SəRBƏst iŞ № Dİslaliya zamani loqopediK İŞİn metodlari


SƏRBƏST İŞ № 10. UŞAQ BAXÇASINDA LOQOPEDİK İŞİN MƏZMUN VƏ FORMASI



Yüklə 49,32 Kb.
səhifə11/11
tarix02.01.2022
ölçüsü49,32 Kb.
#41139
1   2   3   4   5   6   7   8   9   10   11
7464 1

SƏRBƏST İŞ № 10. UŞAQ BAXÇASINDA LOQOPEDİK İŞİN MƏZMUN VƏ FORMASI

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar, o cümlədən nitq qüsurlu uşaqlar dövlətimizin, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.

Nitq qüsurlu uşaqların korreksiyası ilə məşğul olan loqoped təlimin qısa müddətdə öz bəhrəsini verməsi üçün məşğələyə ilk öncə loqopedik sənədləşmə işindən başlamalıdır. Təlimin elmi cəhətdən əsaslandırılmış və praktikada öz təsdiqini tapmış bu metodika əsasında təşkili nitq qüsurlu uşaqlarla aparılan işi tənzimləməyə, onların bu sahədə inkişaf xüsusiyyətlərini ardıcıl olaraq izləməyə və qüsurların həlli yollarını araşdırmağa imkan verir.

Loqopedik sənədləşmə işlərinə əsasən hər bir nitq qüsurlu uşaq üçün nitq xəritəsinin tərtibi, loqopedik iş planının tutulması, və fərdi dəftərin açılması məsələləri aiddir.

Loqopedik sənədləşmə işində ən mühüm məsələlərdən biri ilk öncə nitq xəritəsinin tərtib edilməsidir. Nitq xəritəsində uşağın nitq qüsurları və onu yaradan səbəblər: artikulyasiya aparatının bütün üzvləri, o cümlədən dodaqlar (dodağın ətli, qalın və az mütəhərrik olması), çənələr (üst və yaxud alt çənənin irəli çıxması), dişlər (əyri, xırda, seyrək, çənə qövsündən kənarda və aralarında boşluğun olması, alt və ya üst kəsici dişlərin yoxluğu), dil (həddindən artıq böyük, enli, yaxud nazik və qısa olması), damaq (dar, hündür və ya əksinə aşağı, yastı olması), dilçək (balaca, böyük, çox böyük, qısa, pərdəli olması) dəqiq müayinə olunaraq nitq xəritəsinə fərdi qaydada qeyd olunmalıdır.

Bununla yanaşı, loqoped hər bir uşaqda nitqin inkişafı, xüsusilə eşitmə diqqəti, yaddaşı, uşaqdakı leksik səhvləri də yoxlayıb nitq xəritəsində qeyd etməlidir.

Nitq xəritəsinin hər bir qrafasında uşağın ən azı 3-4 nitq nümunəsi və qrafanın axırında isə loqopedik nəticələrə dair yekun məlumatlar öz əksini tapmalıdır.

Loqopedik sənədləşmə işində ikinci vacib məsələ loqopedik iş planının tutulmasıdır.

Loqopedik məşğələ zamanı hər bir uşağa fərdi dəftər də açılmalıdır. Dəftərin birinci səhifəsində uşağın adı, soyadı və nitq qüsurunun inkişaf səviyyəsi göstərilməlidir. Sonrakı səhifələrdə isə mütəmadi şəkildə məşğələnin əsas məzmununa dair qeydlər aparılır: artikulyasiya aparatını aktivləşdirən çalışmalar; səslərin qoyuluşu və deyilişi; düzgün səs tələffüzünün möhkəmləndirilməsi; diqqətin və yaddaşın inkişafı; fonematik eşitmənin, səs vərdişlərinin analizi və sintezi. Bununla yanaşı leksik ehtiyata, nitqin qrammatik cəhətdən düzgün formalaşmasına və əlaqəli nitqin inkişafının genişləndirilməsinə dair də qeydlər aparılmalıdır.

Loqopedik işin valideynlərlə birgə aparılmasının da mühüm rolu vardır. Valideyn loqopedin verdiyi tapşırıqları və çalışmaları evdə uşaqla birlikdə təkrarlamalıdır (artikulyasiya aparatının hərəkətliliyi və tənəffüsün düzgün olması, tənəffüs, dil və dodaq və s. gimnastikalar). Uşaqlarda bu gimnastikalar və çalışmalara maraq oyatmaq üçün onun həm canlı, həm də şəkillər vasitəsi ilə təşkil olunmasına diqqət verilməlidir. Məsələn:

- Şamı söndürmə oyunu;

- Pambıqdan futbol oyunu;

- Köpüklərin üfürülməsi;

- Dodaqların yalanması;



- Dili şaqqıldatmaq və s. oyunları canlı şəkildə aparılan oyunlara misal göstərmək olar.

Valideyn həmçinin uşağa qulluq zamanı onunla hərtərəfli ünsiyyətdə olmalıdır. Bu uşağın inkişafına müsbət təsir göstərir. Yəni hər hansı işi icra edərkən (yemək yedirərkən, gəzdirərkən və s.) uşağı məlumatlandırmalı, onunla ünsiyyət qurmalıdır.
Yüklə 49,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin