Sən həmişə mənimləsən



Yüklə 181,95 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix01.12.2016
ölçüsü181,95 Kb.
#542
1   2   3

 

Bu düşüncə və  ya davranış tərzi isə ağlın və ürəyin səsi, nəfəsi ilə yoğrulur və insani hisslərin 



gözəlliyinin,  ülviliyinin  bədii  əksi,  gerçəkliyin  qavrayışında  estetik  emosional  təsiri  və  əqli-

intellektual dərki kimi şərtlənir.  

Dərk  olunan  gözəllik  bədii-fəlsəfi,  əqli  qavrayışımızda  yüksək  insani  duyğuların  və  əməllərin 

harmoniyasından  yaranan ümumiləşmiş obrazı  olmaqla insan idealı və ülvi məqsədinə çevrilir. 

Ülvi məqsədin bizə verdiyi daxili yaşantı fərddə özünə və ətraf aləmə mənəvi qayğının harayı və 

təmkini ilə reallaşır. 

Bu baxımdan Nargilənin və  ya Həsənzadənin  mənəvi  dünyası,  daxili  yaşantısı  bədii məsələnin 

həllində  və  ya  yazıçı  qavrayışında  təhlil  və  dərki,  bədii  faktın  oxucu  duyumunda  yaşanılması 

müəllif  şəxsiyyətinin  həyat  həqiqətinə  nə  dərəcədə  sadiq  qalması  ilə  şərtlənir. 

Dramaturq  pyesdə  Nargilə  obrazının  bədii  taleyində  Həsənzadə  obrazının  üzərinə  çox  ağır, 

məsuiliyyətli bir yük verir.  

Həsənzadə  Nargilənin  həyəcan  və  iztirablarının  daxili  mahiyyətinə  vardıqca,  ondakı  istək, 

arzuların,  hiss,  düşüncələrin,  davranışların  nədən  və  ya  necə  qaynaqlandığı  barədə  düşünməyə 

məcbur olur, qızla fikirlərini bölüşərkən daha çox təmkinli olmağa çalışır, “öz şəxsi, subyektiv 

hisslərindən  çox-çox  yüksəkdə  duran  ideal  və  fədakar  bir  insan  olduğunu  sübut  edir”  [11, 

səh.93]. 

Buna  baxmayaraq,  Nargilənin  daxili  fəryadı  Həsənzadənin  vəziyyət  və  halına  gərginlik  gətirir. 

Həsənzadə qızın keçirdiyi psixoloji məqamı aydınlığı ilə varlığında hiss etdikcə onun narahatlığı 

artır  və  bu  narahatlıq  isə  nəcib  insani  hisslərin  doğmalığı,  səmimiliyindən  irəli  gəlir. 

Nargilə həsrətilə yaşadığı insanın – Həsənzadənin onun evinə gəlməsini böyük xoşbəxtlik hesab 



edirsə: 

Nargilə:  Gözümə  inana  bilmirəm.  Siz  də  mənim  otağıma  gələrmişsiniz  (özünü  Həsənzadənin 

üstünə ataraq, hər iki əli ilə ondan yapışıb üzünü sinəsinə yapışdırır). Ay Allah...mən nə qədər 

xoşbəxtəm!...Mənim  əzizim,  həyatım...(sevincdən  gah  gülür...gah  gözləri  yaşarır)  .  Bu  gün 

mənim  nə  xoşbəxt  günümdür!  [8,səh.355].  Həsənzadənin  tamamilə  çıxıb  getməsi  Nargilədə 

gərgin daxili vəziyyət yaradır. O sevgisi ilə yaşadığı əzizindən ayrılmağı özü üçün gözlənilməz 

an  hesab  edir.  Nargilə  bu  günü  belə  gözləmirdi.  Verilən  adi  məlumat  Nargiləni  güclü  ruhi 

həyəcan  vəziyyətinə  alaraq  sıxır.  Onun  həyatından  Həsənzadənin  çıxıb  getməsi  faktı  öz-

özlüyündə  Nargilə  qavrayışında  uçuruma  yuvarlanan  son  ümid  çırağının  sönməsi  ilə  müşayiət 

olunur.  Bu halda “obrazın  nitqi,  onun daxili aləmi,  keçirdiyi  hisslərlə həmahəng olaraq dəyişir, 

lirik boyalar, rənglər kəsb edir” [13, səh.346]: «Göz yaşları daha da şiddətli tökülür. 

Nargilə:  ...  Madam  ki,  siz  belə  edirsiniz,  demək  belə  lazımdır.  Qoy  mənim  göz  yaşlarım  sizin 

səfərinizi kədərli etməsin. Siz onsuz da bu dünyada az dərd çəkməmisiniz. (göz yaşları içərisində 

gülümsəyir) .Mən Səməndər quşu kimi sizin odunuza yanmaq istəyirdim. Siz bunu istəmədiniz. 

Çünki  siz  həddindən  artıq  yaxşı  adam  idiniz...Əgər  bu  dünyada  insaf,  ədalət  varsa,  qoy  sizin 

bircə  oğlunuz  yer  üzünün  ən  xoşbəxt  adamı  olsun.  Sizin  qəlbiniz  bir  də  qəm  görməsin.  Siz 

həmişə...gecə  də  ,  gündüz  də  mənm  yanımda  olacaqsınız.  (Şiddətli  göz  yaşları  içərisində 

gülümsəyir)  Axı  mən  sizsiz  necə  yaşaya  bilərəm?»  [8,səh.357-358].  Daxili  və  zahiri  hərəkətin 

üzvi  əlaqəsindən  yaranan  son  dramatik  səhnə  obrazların  gərgin  daxili  dramatizmi  ilə 

səciyyələnir. 

Dramaturq  təbii  insani  hisslərin  inikasında  bədii  sənətin  digər  formalarından  biri  olan  zahiri 

monoloqdan estetik vasitə kimi istifadə edir. Nargilənin monoloqu özünü ifadə üçün real imkan 

yaradır.  Bu  real  imkanın  verdiyi  vaxt,  zaman  ölçüsü  isə  daim  hərəkətdədir.  Nargilə  çalışır  ki, 

vaxtı, zamanı, imkanı öz əlində rahat saxlasın, öz arzusunun, istəyinin məqsədinə çevirsin. Fəqət 

bütün bunlar Nargilə istəyindən kənar və uzaqdır. 

Vaxt,  zaman,  istək,  arzu,  imkan  Nargilə  taleyinin  ümumi  ab-havası  ilə  hesablaşmır.  

Nargilə  daxilən,  ruhən  Həsənzadənin  ömür  yolunda  «Səməndər  quşu»  kimi  yanmaq  istəyir. 

Fəqət  Həsənzadə  Nargilənin  bu  arzusunun  həyata  keçməsi  üçün  özünü  layiq  «kovaler»  hesab 

etmir.  

Nargilənin  daxili  «mən»i  özünə  mənəvi  qayğı,  məhəbbət  ehtiyacı  ilə  yaşayır.  Bu  məhəbbət 

keçəri  deyil,  bəşəri  və  əbədidir.  Bu  məhəbbət  Nargilənin  varlığına  sirayət  edir,  onu  rahat 

buraxmır.  Qəlbində  ilıq  insani  nəfəsin  məhəbbəti,  eşqi  ilə  yaşayır  və  yanır.  

Eşqi ilə yandığı insan artıq yol üstdədir, bir daha onu görməyəcək. Bununla belə Nargilə özünə 

aldadıcı şirin təsəlli tapır.  «Siz həmişə...gecə də , gündüz də mənm yanımda olacaqsınız» kimi 

gərgin  pauza  ilə  nəticələnən  lirik,  emosional  və  yüksək  ekspressivliyə  malik  söz  və  ifadələrlə 

özünü sakit etmək istəyir. Lakin bacara bilmir. 

“Bəzən  müəyyən  bir  fikri  söyləmək  əvəzinə  susmaq,  ...  sükutla  keçinmək,  demək  istədiklərini 

işarə və eyhamla başa salmaq ... danışmaqdan ... dəfələrlə təsirli olur: sükut işarələri kimi çıxış 

edən nöqtələr ... sanki bir siqnala çevrilir” [20, səh.55]. 

Nargilə  daxilən  yaşadığı  hiss,  həyəcanların  hədsiz  girdabından  ayrıla  bilməyərək  ürəyinin 

yanğısını təbii olaraq «şiddətli göz yaşları»na verir. Buradakı göz yaşları Nargilə məhəbbətinin, 

nəfəsinin şirinliyini, doğmalığını, məhrəmliyini,  eyni  dərəcədə həzinliyini,  kövrəkliyini özündə 

daşımaqla yanaşı, “mənəvi paklığın, daxili saflığın, ruhi təmizliyin rəmzi kimi təcəssüm edir” [9, 

səh.80]. 

Buradakı göz yaşları həqiqi həyatın acılığına şirinlik əlavə edir və daxili yaşantısının bədi ifadəsi 

olur.  Vaxtı  ilə  Çernışevski  yazırdı:  «Həqiqi  həyat  ağlın  və  ürəyin  həyatıdır.  Bu  həyat  sifətin 

ifadəsində, daha aydın bir şəkildə isə gözlərdə əks olunur» [7,səh.26]. 


Nargilə ürəyinin daxili yanğısını göz yaşlarına verərək əritməklə həqiqi həyatın daxili ifadəsini 

ağlın  və  ürəyin  həyatında  onun  qırılmaz  sıx  daxili  bağlığında  görməyə  tələsir.  

Bu baxımdan Nargilənin göz yaşları Nargilə taleli qızların ülvi hisslərin bədii ifadəsi kimi çıxış 

edir. 


Pyesdə bədii fikrin axarında konkret insan taleyinin həlli problemi önə çəkilməklə həyati qənaət 

əldə olunur: insanın insan qarşısında mənəvi borcu və bu borcun ödənilməsi o zaman realaşır ki, 

hər bir fərd, şəxsiyyət  ülvi  hiss və düşüncələri  davranış  və  rəftarında nümayiş  etdirməyə qadir 

olur.  


Həyati  faktların  bədii  duyumunda  insanın  və  ya  cəmiyyətin,  ətraf  aləmin  ruhən  təmizlənməsi 

(mənəvi  katarsis  –  Aristotel)  ətraf  aləmlə  fərd,  şəxsiyyət  arasında  pozulan  mənəvi  tarazlığın 

bərpası  estetik  idealın  bədii  şərtinə  çevrilir.  Müəllif  ideyasının  bədii  təsdiqi  və  həllində  əsərin 

dili, başqa sözlə, konkret səhnə dili xüsusi məna kəsb edir. 

Burada söz və ifadələr hadisə, prosesin, davranışların, münasibətlərin, hərəkətin bədii-məntiqi və 

dramaturji  ifadəsində  lirik-romantik  psixologizmin  formalaşmasına  zəmin  yaradır. 

Personajlar  özünəxas  fərdi  temperamentə  malik  rəftar  və  davranışlarına  uyğün  şəkildə  söz  və 

ifadələrdə  məxsusi  intonasiya  nümayiş  etdirməklə  özünün  daxili  dünyasının  ümumiləşmiş 

obrazını, bədii portretini üzə çıxarır. 

Bu  cəhətdən  Həsənzadə  nitqində  əksini  tapan  söz  və  ifadələr,  replika  və  pauzalar  obrazın 

ümumiləşmiş ifadəsi kimi özünü təsdiqləyir: 

Həsənzadə:  Məsələ  tez  və  ya  gec  ölməkdə  deyil,  ömür  onsuz  da  nisbi  şeydir.  Ancaq...Boy 

çiçəyini yadınıza salın, özü neçə vaxdır ki, xəzan olub gedib, amma ətri indi də bizi heyran edir... 

Yaxşı  insanlar  da  belədir...  Özləri  məhv  olsalar  da  xatirələri  həmişə  bizim  ləyaqətlə 

yaşamağımıza kömək edir. Bizim üçün təsəlli olur [8,səh.320]. 

Burada işlənən söz və ifadələr bədii cəhətdən təsirli, yüksək ekspressivliyə malik lirik- romantik 

psixologizmin mahiyyətini özündə əks etdirir. Obrazın nitqində əksini tapan Boy çiçəyi ilə insan 

müqayisə  edilərək  Boy  çiçəyinin  ətri  yaxşı  insan  məzmununa  köçürülüb  poetik  bənzətmə 

yaradılır. 

Bu  bənzətmə  pyesin  ümumi  ideyasını,  qayəsini  özündə  ehtiva  etməklə  bərabər  Həsənzadənin 

mənəvi dünyasının incəliyinə qədər açılmasına xidmət edir. 

Bu baxımdan Həsənzadə əsər boyu özünəxas təmkini ilə yadda qalır. Nargilə obrazının dilində 

isə gəncliyə xas gah kükrəyib çağlayan, gah süstləşmiş, yaxud bir uşaq dəcəlliyi ilə səciyyələnən 

söz  və  ifadələr  xüsusilə  xarakterikdir:  «Nə  qədər  çalışdım.  O  kifir  qızı  başa  sala  bilmədim  ki, 

mən riyaziyyatçı olmaq istəyirəm. Qrammatikadan «üç»ü alsam da yola gedərəm». [8,səh.301], 

yaxud Nargilə: «bir də bu mövzuya qayıdanı qurd yesin» [8,səh.327] və s. kimi özünəxas danışıq 

tərzi olan yalnız Nargilə nəzərdə tutulur. 

Fərəcin dilinə gəldikdə isə, müəllif burada daha çox yığcam söz və ifadələr verməklə personajın 

özünəxas  fərdi  xüsusiyyətlərini,  onun  fərdi  danışıq  tərzini  bütün  daxili  mahiyyəti  ilə 

səciyyələndirir. 

Ümumiyyətlə  “söz,  ifadə  və  cümlələr  insanda  həm  müsbət  emosiya,  həm  də  mənfi  emosiya 

oyadır,  buna  hisslərin  qütblüyü  deyilir  ..  fiziki  təsir  bədəni  xaricdən  zədələyir,  müvəqqəti  və 

keçici  olur.  Nitq  vasitəsilə  göstərilən  mənəvi  təsir  isə  insanın  qəlbinə  və  beyninə  güc  göstərir, 

çox qüvvətli və davamlı olur” [5, səh.120]. 

 

Bu  baxımdan  “sənətkar  həyatda  gördükləri  mənfilikləri  ..  qəlpə-qəpə  toplayır,  yaradıcı  xəyalın 



gücü ilə ümumiləşdirir, tipikləşdirir, bitkin mənfi xarakter”ə [6, səh.25] malik Fərəcin nitqində 

onun  daxili  aləmini  əks  etdirən,  mənfi  emosiya  oyadan  söz,  ifadələrdən  yararlanır. 

Personajın  dilində  işlənən  «məhrəba!»,  «istiot!»,  «kompot!»,  «çay!»  kəlmələri  və  ya  bu  kimi 

soyuq  qəlbin  ifadəsini  üzə  çıxaran  sərt  fonda  səslənən  deyimlər  onun  konkret  daxili  dünyasını 

çılpaqlığı ilə aşkarlayır.  

Həmçinin  digər  personajların  dili  özünəxas  məzmunu  ilə  fərqli  səciyyə  daşıyır.  Obrazların  hər 

birisi  ayrı-ayrı  xüsusiyyətləri  ilə  yadda  qalır,  unudulmur.  Nargilənin  həmyaşıdı  sarısaç  qız 

saysız-hesabsız  həyati  aldanışların  məzmununu  özündə  cəmləşdirən  bayağı  söz  və  ifadələr, 

replikalar ilə diqqəti çəkir. 

Ümümiyyətlə,  pyesdə  iştirak  edən  obrazların  mənəvi  həyatı,  yaşayış  və  düşüncə  tərzi,  onların 

davranışları,ətraf aləmə və ya ətraf aləmin fərdə, şəxsiyyətə münasibətin təhlilində qarşıya çıxan 

bir sıra yeni təklif və ya təsnifatlar müəllif tərəfindən müəyyən edilərək mövzu ilə bağlı konkret 

bədii  və  ya  nəzəri  materiallar  arasında  elmi-  tarixi-müqayisəli  araşdırmalar  aparılmış  və  bu 

qənaətə  gəlinmişdir  ki,  İ.  Əfəndiyev  əsərdə  iki  ayrı-ayrı  süjet  xəttini  bir  küll  halında 

qovuşduraraq  pyesin  ümumi  daxili  strukturunun  bədii  bütövlüyünə  nail  olmaqla  bərabər,  lirik- 

romantik psixologizmin çağdaş Azərbaycan dramaturgiyasında parlaq nümunəsini yaratmışdır. 

Qaynaq: 

1.Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri. Bakı: Maarif, 1989, 364 

s.  

2.Ağamirov M. Məhəmməd Hadinin fəlsəfəsi. Bakı: Azərnəşr, 1987, 272s. 



3.Ağayev İ. Ədəbiyyat, mətbuat və publisistika problemləri (seçilmiş məqalələr). Bakı: Elm, 

2008, 504s. 

4.Axundov Y. Tarix və roman. Bakı: Yazıçı, 1988, 192 s. 

5.Cabbarov X. Bədii ədəbiyyatda obrazlılıq. Bakı: Yazıçı, 1986, 221 s. 

6.Cabbarov X. Sənətkar, söz, üslub. Bakı: Azərnəşr, 1993, 199 s. 

7.Çernışevski N.Q. Sənətin varlığa estetik münasibəti. Bakı: Azərnəşr, 1956, 170 s.  

8.Əfəndiyev İ. Seçilmiş əsərləri. 6 cilddə. 2-ci cild. Bakı: Yazıçı, 1984, 359 s. 

9.Əfəndiyev O. Aşıq poeziyasının estetik problemləri. Bakı: Azərnəşr,1983, 115s. 

10.Əlimirzəyev X. Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları. Bakı: Nurlan, 2008, 432 s. 

11.Əlimirzəyev X. Dramaturgiya, teatr və səhnə sənəti. Bakı: Nurlan, 2004,188 s. 

12.Əlimirzəyev X. Klassiklərimizin ideal və poetik sənət dünyası. 2 cilddə. II cild. Bakı: Elm və 

təhsil, 2009, 668 s. 

13.Əlimirzəyev X. Problemlər, xarakterlər dramaturgiyası. Bakı: Yazıçı, 1979, 355s. 

14.Əlimirzəyev X. Xarakterlər dramı. Ədəbi qeydlər, Bakı: Gənclik, 1974, 192 s. 

15.Əmrahoğlu A. Epik sözün bədii gücü. Bakı: Elm, 2000, 212 s. 

16.Əsədullayev S. İstedad və sənətkarlıq. Tarix, sənətkar, müasirlik. Bakı: Gənclik, 1975, 176 s, 

səh 98-117. 

17.Hüseynov A. Nəsr və zaman. Bakı:Yazıçı, 1980,185s. 

18.İmanov M. Nəsrin forma axtarışları. Yaradıcılıq metodu məsələləri. Bakı: Elm,1989, 152 s., 

səh.106-122. 

19.İsmayılov Y. İlyas Əfəndiyevin yaradıcılıq yolu. Bakı: Elm, 1991.262 s. 

20.Kazımov Q. Bədii ədəbiyyatda komizm üsulları. Bakı: Maarif, 1987, 228s. 

21.Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 s. 

22.Qarayev Y., Salmanov Ş. Poeziyanın kamilliyi. Bakı: Yazıçı, 1985, 193s. 

23.Qarayev Y. İlyas Əfəndiyev. Bakı: Bilik cəmiyyəti, 1987, 50 s. 

24.Məmmədov C. Sənətkar gözü, nəsrin sözü. Bakı: Yazıçı, 1990,1992 s. 

25.Məhəmmədi M. Farsdilli ədəbiyyatın öyrənilməsinə dair (XVI – XVIII əsrlər). // Azərb. SSR 

EA Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası. Bakı: Elm, 1988, № 4 səh.63-68. 

26. Məmmədov A. Nəsrin poetikası: ənənə və novatorluq. Yaradıcılıq metodu məsələləri. Bakı: 


Elm, 1989, 152 s., səh.76-91. 

27.Rəhimli İ. Dramaturq və axtarışlar. // Azərbaycan, 1982, №2, səh. 184-191. 

28.Seyidov Yəhya. İlyas Əfəndiyev (həyat və yaradıcılığı haqqında müxtəsər oçerk) . 

Bakı:Azərnəşr, 1975, 235 s. 

29.Səfiyev A. Azərbaycan dramaturgiyası müasir mərhələdə(1960-1980-cı illər). Bakı: Ozan, 

1998, 276 s.  

30.Talıbzadə Kamal. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı: 1991, 393 s. 

31.Turaboğlu X. «Sən həmişə mənimləsən»dən «Sən həmişə bizimləsən»ə qədər // Azərbaycan , 

2001, №7, s.186-187. 

32.Turaboğlu X. «Sən həmişə mənimləsən» pyesi müasir Azərbaycan dramaturgiyasında lirik-

romantik təmayüllü psixologizmin ilk nümunəsi kimi. // Dil və Ədəbiyyat (BDU), Bakı: 2001, 

№1 (30), səh. 113-115, // «Qobustan» jurnalı, 2003, №3 (123), səh.52-54. 

33.Turaboğlu X. Dramaturgiyamızda psixologizm problemi (məsələnin qoyuluşuna dair). // 

«Elm» qəzeti, Bakı: 2000-ci il, 19 dekabr, // «Qobustan» jurnalı, 2002, №3 (119), səh.75-76. 

34.Vəliyev İ. Ədəbi portret və xarakter. Bakı: Yazıçı, 1981, 208 səh. 

35.Zis A. Estetikada konfrantasiyalar, Bakı: Azərnəşr, 1989, 256 s. 



 

Yüklə 181,95 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin