SəRBƏst iŞ № Dİslaliya zamani loqopediK İŞİn metodlari


SƏRBƏST İŞ № 6. KƏKƏC UŞAQLARDA KORREKSİYA İŞİNİN ƏSAS PRİNSİPLƏRİ



Yüklə 49,32 Kb.
səhifə7/11
tarix02.01.2022
ölçüsü49,32 Kb.
#41139
1   2   3   4   5   6   7   8   9   10   11
7464 1

SƏRBƏST İŞ № 6. KƏKƏC UŞAQLARDA KORREKSİYA İŞİNİN ƏSAS PRİNSİPLƏRİ

Kəkələmə nitqin rəvanlığına, axıcılığına təsir göstərir. Uşaqlıq dövründən başlayır, bəzən ömür boyu davam edir. Bu problem səslərin istehsalında pozuntularla xarakterizə olunur. Bəziləri yeni sözlər yaradırlar. Bu, ya sözlərin təkrarlanması, ya da sözlərin əvvəlinə "ummm" , "immm" kimi artırmalarla xarakterizə olunur.

Söz birləşməsi və cümlələrdə sözlərin tez-tez təkrarlanması, uzadılması və ya həmçinin, sözlərdə səslərin uzadılmasını ehtiva edir. Bu əlamətlər ümumi əhali içərisində daha çox kəkələyən şəxslərdə müşahidə olunur. Kəkələyən şəxslər danışanda çox gərgin olurlar. Belə şəxslər danışarkən nəfəsləri çatmadığından danışıqları dayana və ya bağlana bilər. Danışarkən sözləri deməyə cəhd edirlər, lakin yalnız bir neçə saniyədən sonra demək istədikləri sözü tamamlaya bilirlər.

Bir çox hallarda kəkələmə problemi kəkələyən şəxslərin sosial fəaliyyətlərinə təsir göstərir. Bəzən ünsiyyət çətinlikləri belə şəxslərin yalnız xüsusi fəaliyyətlərində baş verir. Məsələn, telefonda danışarkən və ya böyük qruplar qarşısında çıxış edərkən kəkələyirlər. 

3 yaşına kimi uşaqların valideynləri müraciət edəndə birinci məsləhət ilkin qiymətləndirmə - MÜŞAHİDƏ olur. Yəni uşaq nə qədər müddətdir kəkələyir? Əgər cavab 3 aydan az bir müddətdirsə, uşağın təlimə gəlməsi məsləhət görülmür. Bu halın yenə də davam ediləcəyini yoxlamaq üçün valideynin müşahidəsinə buraxılır. Çünki uşağın bu yaş dövrlərində nitqi senzitiv xarakter daşıyır. Ətrafından və ya baxdığı cizgi filmdən qaynaqlanan keçici hal ola bilir. Qiymətləndirmə zamanı;

- Ailədə kəkələyən şəxsin olub-olmaması

- Digər bir nitq problemi faktorunun olub-olmaması

- Ailədə xüsusi narahatlıq və qorxunun yaşayıb-yaşanılmaması və ya bunu yaradacaq situasiyanın olub-olmaması. Əgər varsa, uşaqda nitqin inkişafına nail olmaq üçün belə situasiyanın korreksiyası tövsiyə edilir.

Və onu da qeyd edim ki, kəkələmənin dəqiq olaraq ömür boyu davam edəcəyini heç bir faktorla deyə bilmərik, yaxud da tam korreksiyasını, həmçinin korreksiyadan sonra yenidən yaşanılacağını. Çünki bu, qripə və ya boğaz ağrısına bənzəyir. Necə ki, özümüzü soyuğa verdikdə yenidən qrip ola və ya boğazımız ağrıya bilir. Kəkələmə də müəyyən situasiya ilə geri qayıda bilər. Belə şəxslər, xüsusilə, böyüdükcə özlərini korreksiya edə bilərlər. Özlərinə qarşı diqqət nəticəsində problemin geri qayıtma şansı sıfıra enə bilər.

- Fərdi, individual olaraq kəkələyən şəxsə daha rəvanlı nitq üçün kömək göstərilməsi

- Effektiv ünsiyyət qurmaq və həyat fəaliyyətlərində mümkün dərəcədə iştirak etmək

Kəkələyən şəxslər üçün effektiv müalicə davranış üzərinədir. Bu metodla gündəlik fəaliyyətlərində istifadə edə biləcəyi bacarıqları öyrətməkdir. Bu, kömək edir, kəkələyən şəxslərə kəkələdikləri zaman istifadə etdikləri hərəkətləri digər müsbət davranışla əvəzləyə bilir. Bundan əlavə, düzgün tənəffüs bacarıqları öyrədilir. Nəfəs aktı daha doğru tənzimlənilir və bir az daha yavaş, daha az gərgin olaraq danışmağa başlayırlar. Beləliklə, nəfəs alma aktlarına nəzarət edə bilirlər. Normal nitqdən daha yavaş tonda danışmağa başlayırlar. Bu zaman valideynlərdə nitqin aşağı tonda qalması ilə bağlı narahatlıq yaranır. Lakin zamanla nitqin tonu normal səviyyəyə gələ bilir. Yenə də bu, kəkələyən şəxsin öz üzərində işləməsi və nəzarətindən asılıdır.

Çox vaxt insanlar kəkələyən şəxslə danışarkən necə davranacaqlarını bilmirlər. Bu bilgisizlik insanların (xüsusilə də yaxın şəxslərin) kəkələyən şəxsə qarşı onun sözünü kəsmək, öz sözlərinə davam etmək kimi hərəkətlərə yol aça bilir. Həmçinin, tez-tez "nəfəs al", "rahatla", "yavaşla", "yavaş danış", - deyərək üzərində basqını artırmış olursunuz. Və bu reaksiyaların heç biri kəkələyən şəxsə faydalı deyil. Çünki kəkələyən şəxslər də digər normal şəxslər kimi olmaq istəyirlər. Onlar nitqlərinin fərqindədirlər. Hər hansı kəkələyən şəxsə sual versək, anlayarıq ki, onlar da kəkələmək istəməzlər. İstəyərlər ki, normal insanlar kimi danışsınlar. Bu, qeyri-ixtiyari olaraq baş verir.




Yüklə 49,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin