya gora salamat baş aparmayacaq, ya da bundan 

görünməmiş bir şey çıxacaqdır. 



Şəmistan Nəzirli

287


1924-cü  ildə  seminariyanı  müvəffəqiyyətlə  bitirən  Səməd 

Vəki lova ən yaxşı xasiyyətnaməni də Alay bəy Şıxlinski vermiş-

dir. 

Alay bəy məşhur Qazax qazisi Sadəddin əfəndi Müftizadənin 



(1837-1916) qızı Güləndam xanımla ailə qurmuşdu. Əmisi oğlu 

Qiyas bəylə bacanaq idi. Qiyas bəyin arvadı Badisəba xanım da 

qazi Sadəddin əfəndinin qızı idi. 

Qiyas bəyin Türkiyədəki fəaliyyəti haqqında məlumatı hazır-

da İqdırda yaşayan qardaşı oğlu Turan Həsən bəy oğlu Alqazax-

dan almışıq

1

.

Turan Həsən bəy oğlu Alqazax yazır ki, Qiyas bəy dəstəsi ilə 



Qarsa gəldi. Bir az sonra əmisi oğlu İqdır Milli Əmniyyət mü-

fəttişi Hüsnü Bingölün köməyi ilə İqdırda yerləşdi. 

Rus-sovet  hökumətinin  şikayətindən  sonra  Qiyas  bəy  və 

dostları Vana sürgün edildi. Van yolunda yerləşən Karaköşedən 

Qiyas bəy Atatürkə zəng etdi. Aralarında belə bir dialoq oldu:

– Sayın Paşam, İqdırdan sürgün edilməyimizin səbəbini bil-

mək istəyirəm.

Atatürk:


– Başınızın salamat olması üçün bunu etməlisiniz.

– Paşam, ya bizi geri qaytarın, ruslar güllələsin, ya da icazə 

verin Karaköşedə qalaq.

Atatürk:


– Tamam. Orada qalmağınız üçün Sizə kömək edəcəyəm. 

1

  Sıxlinskilər  nəslinin qədim  soyadıdır. Bu  barədə Əli  ağa  Şıxlinski 



“Xatirələrim” kitabında geniş məlumat verir. O yazır: “Atam İsmayıl ağa 

Alqazax oğlu Şıxlinski əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. 

Bizim  ulu  babamız  Ağdolaq  Məmməd  ağa  Qazax  qəzasına  Şəmkirdən 

köçüb gəlmişdir. Onun iki oğlu vardı, böyük oğlu Şıxı – çox ağıllı və sakit, 

kiçiyi  Alqazax  –  çox  igid,  amma  dəlisov  bir  adam  idi.  Mən  Alqazaxın 

nəslindənəm... Böyük oğlundan olan övladlar Şıxızadə familiyasını aldılar, 

kiçik oğuldan olan bizim nəsil isə Alqazax oğlu familiyasını qəbul etdi. 

Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra bütün yerlilər özləri 

üçün rus familiyalarına bənzəyən familiyalar qəbul etməyə başladılar, bi-

zim nəslin hər iki qolu Şıxlinski familiyasını qəbul etdi”.



General Əli ağa Şıxlinski və silahdaşları

288


Qiyas bəy:

Sağ olun, Paşam.

Atatürkün  əmri  ilə  yerləşdirmə  və  əmlak  məmurları  Qiyas 

bəyə köməyə gəldi. Qiyas bəy bu yardımdan imtina etdi və öz 

gücünə yaşamağa üstünlük verdi.

İkinci Dünya müharibəsinin qızğın çağında, 1943-cü ildə Al-

maniya və Türkiyə arasında gizli saziş bağlandı. Bu müqaviləyə 

əsasən  Qiyas  bəy  Şıxlinskinin  başçılığı  ilə  Türkiyədə  yaşayan 

Qafqaz xalqları geri qayıdıb Sovet İttifaqını daxildən dağıtmaq 

üçün yeni bir cəbhə açmalı idilər. Lakın Qiyas bəyin “dostların-

dan” İman Bolluq adlı birisi bu məlumatları ruslara 20000 (min) 

lirəyə satmışdır. Qiyas bəylə mühacirlər Doğubəyaziddə silahla-

rı ilə bərabər həbs edilmişdilər. Rus hökumətinə xoş olsun deyə, 

Qiyas  bəy  mühakimə  olundu.  Ona  edam  cəzası  kəsildi.  Bu 

hadisədən  xəbər  tutan  Almaniya  hökuməti  Türk  hökumətinə 

belə bir ultimatum verdi:

– Ya Qiyas bəy azad olunur, ya da Türkiyəyə hücum edəcəyik.

Bundan sonra Qiyas bəy Şıxlinskinin edam qərarı ləğv olu-

nur.  O,  Gümüxanaya  sürgün  edilir.  Qiyas  bəy  1949-cu  ildə 

yenidən Qarsa, 1955-ci ildə Ağrıya gəlir. 1965-ci ildə isə Bandır-

mada  yerləşmişdir.  1970-ci  ildə  el-oba,  qohum-qardaş  həsrətli 

Qiyas  bəy  vəfat  etdi.  Qiyas  bəy  Şıxlinski  Ağrıda  yaşayanda 

evləndi, üç oğlu və iki qızı oldu.

Şıxlinskilər  Türkiyədə  ulu  babaları  Alqazaxın  adını  soyad 

kimi daşımışlar. Qiyas bəyin övladlarından biri Çingiz Alqazax 

(1938-1992) polkovnik rütbəsində hərbi təyyarəçi kimi şöhrət qa-

zanmışdır. 

1990-cı  ilin  qışında  sevimli  xalq  yazıçısı  İsmayıl  Şıxlı  ilə 

mənzilində söhbət edirdim. Söhbətimizin əsas mövzusu general 

Əli ağa və onun general qardaşı oğlu Cavad bəy Şıxlinskilər idi. 

Həmin illərdə general Əli ağa Şıxlinskinin iki cildini çapa hazır-

layırdım.  Ona  görə  də  İsmayıl  müəllimlə  tez-tez  görüşürdük, 

onun köməyinə ehtiyacım var idi. Söhbətarası bığaltı xoş təbəs-

sümlə gülümsünən İsmayıl Şıxlı:



Şəmistan Nəzirli

289


– Sənə mənim bir hədiyyəm var, – dedi. – Dur, o kitab rəfinin 

üstündəki qovluğu bura gətir.

Qovluqdan  çıxan  nəsli  haqqında  nadir  bir  sənədi  və  iki 

fotoşəkli İsmayıl müəllim mənə bağışladı.

Fotoşəklin birində Qiyas bəy 1952-ci ildə Türkiyədə ailəsi ilə 

birgə  çəkilmişdir.  Digər  şəkildə  isə  polkovnik  Çingiz Alqazax 

təsvir olunmuşdur.

– Çingiz bəy, – dedi, – Türkiyədə Hərbi Aviasiya Məktəbini 

bitirib,  paraşüt-desant  idmanı  üzrə  Avropa  çempionu  olub. 

Türkiyə Silahlı Qüvvələrində şərəflə xidmət edən Çingiz bəy Al-

qazax yüksək vəzifələr tutmuşdur. Əlli dörd yaşında vəfat edib. 

Sonuncu vəzifəsi Hərbi Aviasiya Eskadrilyasının komandiri ol-

muşdur. 

Dayısı  Qiyas  bəylə  bağlı  kövrək  bir  epizodu  İsmayıl  Şıxlı 

1989-cu ildə qələmə alıb. Bu təsirli hadisə 1952-ci ildə tənqidçi 

Məsud Əlioğlugildəki qonaqlıqda olub.

“...Mir  Cəlal  müəllim  hiss  edilmədən  qabağıma  pivə  qoy-

muşdu.  Mən  hərdənbir  qurtum  alırdım.  Bunu  Səməd  Vurğun 

gördü.

– Ə, o nədir, içirsən? Kişi araq içər, araq iç. Neyləyim, yorğun 



vaxtıma düşübsən, yoxsa sənə necə içməyi göstərərdim. 

Mənə araq süzdü. 

Hiss etdim ki, gözü üzümdədir. Amma xəyalı hardasa uzaq-

lardadır.  Onu  da  başa  düşdüm  ki,  mənim  üzümə  baxa-baxa 

uşaqlıq dünyasına qayıtmışdır. Bəlkə də bu saat Kür sahilində, 

Qarayazı meşəsində gənclik dostları ilə gəzir, bəlkə... 

Birdən elə bil dirçəldi. Qamətini düzəldib qarmon çalan Fey-

ruza baxdı:

– Ə, a bala, bir “Motanı” çal.

Ayağa  durdu.  Məni  də  qaldırdı.  Qabaq-qənşər  oynamağa 

başladıq. Burada da gözünü üzümdən çəkmirdi. Ortada bir xey-

li fırlanandan sonra gördüm ki, oynaya-oynaya məni küncə doğ-

ru aparır. Ev böyük idi. Köhnə binaların hamısında olduğu kimi 

tavan  hündür,  qapı-pəncərə  genişdi.  Küncə  çatanda  dayanıb 



General Əli ağa Şıxlinski və silahdaşları

290


boynumu qucaqladı, üzümdən öpdü. Pıçıltı ilə: “Ə, Qiyas qağa-

ma  yaman  oxşayırsan”  –  dedi.  Gözləri  yaşardı.  Bildim  30-cu 

illərdə  Türkiyəyə  getmiş  dayımı  deyirdi.  Eşitmişdim  ki,  dost 

olublar.  Amma  dayımın  adını  çəkmək  olmazdı.  Ona  görə 

xəlvətdə, pıçıltı ilə sözünü deyirdi. Görünür, mənim dayıma ox-

şamağım onu kövrəltmişdi. Mənim də gözlərim doldu. Başımı 

vaxtsız qocalmış şairin köksünə sıxıb xeyli dayandım. Bu ani hal-

dan sonra qollarını yenə qaldırdı, heç nə olmamış kimi, oynaya-

oynaya  geri  qayıtdıq.  (İsmayıl  Şıxlı.  “Namərd  gülləsi”,  1991, 

səh.141-142)



Pristav Hüseyn bəy Şərif bəy oğlu Şıxlinski (1886-1920) Go-

ranboy və Əhmədli nahiyəsinin pristavı olub. 1920-ci il mayın 

13-də Müsavat rejiminin məmuru və Gəncə üsyanının iştirakçısı 

kimi həbs edilib güllələnmişdir. Əslində isə 1919-cu ilin fevral-

mart aylarında bolşevik Qatır Məmmədin quldur dəstəsinin dar-

madağın edilməsində fəal iştirakına görə Fövqəladə Komissiya-

sının sədri Semyon Pankratovun göstərişi ilə komissar Qriqorye-

vin qrupunu həbs etmişdir. 

Kar Hüseyn bəy adı ilə bolşeviklərə qarşı əzazil bir şəxsiyyət 

kimi tanınan pristav Şıxlinski istiqlal hərəkatının fəal mücahidi 

kimi  ad-san  qazanmışdı.  O,  1886-cı  ildə  Qazax  qəzasının  Şıxlı 

kəndində anadan olmuşdur.

1941-ci ilin ağır günlərində institutda təhsil alan İsmayıl Şıx-

lını  kulak  oğlu  kimi  dövlət  imtahanına  buraxmaq  istəmirlər. 

Onda  imtahan  komissiyasının  sədri  Mikayıl  Rəfili  köməyinə 

gəlir. Sonralar – 1988-ci ildə İsmayıl Şıxlı “Ayrılan yollar...” xatirə 

məqaləsində belə bir epizodu qələmə alıb: 

“Bilirsənmi, sənə bu hörməti niyə etdim?” Çiynimi çəkdim. 

O isə sözünə davam etdi: “Əlbəttə, müəllimlərin də sənə kömək 

etdi. Özündən də xoşum gəldi. Amma əsas səbəbi odur ki, Mü-

savat vaxtı məni Gəncədə tutmuşdular. Yəqin sənin qohumların-

dan olan Sıxlinski familli bir pristav (Hüseyn bəy – Ş.N.) məni 

azad etdi. İstədim yaxşılığın əvəzini verəm”. Pristavın kim oldu-

ğunu  bilmirdim.  Həmişə  bu  familin  əziyyətini  çəkirdik.  İlk 



Şəmistan Nəzirli

291


dəfəydi ki, yaxşılığını gördüm. O, sözlərini astaca dediyi kimi, 

mən də təşəkkürümü astaca söyləyib çıxdım.

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının 

ordusunda Şıxlinskilər nəslinin nüfuzlu oğulları ləyaqətlə xid-

mət etmişlər.

Polkovnik  Rüstəm  bəy  Məmmədağa  oğlu  Şıxlinski  1912-

1913-cü  illərdə  Birinci  Qafqaz  atıcısı  artilleriya  divizionunda 

ştabs-kapitan  rütbəsində  xidmət  edib.  1918-ci  ildə  Topçu  his-

səsinin və Ağdamdakı pulemyot məktəbinin rəisi idi. 

1919-cu il fevralın beşindən Əlahiddə ağır top divizionunun 

və 1920-ci ilin əvvəlində İkinci Artilleriya briqadasının koman-

danı,  1920-ci  il  iyunun  11-də  şübhəli  şəxs  kimi  Az.ÇK-nın 

əməkdaşları Troyan və Polyakov tərəfindən Bakıda həbs edilib 

güllələnmişdir. Məşhur generalımız Əli ağa Şıxlinskinin qardaşı 

Məmmədağanın  kiçik  oğludur.  1877-ci  ildə  Qazaxda  anadan 

olub. Tiflisdəki kadet korpusunun və Peterburqda Mixaylovski 

Ali Topçuluq Məktəbini bitirib. Birinci Dünya müharibəsində bi-

rinci Qafqaz atıcı artilleriya divizionunda kapitan rütbəsində dö-

yüşüb.  Cəbhədəki  döyüş  xidmətləri  IV  dərəcəli  “Müqəddəs 

Anna” (üzərində “İgidliyə görə” yazısı ilə) və IV dərəcəli “Mü-

qəddəs Vladimir” (qılınc və bantla birgə) ordenləri ilə qiy mət-

ləndirilib.

Poruçik İsrafil bəy Ağa oğlu Şıxlinski 1918-ci ildə Gəncədə 

Hərbi  Məktəbi  bitirib.  Məktəbdə  ikinci  rotanın  praporşiki 

vəzifəsində işləyib. 1897-ci il sentyabrın 10-da Qazaxda zadəgan 

ailəsində anadan olub. Qori şəhərindəki seminariyanın Azərbay-

can şöbəsini bitirib. İyirminci ilin aprelində bolşeviklər gələndə 

Az.ÇK-nın  yanında  qısa  müddət  xüsusi  təyinatlı  dəstənin  ko-

mandiri  olub.  Müsavatın  tərəfdarı  və  Sovet  hökumətinin  qatı 

düşməni  olduğuna  görə  ittiham  edilib.  1926-cı  ildə  Solovetsk 

həbs düşərgəsinə sürgün olunub. 

Əli ağa oğlu Şıxlinski  İkinci Zaqatala piyada alayında Hərbi 

təhsil komandasının praporşiki. 



General Əli ağa Şıxlinski və silahdaşları

292


Abdulla  ağa  Omar  ağa  oğlu  Şıxlinski  1899-cu  il  yanvarın 

5-də  Qazaxda  anadan  olub.  1918-ci  il  aprelin  6-da  Bakı  Realnı 

Məktəbini bitirib. Həmin ili atası Omar ağa qəflətən vəfat etdiyinə 

görə  əmisi  general  Əli  ağa  Şıxlinskinin  himayəsində  yaşayıb. 

Azərbaycan  Milli  Ordusunda  yunker  rütbəsində  xidmət  edib. 

Sovet tibb elmində görkəmli mütəxəssis, tibb elmləri namizədi 

kimi məşhur idi. Abdulla ağa 1970-ci il mayın 23-də Bakıda vəfat 

edib.


Şəmistan Nəzirli

293


ŞIXLİNSKİ NƏSLİNİN ŞAİRLƏRİ

(Kazım ağa Salik, Mustafa ağa Arif, Abdulla ağa, 

Mirzə Məhəmməd Fədai və Əli ağa Şıxlinski)

Firidun bəy Qafqazın hər yerini özünə vətən bilir-

di,  hər  yerinə  təfavütsüzcəsinə  məhəbbəti  var  idi. 

Hətta bəzi yerləri, məsəla, Qazaxı doğma yurdu Qa-

rabağdan  artıq  sevərdi…  Hər  halda  burası  inkar 

ediləsi deyil ki, Firudin bəy Qazaxı çox sevərdi, çünki 

Azərbaycanın bir çox şairləri burdan törəmişdi.

Fərhad Ağazadə (Şərqli) (1880-1931) 

görkəmli maarif xadimi

Əgər  Firidun  bəy  Köçərli  kimi  ədəbiyyatşünas-alim,  mahir 

toplayıcı olmasaydı, XVIII-XIX əsrlərdə yaşayıb-yaratmış şairlər 

haqqında  biz  çox  az  məlumata  malik  olardıq.  Təkcə  qazaxlı 

şairlərin  üzə  çıxarılmasında  yox,  eləcə  də  Şirvan,  Qarabağ, 

İrəvan, Şəki, Quba, Gəncə və başqa bölgələrin klassik şairlərinin 

ədəbiyyat tariximizdə yer alması Firidun bəyin əvəzsiz xidməti 

sayəsində olmuşdur. 

Mustafa  ağa  Arif  (1774-1845),  Kazım  ağa  Salik  (1781-1842), 

Şıxlinskilərin, Əbdürrəhman ağa Dilbazinin (1755-1806), Mirzə 

Məhəmməd Fədainin, Mustafa ağa Nasirin (1850-1890), İsgəndər 

ağa  Qiyasbəyovun  (1820-1873),  Mirzə  Nəbi  əfəndi  Qayıbovun 

(1810-1869),  Şahnigar  xanım  Rəncur  Qiyasbəyovanın  (1850-

1890),  Hacı  Rəhim  ağa  Dilbazovun  (1823-1875),  Yəhya  bəy 

Məhəmməd  ağa  oğlu  Qazağinin  (?  –  1841)  Abbasağa  Nazirin 

(1849-1919) barəsində ilk dəfə cəfa çəkib yazan, xalqımıza tanıt-

dıran  Firidun  bəy  Köçərli  olmuşdur.  Demək,  Fərhad Ağazadə 

kimi alim şəxs çox doğru deyir ki, Firidun bəy Qazaxı çox sevərdi.



General Əli ağa Şıxlinski və silahdaşları

294


Kazım  ağa  Şıxlinski  özünə  Salik  (ərəbcə  “düz  yolla  gedən” 

deməkdir) təxəllüsü götürmüşdür. Firidun bəy Köçərli yazır ki, 

Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki va-

hid Qazax mahalında, bəlkə, tatami Zaqafqaziyada zühur edən 

şairlərin müqtədirlərindən birisi hesab olunur.

1781-ci ildə Şıxlı kəndində ağalıq ailəsində anadan olan şair 

ev təhsili almışdı. Həmin illərdə Şıxı ağanın, Ağdolaq Məhəmməd 

ağanın  və  Alqazax  ağanın  övladları  əsasən  Kür  çayının  sahi-

lindəki Qazaxlı, birinci və ikinci Şıxlı kəndlərində sakin idilər. 

Böyük sərkərdə Əli ağa Şıxlinski də 1865-ci il martın 3-də ulu 

babasının  adını  daşıyan  Qazaxlı  kəndində  anadan  olmuşdu. 

Həmin  kənd  1927-ci  ildə  Kür  çayı  bərk  daşdığına  görə  əhalisi 

Aşağı Salahlıya, Qazaxbəyliyə, Şıxlıya və qəza mərkəzi Qazaxın 

özünə köçüblər. Kənd xəritələrdən belə silinib, indi yurd yeri qa-

lıb. 

Kazım ağa Şıxlinski öz nəsli haqqında bir şeirində belə mə-



lumat verir: 

Şeyxzadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan,

Şıxlı qəryəmizdir, həm bizik ol qəryə ezazi

1

.

Anası nəcib Dilbazilər nəslindən olan Kazım ağa Şıxlıda dün-

yaya gəlib, altmış bir il ömür sürmüşdür. Qəbri Şıxlı kəndindədir. 

Zəmanəsinə  görə  kamil  biliyi  olduğuna  görə  Kazım  ağa  fars, 

türk  və  cığatay  dillərində  qəzəl,  qoşma  və  müxəmməslər  yaz-

mışdır.


Şair farsca yazdığı bir beytində deyir ki:

Şeir qoşanda Salik qəvvas olarsa,

Qəzəl dənizindən gövhərlər çıxarar.

Kazım ağa Şıxlinskinin böyük qardaşı Mustafa ağa rus ordu-

sunda mayor rütbəsində xidmətdə idi. 1826-1830-cu illərdə Qaf-

1

  E z a z i   – hörmətli-izzətli



Şəmistan Nəzirli

295


qazda istilaçı ruslara qarşı tez-tez üsyanlar olduğuna görə nü-

fuzlu bir şəxs kimi Mustafa ağadan şübhələnir və dekabristlər 

üsyanının təsiri qorxusu ilə vahiməyə düşən canişin general-ley-

tenant A.P.Yermolov Mustafa ağanı Sibirə sürgün etdir. Həmin 

illərdə  Şıxlı  qəriyəsindən  mindən  çox  kəndli  üsyan  edib  vergi 

verməkdən boyun qaçırır. Sürgündən Molla Vəli Vidadinin oğlu, 

alim və fazil bir şəxs olan Osman Əfəndiyə (1785-1850) nəzmlə 

məktub yazıb rica edir ki oğlu Əli ağanın təhsilində göz olsun, 

onu məktəbi buraxmağa qoymasın.

Olma tarik dərsdən, ey nuri-canım Əli!

Pəndimi eylə qəbul, ey xanü-xaqanım Əli!

Var ümidim etməyə zaye Əfəndi səyini,

Qoyma dərsdən bir kəm-kəsir Osmanım Əli!

Mən səninçün eylərəm xeyir-dualar ruzu şəb,

Saxlasın hifzü himayətində sübhanım Əli!

Gərçi, ey dil, mən Əbubəkrü Ömər, osmaniyəm,

Həqq imamımdır mənim ol şiri-mərdanım Əli!

Olsun, Arif, həşrdə əvvəl şəfin Mustafa,

Sonra Əbubəkrü Ömər, Osmanü aslanım Əli!

Şair, Mustafa ağa Arifin oğlu Əli ağa sonralar məşhur Muğan 

alayının polkovniki olub. Mirzə Fətəli Axundov 1857-ci ildə yaz-

dığı  “Müxəmməs”ində  (M.F.Axundov.  Əsərləri,  I  c.,  səh.  344) 

belə xatırlayır:

Tiflis müsəxxər sənə, ey duxdəri-tərsa!

Aşiqlərinə məbəd olub deyrü kəlisa!

Məndən sənə vəsf istədi Şıxlı Əli ağa,

Dedim səni vəsf etməyə mənəndi-Məsiha,

Rühulqüdüs imdadı gərək nitqi-Məsiha.

Bəzi  tədqiqatçılar  Mirzə  Fətəli Axundov  “Müxəmməs”ində 

adı çəkilən Əli ağanı məşhur general Əli ağa Şıxlinski hesab edir. 


General Əli ağa Şıxlinski və silahdaşları

296


Bu  fakt  tamamilə  səhvdir.  Çünki  Əli  ağa  Şıxlinski  1865-ci  ildə 

anadan olub. Hələ anadan olmayan Əli ağa Şıxlinski Mirzə Fətəli 

ilə necə görüşə bilərdi?

Mustafa ağanın “Arif” təxəllüsü ilə sürgündən yazdığı qoş-

maları və oğlu Əli ağaya qəzəlləri az da olsa qalmışdır. 

Dərdli şair Kazım ağa Şıxlinski qardaş həsrətli şeirində yazırdı:



Biri Arif, ona cövr etdi dövran 

Ki, qürbətdə şəhidü-mübtəladır.

Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanan sənədlərdən 

məlum  olur  ki,  Mustafa  ağa  Arif  Şıxlinski  1845-ci  ildə  Kazan 

şəhərində vətən həsrəti ilə şəhid olub.

1993-cü ildə görüşdüyüm görkəmli geoloq, şairin təxəllüsünü 

ad kimi daşıyan, nəvə Arif Şıxlinskinin (1929-1995) yaddaşından:

– Nənəm Aişə xanım həmişə babam Mustafa ağa Arifi kədərlə 

yad  edərdi.  İllaha,  evdə  mənim  adım  çəkiləndə  nənəm  dərhal 

vaxtı  ilə  babamın  Sibirdən  göndərdiyi  qoşmasının  bir  bəndini 

qəmli-qəmli zümzümə ilə oxuyardı:



Üstümə gələydi bir pak müsəlman,

Üzümə örtəydi ağı, ey fələk.

Sibir yolunu fikr eyləməkdən,

Əridi ürəyin yağı, ey fələk. 

Rusiyada sürgündə olanda Mustafa ağa Arif ən çox mək tub-

laşdığı  qardaşı  Kazım  ağa  Şıxlinski  olmuşdur.  Bu  məktublar 

nəzmlə yazılıb: 



Din qönçəsi qan olub, açılmaz,

Yüz min gər ola bahar, sənsiz.

Ey gül, gecə-gündüz Arif ağlar,

Bülbül kimi zar-zar sənsiz.

Şəmistan Nəzirli

297


Kazım ağa Şıxlinskinin cavabından:

Canım çıxar oldu həsrətindən, 

Ömrüm gedər oldu badə sənsiz.

Çəkmiş həvəsin şikəstə Salik,

qövmə baxar, nə yadə sənsiz.

Mustafa  ağa  Arifin  Respublika  Əlyazmalar  İnstitutun 

arxivində saxlanan “Düşmüşəm” qoşmasında qohum-qardaşını, 

ömrünün əlli yaşı ötdüyünü qubar hissi ilə yad edir. Şair bircə 

arzu ilə yaşayır. Qürbətə nifrət, vətənə məhəbbətin ülviliyi ona 

inam aşılayır. Ümid edir ki, bircə tezliklə obası Qazaxı görsün, 

ondan sonra ölsün, onda bilərəm ki, haqq məkana düşmüşəm. 

Başına döndüyüm elim, ulusum,

Nə müddətdi pisilyanə

1

 düşmüşəm.

Gülüstan içində ömür sürmüşdüm,

On ildir ki, zimistanə düşmüşəm.

Diyari-qürbətdə dərdim bilən yox,

Ağlayanda göz yaşımı silən yox,

Ömür keçdi, bir yanıma gələn yox,

Elə bil ki, qəbristanə düşmüşəm.

Biqeyrətlər durdu mənim qəsdimə,

Utanmayıb böhtan atdı üstümə.

Odlanıram, gələn yoxdu tüstümə,

Baş götürüb biyabanə düşmüşəm.

Çoxdandı əllini ötübdü yaşım,

Tutulub qıçlarım, ağarıb başım.

1

  P i s i l y a n  – 



поселение

 sözünün təhrif olunmuş formasıdır, 



sürgün


 deməkdir – Ş.N.



General Əli ağa Şıxlinski və silahdaşları

298


Əlimdən gedibdi yarü yoldaşım,

Qan-yaş dolu bir ümmanə düşmüşəm.

Mən Arifəm, bir Qazağı göreydim,

Camaatla halallaşa bileydim.

Elə o gün obamızda öleydim,

Deyəydim ki, haqq məkanə düşmüşəm.

Kazım ağa Salik Şıxlinskinin bayatı boğçası

Hər  dəfə  Respublika  Əlyazmalar  İnstitutunda  işləyən  dos-

tum  Seyfəddinin  yanına  yön  salanda  maraqlı  bir  faktın  şahidi 

oluram.


…Təxminən on-on iki il əvvəlin söhbətidir. Bir günortaüstü 

yenə dostuma baş çəkməyə gəldim. İş otağı bağlı idi. Geniş foye-

nin açıq pəncərəsindən onun məşhur alim Məmmədağa Sulta-

novla yanaşı oturduğunu gördüm. Həyətə düşüb onlarla görüş-

düm. Məmmədağa müəllim Seyfəddinə ötən illərdə görüşdüyü 

xas kişilərdən maraqlı söhbətlər edirdi. Belə söhbətlərin vurğu-

nu  olduğumdan  cınqırımı  çıxarmadan  mən  də  oturub  diqqət 

kəsildim. Bu nurani kişi, gözəl alim elə dəqiqliklə və yığcam da-

nışırdı ki, adam istər-istəməz ona həsəd aparırdı. Fasilə vaxtı ol-

duğundan  o,  bir-iki  dəfə  ötəri  saatına  baxıb  ayağa  durdu.  Bir 

neçə addım atar-atmaz zəndlə mənə baxıb:

– Seyfəddin, – dedi, – səni qonağın gözləyir, məni də hökumət 

işi. Gedək...

Seyfəddin əlini çiynimə qoyub:

– Qonağım jurnalistdir, – dedi, – tarixi əhvalatlarla, Sizin haq-

qında danışdığınız kişilərin söhbətlərilə çox maraqlanır.

Məmmədağa müəllim təəccüblə mənə baxıb:

– Suyu şirindi, tanış gəlir, – dedi, – harada görmüşəm anlaş-

dıra bilmirəm. 

–  Mənim  dostumdu.  Tez-tez  gəlir  bura.  Televizorda  çıxış 

eləyəndə görə bilərsiniz. Ən çox da hərbi verilişlərdə çıxış edir.


Şəmistan Nəzirli

299


– Generallardan, sərkərdələrdən danışır, eləmi? 

– Özüdür ki, var. – Seyfəddin sevinclə cavab verdi.

Mən ürəklənib:

– Məmmədağa müəllim, – dedim, – təkcə generallarla yox, 

həm də keçmiş şairlərlə maraqlanıram. Xüsusilə, XIX əsrin və XX 

əsrin  əvvəllərində  yaşayıb-yaratmış  sənətkarların  həyatından 

mütaliə eləməkdən çox xoşum gəlir. Sizin bu sahədə xidmətiniz 

çox böyükdür. Amma icazə verin soruşum, niyə indiyədək Ab-

basqulu ağa Bakıxanovun tam külliyyatı nəşr olunmayıb? Siz bu 

sahə ilə neçə illərdi ki, məşğul olursunuz. Nə vaxtadək təkrar-

təkrar bir cildliyi oxuyacağıq? Orada əsərlərinin əksəriyyəti də 

ixtisarla nəşr olunub. Qarşıdan Abbasqulu ağa Qüdsinin 190 illi-

yi gəlir, heç olmasa, onda oxuya biləcəyikmi?

– Haqlı sualdı, haqlı tələbdi, oğul. Hələ bir neçə il əvvəl (o 

dəqiq dedi, amma mən unutmuşam) Abbasqulu ağanın əsər lə-

rinin tam külliyyatını nəşrə hazırlayıb təqdim etmişəm. Nəşriy-

yata gedib-gəlməkdən daha utanıram. Hələ dəqiq bir şey hasil 

olmur. Yüz doxsan illiyinə söz verirlər, amma bilirəm ki, yalan 

deyirlər.  Üzüm  də  gəlmir  deyəm  ki,  ay  nəşriyyat  işçisi,  oğul, 

mənə  niyə  yalan  danışırsan?  Görək,  ya  qismət,  amma  laqeyd 

millətik,  klassiklərimizə  laqeyd…  Sən  ondan  dissertasiya 

yazırsan-nədi?

– Yox, – dedim, – sadəcə olaraq yaradıcılığının vurğunuyam. 

Bir də mənim ən çox xoşuma gələn şair Abbasağa Nazir Qayıb-

zadədir. Siz onun rübailərini “Keçmişimizdən gələn səslər” al-

manaxında  dərc  etdirmisiniz.  Məndə  bir  “Bəyani-halım”  adlı 

poeması və xeyli də şeirləri var. İstəyirəm, onun və inqilabdan 

əvvəl  yazıb-yaratmış  qazaxlı  şairlərin  əsərlərini  toplu  halında 

nəşr elətdirəm. Bir xeyli toplamışam. Amma sizin köməyiniz ol-

masa, bu işin öhdəsindən çətin gələm…

– Yaxşı fikirdi, xüsusilə, Nazir inqilabdan sonra tədqiqatsız 

qalan şairdir. Bilirsənmi, Nazir harda dəfn olunub?

– Bilirəm, Qazaxda, doğma kəndi Salahlıda, qəbrini ziyarət 

də eləmişəm. 1919-cu il dekabrın 31-də vəfat edib. Onun ölümü 

Firidun bəy Köçərlini yandırıb-yaxıb.


General Əli ağa Şıxlinski və silahdaşları

300


Getməyi unudan Məmmədağa müəllim həvəsə düşüb:

– Qulaq as, gör bir Nazir yana-yana nə deyir:



Nazir, bədənin xakilə yeksan olacaq,

Dərda ki, vücudun evi viran olacaq.

Tən rifğət edib əslinə xak olsa nə qəm,

Səd heyf ki, gənci-nəzm pünhan olacaq.

Buradan oxucu elə başa düşməsin ki, Nazir hər şeydən əlini 

üzmüş, həyatdan küskün bir insandır. Xeyr. Nikbin bir şair olan 

Nazir bu rübaisində deyir ki, mən öz ölümümə heyfsilənmirəm. 

Heyfsilənirəm  ki,  məndən  sonra  şeir  xəzinəsi  pünhan  olacaq. 

Məndə  şair  Abbasağa  Nazir  Qayıbzadənin  şeirləri,  qəzəl  və 

tərcümələri çoxdur. Bu günlərdə Kazım ağa Salik Şıxlinskinin də 

bayatılarını tapmışam. Gələrsən yanıma verərəm, sal onları da 

kitaba.

Müdrik söhbətlərindən doymasam da, onun ayaq üstə qal-



mağına  qıymırdım.  Məmmədağa  müəllim  pilləkənin  yanına 

kimi ötürdüm. O, ayaq saxlayıb:

–  Gələn  çərşənbə  gözləyəcəyəm,  –  deyib  asta  addımlarla 

mərmər pillələri qalxdı.

Onun dediyi vaxtda görüşünə gəldim.

– Otur, mən deyim, sən yaz, – dedi. 

…Xalqımız üçün qiymətli poetik söz xəzinəsi qoyub getmiş 

görkəmli şairimiz Kazım ağa Salik Şıxlinskinin (1781-1842) baya-

tılarını möhtərəm oxucularımıza təqdim edirəm.

Heç  vaxt  oxucu  nəfəsi  görməyən,  bu  dadlı-tamlı  söz 

incilərində doğma Qazağın füsunkar təbiəti və Salikin vüsalına 

yetmədiyi ilk məhəbbəti vəsf olunur.

Bayatıları mənə təqdim edən mərhum professor Məmmədağa 

Sultanova Allah rəhmət eləsin. Qoy, müqəddəs torpaq ona qu 

tükü qədər yumşaq olsun.


Şəmistan Nəzirli

301


Yol düşdü Didivana,

Ərzini de divana,

Salik, gəldi həmdəmin,

Aqilən de divana.

Zəmin nədir, səma nə,

Daşa tutar zəmanə,

Qəm xərmənində Salik,

Axır döndü samanə.

Görünən Qaraçaldı,

Canım qaraçı aldı,

Sinəndən öpdü Salik,

Ağzını qara çaldı.

Guş etmə hər ədnayə,

Gəl gedək hər adnayə,

Sana kim dedi, Ceyran,

Yoldaş ol hər ədnayə.

Dərya var, yazı vardır,

Kağızda yazı vardır,

Salik, hicran qışının,

Demək ki, yazı vardır.

Görünən Haçaqaya,

Şir ver ha bu çağaya,

Salik, günəş camalın,

Dəyişər haçaq aya.

Yapışıb yüzmə zəli,

Danışır yüz məzəli,

Salik dost ətəyindən,

Ölüncə yüzməz əli.

General Əli ağa Şıxlinski və silahdaşları

302


Xədəngin yay iləndir,

Xasilar yayiləndir,

Ceyran, zülfün həlqəsi,

Ya əqrəb, ya ilandır.

Kamanın ox ilandır,

Həriflər oxilandır,

Geysu

1

 deyil yüzündə,

Ceyran qaç, ox, ilandır.

Çəkməsin mərdim azar,

Mərd deyil, mərdiməzar,

Bulud zülfündə Ceyran,

Gəzməsin mərdiməzar.

Məclisin nə şamı var,

Nə Bağdad, nə Şamı var,

Salik, dəli Ceyranın,

Nə sübhi, nə şamı var.

Abdulla ağa Şıxlinski

XIX  əsrin  ortalarında  yazıb-yaradan  Şıxlinski  şairlərindən 

biri də Abdulla ağa Şıxlinski olmuşdur. O, çar ordusunda 1830-

1860-cı illərdə mayor rütbəsində xidmət etmişdir. Görkəmli şair 

Mustafa ağa Arifin oğludur. Doğum və ölüm tarixi haqqında heç 

bir məlumat yoxdur. Klassik şeirin ənənələrinə dərindən bələd 

olan Abdulla ağanın əlimizə yalnız bir qəzəli gəlib çatmışdır. Va-

qif təxəllüsü ilə yazdığı həmin qəzəl onun parlaq, şairlik isteda-

dından,  dövrünün  ziyalı  şəxsiyyətlərindən  biri  olmasından 

xəbər verir.



Bil ki, bu çərxi-fələk heç kimə yar olmaz,

Olsa nadana məgər, aqilə zinhar olmaz.

1   G e y s u  – zülf, hörük, saç



Şəmistan Nəzirli

303


Qızarıb şamü-səhər etdiginə şərm etməz,

Açulur hər gün özü, munda namus, ar olmaz.

Dolanır leylü nahar, yıxmaq üçün tikdiyini,

Əməyi puç, dizi sıyrıq, belə memar olmaz.

Bir deyən yox ki, buna bu nədir, ey xanəxarab,

Bari tut xəlvətidə qəhbəlik, aşkar olmaz.

Çək qələm, çəkmə cəfa, getdi tamam ariflər,

Vaqifə, agah degil Salikə izhar olmaz. 

MİRZƏ MƏHƏMMƏD QAYIB oğlu 

QAYIBOV – təxəllüsü FƏDAİ

Molla Vəli Vidadinin atası Məhəmməd ağa 1725-ci il müha-

ribəsində həlak olduğundan Poyludan olan anası Xədicə xanım 

on səkkiz yaşlı oğlunu da götürüb Şəmkirdən Şıxlıya qayıtmış-

dır. Hələ Şəmkirdə yaşayanda ərəb-fars dillərini öyrənən və ka-

mil dini təhsil alan Molla Vəli Şıxlıda yaşasa da Poyluda mək-

təbdarlıq  etmişdir.  Burda  da  Molla  Vəli  Qayıbovlar  nəslindən 

olan Molla Cəbrayılın qızı Tükəzban xanımla evlənmişdir. Son-

ralar Molla Vəli Vidadi qızı Cəvahiri Mirzə Məhəmməd Qayıbo-

va ərə vermişdir. 

Gürcü çarı II İraklinin sarayında xidmətdə olanda Molla Vəli 

kürəkəni  Mirzə  Məhəmməd  Qayıbovu  da  özü  ilə  Tiflisə  apar-

mışdır. Mirzə Məhəmməd sarayda müstövfi

1

 vəzifəsində çalış-



mışdır.  Dövlət  xidmətində  müstövfi  Qazaği,  şair  kimi  Fədai 

təxəllüsü ilə eldə-obada böyük nüfuza malik olmuşdur. 

Məşhur sərkərdəmiz Əli ağa Şıxlinski (1865-1943) “Xatirələ-

rim” əsərində yazır ki, anam Şah Yəmən xanım Qayıbova Azər-

baycanın məşhur şairi Molla Vəli Vidadinin qız nəvəsidir, yəni 

Mirzə Məhəmmədin qızıdır. 

1

  M ü s t ö v f i  – sarayın təsərrüfat işlərini idarə edən məmur – Ş.N.



General Əli ağa Şıxlinski və silahdaşları

304


Klassik şairimiz Molla Pənah Vaqifin müasiri Kazım ağa Sa-

lik Şıxlinskinin (1781-1842) Mirzə Məhəmməd Qayıbova “Fədai” 

təxəllüsülə nəzmlə yazılan dörd məktubu bizə gəlib çatıb. 

Birinci məktubdan:



Olma, ey Mirzə Məhəmməd, zəmmi-şeirimdən məlul,

Əhli-dil, əhli-dilin azarını eylər qəbul.

İkinci məktubdan:



Saliki, ancaq Fədaidir sana həmdəm olan,

İstərəm səndən səva bir qeyri-həmdəm olmasın.

Zəmanədən  və  çərxi-fələkdən  şikayət  edən  Salik  üçüncü 

məktubunda yazırdı:

Ey Fədai, bu cahan bidad ilən bünyad olub,

Aqil oldur kim onun bidadinə münqad olub,

Ol Hüseyni-şahi-məzlum macərasın fikir qıl, 

Aqibət gör bu rəna mülkündə kim dilşad olub.

Yenə Mirzə Məhəmmədə həmin məzmunda Salik yazırdı:



Ey əzizim, istərəm cismində azar olmasın.

Nərgisi-bimarın olsun, özgə bimar olmasın.

Təbiniz olsun guşadə daima hər tərhilə,

Saliki xoş təb binəzmü əşar olmasın.

Təəssüf ki, Mirzə Məhəmməd Fədainin cavablarını tapmaq 

bizə  qismət  olmadı.  Fədainin  doğum  və  ölüm  təvəllüdünü  də 

hələlik dəqiqləşdirə bilmədik. Firidun bəy Köçərli yazır ki, Fədai 

ilə Kazım ağa Salikin aralarında mehri-ülfət və səmimi dostluq 

olub. Bu onların bir-birinə yazdıqları şeirlərdən də görünür. Yaş-

ca Kazım ağa Fədaidən kiçik imiş. Salahlıda doğulan şair Fədai 

orada da vəfat edib. Onun cəmisi iki qəzəli bizə gəlib çatıb: “Ol-

maz” və “Bu imiş”.


Şəmistan Nəzirli

305


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin