SƏRBƏST İŞ № 1. DİSLALİYA ZAMANI LOQOPEDİK İŞİN METODLARI
Dislaliya zamanı loqopedik işin əsas məqsədi nitq səslərinin düzgün tələffüz etmək bacarıq və vərdişlərini formalaşdırmaqdır. Nitq səslərini düzgün təqlid etmək üçün uşaq nitq səslərini tanımalı və qavrayışında qarışdırmamalı. Normal tələffüzü normadan kənardan fərqləndirməyi bacarmalı. Səslərin akustik keyfiyyətini normaya salmaq üçün lazım olan artikulyasiya vəziyyətini bilməlidir.
Loqoped uşağın tələffüzü üzərində işin daha faydalı və keyfiyyətli yollarını bilməlidir. Loqopedik təsir zamanı müvəffəqiyyətin ilkin şərti tələffüz defektini aradan qaldırmaq üçün münasib şəraitin yaradılmasıdır: loqopedin uşaqla emosional kontaktı, uşağın qavrama qabiliyyətini inkişaf etdirmək üçün uyğunlaşdırılmış aparıcı fəaliyyət, uşaqda yorğunluğu aradan qaldırmaq üçün iş üsullarını uyğunlaşdırmaq.
Loqopedik təsir mərhələlərlə həyata keçirilir: hazırlıq mərhələsi, ilk tələffüz bacarıq və vərdişlərinin formalaşması mərhələsi.
Hazırlıq mərhələsinin əsas məqsədi uşağı məqsədyönlü loqopedik prosesə cəlb etməkdir. Bunun üçün bir sıra ümumpedaqoji və xüsusi loqopedik vəzifələr həll edilməlidir. Ümumpedaqoji vəzifələrdən ən əsası məşğələnin məqsədini formalaşdırmaqdan ibarətdir. Loqoped uşaqla etibarlı, doğma münasibət yaratmalı, uşağı özünə cəlb etməlidir. Uşaqda məşğələyə maraq və ona qoşulmaq arzusu yaratmalıdır.
İlk tələffüz bacarığı və vərdişinin formalaşması mərhələsinin əsas məqsədi onunla bağlıdır ki, xüsusi nitq materialının köməkliyi ilə uşaqda səsin ilkin düzgün tələffüz bacarığını formalaşdırmaqdır.
Bəzən yaşlılar (ata, ana, nənə, baba) uşağın nitqini təqlid edir, uzun müddət onunla uşaq dilində danışırlar. Buda get-gedə uşaqlarda vərdiş kimi qalır və problemə çevrilir. Uşaqlarda səslərin düzgün tələffüz etməməsi, fikirlərini düzgün çatdıra bilməməsi və valideyinin bunu normal qəbul etməsi gələcəkdə böyük bir problemə çevrilə bilər. Qeyd etmək lazımdır ki, səs tələffüzü qüsurları fonematik eşitmənin inkişafsızlığının nəticəsi kimidə meydana çıxa bilər. dislaliyanın bir neçə növü var: siqmatizm, rotatizm, lamdasizm, paralamdasizm, kappasizm, xitizm, qammasizm, yotasizm.
Dislaliya uşaqlar arasında ən çox rastladığımız nitq pozuntusudur. Bu zaman yaxşı eşitməsi, bol söz ehtiyatına malik, düzgün cümlə quran, cümlədə sözləri əlaqələndirən, səlis və aydın danışan lakin nitqində bəzi səslərdə qüsur olan uşaqlar nəzərdə tutulur. Məktəbə qədər yaşlılar arasında 15-20% kiçik ibtidai sinif şagirdləri arasında 5-7% uşaqlar dislaliya qusuruna malikdirlər. Dislaliya 2 növə ayrılır: funksional və mexaniki (üzvü)
1. Funksional dislaliya tələffüzün pozulmasının elə bir formasıdır ki, burada artikulyar aparatda heç bir çatışmamazlıq müşahidə edilmir. Artikulyar aparatda orqanik defekt olmur. Əsasən fonematik qavramanın inkişafında qalması psixi inkişafın ləngiməsi, eşitmənin zəifləməsi, əqli inkişafın ləngiməsi və s.
2. Mexaniki dislaliya zamanı perferik nitq aparatının anatomik defekti nəticəsində yaranır. Bu pozuntu anadangəlmə və sonradan qazanılma ola bilər. Dişləmin anormallığı bir neçə növü var: Proqnatiya, Prodeniya, Ön açıq dişləm.
Mexaniki dislaliyanın yaranmasının başlıca səbəbi kimi dil altı pərdənin qısalığını göstərmək olar. Beləki dil altı pərdənin qısa olması dilin hərəkətini məhdudlaşdırır və səs tləffüzünü çətinləşdirir. Bundan əlavə dilin həddindən artıq böyük enli və ya qısa ensiz olmasıda dislaliyanın yaranmasını şərtləndirir.
Uşağın səs tələffüzündə olan qüsurlarını aradan qaldirmaq üçün ilk növbədə onun, səsi qüsurlu tələffüz edərkən hansı səhvləri müəyyən etmək lazımdır. Bu zaman, səslərin başqa səslərlə əvəz edilməsi, qüsurlu tələffüs olunması və ya heç tələffüs olunmaması aşkar edilə bilər
Dostları ilə paylaş: |