Sərbəst iş Ad: Cahəddin Soyad: Cavadzadə İxtisas: Tarix müəllimliyi Qrup: 841a kurs: II fənn


Fərdi kompüterlərin əsas qurğuları



Yüklə 191,36 Kb.
səhifə2/8
tarix06.12.2022
ölçüsü191,36 Kb.
#72808
1   2   3   4   5   6   7   8
Təhsildə İKT. Cahəddin Cavadzadə

2.Fərdi kompüterlərin əsas qurğuları.
Fərdi kompüterlərin yaranma tarixi 1974-75-ci illər hesab olunur. 1974-cü
ildə iki amerikalı entuziast Stefan Qari Voznyak və Stivan Cobs fərdi kompüter
yaratmış və onu “APPLE” adlandırmışlar. Bir ildən sonra isə hazır lövhə və hissələrin toplantısı şəkilində ABŞ-da (bu kompüterlər I nəsil kompüterləri sayılır) “ALTAIR-8800” adı altında fərdi kompüter satışa buraxılır (indi belə kompüterlər istehsal olunmur). Maraqlıdır ki, o dövr üçün aparıcı firmalar olan MITS, IMSAI, PTC və başqaları (bu firmalar fərdi kompüter istehsalında pioner rolunu oynamışlar) texnikanın tərəqqisi və firmalar arasındakı rəqabət nəticəsində ya aparıcı qüvvəsini indiki zamanda itirmiş, ya da tamamilə sıradan çıxmışlar.
İlk istehsal olunan kompüterlər qiymətdə ucuz olmasına baxmayaraq çox da
etibarlı qurğular ilə təchiz olunmurdu. Onlar əsasən müəyyən peşə sahibləri üçün nəzərdə tutulur və heç bir proqram təminatına malik deyildilər. Lakin müxtəlif sahələrdə insanın əmək fəaliyyətinin artması, istifadə etdiyi məlumatların sayının gündən-günə sürətlə çoxalması, işlədiyi sahələrdə daxil olan informasiyanın avtomatik təhlilinə təlabatın artması və s. problemlərin həlli fərdi kompüterlərin müxtəlif sahələrə tətbiq edilməsinə və onların kütləvi istehsalına gətirib çıxardı.
Fərdi kompüterlərin quruluşu aşağıdakı kimidir:
• əsas aparat hissəsini özündə birləşdirən sistem bloku;
• mətn və qrafik məlumatı özündə əks etdirən monitor (və ya displey);
• istifadəçi tərəfindən istənilən informasiyanı fərdi kompüterə daxil etmək üçün əlaqə qurğusu olan klaviatura;
• monitorun ekranı üzərində yerləşən xüsusi göstəricini­­-kursoru ekran boyu istənilən istiqamətdə hərəkət etdirən MOUSE qurğusu;
• fərdi kompüterin periferiya qurğuları (əlavə qurğular)-printer, skaner, plotter, strimmer, rəqəmli kamera və s.
Sistem bloku
Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Plazma ekranlarında eyni prinsipdən istifadə edilsə də lövhələr arasında xüsusi qaz yerləşdirilir. Bu tip monitorlar gərginliyi daha çox istifadə edirlər. Məhz bu səbəbdən də onlardan portativ kompüterlərdə istifadə edilməsi məqsədəuyğun deyil. Monitorların standart ölçüləri- 14, 15, 17, 19, 20, 21.
Klaviaturalar köhnə tipli 84/86 düyməli klaviaturalara və 102/104 düyməli klaviaturalara bölünürlər. Klaviaturanın düymələri: funksional düymələrə (F1-F12), hərf-rəqəm düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.
Mouse (siçan) – qurğusu qrafik rejimdə işləyən monitorun ekranında kursoru istənilən istiqamətdə hərəkət etdirən, üzərində iki və ya üç düymə olan qurğudur. Mouse qurğusu quruluşuna görə mexaniki, optomexaniki və optiki olur. Ümumiyyətlə, kursoru klaviaturanın köməyi ilə də hərəkət etdirmək mümkündür. Klaviatura kursoru üfüqi və şaquli istiqamətdə hərəkət etdirir. Mouse-la isə istənilən əyrini sürətlə çəkmək olur. Mouse komputerin yan tərəfində yerləşən xüsusi lövhənin (buna Mouse-un xalçası da deyirlər) üzəri ilə hərəkət edir. Mouse-un üzərində yerləşdirilmiş idarəetmə düymələri vasitəsilə nəinki kursoru hərəkət etdirmək, həmçinin redaktor rejimində də işləmək mümkündür.

Yüklə 191,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin