Sərbəst iş №1 Elektron qurğuların təsnifatı. Elektronikanın inkişaf mərhələləri, siqnallar və onların təsnifatı



Yüklə 0,52 Mb.
səhifə15/15
tarix17.05.2023
ölçüsü0,52 Mb.
#115073
1   ...   7   8   9   10   11   12   13   14   15
referat 4173

16-lıq say sistemi (HEXadecimal). Kompyuter üçün məqbul olan 2-lik say sistemi bir tərəfdən ədədlərin yazılışının uzun olmasına görə, digər tərəfdən istifadə vərdişi olmadığından insan üçün əlverişli deyil. Odur ki, 2-lik və 10-luq say sistemləri arasında əlaqə yaratmaq məqsədilə kompyuter texnikasında 8-lik və 16-lıq say sistemlərindən istifadə olunur. Müasir kompyuterlərdə əsasən 16-lıq say sistemi tətbiq olunur.
Onaltılıq say sisteminin əsası 16-dır. 16-lıq say sisteminin 0-dan 9-a qədər rəqəmi onluq say sistemindən götürülmüş, qalan 6 rəqəm kimi (10-dan 15-ə qədər) latın əlifbasını A-dan F-ə qədər hərfləri qəbul olunmuşdur.
Əsas: q = 16.
Əlifba: 0, 1, 2, 3 , 4, 5, 6, 7, 8, 9, A, B, C, D, E, F.
Onaltılıq say sistemində verilmiş 3AF16 ədədini açıq şəkildə belə yaza bilərik:
3AF16 = 3·162 + 10·161 + 15·160 = 768 + 160 + 15 = 94310
Kompyuter ikilik say sistemində işləyir, istifadəçilər üçün isə onluq və ya onaltılıq say sistemləri əlverişlidir. Odur ki, ədədlərin bir say sistemindən digərinə çevrilməsi lazım gəlir.
q əsaslı say sistemindəki A ədədinin p əsaslı say sisteminə çevrilməsi (Aq→Ap) üçün əvəzetmə və say sisteminin əsasına bölmə-vurma qaydalarından istifadə olunur.
Əvəzetmə qaydası (1) düsturu əsasında yerinə yetirilir və hesab əməllərinin yeni say sistemində aparılmasını nəzərdə tutur. Ona görə də həmin qaydadan əsas etibarilə ədədlərin qeyri-onluq say sistemlərindən (2-lik, 8-lik, 16-lıq) onluq say sisteminə çevrilməsində istifadə olunur.
Misal . İkilik say sistemindəki x2=11011,1 ədədini onluq say sistemində təsvir edək:
x10=1∙24 + 1∙23 + 0∙22 + 1∙21 + 1∙20 + 1∙2-1 = 27,5
Misal . Səkkizlik say sistemindəki x8=21,7 ədədini onluq say sistemində təsvir edək:
x10=2∙81 + 1∙80 + 7∙8-1 =
Misal . 36310 onluq ədədini 2-lik say sistemində təsvir edək:

Bölünən

363

181

90

45

22

11

5

2

1

Bölən

2

2

2

2

2

2

2

2

2

Qalıq

1

1

0

1

0

1

1

0

1

36310 = 1011010112 alırıq.


q əsaslı say sistemindəki kəsr ədədin tam hissəsini p say sisteminə çevirmək üçün bölmə qaydasından, kəsr hissəni çevirmək üçün isə vurma qaydasından istifadə olunur.
Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin