Təbiətdəki bütün cisimlər fizikanın indiki inkişaf səviyyəsində kiçik hissəciklərə bölünməyən elementar hissəjiklərdən təşkil olunmuşdur. Müəyyən kütləyə malik həmin hissəjiklər Ümumdünya cazibə qanununa görə bir-birini cəzb edir. Bununla yanaşı bu elementar hissəciklərin böyük əksəriyyəti bir-birlərinə aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvələrlə təsir edir.
Hissəciklərin bu qarşılıqlı təsir qüvvələri elektromaqnit qarşılıqlı təsiri adlanıb, kütlələrin qarşılıqlı təsir qüvvəsindən çox böyük olur. Qəbul edilmişdir ki, bir-birinə elektromaqnit təsiri göstərən hissəciklər elektrik yükləri adlandırılsın. Yəni elektrik yükü cisimlərin elektromaqnit qarşılıqlı təsirini müəyyən edən kəmiyyət ölçüsü kimi qəbul olunur. Elektrik, yükünün miqdarı elektromaqnit qarşılıqlı təsirinin intensivliyini, onlar arasındakı qüvvənin qiymətini və bu qarşılıqlı təsirin enerjisini təyin edir. Elektrik yüklərinin şərti olaraq müsbət və mənfi adlanan iki növü mövjuddur. Eyni adlı yüklər bir-birini dəf, əks adlı yüklər isə cəzb edirlər. Elementar hissəciyin yükü elementar yük adlanır və təbiətdə olan ən kiçik yük hesab olunur (Qeyd olunmalıdır ki, belə bir hipotez də mövjuddur ki, təbiətdə yükü elementar hissəjiyin -nə bərabər olan hissəciklər kvarklar da mövcuddur). Həmin
hipotezə görə protonlar, elektronlar və digər hissəciklər kvarklardan təşkil olunmuşdur. Lakin indiyədək təcrübi olaraq kvarklar aşkar edilməmişdir. Bütün yüklü elementar hissəciklər eyni yükə malik olub, yalnız yükün işarəsi ilə bir-birindən fərqlənə bilir. е = 1,610−19Кl Elektrik yükləri diskretdir. Bu o deməkdir ki, elementar olmayan q yükü tam sayda elementar yüklərdən təşkil olunur. Yəni
q = ze Burada z =1,2,3... tam ədədlərdir.
Elektrik yükləri materiyanın xassəsi olduğundan onlar maddə daşıyıcıları olduqları maddələrdən kənarda mövcud ola bilməzlər. Təbiətin ümumi qanunu olan saxlanma qanunu elektrik yüklərinə də aid edilməlidir. Yəni izolə edilmiş sistemdə yüklərin cəbri cəmi sabit olur. Həmin qanun elementar hissəjiklərin bir-birinəçevrilməsi prosesində dəödənilir. Yüklərin saxlanma qanunu da digər saxlanma qanunları kimi fizikanın fundamental qanunlarından hesab olunur.
İstənilən maddənin atomları müsbət yüklü protonlardan və mənfi yüklü elektronlardan təşkil olunur. Maddə daxilindəki əks adlı yüklərin miqdarı da paylanma sıxlıqları eyni olduqda maddə elektroneytral maddə adlanır. Əgər maddə daxilindəəks adlı elektrik yükləri arasındakı tarazlıq pozularsa, onda həmin maddəözünü yüklü maddə kimi aparır.
Maddə daxilindəki yükdaşıyıjıların (müsbət və ya mənfi) hər hansı birinin artıqlığı həmin maddənin bu işarə ilə yüklü olmasını göstərir. Maddənin mənfi yüklənməsi onun daxilində mənfi yüklərin, müsbət yüklənməsi isə protonların artıqlığını göstərir. Maddələrdə və ya onların müəyyən hissələrindəelektrik yüklərinin artıqlığının yaradılması həmin maddənin elektriklənməsi prosesi adlanır. Elektriklənmə müxtəlif səbəbdən yarana bilər. Məsələn: müxtəlif cisimlərin bir-birilə sürtünməsi zamanı onlar qiymətcə eyni, işarəcəəks işarə ilə yüklənirlər. Bu jismin birindən digərinə müəyyən sayda elektronların keçməsidir. Belə ki, elektronlarının müəyyən hissəsini vermiş maddə müsbət, həmin elektronları almış maddə isə mənfi yüklənir.
Fizikanın hərəkətsiz elektrik yüklərinin və ya cisimlərin təsirini öyrənən bölməsinə elektrostatika deyilir.