YARALI SÖHBƏT
Bizim işimiz müqəddəs, haqq işidir, bizim ölməyi-
mizlə o məhv olmayacaq. – Qalibiyyət yolunda bi-
zim qanımız hələ çox töküləcək, ancaq göstərilən
fədakarlıqla, verilən qurbanlarla böyük ideyalar qa-
lib gəlir. Biz ölməklə, al-qanımıza boyanmış azadlıq
və bərabərlik bayrağını intiqam və qalibiyyət irsini
gələcək nəsillərə qoyub gedirik.
Spartak
Topoqraf-general İbrahim ağa Vəkilovun qəribə taleyi ilə
bağlı axtarışlar aparıb mətbuatda çıxış etdikdən sonra onun dox-
san iki yaşlı oğlu Faris baba ilə dostluğumuz başlandı. Bir neçə
dəfə görüşdükdən sonra qoca mənə etibar edib öz həyat yolun-
dan, general-mayor İbrahim ağa Usubovdan danışdı. Hər dəfə
görüşəndə günahsız olaraq həbs edilib, əvvəl Mordaviyada, son-
ra Karaqandada on səkkiz il çəkdiyi əziyyətlərdən, iztirablardan
yana-yana, bir-birindən dəhşətli əhvalatlar söyləyirdi.
Eşitmişdim ki, Faris babanın kiçik qardaşı polkovnik Qalib
bəy Vəkilovun 1918-ci ildə yaranan Milli Orduda böyük xidmət-
ləri olub. Onu da otuz yeddidə həbs ediblər. Arabir qardaşı haq-
qında soruşurdum. Hər dəfə də o, söhbətin yönünü dəyişir və bu
barədə danışmaq istəmirdi. Yüzü haqlayıb, uşaq kimi kövrək
olan qocanın qəlbinə dəyməyə qıymırdım. Bir dəfə söhbəti Çin-
giz İldırımdan saldım. Bilirdim ki, Çingiz İldırımla Qalib bəy
dost olublar. Qoca məcbur olub ötəri əhvalat danışdı. Mən əl
Şəmistan Nəzirli
369
çəkməyib: – Qalib bəy niyə tutulub? – soruşanda qoca qəmli-
qəmli üzümə baxıb xeyli dinmədi. Bu an divardakı qədim saatın
səsi bizi diksindirdi. Hər ikimiz dönüb ona baxdıq. Əqrəblər düz
on birin üstündə dayanmışdı. Bu gün Faris baba ilə söhbətimiz
həmişəkindən daha çox olmuşdu. Həqiqətən onu bərk yormuş-
dum. Durub getmək istəyəndə qoca əlimdən yapışıb:
– Bərk yorulmuşam, – dedi. – Qoy qardaşım Qalib bəy haq-
qında söhbət sonraya qalsın, onun faciəsi çox uzundur. Bu, illərlə
ürəyimdə gəzdirdiyim yaralı bir söhbətdir.
Yazıq görkəm alan qoca üzrxahlıq elədi:
– İncimə, gələn şənbə-bazar gözləyəcəyəm...
Təəssüf ki, Faris baba mənə görüşmək üçün vəd etdiyi bazar
gününə kimi yaşamadı...
Sonralar Qalib bəy Vəkilovun doğma qızı Leyla xanımla bir
neçə dəfə görüşdüm. Pedaqoji elmlər doktoru, professor Leyla
xanım Vəkilova M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İns-
titutunda işləyirdi.
General Əli ağa Şıxlinskinin onlarda saxlanan nadir şəkillə-
rinin üzünü çıxartdıranda, general babası İbrahim ağa Vəkilov
haqqında veriliş hazırlayanda arabir atası haqqında da soruş-
dum. O da əmisi kimi suallarıma çox qısa cavab verir və nədənsə,
bu mövzunun üstündən sükutla keçirdi.
“...Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressi-
ya olunanların, hətta uşaqları da bəzən öz ata-analarının gü-
nahkar olmasına inanır və açıq-aşkar onlardan üz çevirirdilər.
Bu, nə ilə əlaqədar idi? Qorxaqlıqla, yoxsa öz şəxsi həyatını qo-
rumaqla? Bu da vardı, amma əsas səbəb yalnız kor-koranə, fa-
natik inam idi”.
Professor Nikolay Truşenkonun bu sətirlərini “Smena” jur-
nalında (1988, №9) oxuyanda dərhal Leyla xanımı xatırladım.
Susmağının səbəbini sanki bu sətirlərdə tapmışdım. Elə ki, atası
haqda danışmağa başladı, bir daha gördüm ki, Leyla xanımdan
qorxu hissi, doğrudan da, çox uzaqdır. Zarafat deyildi, doğma
atadan danışmaq, yazmaq əlli ildən çox idi yasaq edilmişdi.
General Əli ağa Şıxlinski və silahdaşları
370
O, heç vaxt “xalq düşməni” atasından üz döndərməmişdi. Nə
kor-koranə, fanatikcəsinə “ellər atası Stalinə”, nə də cəllad
M.C.Bağırova özünün pənahı kimi pərəstiş edə bilməmişdi.
O illərdə incidilmiş əlli bir min “gözükölgəli” azərbaycanlı ailə-
sindən biri kimi dərdini ürəyində çəkmişdi və bəlkə də Leyla xa-
nımın ağlına gəlməzdi ki, vaxt gələcək, aşkarlığın, demokratiya-
nın işığında hər şey açıq-aydın etiraf ediləcək. Bütün gümanlar,
şübhələr ürəklərdən silinib atılacaq, haqq-nahaq öz yerini tapa-
caq.
– Təəssüf ki, mən atamı babam İbrahim ağadan daha az gör-
müşəm, – Leyla xanım söhbətinə general babasından başlayır. –
İlk dəfə atam Qalib bəy həbs ediləndə mənim cəmisi altı yaşım
vardı. İkinci dəfə isə on üç yaşında idim. Ona görə də atam haq-
qında anamın söhbətlərindən yadımda qalanlar çoxdur.
– Bəs general babanız İbrahim ağa Vəkilov atanız həbs
ediləndə sizə onun haqqında heç nə danışmayıb?
– Yox. Babam heç vaxt oğlunun günahsız həbs olunması haq-
qında söhbət salmazdı. Sonralar mənə məlum oldu ki, babam
atamın tutulmasını ürəyində sağalmaz yara kimi gəzdirirmiş.
Mənim kimi körpə qız uşağına xalqının, Vətəninin rifahı üçün
çalışan atamın xidmətlərini və onun günahsızlığını başa salmaq
iqtidarında deyilmiş. Atam tutulandan sonra babamın qəddinin
əyilməyini indi də gözüm önünə gətirəndə kövrəlirəm. Babam o
ağır illərdə qanadları qırılmış quş kimi gəzirdi.
General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində üç övlad
böyüyürdü. 1866-cı il iyunun 20-də tale bu ailəyə yeganə qız
payı – Rəna xanımı bəxş etmişdi. Xoşbəxt ailənin bircə nigaran-
çılığı vardı: ata müsəlman, ana isə xristian dininə mənsubdur.
Bəs övladları hansı məzhəbə qulluq etməlidir? – sualı ailəni
keçilməz sədd, dibigörünməz qaranlıq qarşısında qoymuşdu.
Qleb sənətində atanın yolunu seçdi. O, hərbçi olmaq məqsədi
ilə Tiflis kadet korpusunu müvəffəqiyyətlə bitirib Xarkovdakı
üçüncü Aleksandr adına Ali Hərbi-Texniki İnstituta qəbul olun-
du. İkinci kursdan sonra Qleb Vəkilov könüllü olaraq həmin ins-
Şəmistan Nəzirli
371
titutu tərk etdi. Sonralar Moskvadakı Alekseev Hərbi Məktəbində
təhsilini davam etdirdi.
Əsrin əvvəllərində fəhlə sinfi ayağa qalxıb mütləqiyyətin
rədd olunmasını tələb edirdi. Qanlı bazar hadisələrindən hiddət-
lənən xalq hərəkatı coşmuşdu. İmperiyanın hər yerində çarizmin
qanlı cinayəti nifrətlə qarşılandı. Belə təlatümlü, qarışıq bir
dövrdə ananın da, atanın da əzabı onlara dinclik vermirdi. Peter-
burqda təhsil alan böyük oğlu Borisi, Moskvada yunker mək-
təbində oxuyan Qlebi də bir sual düşündürdü. Mən kiməm, han-
sı millətə məxsusam? Bu izahedilməz sual qarşısında qalan hər
iki qardaş tez-tez ata-anaya müraciət edirdilər.
Faris bəy Vəkilovun söhbətindən: – Mənim on doqquz yaşım
tamam oldu. Dərs məşğələləri ilə bərabər Məhəmmədin dininə
keçmək fikri də məni tərk etmirdi. 1904-1905-ci illərdəki şərait
bu niyyətimin həyata keçməsinə kömək etməli idi. Bədniyyətli
Rusiya-Yaponiya müharibəsi, xalq kütlələri arasındakı inqilabi
əhvali-ruhiyyə çar hökumətini bəzi liberal qərarlar verməyə
məcbur etdi.
1904-cü ildə “Din azadlığı haqqında manifest” nəşr olundu.
Orada hər hansı bir səbəbdən öz ata-baba dinindən dönmüşlərə
yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi
ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da məsələ həll
olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim
Peterburqa gəlişimin birinci ilində pravoslav dininin müdafiə-
çilərinin bilavasitə yaxınlığında bu məsələni qaldırmağı məsləhət
görmədilər. Anamın Lev Tolstoya məktubunda da bu ehtiyat öz
əksini tapmışdı. Xoşagəlməz hadisələrdən yaxa qurtarmaq məq-
sədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli
olduq.
Ona görə də çıxılmaz vəziyyətdə qalan anam Yelena Yefi-
movna Vəkilova 1909-cu il martın 2-də yazıçı Lev Nikolayeviç
Tolstoya məktubla müraciət etməli olub.
1910-cu ildə yunker Qalib bəy Vəkilov Moskvadakı Alekse-
yev hərbi-texniki məktəbini bitirib xidmətə başladı. Birinci Dün-
General Əli ağa Şıxlinski və silahdaşları
372
ya müharibəsi başlananda o, Qərb cəbhəsindəki mühəndis ala-
yında döyüşürdü. Molodeçnıy şəhəri uğrunda gedən döyüşlərdə
göstərdiyi qəhrəmanlığa görə podpolkovnik Qalib bəy Vəkilov
ikinci dərəcəli “Müqəddəs Georgi” xaç ordeni ilə təltif olundu.
Hərbi-texniki mütəxəssis kimi Qalib bəy Vəkilovun ən başlıca
vəzifəsi düşmənin qəfil hücum edəcəyi bərə və keçidlərin möh-
kəm qurulması, səngərlərdə piyada və tank əleyhinə mərmilərin
dəqiq yerləşdirilməsi idi.
Leyla xanımın stolun üstünə qoyduğu müxtəlif sənəd və
fotoşəkillərin hamısı inqilabdan əvvələ məxsusdur. Onların ara-
sında çox da qalın olmayan bir kitab var. Bu, məşhur ədəbiyyat-
şünas Firidun bəy Köçərlinin ilk “Azərbaycan tatarlarının ədəbiy-
yatı” kitabıdır. Onu müəllif 22 oktyabr 1903-cü ildə avtoqrafla
Leyla xanımın general babasına hədiyyə verib. “Hörmətli İbrahim
ağa Vəkilova böyük məhəbbət nişanəsi ilə Firidun bəy Köçərlidən. Qori
şəhəri”.
Şəkillərdən ikisi daha maraqlıdır. Onlar general-leytenant
Əli ağa Şıxlinskiyə məxsusdur. İndiyədək heç kəsə məlum olma-
yan və heç yerdə dərc edilməyən bu şəkillər 1915-ci ilə aiddir. Bir
qrup zabit və üç nəfər şəfqət bacısı ilə birgə Əli ağa Şıxlinski
həyat yoldaşı Nigar xanımla birgə dayanıb.
– Nigar xanımla yanaşı əyləşən anam Aleksandra İvanovna
Vəkilovadır. Anam da atam Qaliblə birgə Birinci Dünya müha-
ribəsi illərində döyüşən orduda xidmət edib. Anamın rütbəsi
leytenant olub. O da Nigar xanım kimi hərbi səhra hospitalında
şəfqət bacısı işləyib. Oktyabr inqilabı başlananda onlar Minsk
ətrafındakı cəbhədə olublar. Atam üç ay ordu sıralarında koman-
dir kimi xidmət etdikdən sonra komandanlıq onu qulluğunu da-
vam etdirmək üçün Bakıya ezam edir. O, yeni yaranan Azərbay-
can Milli Ordusunda hərbi-mühəndislər idarəsinin rəisi təyin
olunur. Podpolkovnik rütbəsində Azərbaycan ordusunun süqu-
tuna qədər işləyir. Sonra atam XI Ordunun Ənzəli şəhərin dəki
mühəndis qoşunları hissəsinin rəisi vəzifəsində qulluq edir.
Anam da bu yürüşdə atamla birgə olub. Atam bu yürüşdə ağır
xəstələnib. O, malta qızdırmasına tutulub. Xəstəliyinə baxmaya-
Şəmistan Nəzirli
373
raq, 1922-ci ildə yenidən Azərbaycan Baş Hərbi Mühəndislər
İdarəsinin rəisi vəzifəsində işə başlayıb. Sonra Zaqafqaziya Qızıl
Ordu Hərbi İnqilab Şurasının Hərbi Sənaye Komitəsinin direkto-
ru olub. Bu vəzifədə beş il işləyib.
– Leyla xanım, bayaq dediniz ki, atanız iki dəfə həbs edilib.
otuz yeddinci ildən əvvəl nə vaxt həbs olunmuşdu?
– Atam ilk dəfə 1931-ci ildə həbs edilib. O, inşaatçı-mühəndis
sifətilə Belomor-Baltik kanalının tikintisində dustaq kimi
işləmişdi. 1933-cü ildə o, həbsxanadan gəldi. Qocalıb əldən düş-
müş, xəstəhal atamın saçı tamam ağarmış və dinib-danışmaz ol-
muşdu. O, tək bircə dəfə mənimlə həbs olunması haqqında söh-
bət edəndə dedi: “Kim mənim haqqımda sənə nə deyir desin,
bilmirəm. Bircə onu yadında saxla ki, mən nə Vətənimin, nə xal-
qımın qarşısında, nə sənin, nə ananın, nə də heç kəsin qarşısında
günahkar deyiləm”.
Belemor-Baltik kanalı tikintisindən qayıdandan sonra atam
Bakıda məişət-tikinti trestində direktor müavini işlədi.
Yadımdadır, çox tez-tez xəstələnirdi. Semaşko adına xəstə-
xanada, dəmiryolu xəstəxanasında, sonra da Bayıldakı xəstəxana-
da müalicə olunurdu. Onu operasiya elədilər. Anamla yanına
çox çətinliklə gedib-gəlirdik. Bir xeyli sonra atamın səhhəti yax-
şılaşdı. Ailəmizin güzəranı da pis deyildi. O, işini dəyişmişdi.
İndi Kür üstündəki Bankə qəsəbəsində işləyirdi. Sən demə, ən
dəhşətlisi geridə imiş. Otuz yeddinci il gəlib çatdı. Laxa ağzını
açan bu dəhşətli qara il yüzlərcə saf Azərbaycan ziyalısı ilə
birlikdə atamı da uddu...
1956-cı ildə atamın günahsız məhv edilməsi haqqında iki
bəraət məktubu aldım. Biri 1931-ci ilə görə, biri də 1937-yə görə.
Sonuncuda yazılmışdı ki, polkovnik Qalib Vəkilov 19 dekabr
1937-ci ildə həlak olub. Anamla mən isə otuz yeddinci ildən əlli
altıya qədər onu həbsxanalarda axtarırdıq.
Leyla xanım Vəkilovanın stolunun üstündə daha bir tarixi
şəkil var: süfrə arxasında altı nəfər işləyib. Ovdan qayıdıb nahar
edirlər. Məşhur sovet sərkərdəsi Mixail Frunze sol əli çənəsində
dərin düşüncələrə dalıb. Onun sağ yanında dayanmış Əliheydər
General Əli ağa Şıxlinski və silahdaşları
374
Qarayevlə Qalib bəy Vəkilov da fikirlidirlər. Təkcə diviziya ko-
mandiri Məmməd Veysov məşğuldur. O, əlindəki çəngəl-bıçaqla
qarşısındakı qabda nəyisə doğrayır. Qalan iki nəfərin kimliyi
məlum deyil. Leyla xanım deyir ki, bu şəkil 1925-ci ilin qışında
M.V.Frunze ikinci dəfə Azərbaycana gələndə Xaçmaz rayonu-
nun ərazisindəki keçmiş Neruçev (indiki 1 №-li sovxoz) mali-
kanəsində çəkilib.
Altı ay keçməmiş bu sıradan biri – M.Frunze qəfil vəfat etdi.
Əliheydər Qarayev, Qalib bəy Vəkilov otuz yeddinin qurbanı ol-
dular. Məmməd Veysov isə doqquz illik həbs cəzası çəkib vətənə
qayıtdı. 1957-ci ildə vəfat etdi.
– Leyla xanım. atanızın dostlarından kimləri xatırlayırsınız?
– Hələ uşaq idim, yadıma gəlir ki, M.V.Frunze, Əli ağa Şıx-
linski, Serqo Orconikidze və ən çox Çingiz İldırım qonağımız
olardı. Çingiz İldırım mənim üçün “Çi dayı” idi.
Onun ailəsi yox idi. Vaxtının çoxunu atamla bizdə keçirərdi.
“Çi dayı” uşaqlara xüsusi məhəbbət və hörmətlə yanaşardı.
Onun danışdığı yarımfantastik hekayətlər də yaxşı yadımda-
dır. O, nəql edərdi ki, bir dəfə qatar gedə-gedə atılıb ona min-
dim, ordan da hoppanıb uçan təyyarənin üstünə qondum, bun-
ları danışır, özü də mənimlə birgə gah təəccüblənər, gah da uğu-
nub gedərdi.
O danışırdı ki, yadıma gəlir bir dəfə Lənkəran tərəfdə ov
eləyəndə qamışlıqdan qəfil çıxan atanı qaban zənn edib, az qala
qanına qəltan eləmişdim. “Çi dayı” hər gəlişində mənə rəngli
uşaq kitabları gətirərdi. Bir dəfə ağacdan yonulmuş qaban
heykəli gətirdi. Pəncəsində anama avtoqraf yazdırmışdı.
Həmin heykəl – qaban budur. İndi də saxlayıram.
Atamın yazı stolunun üstündə “Çi dayı”nın Qırmızı Bayraq
ordeni alandan sonra çəkilmiş fotoşəkli qoyulmuşdu. Onu Çin-
giz əmi avtoqrafla atama bağışlamışdı.
Birdən-birə “Çi dayı” yoxa çıxdı. Bir müddət bizə gəlmədi.
Hər dəfə mən atamdan soruşanda ki, “Çi dayı” niyə bizə gəlmir,
onlar susardılar. Mənim sualım cavabsız qalardı. Xeyli sonra
mən başa düşdüm ki, o qara illərin qorxunc əli onun da yaxasın-
Şəmistan Nəzirli
375
dan yapışıb. Çingiz İldırım cəllad Bağırovdan yaxasını qurtar-
maq üçün əvvəl Maqnitoqorsk, 1934-də isə Krivoy Roqa gedir.
Amma cəllad Bağırov orda da onu axtarıb tapdırır və güllələtdirir.
Leyla xanım stolun üstündəki şəkli götürüb kədərli səslə:
– “Çi dayı”nın atama bağışladığı bu şəkil qeyri-adi bir təsadüf
nəticəsində bizdə qalıb, – deyir. Atam həbs olunanda onun ki-
tabları, bağışlanmış şəxsi silahı, sənədləri hamısı müsadirə olun-
du. “Çi dayı”nın bu şəkli isə sonralar lazımsız bir kitabın arasın-
dan çıxdı. Atam Çingiz İldırımdan sonra həbs olunacağını
gözləyirdi. O, hətta, “Çi dayı”nın həbs olunmasını eşidəndə ana-
ma deyib ki, indi növbə mənimdir.
Görünür, atam bilə-bilə “Çi dayı”nın şəklini lazımsız kitabın
arasına qoyub ki, ələ düşməsin.
Çingiz İldırıma bəraət veriləndən sonra bu nadir şəkil o gözəl
insandan demək olar ki, yeganə yadigar idi. Bizim muzeylər bu
şəklin surətini çıxartdılar. Adını daşıyan Politexnik İnstitutu qar-
şısındakı büst də bu şəkil əsasında qoyuldu.
İndi hər dəfə yolum Nərimanov prospektinə düşəndə o büst
qarşısında istər-istəməz baş əyir, sanki canlı “Çi dayı”yla salam-
laşıram.
ƏZABKEŞ İNSANIN XATİRƏLƏRİ
Xatirə tarix elmi kimidir. Belə halda gərək hər şeyi
olduğu kimi nağıl edəsən, artırıb-əskiltməyəsən. Düz-
gün xatirə yazmaq üçün gündəliyin əhəmiyyəti bö-
yükdür. Çox təəssüf ki, bu gözəl mədəni adət bizdə az
qala tamamilə unudulmuşdur.
Məmmədcəfər Cəfərov,
akademik
Sovetlər dövründə hər adam xatirə yazmağa, gündəlik tut-
mağa cəsarət eləmirdi. Çünki xatirəni dövlət xadimi, müdrik
adamlar yazır. Vəzifədə olan azərbaycanlılar totalitar rejimdə o
General Əli ağa Şıxlinski və silahdaşları
376
qədər sıxışdırılıb, o qədər “döyülüblər” ki, əksəriyyəti bu xeyir-
xah işdən vaz keçiblər. Əgər yazmalı da olsaydılar, mütləq döv-
rün onların səsini içində boğduğunu, ədalətsizliyi yazmalı idilər.
Faris bəy Vəkilovdan bəzi yadigar qalan gündəlik yox, yığ-
cam xatirədir. Ömrün doxsan birinci ilində yaddaşına arxalanan
bu saf ziyalı inamla demək olar ki, heç bir tarixi faktda, ildə
təhrifə yol verməyib. N.Yejov kimi qaniçənin 1936-1937-ci illərdə
hökmranlığı dövründə biliyinə və bacarığına görə Moskva ya-
xınlığındakı
“
Beş saylı zavodda” direktor işləyən Faris bəyi türk
olduğuna görə təqib ediblər. O acı illəri xatırlayan Faris bəy ya-
zır: “Mənim orda nələr çəkdiyimi yazan olsa, həcmcə böyük,
məzmunca çox təsirli bir əsər yaranırdı. Rusların təsəvvüründə
“türk” sözü “düşmən” anlayışı ifa edirdi. Bir neçə həftə, işdən
evə qayıdarkən, soyunmadan yatırdım, hər an həbs olunacağımı
gözləyirdim. “Nə üçün” sualını vermək çox gülməli idi”.
Nəhayət, vətəni Azərbaycana qayıtmağa məcbur olan Faris
bəyin işdən getməsinə bircə nəfər – zavod partiya təşkilat katibi
Aleksandr Dudetski təəssüflə deyir:
– Siz niyə gedirsiniz? Biz Sizin büllur kimi təmiz adam oldu-
ğunuza əminik.
Xatirələrdə Faris bəy 1917-ci ildən birbaşa 1923-cü ilə keçir.
Bu da təbiidir. Yetmişinci illərdə hələ sovet orqanlarının, senzo-
run qadağaları mövcud idi. Həyatının müsavat dövrünü, Fran-
sada yaşadığı illəri ötəri təsvir edir. Halbuki 1922-1926-cı illərdə
Parisdə mühacirətdə olan alim-general Məmmədsadıq bəy Ağa-
bəy zadə Fransadan xalası oğlu, məşhur alim Əli bəy Hüseyn-
zadəyə 1922-ci ildə yazdığı məktublarda şəhərdə Faris bəy Vəki-
lova rast gəlib, vətən haqqında dərdləşdiklərindən yanıqlı epi-
zodlar yazır.
Əlbəttə, bütün bunları yazmamaq Faris bəy Vəkilovun güna-
hı deyil. Günah zamanın sərt abı-havasında idi. “İlan vuran alı
çatıdan qorxar” – deyib atalar. Faris bəy 18 illik sürgündə gözü
ilə od-alov görüb gəlmişdi.
Şəmistan Nəzirli
377
Atalar yaxşı deyib ki, qismətdən artıq yemək mümkün olma-
dığı kimi, bəladan da qaçıb qurtarmaq olmaz. Vətəndə Faris bəyi
pis qarşılamadılar.
Mütəxəssis kimi o, lazım idi. Amma müsavatçı kimi də göz-
dən iraq buraxmadılar. “Rəhbərlik məni zavoddan çıxardıb,
Baksovet sisteminə keçirməyi qərara aldı. Baksovetin müəs-
sisələrinin səmərəli işinə rəhbərlik etmək, ruhlandırmaq isə,
üçüncü şəxs “sayıq göz” xüsusi şöbənin rəisi Arsen Arakelova
həvalə edildi. Onun peşəsini nə olduğunu bilmirdim. Ancaq
onun nə üçün orada olduğunu yaxşı bilirdim. Köhnə mühəndis,
partiyaçı olmayan, bəy ailəsindən olan Faris bəy Vəkilovu
nəzarətsiz qoymaq olmazdı”.
Nəhayət, 1942-ci ilin yayında Faris bəy Vəkilovun həyatının
qara bir səhifəsi açılır. Onu addımbaşı izləyən orqan işçiləri
Medvedyev və İşxanov həbs edirlər.
İlk dindirilmədə müstəntiq İşxanov (İşxanyan – Ş.N.) kin-
küdurətlə deyir:
– Sizin istehsalat fəaliyyətiniz bizə yaxşı bəllidir – o, nöqsan-
sızdır (bu onun dediyi sözlərdir), ancaq siz düşüncə tərzinizə
görə cəzalanmalısınız.
Burda istər-istəməz məşhur türkoloq Lev Nikolayeviç Qu mil-
yovun (oğul) başına gətirilən oyunlar yada düşür. Lubyanka
türməsində XDİK-nın xüsusi müşavirəsinin qərarını L.N.Qu mil-
yova təqdim edən prokuror demişdir: “Siz savadlı olduğunuz
üçün təhlükəlisiniz. Ona görə də on il həbs cəzası alacaqsınız”.
Yalnız düşüncə tərzinə görə on səkkiz il həbsxanalarda,
sürgündə olmazın əzab çəkən Faris bəy vətənə qayıda bilir. Son-
ralar Dövlət təhlükəsizlik şöbəsinin polkovniki Veliçenko ona
bəraət verərkən demişdir:
– Sənədlər və faktlar göstərir ki, sənin heç bir günahın yox-
dur. Müstəntiq İşxanovun sənin haqqında topladığı ikicildlik
sənədlər heç bir çürük yumurtaya da dəyməz.
Zənnimcə, Faris bəy Vəkilovun ən böyük “günahı” 1918-
1920-ci illərdə Gürcüstan hökuməti yanında Azərbaycanın
General Əli ağa Şıxlinski və silahdaşları
378
səlahiyyətli nümayəndəsi, müsavat generalının oğlu olması və
bir də əla mühəndis kimi şöhrət qazanması idi. Namərd erməni
İşxanov bunların üçünü də yığcamlaşdırıb “düşüncə tərzi” adı
ilə siyasi rəng verib.
Faris bəy Vəkilovun 1977-ci ildə səliqə-sahmanla yazdığı
xatirələri 1914-cü ildən başlanır. Maraqla oxunan bu xatirələr
şəxsi xarakter daşımır. Burda elə epizodlar, elə hadisələr var ki,
onları həyəcansız oxumaq mümkün deyil.
Faris bəyin acılı-şirinli xatirələrinə mən çox qulaq asmışam.
Nüfuzlu nəsli, atası haqqında, tələbəlik, mühacirət illərindən,
xüsusilə türmə həyatından danışdığı çoxlu epizodları günlərlə
üzbəüz oturub dinləmişəm. Onun burda qələmə almadığı bir
epizod-söhbəti heç vaxt yadımdan çıxmır.
O nəql edirdi ki, türmədə olanda bir dəfə yeməkxanada dus-
taqlar arasında dava düşdü. Mənimlə yanaşı oturan dustağın ba-
şına qəflətən armaturla elə bir zərbə vurdular ki, onun beyninin
qanqarışıq iliyi mənim yeməyimə qarışdı. Mən iliyi qaşıqla
kənara atıb iyrənmədən yeməyimi davam etdirdim. Ona görə ki,
bərk ac idim. Əlavə yemək tələb eləməyə də ixtiyar verilmirdi.
Bir dəqiqə keçər-keçməz nəzarətçi komanda verdi ki, durun çı-
xın.
Nə gizlədim, birnəfəsə oxudum bu saf qəlblə, şirin qələmə
yazılmış xatirələri. Oxuduqca fransızların müdrik bir xalq deyi-
mini xatırladım: “Yazanda vicdanla, Allah dərgahına üz tutaraq,
bir də bəşəriyyətin istəkləri naminə yazmaq lazımdır”. Ömrü
əzablardan keçən mərhum Faris bəy xatirələrinə sənətinə müna-
sib belə bir epiqraf seçib:
“Unudulmuş qəbirlərin birinin üstündə yazılıb:
Ey mühəndis, rahat yat,
Vətən üçün çəkdin cəfa.
Zəhmətinin misli yox,
Ömür qalmadı vəfa”.
Şəmistan Nəzirli
379
Dostları ilə paylaş: |