Sərbəst iş Ad: Cahəddin Soyad: Cavadzadə İxtisas: Tarix müəllimliyi Qrup: 841a kurs: II fənn


Lokal kompüter şəbəkələri, aparat vasitələri



Yüklə 191,36 Kb.
səhifə4/8
tarix06.12.2022
ölçüsü191,36 Kb.
#72808
1   2   3   4   5   6   7   8
Təhsildə İKT. Cahəddin Cavadzadə

3.Lokal kompüter şəbəkələri, aparat vasitələri.
Lokal şəbəkə yaxud LAN (ing. Local Area Network) — eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkə. Bu şəbəkələrdə kompüterlərarası məsafə adətən 1–2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktur) üzrə qurulur.
Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür.
İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boşdursa kompüter paketləri şinlə ötürür. Paket aşağıdakı hissələrdən ibarətdir:
• informasiyanın ünvanlandığı kompüterin ünvanı;
• informasiyanı göndərən kompüterin ünvanı;
göndərilən informasiya;
• xidməti sahələr.

Hər bir kompüter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlanmış paketləri özündə qeyd edir. Əgər iki kompüter eyni zamanda paketlərini şinə ötürərsə bu zaman şində toqquşma olur. Toqquşmaya səbəb olan kompüterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu itirirlər.


Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
• Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
• Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;
• Şəbəkə kartları (adapterləri) ucuzdur;
Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır. Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.
Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter(işçi stansiya) bir-biri ilə halqavari şəkildə, yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompüterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi ünvana (kompüterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir. Paketi almış kompüter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlandırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompüterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompüter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə informasiya yoxsa markeri bir sonrakı kompüter göndərir. Bu tip şəbəkələrdə kompüterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).

Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:


• Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;
• Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.
Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır:
• Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
• Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;

Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.


Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər.

Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-T, 100 BASE-T şəbəkələrini göstərmək olar. Burada 10 və 100 - şəbəkənin sürətini (Mbit/san) göstərir.



Token Ring şəbəkəsi – IEEE təşkilatı tərəfindən standartlaşdırılmış, lokal şəbəkələrin digər bir arxitekturasıdır. O, Ethernet və digər şəbəkə texnologiyaları ilə ümumi xassələrə malikdir. Token Ring şəbəkəsinin topologiyası halqadır, lakin xaricən ulduzu xatırladır. Bu onunla bağlıdır ki, ayrı-ayrı abunəçilər şəbəkəyə birbaşa deyil, xüsusi konsentratorlar və ya çoxstansiyalı müraciət qurğuları vasitəsilə birləşirlər. Ona görə də şəbəkə fiziki olaraq ulduz-halqa topologiyasını təşkil edir.
Praktikada digər topologiyalardan ağacvariqarışıq lokal topologiyalardan da istifadə oluna bilər.


Yüklə 191,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin