TOPOQRAF-GENERAL
İBRAHİM AĞA VƏKİLOV
Şeirimiz, sözümüz, elimiz də var,
Arif yaşamışdır bizim babalar.
Lakin xoş olsa da, söz ilə sənət,
Böyük sərkərdələr yetirən millət
Yalnız qalibiyyət çələngi taxar,
Gələcək günlərə vüqarla baxar.
Səməd VURĞUN
Xalqımızın yetirdiyi elə şəxsiyyətlər var ki, onların adına an-
caq müxtəlif mənbələrdə, arxiv sənədlərində rast gəlmək olar.
Yaşadığı dövrdə, illərdə bunların fəaliyyəti geniş işıqlandırılsa
da, zaman keçdikcə onlar məlum səbəbdən unudulub. Xalqımız
üçün gördükləri əvəzsiz işlər ört-basdır edilib. Totalitar rejimin
“müsavat generalı” damğası vurduğu onlarca belə qeyrətli sər-
kər dələrimiz yaddaşlardan qeyb olub. Böyüməkdə olan gənc
nəslin, demək olar ki, adı ara-sıra çəkilən bu şəxsiyyətlərdən
xəbəri yoxdur. Halbuki, onların keçdiyi mübariz həyat yolu bu
gün bizim üçün böyük məktəbdir.
Topoqraf-general İbrahim ağa Paşa ağa oğlu Vəkilov da belə
unudulmuş şəxsiyyətlərdən biridir.
1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax
qəzasının Qıraq Salahlı kəndində anadan olan İbrahim ağa Və ki-
lov on bir yaşında atadan yetim qalıb. Atası Paşa ağa 1864-cü ildə
vəfat edib. On nəfərlik ailəni güc-bəla ilə saxlayan anası Tükəzban
xanım Yusif ağa qızı İbrahimin fəhmi, fərasəti ilə daha çox öyü-
nür, qürrələnirdi.
General İbrahim ağa Vəkilovun ata və babaları barədə arxiv
sənədi:
General Əli ağa Şıxlinski və silahdaşları
328
1900-cü ilin mart ayının 15-ci günü! Qazax Qəza Rəisi cənab-
larının 1900-cü il 7 yanvar tarixli 80 nömrəli yazılı müraciəti əsasında
mən Qazax Qəzası ikinci sahəsinin pristavı vəzifəsinin icraçısı po-
ruçik Kolomeytsev bu tarixdə gizir Paşa Xəlil ağa, mayor Əli Vəkil
Qazaxlı və Pənah bəy Vəkilov Qazaxlının nə vaxt və hansı vali-
deynlərdən doğulduqlarını aydınlaşdırmaq məq sədilə dindi rilmə
aparmaqla Salahlı kəndinin uzunömürlü sa kin ləri Molla Nəsib
Oruc oğlunu, Mustafa Hacı oğlunu, Molla Əli Malik oğlunu, İbra-
him Əfəndi oğlunu, Məmməd Pambıq Bəşi oğlunu, Əmirxan Hacı
oğlunu, Yaqub Hacı Vəli oğlunu, Vəli Umud oğlunu, yerli ruhanilər
Molla Usub Əfəndini, Məmməd Əfəndi oğlunu və Molla Məmməd
Zərif oğlunu dəvət etmişəm. Onların şəhadətləri inandırıcıdır və
qabaqcadan şəha dətlə gətirilərək dindirmişəm və yuxarıda ərz olu-
nan məsələ ilə əlaqədar onlar bunları demişlər: bizə dürüst məlum
olduğu kimi gizir Paşa ağa qanuni valideynləri – atası Xəlil ağa, ma-
yor Əli ağadan və Şəhriyar xanım Hacı Qasım ağa qızından doğul-
muşdur; mayor Əli ağa Pənah ağadan və Zöhrə xanım Abdulla ağa
qızından, Pənah bəy isə Məmməd Şərif ağadan və anası Yetər xa-
nım Yolçu qızından doğulmuşlar. Fəqət, onların məhz nə vaxt ana-
dan olmalarını doğulduqları dövrdən xeyli ötüşdüyünə görə bilmi-
rik. Yuxarıda ərz olunanlarla əlaqədar mən, pristavın vəzifələrinin
icrasını qərara aldım: hazırkı protokolu tərtibləyərək siz Qazax
Qəza rəisi cənablarına təqdim etmək.
İkinci sahənin pristavı Kolomeytsev
Hazırkı surəti əsli ilə düzdür, dövlət rüsumu ödənilmiş və
hərbi topoqraflar korpusunun kapitanı İbrahim bəy Vəkilova
onun xahişi əsasında təhvil verilmişdir. Bunu da Zaqafqaziya
Sünni Ruhani İdarəsi imza və dövlət möhürü ilə təsdiq edir. De-
kabr ayının 12-ci günü, 1901-ci il, Tiflis şəhəri.
İdarənin rəisi Zaqafqaziya Müftisi:
Mirzə Hüseyn əfəndi Qayıbzadə
Möhür.
katib: imza,
katibin köməkçisi: imza.
Şəmistan Nəzirli
329
Azərbaycan Dövlət Tarix Muzeyinin Elmi Arxivində saxlanı-
lan əlli altı nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il
sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına
daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu
məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn
əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi
topoqrafiya məktəbinə daxil olur.
1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəff əqiy-
yətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən
gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərar-
gahı şöbəsində çalışır.
Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə
məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rusiya-İran komis-
siyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan
sərhədlərin dəqiqləşdirilməsində iştirak edir. Belə bir ciddi işi
vaxtından əvvəl – iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə
İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək “Şi-
re-Xorşid” ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin
topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və
Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul
olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov
dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir.
Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm işlər
icraçısı işləyir.
1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov
Qars vilayətinin Rusiya-Türkiyə sərhədlərində topoqrafik çəki-
lişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.
1912-1913-cü illərdə Rusiya-İran hökumətinin danışıqlarına
əsasən polkovnik İ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmi-
ya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq
edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərar ga-
hında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci
il inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri “Müqəddəs
Stanislav”, “Müqəddəs Anna” və dördüncü dərəcəli “Müqəddəs
Vladimir” ordenlərinə layiq görülür.
General Əli ağa Şıxlinski və silahdaşları
330
İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə gene-
ral-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir.
Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında və Zaqaf-
qaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışan İbrahim
ağa sonralar Bakıda və Gəncədə fəaliyyət göstərir.
1918-ci ildə o, Azərbaycan Milli Ordusunun təşkilində fəal
çalı şanlardan olmuşdur. Bundan əvvəl Azərbaycan hökuməti
onu Qazax qəzasına kənd və şəhər sovetlərinin seçkilərinə rəh-
bərlik etməyə göndərmişdi. Vəkilovun nüfuzu yeni yaranan
Azər baycan Demokratik Cümhuriyyətinin bölgədə dərinləş mə-
sinə güclü təkan vermişdi.
1918-ci il iyunun 23-də Respublika Daxili işlər nazirinin əm-
rilə polkovnik İbrahim ağa Vəkilov Gəncənin general-quberna-
toru təyin olunur. Goran mahalında və ayrı-ayrı kəndlərdə sığı-
nacaq tapmış daşnak tör-töküntülərinə divan tutan qubernator
onları tərksilah etmişdi. Onun daxili işlər nazirinə göndərdiyi
1919-cu il 23 mart tarixli məlumatında bildirirdi ki, Gəncə qəza-
sında daşnak irticasının və xarici müdaxiləçilərin törətdiyi fitnə-
fəsadlar aşkar edilmişdir. Yerli bolşeviklərlə birləşən ermə nilər
müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar.
Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir.
1919-cu ilin martında Novruz bayramı münasibətilə Milli Or-
dunun paradı keçirilirdi. Respublika hərbiyyə naziri Səməd bəy
Mehmandarov və bir qrup parlament üzvü parad-nümayişdə
iştirak etmək üçün Gəncəyə gəlmişdi. Gəncə qarnizonundakı
səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbiyyə nazi-
ri İbrahim ağa Vəkilova səmimi təşəkkürünü bildirmişdi.
Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə
uzun illər ordudakı nümunəvi xidmətinə görə İbrahim ağa Paşa
ağa oğlu Vəkilova general-mayor rütbəsi verilmişdi.
Ayyarım sonra (1919-cu il martın 14-də) general İbrahim ağa
Vəkilov hökumətin 248 nömrəli əmri ilə Baş Qərargahda hərbi
topoqrafiya şöbəsinin rəisi təyin olunmuşdu. O, rusların aprel
işğalına qədər bu vəzifədə qeyrət və vicdanla çalışmışdı.
Şəmistan Nəzirli
331
1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq
olunması haqqında Baş Qərargah İdarəsi qərar verdi. Bayrağın
yaradıcısı hərbi topoqrafiya şöbəsinin rəisi general-mayor İbra-
him ağa Vəkilov idi. İpək sapla işlənmiş bayrağın bir üzündə
əski əlifba ilə “Azərbaycan”, o biri üzündə isə Müqəddəs Quran-
dan: “Allahdan kömək və qələbə yaxındadır” ayəsi yazılmışdı.
Baş Qərargah İdarəsinin verdiyi beş saylı qərarda göstərilir ki,
süvari, piyada alaylarında, əlahiddə tabor və hərbi məktəblər
üçün vahid formada bayrağın yaradıldığı elan olunur.
Hələ əsrin əvvəllərində Tiflis ədəbi mühitində yaxından işti-
rak edən İbrahim ağa Vəkilov böyük dramaturqumuz Cəlil
Məmmədquluzadə ilə dostlaşmışdı. Onların ikisi də xalqımızın
nicatı üçün birgə çalışırdı. Bu fakta Mirzə Cəlilin həyat yoldaşı
Həmidə xanımın “Mirzə Cəlil haqqında xatirələrim” kitabında
da rast gəlmək olar. Həmidə xanım yazır: “1907-ci ildə Qarabağ-
da çəyirtkə və aclıq gözlənirdi... Tiflisdə Müsəlman Xeyriyyə
Cəmiyyətinin sədri İbrahim ağa Vəkilov, katibi Mirzə Cəlil bi-
zim rayonun qaldığı çıxılmaz vəziyyətdən xəbər tutduqda zərər-
çəkənlərə paylamaq üçün poçt ilə mənim adıma altı yüz manat
pul göndərmişdi”.
Polkovnik İbrahim ağa Vəkilov 1906-cı ilin yanvarın səkki-
zində Qafqaz kənd təsərrüfatı cəmiyyətinin zalında Müsəlman
Xeyriyyə Cəmiyyətinin ilk sədri seçilir. Azərbaycanın qabaqcıl
ziyalıları polkovnik İbrahim ağa Vəkilovu səsə qoyulmadan xey-
riyyə cəmiyyətinin idarə heyətinə sədr təyin edirlər.
Cəmiyyətin katibi Cəlil Məmmədquluzadə, üzvlüyə nami-
zədlər isə Əlimərdan bəy Topçubaşov, Səməd ağa Qayıbov, Os-
man bəy Müftizadə, Rəşid bəy İsmayılov, İmadəddin Sübhanqu-
lov, Kamal əfəndi Ünsizadə, Məmmədhəsən İmanov, Adil-Girey
Daidbəyov, Əbdürrəhman bəy Əfəndiyev və başqaları seçilir.
Bizdə Mirzə Cəlillə general İbrahim ağa Vəkilovun birgə
fəaliyyətini təsdiq edən daha bir etibarlı sənəd var. O da 1909-cu
il martın 22-də çap olunan “Molla Nəsrəddin” jurnalının on ikin-
ci sayındadır. Həmin sayda İbrahim ağa haqda iki dostluq şarjı
General Əli ağa Şıxlinski və silahdaşları
332
verilib. Birinci şarjda küçədə İbrahim ağaya rast gələn ziyalı
müsəlmanların hamısı ona baş əyir, xoş təbəssümlə təzim edirlər.
Onlar deyirlər ki, sən Xeyriyyə Cəmiyyətini təşkil et, biz sənə
maddi cəhətdən kömək göstərəcəyik. İzof Rotterin məharətlə
çəkdiyi bu şəklin altında belə yazılıb: “İbrahim ağa Vəkilov
Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmişdən əvvəl”.
İkinci şarjda isə İbrahim ağa küçənin ortasında tək dayanıb.
Ondan baş götürüb qaçan ziyalı müsəlmanlara baxıb, acı-acı
gülümsəyərək, “Bunlara nə oldu?” – deyir. Bu “ziyalı” müsəl-
manların kimisi qaçır, kimisi də gizlicə tindən, dalandan qorxa-
qorxa İbrahim ağaya baxır. Hərbi formalı İbrahim ağanın indi
küçədə əlləri təəccüblə açıq qalıb. Şəklin altında oxuyuruq:
“Xeyriyyə Cəmiyyətinin sədri seçiləndən sonra”.
Əsrin əvvəllərində İbrahim ağa bir topoqraf kimi çox məşhur
olub. Qırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbra-
him ağa Vəkilovun xidmətləri “Müqəddəs Anna” ordeninin
üçüncü dərəcəsilə (1886), İranın “Şire-Xorşid” ordenilə (1888),
“Müqəddəs Stanislav” ordeninin ikinci dərəcəsilə (1894), “Mü-
qəd dəs Anna” ordeninin ikinci dərəcəsilə (1897), “Müqəddəs
Vladimir” dördüncü dərəcəsilə (1903) qiymətləndirilib.
1902-ci ildə Tiflisdə nəşr olunmuş “Rus imperatorluğunun
coğrafi birliyinin Qafqaz şöbəsi xəbərləri” kitabının (XV cild) iki
yüz əlli səkkizinci səhifəsindəki xəbər eloğlumuzun fəaliyyəti
barədə xoş təsəvvür yaradır: “Podpolkovnik İbrahim ağa Vəki-
lovun rəhbərlik etdiyi dördüncü bölmə Qars qalası rayonunun
yarımverstlik miqyası (məsafədən) çəkilişini davam et dir mək
tapşırığını almışdı. İndiyə kimi çəkiliş şöbə tərəfindən əla apa-
rılmışdı. Podpolkovnik İ.Vəkilovun coğrafi çəkiliş şöbəsində
kollec assesoru Baqdanov, podyesaul Borisenko, podporuçik
Bekleşov və üç torpaq ölçən iştirak etmişdir”.
1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və
respublikamızda topoqrafiya məktəbinin yaradıcısı da general-
mayor İbrahim ağa Vəkilov olmuşdur. O, 1918-ci il mayın 28-də
Azərbaycanın istiqlalını bəyan etmiş Milli Şuranın üzvü idi.
Şəmistan Nəzirli
333
1922-ci il dekabrın 3-də Xalq Komissarlığının və Hərbi Dəniz
Donanmasının əmrində oxuyuruq:
“Hərbi topoqrafiya şöbəsinin rəisi İbrahim ağa Vəkilov yol-
daş hərbi topoqrafiya kurslarının təşkili və rəhbərliyi sayəsində
misilsiz xidmətlərinə, eləcə də yeni topoqrafların yetişdirilməsinə
səmimi vicdanla yanaşmasına görə, topoqrafçıların birinci bura-
xılışının təntənəsi günü, ümumi iclasın qərarlarına əsasən hərbi to-
poqrafiya kurslarının fəxri kursantı seçilmişdir.
Hərbi Dəniz Donanmasının Xalq Ko-
missarı Qərargah rəisi”.
Yeni gələn Şura hökuməti onu “müsavat generalı” kimi gö-
zümçıxdıya salsa da, İbrahim ağa hərbi-elmi, pedaqoji fəaliyyətini
dayandırmayıb. Ehtiyac içində yaşayan general ömrünün son
günlərində hökumətə yazdığı ərizəsində bildirirdi: “Dulam.
(Həyat yoldaşı 1923-cü ildə vəfat etmişdi. Tiflisdə dəfn olunub.
– Ş.N.). Bir çarpayıdan, bir mizdən və bir arakəsmədən savayı
heç nəyim yoxdur. Oğlumun darısqal evinin kiçik bir küncündə
yaşayıram...”
Ədalətsizliyə bax ki, arxivdə saxlanan “Hərbi xidmət kitab-
çası”nın “rütbəsi” yazılan qrafasında Sovet hökumətinin hansısa
xəbis ürəkli bir nümayəndəsi general-mayor sözlərinin üstündən
tuşla qara xətt çəkib.
Onun çox böyük topoqraf təcrübəsi inqilabdan sonra yalnız
milli diviziyalarda deyil, həm də Respublika Xalq Torpaq Ko-
missarlığı Topoqrafiya-Geodeziya İdarəsinin rəisi vəzifəsində,
Azərbaycanın Qədim Dövr İncəsənət Abidələrini və Təbiəti
Mühafizə Komitəsində işləyəndə karına gəlmişdi.
General İbrahim ağa Vəkilov zəngin arxivi ilə tanış olduqca
şəkil və sənədlərdə fədakar, vicdanlı, xalqını, millətini sevən bir
insanın dolğun obrazını açıq-aydın görmək olur.
General Əli ağa Şıxlinski və silahdaşları
334
İstər hərbi topoqrafiya, istərsə də tariximizin ayrı-ayrı zid-
diyyətli, mürəkkəb dövrünü öyrənmək üçün generalın məqalələri
kifayət qədər material verir. Onun Azərbaycan Dövlət Tarix Mu-
zeyinin Arxivində mühafizə olunan əlyazmasında sovet döv rün-
dəki məqalə və məruzələri qeydə alınıb. Əlbəttə, bu, general İb-
rahim ağa Vəkilovun inqilabdan əvvəlki, həmçinin 1918-1920-ci
illərdə Milli Azərbaycan Ordusundakı misilsiz xidmətinin yalnız
bir hissəsidir. Hətta, onun sovetlər dövründəki elmi-tədqiqi
xidmətinin də tam əksi deyil:
1) Hərbi idarə üzrə 3 dekabr 1922-ci il 373
a
nömrəli əmrin
surəti, 4-cü § təsdiq edir ki, mən doğrudan da topoqrafiya kurs-
larının fəxri kursantı seçilmişdim.
2) Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Mərkəzi İcra
Komitəsinə 8 may 1929-cu il 2406 nömrəli məlumatını hazırlamı-
şam.
3) Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 23.XI.1922-ci il
tarixli jurnal qərarının çıxarışını yazmışam.
4) Azərbaycan Hərbi Komissarlığının 1923-cü il 8 may tarixli
1347 nömrəli vəsiqəsini tərtib etmişəm.
5) Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 1
aprel tarixli qətnaməsinin çıxarışını yazmışam.
6) Köçərilər haqqında məqaləm “Azərbaycanı Tədqiq Edən
və Öyrənən Cəmiyyətin Xəbərləri” jurnalının üçüncü nömrə-
sində dərc edilib.
7) “Yeni kənd” jurnalında Ağamalı oğlu adına Torpaq Ölçmə
Texnikumunun yaradıcısı kimi mənim fotoşəklim verilib.
8) T.Q.Sultanovun “Naxçıvan Diyarı və onun iqtisadiyyatı”
kitabı mənim tərtib etdiyim xəritə ilə birlikdə nəşr olunub.
9) a) Azərbaycanın, b) bütün Qafqazın, c) Avropanın, ç) Asi-
yanın, d) Amerikanın (Şimali və Cənubi), i) Türk xalqlarının Asi-
ya və Avropada məskunlaşmasının xəritələrini tərtib etmişəm.
Şəmistan Nəzirli
335
Alim sözü
Qoca tarix ilham almış, mərd əllərin yazısından.
Səməd VURĞUN
Topoqraf-general İbrahim ağa Vəkilovun sərkərdəlik fəaliy-
yətindən başqa ayrı-ayrı sahələrdə də xalqımız qarşısında xid-
mətləri çox olmuşdur. “Azərbaycan Respublikasının siyasi və fi-
ziki xəritəsi”nin ilk tərtibçisi də İbrahim ağadır.
Bu dəyərli xəritənin taleyi necə olmuşdur? Bu milli xəritə nə
az, nə də çox, yetmiş ildən artıq istifadə olunmamışdır. Yaddaş-
lardan qeyb olunan xəritənin yeganə nüsxəsini qeyrətli alim,
coğrafiya elmləri namizədi, dosent Malik Mirzəyev qoruyub bu
günümüzə qədər saxlaya bilmişdir.
– Malik müəllim, general İbrahim ağa Vəkilovun kartoqrafik
xəritəsi sovet xəritələrindən hansı keyfiyyətlərinə görə fərqlənir?
– Generalın tərtib etdiyi “Azərbaycan Respublikasının siyasi
və təbii xəritəsi” kartoqrafik bir əsərdir. O, məşhur dünya alim-
lərinin və kartoqraflarının tərtib etdikləri xəritələrlə müqayisədə
nəinki onlardan geri qalmır, hətta, onlardan çox-çox üstündür.
Adətən, xəritə tərtibçiləri bir sahəni (relyef, siyasi, iqtisadi, fiziki
və s.) əks etdirməklə kifayətlənirlər. Bir xəritədə iki sahəni bir ləş-
dirmək ideyası ilk dəfə general İbrahim ağa Vəkilova müyəssər
olmuşdur. O, bir xəritədə həm siyasi, həm də təbii məkanları
birləşdirmiş və nəticədə dərin məzmunlu, zəngin təfsilatlı, asan
oxuna bilən orijinal kartoqrafik əsər yaratmışdır. Xəritənin təh-
lilindən aydın olur ki, müəllif onu tərtib etmək üçün gərgin elmi
axtarışlar aparmış, topoqrafiya, toponimika, tarix, onomastika,
eləcə də coğrafiya elmlərinin öyrənilməsinə xüsusi diqqət yetir-
mişdir. Xəritə qırmızı rəng çaları ilə işlənmiş, ay-ulduz bayrağı
ilə birgə çap olunmuşdur. Onun üçün 1:420000 miqyas seçilmiş-
dir. O dövr üçün hər yerdə – ölkədə ondan asanlıqla istifadə
etmək üçün ingilislərin işlətdiyi miqyasın da (verst) verilməsi
onun praktik əhəmiyyətini xeyli artırmışdır. Xəritədə verilən
General Əli ağa Şıxlinski və silahdaşları
336
marşrut işlərinin yığcamlığı xüsusi əhəmiyyət kəsb edir. Bunla-
rın sayı indiki xəritələrlə müqayisədə xeyli azdır. İnşa olunmuş,
inşa olunan ensiz dəmir yolları, araba, şose yolları və axan çay
aydın nəzərə çarpan şəkildə çəkilmişdir. Onun təhlili göstərir ki,
müəllif topoqrafiyanı əla bildiyindən iri yaşayış məntəqələri
ətrafında, ayrı-ayrı sahələrdə bağları, şoranlıqları, bataqlıqları
da göstərmişdir. Xüsusilə, Xocavənd, Lənbəran, Kvartaboy-
Əhmədli ərazilərində bağlıq sahələr daha çox qeyd olunmuşdur.
– Malik müəllim, bəs, təbii yer adları necə işlənmişdir? Onlar
rus xəritə və mənbələrindəki kimi dəyişdirilmiş, yoxsa türkcəsi
saxlanılmışdır?
– General İbrahim ağanın xəritəsinin ən böyük dəyəri yer ad-
larının türkcə işlənməsidir. Məsələn, Kür-Araz ovalığında Mu-
ğan bozqırı, Mil bozqırı, Şirvan bozqırı kimi adlar saxlanılmış-
dır. Təbii coğrafi yer adları isə indikilərdən az fərqlənir. Məsələn,
Dəli Məhəmmədli.
Xəritədən kifayət qədər maraqlı məlumatlar almaq olar.
Xüsusilə, tarixi adların verilməsi onun dəyərini daha da artırır
(Qarabulaq, Əbdəllər, Gorusu, Tərtər, İrəvan, Tiflis). Salyan və
Sabirabad ərazisində bir çox qalaların adları (Mahmud qala, Ca-
vad qala, Şin qala, Əbul qala) tarixi məna kəsb edir. Xəritədə bu
qalaları yaradan Arazdan ayrılan bir qolun, Yeni Arazın çəkil-
məsi, göstərilməsi də elmi cəhətdən çox maraqlıdır. Xəzər dənizi
boyu – Dərbənddən Astaraya qədər çoxlu burunların və ətək-
lərin hamısı türk – Azərbaycan adı ilə göstərilmişdir. Müəl
lifin
silsiləni – sıralar, aşırımı – aşma, çölü – bozqır, kəndi – köy kimi yaz-
ması da dilçilik baxımından çox maraqlıdır.
Son illər erməni millətçiləri bir çox coğrafi adları əsassız ola-
raq dəyişdirmiş və təhrif etmişlər. Həmin başabəla “tədqiqat-
çılara” İ.Vəkilovun xəritəsi tutarlı cavabdır. Oxçu, Ağstafa, Ala-
göl, Qaragöl, Bazarçay və s. türk mənşəli adlar bunlara əyani
misaldır. Xəritədə coğrafi adların düzgün verilməsi (oronimlər,
hidronimlər, oykonimlər) hazırda böyük elmi əhəmiyyətə ma-
Şəmistan Nəzirli
337
likdir. Saxtakar erməni tədqiqatçılarını ifşa etmək üçün bu xəritə
tutarlı mənbə hesab oluna bilər.
İbrahim ağa Vəkilovun xəritəsi onun əlimizdə olan yeganə
kartoqrafik əsəridir. Xəritənin tarixçi, dilçi, coğrafiyaçı alimlər
və siyasətçilərin dərindən təhlilinə ehtiyacı var. İndiki dövrdə
bəzi mübahisəli məsələlərin (ad, sərhəd) aydınlaşdırılmasına
ondan istifadə etmək vacibdir. Xəritədə göstərilmiş, indi isə
unudulmuş türk mənşəli adların bərpa olunmasında bu xəritənin
çox böyük rolu ola bilər.
Azərbaycan Respublikasının qonşu dövlətlərlə sərhədlərinin
xəritədə göstərilməsi (xüsusən, Ermənistan, Dağıstan) müəllifin
Qafqazı yaxından tanımasından irəli gəlir.
İbrahim ağa Vəkilovun “Azərbaycan Respublikasının siyasi
və təbii xəritəsi” adlı məzmunlu kartoqrafik əsəri qəza sərhəd-
lərini (siyasi vəziyyəti) çox əyani göstərən bir xəritədir.
İstedadlı topoqrafik-xəritəçi İbrahim ağa Vəkilovun bu xəritə-
sinin üzərində kiçik əl gəzdirməklə yenidən çap olunması vacib-
dir. Mənə belə gəlir ki, İbrahim ağa Vəkilovun əlimizə gəlib çat-
mayan çoxlu əsəri hələ də müxtəlif arxivlərdə öz tədqiqatçısını
gözləyir.
Azərbaycan Respublikasının müstəqillik yolunda atdığı ad-
dımlar bizi unutdurulmuş məşhurlarımızla daha yaxından tanış
olmağa, onların əsərlərinin toplanıb çap olunmasına köməklik
göstərəcəkdir.
İbrahim ağa Vəkilovun topoqrafiya və kartoqrafiya sahəsində
apardığı işlər onun həmvətənlərinə layiqincə çatdırılmalıdır. Bu-
nun üçün gənclərə Vətən təəssübkeşliyi, milli hiss, keçmişimizə
qayğı kimi mənəvi keyfiyyətlər aşılanmalıdır.
Təəssüf ki, belə bir görkəmli alim-general haqqında Azərbay-
can Ensiklopediyasında bir sətir belə yoxdur.
General Əli ağa Şıxlinski və silahdaşları
338
Dostları ilə paylaş: |