SƏRBƏST İŞ № 4. MOTOR VƏ SENSOR AFAZİYA
Afaziya beyin qabığında (və yaxud ən yaxın qabıqaltı bölgədə-A.R.Lurii-nin ifadəsincə desək) beyinin sol yarımkürəsində yaranan artıq formalaşmış (təşəkkül tapmış) nitq pozğunluğudur və özündə nitq fəaliyyətinin sistemli pozğunluqlarının bir neçə formasını ehtiva edir.
Afaziya-beyinin lokal zədələnməsindən irəli gələn və ondan asılı olan nitqin hissəli yaxud bütöv şəkilli itirilməsidir.
Afaziya bu formal nitqin sistemli pozğunluğudur. Baş beyin qabığının danışıq mərkəzlərinin üzvi surətdə travma, şiş, insult, tərbiyə vermə prosesi zamanı və bir neçə psixiki xəstəlik səbəbilə zədələnməsi zamanı yaranır.
Afaziya nitq qüsurları arasında ən ağırı hesab edilir və üzvü mərkəzi xarakterli çatışmamazlıq kimi təhlil olunur. Bu nitq qüsuru daha çox yaşlı adamlarda baş beyində qanın düzgün dövran etməməsi, yəni qan dövranının pozulması nəticəsində üzə çıxır. Və bir çox hallarda oxuma, yazı, habelə hesablamanın pozulması ilə müşahidə olunur.
Motor və sensor afaziya daha çox uşaqlarda rast gəlinir.
Semantik amnestik afaziya (dominant yarımkürənin əmgək və pənsə sahəsinin zədələnməsi).
Motor afaziya – Bu növ afaziya nitqin hərəki mərkəzinin (broka mərkəzi) zədələnməsi zamanı əmələ gəlir. Bu nitq qüsuru olan uşaqlar danışığı eşidib başa düşə bilsələr də, öz nitqini ifadə etmək qabiliyyətlərinə malik olmurlar.
Motor afaziya zamanı loqopedik iş aşağıdakı istiqamətlərdə aparılır:
Artikulyar differesiallaşmanın məşq edilməsi
Rabitəli nitqi formalaşdırmaq və rabitəli danışıq vərdişinə alışdırmaq.
Oxu və yazı pozuntusunu aradan qaldırmaq.
Sensor afaziya (akustik-qnostik) – normal eşitmə və danışma qabiliyyətləri olan halda nitqin dərk olunması prossesinin pozulması deməkdir. Bəzən uşaq sözləri və qısa ifadələri, xüsusilə də vərdiş etdiyi ifadələri başa düşür. Belə uşaqlar çox danışan olur, lakin, onlar nitqi idarə etmək qabiliyyətlərini itirdiklərinə görə onların nitqi mənasız şəkil alır (hərf,heca,hətta bütün sözlərin dəyişməsi) müşahidə olunur. Yazı və oxuma bacarıqları pozulur. Uşaq əvvəl bildiyi sözləri itirir. Sensor afaziya- motor afaziyaya nisbətən daha ağır vəziyyət hesab edilir.
Hərəki afaziya – uşaqda ayrı-ayrı səs ,hecaları tələffüz etmək və nitqi başa düşmək qabiliyyəti olan halda, sözlərin tələffüz edilməsində çətinlik və ya qeyri-mümkünlük qismində özünü biruzə verir.
Amnestik afaziya – Uşaq tərəfindən əşyaların adının unudulması kimi özünü göstərir. Məs: Uşaq qaşıq və ya qələmin adlarını bilməsə də, onların xüsusiyyətlərini və mənasını təsvir edə bilir.
Brok afaziyası yaxud efferent hərəkət refleksli afaziya (efferentis —dözümlü; efferentlər —refleks qövsünün son hissəsi) ilk dəfə Polem Brok tərəfindən 1861-ci ildə təsviri verilmişdir. Bu beyinin sol yarımkürəsində (hərəkətverici danışıq mərkəzinin beyin qabığının hərəkətverici mərkəzinin aşağı hissələrinin zədələnməsi nəticəsində yaranır. Bu da fikir söyləmə qrammatikasının pozulmasna səbəb olur və bir sözdən başqa sözə (yaxud hecaya) istiqamətlənmədə çətinlik yaradır ki, bu da ətalətli sabit nitq fəaliyyətinin yaranmasına səbəb olur. Hərfi parafaziyalar mühaşidə olunur ki, bu zaman bir səsin digəri əvəz olunması zamanı həmçinin oxuma və yazma zamanı kobud səhvlərə yol verilir.
Dinamik afaziya nitq fəaliyyətinin sukssesivliyinin (ardıcıllığının) sistemli pozuqluğu nəticəsində yaranır. Nitqin realizasiya prosesi xarici mühitin pozulması (daxili proqram qaldığı halda)səbəbi ilə pozulur. Bu forma qabığın Brok mərkəzi yaxınlığındakı hissəsinin zədələnməsi ilə şərtləndirilir.
Dostları ilə paylaş: |